Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2784/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2018-ci il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi, Çənbər bağırsağın xərçəngi İİİ mərhələ. Funksional mədə pozğunluğu. T3N2M2. Kombinə edilmiş müalicə prosesində vəziyyəti. Çənbər bağırsağın dalaq əyrisinin rezeksiyası. XELOX sxemi izrə İ kurs AQPKT. Digər neqativ pozuntular, Asteno-nevrotik hal.) İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən 2 il müddətinə, ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 70% pozuntusu ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. Diqanoz: Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi, pT3N2bN0 mərhələ İİİ B G2. Enən çənbər bağırsağın korsinaması, carrahi əməliyyatdan sonrakı vəziyyət (2017 Rusiya Federasiyası Moskva) PKT (2017 MOM). OU Başlanğıc kotarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası disklərin radikulopatiysı ilə zədələnməsi. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbi əlaqəsinin dəyişdirilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəyə cəlb etmişdir. Əyani müayinənin nəticəsinə əsasən cavabdeh bildirmişdir ki, “..vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 61 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Funksional mədə pozunlusu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün amblopiyası görmə itiliyi 0.1 olmaqla korreksiya etmir” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Enən çənbər bağirsağin bədxassəli yenitörəməsi T3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması cərrahi əməliyatdan sonrakı vəziyyət. PKT (2017 MOM) pT3Nəb MO İİİ B mərhələ (xx.xx.2023 MOM) . OU-Başlanğıc katarakta.Zəif dərəcəli hipermetropiya. Bel və diğər fəqərəarası disklərin radikulopatiyasi ilə zədələnmələri.” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı görmə zəifliyi, mədə ağrılarından şikayətlənmişdir. Anamnezində onkolojii xəstə olduğunu qeyd etmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 77 kq, BKİ 26,5 müəyyən edilmişdir. Baxış zamanı qarnın ön divarında orta və aşağı orta 1/3-də laparatomiya kəsikləri izlənmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Enən çənbər bağırsasın bədxassəli yeni törəməsi pT3N25bMO mərhələ İİİB G2. Enən çənbər bağırsasın cərrahi əməliyyatdan sonrakı vəziyyəti. pT3N2bMQ İİİB mərhələ” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD-0.05 k/ilə 0.3 Vis OS-0.03 k/e. OD-Yetişməmiş katarakta. OS-Tam yetişməmiş katarakta. Xəstəyə ixtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicə olunması məsləhətdir” kimi qeyd olunmuşdur. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 4971 nömrəli Tibbi Rəyində diaqnoz “V/İS OU 0.2 göstərir. Hipermetropiya ağırlaşmış katarakta. Xəstənin subyektiv görmə itiliyi obyektiv müayinələrin cavabları ilə uyğun gəlmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və xx.xx.2023-cü il tarixli Ümumi Xəstəlik ilə əlaqədar 2 iki il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1995-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib. Döyüş zonasında xidmət keçərkən əstələnmiş, mənəona “Funksional mədə pozğunluğu diaqnozu təyin edilmiş, aldığı xəstəliyin səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Təyin edilmiş “sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” diaqnozunun səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi Xidmət Dövrü alınmışdır” ifadəsi ilə göstərilmişdir, Xəstəliyimin fəsadlaşması nəticəsində səhhəti pozulmuş, dəfələrlə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tibb müəssisələrində müayinə və müalicə olub. Nəhayət, xx.xx.2018-ci il tarixdə ona TSEK-nin qərarı ilə 5 illik müddətə (xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) 2-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə ona yenidən 2 illik müddətə 2-ci dərəcə əlillik təyin edilmiş. Lakin bu dəfə əlilliyin səbəbi “ümumi xəstəlik” ifadəsi ilə göstərilmişdir. Bundan sonra əlliyinin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilməsi xahişi ilə cavabdehə müraciət etsə də, ona xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri əyani müayinə qərarında qeyd edilənlərlə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı ona əlillik təyin edilməsi barədə qərarda əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi tələbini irəli sürür ki, bu inzibati aktın dəyişdirilməsi ilə bağlı mübahisələndirmə haqqında iddiadır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmək üçün xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əlilliyin təyinatı ilə bağlı qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İPM-də həmçinin inzibati aktın elan edilməsi ilə müddətin axımının başlanması nəzərdə tutulsa da, məhkəmə qeyd edir ki, məhz hazırkı iddiada müddətin axımının başlanması üçün inzibati aktın elan edilməsi deyil, təqdim edilməsi anı nəzərə alınmalıdır. Çünki şəxsə əlillik təyinatı ilə bağlı ona SMS məlumatlandırma gəldiyi andan, eyni zamanda şəxs əlilliyə görə pensiya ödənişləri aldığı andan ona əlillik təyin edilməsi barədə məlumatlı olsa da, ona təyin edilən əlilliyin səbəbli əlaqəsinin ümumi yaxud xüsusi əsaslarla olmasını, həmçinin əlilliyin müddətli və ya müddətsiz təyin edilməsini yalnız əlilliyin təyin edilməsinə dair qərarın şəxsə yazılı inzibati akt fomasında təqdim edilməsindən sonra bilməsi mümkündür. Hazırkı işdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı sübut olmadığına görə, məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023cü il tarixdən 2 il müddətinə, ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 70% pozuntusu ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” kimi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi qeyd edilməsinə yönəlmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçını əyani müayinəyə cəlb edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh hesab edir ki, hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas vermir, əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi isə aşkar edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazrkı iş üzrə müəyyən edilməli hal ondan ibarətdir ki, iddiaçıya əlillik təyinatı əsas olmuş onkoloji xəstəlik hərbi xidmət dövründə, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar alınıb, yoxsa həçmin xəstəliyin hərbi xidmət vəzifələlərinin icrası ilə əlaqəsi yoxdur. Tərəflər arasında fikir ayrılığı bu barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Bənd 2.7. "Ümumi xəstəliklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; 2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; 2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa. Sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" bir səra hallarda, həmçinin şəxsin yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alması halında müəyyən edilir. Şəxsə o zaman ümumi xəstəlik səbəbndən əlillik təyinatı aparılır ki, şəxsin xəstəliyi hərbi xidmətə çağırılana kimi yaransın, yaxud şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirsin və ya şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas olmasın Həmin Təlimatın: Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. İstinad edilən normalardan göründüyü kimi, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilməsi zamanı əsas götürülən sənədlər sadalanımışdır ki, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı həmin sənədlərdən biridir. Baxılan işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 № li qərarında qeyd edilmişdir ki, “Lənkəran RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və N saylı hərbi hissənin Qəbul- Diaqnostika bölməsində müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Funksional mədə pozğunluğu” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” (tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Göründüyü kimi, Hərbi Həkim Komissiyasının qərarında iddiaçı hərbi travam və xəstəlik qeyd edilmişdir Hərbi Travma funksional mədə pozğunuluğ ilə bağlı, xəstəlik isə görmə zəifliyi ilə bağlı olmuşdur. İddiaçıya hazırda təyin edilən əlillik onun, mədəsində yaranan onkoloji xəstəliklə əlaqədar olmuşdur ki, HHK qərarında həmin travmanın hərbi xitməd dövründə alınması HHK qərarı ilə müəyyən edilir. Bundan başqa məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2355 № li ekspert rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı TSEK-ə göndərilən Forma 088 göndərişində qeyd edilən “Enən çənbər bağırsağın bədxassəli yeni törəməsi, pT3N2b M0 mərhələ İİİB G2 (MOM xx.xx.2023), Çənbər bağırsağın bədxassəli yeni törəməsi, enən çənbər bağırsağın karsinoması, cərrahi əməliyyatdan sonrakı vəziyyət (2017 RF, Moskva). PKT(2017 MOM) pT3N2b M0 mərhələ İİİB mərhələ (xx.xx.2023 MOM), Hipermetropiya, (OU-başlanğıc katarakta, zəif dərəcəli hipermetropiya) Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə zədələnmələri” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin diaqnozlar ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. İddiaçı əlillik təyin edilməsinə əsas vermiş “Enən çənbər bağırsağın bədxassəsli yenitörəməsi, pT3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKJİ2017 MOM, pT3N2b MO İİİ B mərhələ (xx.xx.2023 M OM). OU- Başlanğıc katarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası diaklərin radikulopatiya ilə zədələnmələri” diaqnozu ilə Hərbi-Həkim Komissiyasının qərarında qeyd edilmiş diaqnozlar yəni, Tibbi- Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə əlillik təyinatı aparılarkən göstərilmiş diaqnoz ilə ona xx.xx.2023-cü il tarixdə əlillik təyinatı aparılan zaman qoyulmuş diaqnozdakı əsas xəstəliklər və ağırlaşmaları eynilik təşkil edir. İddiaçı olmuş “Enən çənbər bağırsağın karsinomasnın yaranma səbəbləri müxtəlif olduğundan onun Hərbi- Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 №-li qərarında göstərilən “funksional mədə pozğunluğu”dan yaranması haqqında konkret fikir söylənməsi mümkün olmasa da, onu tam inkar etmək də olmaz”. Ekspert rəyindən göründüyü kimi, HHK komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2018-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diqanoz və ağırlaşmalar, hazırda iddiaçıya əlillik təyinatı aparılan zaman diaqnozda göstərilən xəstəliklər eyni xəstəliklərdir. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbıbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Cavabdeh iddiaya etirazında və əyani müayinənin nəticələri haqqında qərarda iddiaçının əlilik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi xidmət dövrü zamanl alınmasına dair xəstəliklə səbəb əlaqəsi müəyyən edilmir. Baxılan işdə HHK komissiyasının qərarı oldu\i halda, iddiaçı həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır. İşdın görünür ki.HHK qərarında qərar verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir. Həmçinin ekspert rəyi ilə cavabdehin istinad etdiyi halların əsassız olması bir daha sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və mübahisələndirilən inzibati aktı qəbul edən orqan həmin aktı qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2784/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2784/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver