Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2786/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., H.Arif küç., ev 17 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən mənzildən X7. X1, X3, X8, X9, X5 və X4 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., H.Arif küç., ev 17 (Yeni qaydalarla: ünvan 1 mənzili İddiaçı xx.xx.2024-cü il tarixli AN-İ ******* N-li alqısatqı müqaviləsi əsasında X2 almış və xx.xx.2024-cü ildə mülkiyyət hüququ tanınaraq çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., H.Arif küç., ev 17 (Yeni qaydalarla: ünvan 1 mənzildə iddiaçı və ailəsi yaşayır. İddiaçı bu yaxınlarda MKİS-nə müraciət edərək mənzildən keçmiş sakinlərin qeydiyyyatdan çıxdığına əmin olmaq istəmişdir. Lakin şifahi olaraq bildirilmişdir ki, evin keçmiş sakinləri X14, X6, X10, X15, X16, X13 və X11 hələ də mənzildə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslər mənzilin keçmiş sakinləridir və həmin şəxslər qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., H.Arif küç., ev 17 (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., Z. Bəy Əhmədbəyov küç., ev 17) ünvanında yaşamırlar. Alqı-satqı müqaviləsi bağlayarkən satıcı ailə üzvləri ilə birlikdə 1 ay ərzində həmin mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdürlər və həmin mənzili iddiaçıya sataraq mənzildən çıxmışdırlar. Mənzil iddiaçıya satıldıqdan sonra Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., H.Arif küç., ev 17 (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu ray, Sabunçu qəs., Z. Bəy Əhmədbəyov küç., ev 17) ünvanında yerləşən mənzildə üçüncü şəxslər yaşamırlar. Lakin bütün bunlara baxmayaraq indiyənə qədər mənzildə pasport qeydiyyatındadır. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Həmin şəxslərin evdə qeydiyyatda qalmağı maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də evin keçmiş sakinlərinin iddiaçıya məxsus evdən istifadə hüququ itirilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X6, X10, X15, X16, X13, X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın geri götürülmüş sayılması
5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
7. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə baxış iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, baxış iclası xx.xx.2025ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmənin baxış iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
9. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X21 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva