Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2786/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X9 kаtibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “05 avqust 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 avqust 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 12 iyul 1966- cı il tarixində, Bakı şəhərində, Azərbaycanda anadan olmuşdur. Atası İddiaçı xx xxxxxx 1937-ci il tarixində Kürdəmir şəhərində, Azərbaycanda anadan olmuşdur və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır. Anası X3 27 oktyabr 1934-cü il tarixində Göyçay rayonunda, Azərbaycanda anadan olmuşdur və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır. 1973 - 1983-cü illər arasında Bakı şəhəri 134 saylı məktəbdə orta təhsilini almış, 1983-cü ildə X14 Universitetinin "X6" ixtisasına qəbul olmuş, 1990-cı ildə bitirmişdir. Universiteti bitirdikdən sonra vətənə qayıtmış, 1990-1992-ci illər arasında Azərbaycan Politexnik İnstitutunun "Biotexnologiya" laboratoriyasında çalışmışdır. Sonrakı dövrdə Moskvaya qayıtmış və 2003-2005-ci illərdə Rusiya İqtisad Universitetində ikinci ali təhsil pilləsi - magistr pilləsi üzrə "Maliyyə və Kredit" ixtisası üzrə MBA-magistr dərəcəsini əldə etmişdir. 1992-ci ildən Rusiya Federasiyasında müxtəlif kommersiya təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır. Hal-hazırda isə development və inşaat sahələrində bir neçə şirkətin təsisçisi kimi biznes fəaliyyəti ilə məşğul olur və bu yaxınlarda Azərbaycanda biznes fəaliyyətinin qurulması ilə bağlı addımları həyata keçirməyi planlayır. Rusiya vətəndaşı Tağıyeva Oksana ilə ailə qurmuşdur. O, Azərbaycan vətəndaşlığından könüllü olaraq imtina etməmişdir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində biznes və akademik fəaliyyəti ilə ilə bağlı əsasən Rusiyada olmuş, bu səbəbdən Azərbaycanda Vətəndaşlığı ilə bağlı sənədlərini yeniləməmişdir. Lakin indi olduğu kimi hər il daimi olaraq 3-4 dəfə vətəninə gəlir, burada yarım ilə yaxın müddətdə qalır. Həmçinin, Yasamal rayonu, Ələskər Əliyev küçəsində Almaniyadan, Rusiyadan gətirilən qida məhsulları, xüsusi ilə də meyvə şirələrinin satışı ilə məşğul olan mağazanın da şərikli formada sahibi olmuş və 2010-cu il tarixinədək burada şərik işləmişdir. Faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası vətəndaşı olmuş, lakin sənədləşmələrlə bağlı baş verən dəyişiklərlə əlaqədar olaraq, hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı olmağıyla bağlı yeni sənədləri əldə etməkdə problemlərlə qarşılaşmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmək üçün ilkin mərhələ olan vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün 4 iyul 2022-ci il tarixində Asan 7 Xidmət Mərkəzinin Miqrasiya Şöbəsinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 zəruri sənədlərlə yaxınlaşmış və müraciəti həyata keçirmişdir. O, Asan 7 Xidmət Mərkəzinin Miqrasiya şöbəsinə 26 avqust 2022-ci il tarixində etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Məhəmməd Cəfərov yaxınlaşmış və nəticə ilə bağlı qərarı əldə etmişdir. Qərarda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, X11 xx.xx.2022-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. iş materialları ilə müəyyən olunur ki, X11 Rusiya Federasiyasında vətəndaşlığını əldə etmiş, bu səbəbdən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. X11 vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla 5 il daimi yaşadıqdan sonra o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edə bilər. Bundan başqa, X11 ilə bağlı icraat Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-cı ilin avqust ayında aparılmış və qərar şəxsə sözügedən tarixdə təqdim edilmişdir. Bu da o deməkdir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır : 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, cavabdeh iddia müddəti buraxıldığını qeyd etsə də, mübahisələndirilən qərarın iddiaçıya təqdim etmə tarixini özündə əks etdirən sübutu məhkəməyə təqdim etməmişdir, Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Məmmədli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Cavabdehin “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 12 iyul 1966-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 8 Saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, 12 iyul 1966-cı ildə Bakı şəhərində anadan olmuş X11 MKİS-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, doğulduğu gündən valideynlərinin yanında olmuş və onların qeydiyyatda olduğu Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-də qeydiyyatda olmuşdur.Lakin uzun müddətdir ki, işlə əlaqədar xaricdə yaşadığı üçün vaxtında Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqəsi almamışdır.Odur ki, X8 müraciətini nəzərə alıb hər iki valideyinin qeydiyyatda olub,hal-hazıra kimi yaşadıqları Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-də qeydiyyatda olub-olmaması barədə tərəfimizdən araşdırma aparıldı və məlum oldu ki, Mənzil Kommunal İstismar Sahəsində olan mənzilin maliyyə şəxsi hesab vərəqəsinə və əvvəllər qeydiyyatda olan vətəndaşların qeydiyyat vərəqəsinə (Forma A) əsasən vətəndaş X11 əvvəllər qeydiyyatda olduğu Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-dən təhsililə əlaqədar 18 avqust 1983-cü ildə Moskva şəhərinə qeydiyyata düşmək üçün pasport qeydiyyatından çıxmışdır, 24 iyul 1990-cı ildə isə yenidən valideynlərinin qeydiyyatda olduqları Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-ə pasport qeydiyyatına düşmüşdür. Odur ki, hal-hazırda vətəndaş X8 qeyd olunan ünvandan qeydiyyatdan çıxması və harada qeydiyyatda olması barədə MKİS-də heç bir məlumat yoxdur. Forma A qeydiyyat haqqında kartoçkasına əsasən iddiaçı ünvan 1 ünvanında yaşamışdır, həmin ünvandan xx.xx.1982-ci ildə qeydiyyata alınmış, xx.xx.1983-cü ildə qeydiyyatdan çıxmış, xx.xx.1990-cu ildə yenidən qeydiyyata alınmışdır. İ-AZ 154720 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən iddiaçı xx.xx.1966cı ildə Bakı şəhərində doğulmuşdur, atası kimi İddiaçı, anası kimi X3 qeydə alınmışlar, hər iki şəxsin milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. İddiaçı və X2 şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Rusiya Federasiyasının vətəndaşının pasportuna əsasən iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının qeydiyyatda olduğu yer barədə məlumat mövcud deyil. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 12 iyul 1966-cı ildə Azərbaycanda, Bakı şəhərində doğulmuşdur, hazırda Rusiya Federasiyasının vətəndaşıdır, 1983-cü ildən Azərbaycan Respublikasının ərazisindən kənarda təhsil almış və əmək fəaliyyəti göstərmişdir, özünün də bildirdiyinə görə Azərbaycan Respublikasının ərazisini təhsili ilə əlaqədar 1983-cü ildə tərk etmiş, müxtəlif illərdə qısa müddətlərdə Azərbaycana gəlmiş, biznes fəaliyyəti ilə məşğul olmuş və getmişdir. 2022-ci ildə nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etsə də müraciətinin təmin edilməməsi barədə cavabdeh tərəfindən qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin imtina qərarının ləğv edilməsini və özünün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Həmçinin iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildən Rusiyada yaşamış, təhsil almış və əmək fəaliyyəti göstərmişdir ki, bu da onun həmin ölkələrdə daimi qeydiyyatda olduğunu əks etdirir. İşin faktiki hallarına əsasən iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına düşmür. Məhkəmə onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir, əksinə o, Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;.. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından cavabdeh tərəfindən qаnuni əsаslаrlа imtinа оlunaraq bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 05 avqust 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2786/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2786/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver