Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2784/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Bəşirova (Muradova) Şəlalə Sabir qızı işə cəlb edilməklə qeydiyyatın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Bəşirova (Muradova) Şəlalə Sabir qızı işə cəlb edilməklə cavabdehin imtinasının qanunsuz hesab edilərək, Bəşirova (Muradova) Şəlalə Sabir qızının ünvan 2 ünvanına yaşayış yeri üzrə pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 iyun 2018-ci il tarixdə ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, 3 otaqlı, tam təmirli, fərdi yaşayış evini əvvəlki sahibi X2 faktiki alğısatqı yolu ilə,əvəzi ödənilməklə 28500 manata almışdır. 43 saylı Notariat kontorunda Namiq Novruzov ərizə verərək, evini ona satdığını təsdiq etmişdir. Onun adına 29 iyun 2018-ci il tarixdə “SSS-Tikililərin ESKİZ Layihəsi MMC" tərəfindən ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, 3 otaqlı, tam təmirli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair qiymətləndirmənin nəticələri haqqında rəy tərtib edilmişdir. Ağı-satqıdan sonra həmin evdə yaşamışlar. Müəyyən vaxtdan sonra o, işi ilə bağlı xaricə getməli olmuşdur. O, xaricdə olanda qızı X4 ona zəng vuraraq aldığı mənzildə başqa insanın yaşadığını bildirmişdir. Pandemiya ilə əlaqədar gələ bilmirdi. Bu yaxınlarda, o, Azərbaycana qayıtmışdır. Oğlu X8 onun xaricdə olmasından istifadə edib ‘'Əmlak F" MMC-nin direktoru X1 müraciət edərək bildirmişdir ki, fərdi yaşayış evində yaşamış və evin qiymətləndirmə cədvəlinin hazırlanmasını xahiş etmişdir. “xxxx" MMC-nin direktoru Quliyev Məzahir Qardaşxan oğlu da, qiymətləndirmə cədvəli hazırlamışdır. Daha sonra, oğlu Pərviz sözügedən evi özbaşına cavabdeh Muradova Şəlalə adlı xanıma dəyərinin yarı qiymətindən də, aşağı sataraq 02 iyun 2019-cu il tarixdə “Podrat Müqaviləsi” bağlamışdır. Sonradan “xxxx" MMC-nin direktoru Quliyev Məzahir Qardaşxan oğluna məlum olmuşdur ki, Xanzadə Pərviz ona yalan danışıb aldadaraq bu işləri həyata keçirib. “xxxx" MMC-nin direktoru Quliyev Məzahir Qardaşxan oğlu aldadıldığı ona məlum olandan sonra “xxxx” MMC tərəfindən hazırlanmış qiymətləndirmə cədvəlinin etibarsızlığına dair akt tərtib etmişdir. Qiymətləndirmə cədvəli 30 iyul 2019-cu il tarixdə qüvvədən düşmüş hesab edilmişdir. Hal-hazırda X9 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə hər-hansı bir əsas olmadan 26 oktyabr 2020-ci il tarixdə qeydiyyata düşmüşdür. Qeyd edir ki, 28 iyul 2020-ci il tarixdə mülki iş vasitəsilə DİN-nin MAPS orqanına sorğu verəndə X6 qeydiyyat ünvanı, Şirvan şəhəri, 20 yanvar küçəsi, ev 1 A mənzil 52 ünvanı göstərilmişdir. 3-cü şəxs X10 ona qarşı Binəqədi Rayon Məhkəməsində “mənzildən çıxarılma" tələbinə dair iddia qaldırmış və Bakı şəhəri. Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1ci Mədən küçəsi, 4-cü korpus, ev 84A fərdi yaşayış evinə hər-hansı bir əsas olmadan 26 oktyabr 2020-ci il tarixdə qeydiyyata düşmüşdür. X6 həmin qeydiyyatı formal xarakter daşıyır. Onun qanuni mənafeyi olan və mülkiyyəti hesab edilən evlə bağlı tərəflər arasında mübahisə Binəqədi Rayon Məhkəməsində qanunauyğun öz həllini tapacaqdır. Cavabdehlər arasında əmlakın əsl sahibi kimi onun hüquqları pozulmuşdur. O, hazırkı faktiki sövdələşmənin doğurmalı olduğu nəticənin baş verməsini arzu etməmiş və istəməmişdir. Hal-hazırda sözügedən fərdi yaşayış evində o, yaşayır və onun sahibliyinddə olan evdə X7 qanunsuz qeydiyyata düşməsi onun sahiblik hüququnu pozur, o, öz sahibliyində olan evindən öz istədiyi kimi istifadə edə bilmir. Belə iddia qaldırmaq üçün hüquqi ixtiyarı vardır. O, Binəqədi rayon Polis İdarəsi Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə ərizə yazaraq X7 onun evinə dair qeydiyyatın ləğvini tələb etsə də, Binəqədi rayon Polis İdarəsi Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsi tələbi ilə faktiki razılaşsa da, qeydiyyatın ləğvi məhkəmənin səlahiyyətinə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq iclası 19.05.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxs isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq, izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Bəşirova (Muradova) Şəlalə Sabir qızı 02.06.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X3 almışdır. Həmin ünvanla bağlı Ş.Bəşirovanın (Muradovanın) adına elektrik enerjisinin alğı-satqısı müqaviləsi bağlanmışdır. Bəşirova (Muradova) Şəlalə Sabir qızının adına ev kitabı tərtib olunmuşdur. Həmin ev kitabına əsasən Bəşirova (Muradova) Şəlalə Sabir qızı sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ev kitabında yalnız Bəşirova (Muradova) Şəlalə Sabir qızının qeydiyyatı barədə məlumat mövcuddur. -Eləcə də, iş materiallarında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin 26 noyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 4, ünvansız evdə yayşayan vətandaş X7 DİN-in 102 xidməti zəng mərkəzi sisteminə etmiş olduğu müraciəti və eyni məzmunlu müraciəti Binəqədi RPİ-nin 43-cü PB-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda “2414” sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 22.10.2020-ci il tarixdən icraata qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X9 ilə İddiaçı arasında mübahisəli evlə əlaqədar yaranmış münasibətlər mülki-əmlak xarakterli olub məhkəmə qaydasında baxılaraq həll edilməli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi ilə bağlı İddiaçı ilə 3-cü şəxs Bəşirova (Muradova) Şəlalə Sabir qızı arasında mülki-əmlak xarakterli mübahisə mövcuddur. İddiaçı həmin ünvan üzrə hər hansı bir hüquqmüəyyənedici sənədi olmayaraq, hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2784/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2784/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver