Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2783/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil ilə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil ilə təmin olunma vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş və 1987-ci il tarixdə Suraxanı rayon Körpələr evinə verilmişdir. 1993-cü ildə 7 saylı İnternat məktəbinə verilmiş və xx.xx.2001-ci il tarixində həmin məktəbi bitirmişdir. Həmin ildə 1 nömrəli peşə məktəbinə daxil olub, 2003-cü ildə oranı bitirmişdir. İddiaçı xx.xx.2004cü ildə hərbi xidmətə getmişdir. İddiaçı xidmətdən sonra dövlət orqanında işləyir, iddiaçı ilə birgə internat evində oxuyan uşaqlar evlə təmin olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti iddiaçıya sərəncam vermişdir. İddiaçı Hepatit В xəstəliyindən əziyyət çəkir, heç bir dərman ilə təmin olunmur, 2006-cı ildən qeydiyyatdadır. Bu barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, lakin 26 dekabr 2022-ci il tarixdə müraciətimə cavab olaraq bildirilmişdir ki, 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamın qüvvəyə mindiyi tarixədək mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmadığı üçün iddiaçının mənzil təminatının icrası mümkün deyildir. Qeyd edilir ki, vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. Əlavə olaraq bildirilir ki, 16 avqust 2021-ci il tarixindən sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yerli icra hakimiyyəti rqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktlarının qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulmuşdur. İddiaçı bugünədək evlə təmin olunmamışdır. Halbuki, evlə təmin olunmaq iddiaçının qanuni haqqıdır.
3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamın qüvvəyə mindiyi tarixədək mənzilməişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmadığınız səbəbindən Sizin mənzil təminatınızın icrası mümkün deyildir. Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. 16 avqust 2021-ci il tarixindən sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktlarının qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulmuşdur.
4. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətində 2 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota duran vətəndaşlara mənzillər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.1. maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosiai Xidmətlər Agentliyi tərəfindən növbəlilik qaydasına əsasən uçota götürülmə tarixi nəzərə alınmaqia verildiyindən bununla əlaqədar Sosial Xidmətlər Agentliyinə müraciət etməyi tövsiyyə olunmuşdur.
5. Cavabdeh tərəfndən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr-2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021 - ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində 27 fevral 2023-cü il tarixində məzun kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində ümumi əsaslarla 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə dayanmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığı nəzərə alınaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 569 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçıh oğlu xx.xx.1993-cü il tarixində 35 nömrəli əmrə əsasən 7 saylı Xüsusi internat məktəbinin İ sinfə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixli 62 nömrəli əmrə əsasən ona 7 saylı Xüsusi internat məktəbini bitirməsi ilə bağlı Şəhadətnamə verilmişdir. İddiaçı oxuduğu müddət ərzində yay tətillərində daimi olaraq internat məktəbdə qalmışdır. Arxiv sənədlərində hansısa ailə üzvü tərəfindən evə aparılması və ya ziyarət edilməsi barədə qeydə rast gəlinməmişdir. Məlumat 7 saylı Xüsusi internat məktəbinin arxiv sənədləri əsasında hazırlanmışdır.
7. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubd aqeyd olunmuşdur ki, ətəndaş İddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 42 saylı sərəncamına əsasən valideyn himayəsindən mərhum olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır və sözügedən sərəncam hal-hazırda qüvvədədir.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamın qüvvəyə mindiyi tarixədək E. Pirəliyev mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmadığından mənzil təminatının icrası mümkün deyildir. 16 avqust 2021-ci il tarixindən sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktlarının qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulmuşdur.
9. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 42 nömrəli Sərəncamından çıxarışa əsasən Vətəndaş İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək valideyn himayəsindən mərhum olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 1993-cü ildə 11 saylı tam inteqrasiya təlimli internat məktəbinə qəbul edilmiş və xx.xx.2001 -ci il tarixdə həmin məktəbi bitirmişdir. Vətəndaş İddiaçı hazırda 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) ünvan 3 ünvanında qeydiyyatdadırlar. Valideyn himayəsindən mərhum olmuş İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətində 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması və ümumi əsaslarla uçota alınmış şəxslərin siyahısına daxil edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü
12. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü maddəsinə əsasən, uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.
17. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə və müvafiq sərəncama əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.
18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına mənzillərin verilməsi nəzərdə tutulmuşdur.
20. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
21. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir.
23. Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təvsir olunaraq tətbiq edilməlidir.
24. X10 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X10 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X8rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X6 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
25. Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur.
26. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində də insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
27. Mənzil Məcəlləsindən: 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 28.Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında ifadə edilən mövqeyə görə pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır.
29. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının uçot tarixi ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021 - ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı isə xx.xx.2023-cü il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətində 2 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır.
30. Məhkəmə hesab edir ki, həmin norma “yaxşı dövlət”, “sosial dövlət” və “dövlətin pozitiv öhdəlikləri” konsepsiyaları rəhbər tutulmaqla tətbiq edilməlidir.
31. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixli 62 nömrəli əmrə əsasən 7 saylı Xüsusi internat məktəbini bitirməsi ilə bağlı Şəhadətnamə verilmişdir. Odur ki, dövlətin qayğısı və himayəsində olan həssas təbəqə kimi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot hüququ məhz qeyd edilən tarixdə yaranmış və qeyd edilən şəxslərin dairəsi (internat məktəbinin məzunları) məlumdur. Həmin şəxslərin müvafiq müraciəti olduğu təqdirdə bu hüquq da məhz uçot hüququnun yarandığı vaxtdan təmin edilmiş olmalıdır. Odur ki, arzuolunandır ki, yerli icra hakimiyyətinin müvafiq sərəncamında uçot hüququnun yarandığı tarix göstərilmiş olsun. Lakin hazırki işdə olduğu kimi həmin norma yuxarıda qeyd edilən prinsiplərdən irəli gələrək Nazirlər Kabitenin müvafiq sərəncamı qüvvəyə mindiyi tarixədək uçot hüququ olan və Sərəncamın tarixindən sonra da uçota alınmış şəxsləri əhatə edir.
32. Odur ki, qeyd edilənlərin məntiqi nəticəsi kimi məhkəmə hesab edir ki, iddiaçı məhz xx.xx.2023-cü il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə uçota alınmış olsa da, həmin hüququ məktəbi bitirdiyi 2001-ci il tarixdən yaranmışdır. Odur ki, Nazirlər Kabinetinin qeyd edilən sərəncamının təsir dairəsinə düşməsi üçün uçot tarixinin dəyişdirilməsi ilə bağlı yeni inzibati icraatın başlanmasını məhkəmə həddən artıq formallıq kimi qiymətləndirir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia təmin edilsin. İddiaçı mənzillə təmin olunma öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva