Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2786/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə verilmiş 022345 nömrəli müharibə iştirakçısı olması barədə vəsiqənin surəti əsasında təkrar olaraq vəsiqənin verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən 1990-cı ilə kimi X2 İşlər orqanlarında işləmişdir. 1990-cı ildən yerdəyişmə olunaraq Azərbaycan Respublikasının Daxili işlər oraqanlarında 2003-cü ilə kimi polis nəfəri olaraq xidmətdə olmuşdur. 2003-cü il tarixdən isə DİN-nin əməkdaşı kimi təqaüdə çıxmışdır. Bildirir ki, 1992-ci ilin yanvar ayının əvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şüşa şəhərinin Kosalar kəndində Daxili işlər orqanlarının bir qrup əməkdaşları ilə vətənin müdafiəsi üçün hərbi əməliyyatlarda iştirak etmişdir. Həmin ilin may ayında təkrar olaraq hərbi əməlliyyatda qısa müddətli iştirakı olmuşdur. 1999-cu ildə Dağlıq Qarabağda müharibədə hərbi əməliyyatlarda iştirakına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ona Qarabağ müharibəsi veteranı vəsiqəsi verilmişdir. 2003-cü ildən Polis orqanlarından təqaüdə çıxdıqda ilkin olaraq Daxili İşlər Nazirliyi tərəfindən, sonradan isə Əmək və Əhalinin Sosial müdafiəsi orqanları tərəfindən ona təqaüd hesablanarkən müvafiq olaraq müharibə veteranı olduğu nəzərə alınmaqla əlavə hesablamalar həyata keçirilmişdir. Hazırda da Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müharibə iştirakçıısı kimi qeydiyyatı mövcuddur. 2019-cu ilin aprel ayında veteran vəsiqəsi ona müəyyən bir vəziyyətlə əlaqədar lazım olduqda onu itirdiyini müəyyən etmişdir. Bununla əlaqədar veteran vəsiqəsinin yenisi ilə əvəz edilməsi üçün Bakı şəhər baş Polis İdarəsindən itirilmə barədə arayış əldə etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ona nazirliyin əməkdaşları tərəfindən müharibə veteranı barədə vəsiqəsinin dublikatının verilməsi üşün qısa bir formada ərizə yazdırdılar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2019-cu il tarixli cavab məkubu ilə ona bildirmişdir ki, guya, arxiv sənədlərində onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlər aşkar edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək bu faktı təsdiq etməsi tövsiyyə olunmuşdur. Belə vəziyyətdən sonra yaşadığı mənzildə ona məxsus sənədlər arasında axtarış apararkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 022345 nömrəli müharibə iştirakçısı olmağı barədə vəsiqəsinin surətini tapmışdır. Eyni zamanda bu məsələ ilə əlaqədar qısa bir araşdırma apardığı zaman Əmək və Əhalinin Sosial müdafiəsi orqanlarında da barəsində bu hal ilə əlaqədar məlumatının olduğunu aşkar etmişdir. xx.xx.1999-cu il tarixdə verilmiş 022345 nömrəli müharibə iştirakçısı olmağı barədə vəsiqənin surətini tapdığı üçün cavabdehə yenidən müraciət etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə təkrar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə əvvəlki vəsiqənin surəti əsasında yeni vəsiqənin dublikatının verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2019-cu il tarixli 024-26733/2H-3219 saylı cavab məkubu ilə ona bildirmişdir ki, vəsiqəsinin bərpa edilməsi arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən DİN-də fəaliyyət göstərən müvafiq komisiya tərəfindən mümkün olmamışdır. Qeyd edir ki, 1999 - cu ildə Dağlıq Qarabağda gedən müharibə zamanı baş vermiş hərbi əməliyyatlarda iş yoldaşlarından DİN-nin əməkdaşları olmuş hazırda təqaüddə olan X8, X4 və X9 və digərləri iştirak etmişdir. Göründüyü kimi, Daxili İşlər Nazirliyi tərəfindən ona belə bir sənədin əvvəl verilməsi, eyni zamanda müvafiq sosial orqanlarda barəsində bu faktla əlaqədar müvafiq məlumatların olması onu göstərir ki, barəsində bu faktla əlaqədar arxiv materiallarında əvvələr sənədlər mövcud olmuşdur. Hesab edir ki, cavabdehin sözügedən sənədin verilməsindən imtinası əsassızdır və həmin sənədin dublikatı təqdim etdiyi sənədin surəti əsasında hazırlanıb təkrar olaraq verməlidir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı verilmiş “Müharibə veteranı” vəsiqəsinin əsslığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu verilmiş, həmin idarədən daxil olmuş 07.06.019-cu il tarixli/, 012-15954-1219 nömrəli cavab məktubunda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmadığı göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddanın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «müharibə veteranı» vəsiqəsinin təkrar verilməsi barədə müraciətinin təmin edilməməsinə dair cavabdeh inzibati orqanın gəldiyi qərarla razılaşmır və məhkəmədən ona təkrar müharibə veteranı vəsiqəsinin verilməsi haqqında» öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Şəxsi X13 xx.xx.2019-cu il tarixli, 024-26733H-3219 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının itmiş “Müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz olunması barədə müraciətinə baxılaraq DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən itmiş vəsiqənin yenisi ilə əvəzlənməsini arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün hesab etməmişdir. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Şəxsi X13 xx.xx.2019-cu il tarixli, 024-26733/2H-3219 saylı məktubu ilə iddiaçıya eyni məzmunda cavab ünvanlamışdır. - Məhkəmə araşdırması dövründə xx.xx.1957-ci il təvəllüdlü İddiaçı şəxsi işnin təsdiq edilmiş surətinin, xx.xx.1957-ci il təvəllüdlü X7 011021 saylı, xx.xx.1961-ci il təvəlüdlü X3 018290 saylı, və xx.xx.1960-cı il təvəllüdlü X5 018203 saylı müharibə veteranı vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərinin (ezamiyyətlə bağlı əmrlər və digər sənədlər) qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanladığı şəxsi işlərə baxış keçrərkən müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar/, o cümlədən onun 1992-ci ilin yanvar ayının əvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şüşa şəhərinin Kosalar kəndində Daxili işlər orqanlarının bir qrup əməkdaşları, hazırda təqaüddə olan X8, X4 və X9 və digərləri ilə vətənin müdafiəsi üçün döyüş əməliyyatlarında iştirakı etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün inzibati orqan tərəfindən iddiaçıya təkrar “müharibə veteranı” vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyii nə qarşı iddiaçıya təkrar “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2786/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2786/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver