Məhkəmə qərarları › İş №2-1(112)-2787/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2787/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2787/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Cəbrayılova Məlahət Vahab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cəbrayılova Məlahət Vahab qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 43/3248 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəbrayılova Məlahət Vahab qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 15.09.1988-ci il tarixli, 5/518 nömrəli qərarı, Sahil b/ynın 28.10.1988-ci il tarixli, 06 nömrəli protokolu ilə 0,12 ha sahəsi olan, Şüvəlan bağ massivində yerləşən 43/3248 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçıya mülkiyyət hüququnu təsdiq edən sənəd qismində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsi barədə” JN-4361D nömrəli, KOD 00306016 nömrəli şəhadətnamə verilmişdir.İddiaçı cavabdehə müraciət edərək onun adına həmin torpaq sahəsinə dair çıxarış verilməsini tələb etsə də, müraciətinə cavab olaraq şəhadətnamə barədə heç bir məlumat olmaması əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş qeydiyyat kitabında və elektron bazada JN-4361D nömrəli şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən sahə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa imtina məktubu verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçnın şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4361D saylı şəhadətnaməyə əsasən Bakı şəhəri XDS İK-nın 16.09.1988-ci il tarixli, 5/518 saylı qərarı, Sahil b/y–nın 28.10.1988-ci il tarixli, 06 saylı protokolu ilə 0,12 hektar torpaq sahəsi olan Şüvəlan Bağ massivində yerləşən 48/3248 saylı bağ sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 02.04.2021-ci il tarixli məktubuna əsasən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Cəbrayılova Məlahət Vahab qızının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 48/3248 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təqdim etdiyi JN4361D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nüsxəsində həmin şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qeydiyyat kitablarında hansı nömrə ilə qeydə alındığı göstərilməmiş və elektron bazada şəhadətnamə barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bununla belə həmin şəhadətnamə ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə sorğu göndərilmiş və cavab olaraq şəhadətnamə barədə məlumat aşkar olunmadığı bildirilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin cavabdehə ünvanlanmış 19.03.2021-ci il tarixli məktubuna əsasən arxivdə aparılan araşdırmalar nəticəsində JN-4361D nömrəli şəhadətnaməyə dair məlumat aşkar edilməmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış 23.05.2019-cu il tarixli məktubuna əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş qeydiyyat kitabında və elektron bazada şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən sahə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Odur ki, iddiaçının Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 48/3248 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2314/2019 nömrəli, 30.07.2019cu il tarixli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,12 ha ölçüdə 34/2246 saylı bağ sahəsinə iddiaçı X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1332/2020 nömrəli, 17.06.2020-ci il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2314/2019 saylı, 30.07.2019-cu il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli, 2- 1(103)-222/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmış və həmin qərardan verilən kassasiya şikayəti də təmin edilməmişdir. Qeyd edilən məhkəmə aktlarına əsasən keçmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən X2 mülkiyyətinə Şüvəlan bağ massivində yerləşən 34/2246 №li bağ sahəsinin verilməsinə dair JN-4361D (kod ********) saylı şəhadətnamə verilmişdir, qeyd edilən şəhadətnamə əsasında X1 göstərilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2314/2019 saylı, 30.07.2019-cu il tarixli qərarı ilə cavabdehin üzərnə qoyulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 43/3248 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-4361D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 43/3248 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-4361D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”si ilə təsdiqləndiyini göstərsə də cavabdehin bildirdiyinə görə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmiş qeydiyyat kitabında və elektron bazada JN-4361D nömrəli şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2314/2019 saylı, 30.07.2019-cu il tarixli qərarı, Bakı Apelyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli, 2-1(103)-222/2020 nömrəli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1332/2020 nömrəli, 17.06.2020ci il tarixli qərarı) iddiaçının təqdim etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin nömrəsi və kodu ilə eyni olan koda və nömrəyə malik olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Bakı şəhəri, Şüvəlan bağ massivində yerləşən 34/2246 nömrəli bağ sahəsinin üzrində mülkiyyət hüququnun digər fiziki şəxsin - X1 adına qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Beləliklə göründüyü kimi torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün təqdim edilən sənəd – “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” qanunvericiliklə müəyyən edilmiş mötəbərlilik şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Cəbrayılova Məlahət Vahab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivində yerləşən sahəsi 0,12 ha olan 43/3248 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cəbrayılova Məlahət Vahab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivində yerləşən sahəsi 0,12 ha olan 43/3248 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar