Məhkəmə qərarları › İş №2-1(112)-2789/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2789/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2789/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında" xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X38 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”' Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X38 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarət tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı olmadan Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranında tədbir keçirilmişdir. Keçirilmiş operativ vergi vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinin X38 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 iyun 2022-ci il tarixli DVX 006106 nömrəli akt tərtib edilmiş, 13 nəfər əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçi müəyyən edilərək izahatları alınmışdır. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarı əsasında fiziki şəxs İddiaçı ümumilikdə 28000 (iyirmi səkkiz min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında və həmin tədbirin nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX 006106 nömrəli aktda tədbirin keçirildiyi ünvan Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranı qeyd olunsa da, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarında tədbirin Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən "Nihat” adlı ərzaq mağazasında keçirildiyi qeyd olunmuş və buna görə də maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarının fiziki şəxs İddiaçı heç bir aidiyyəti yoxdur və qərar düzgün qəbul olunmamışdır. Həmin qərarda guya fərdi sahibkar X24 adlı şəxs və bir nəfər izahat verməkdən imtina etmişlər. Adı qeyd olunan şəxsin ümumiyyətlə fiziki şəxs İddiaçı aidiyyəti yoxdur və sonuncu həmin şəxsi tanımır. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, guya fiziki şəxs İddiaçı tərəfindən foto, audi-video sahəsində məşğul olan şəxs işlərə cəlb olunmuşdur. Belə bir hal da olmamışdır. İnzibati orqanın belə təhrif olunmuş məlumatlar əks olunan qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb yerinə yetirilməmişdir. Keçirilmiş operativ tədbirin nəticəsində tərtib olunmuş akt və protokollarda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün, tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. Həmçinin operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən bir sıra qanunsuz hərəkətlərə yol verilmiş və operativ vergi nəzarəti yoxlaması işçilərə təzyiq və bir sıra hallarda zor tətbiq edilməklə aparılmışdır. Vergi orqanının vəzifəli şəxslərindən vergi orqanının qərarı tələb olunsa da, buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə "Nəzarət Kitabçası" haqqında Əsasnamə" təsdiq edilmişdir. Sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli 97 nömrəli Qərarı ilə "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. X4 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu"nun qeyd edilməsi təsbit olunmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən yuxarıda qeyd olunan normativ aktın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, vergi orqanının vəzifəli şəxslərinin tərtib etdikləri aktda göstərilmişdir ki, guya nəzarət kitabçası tələb olunmuş, lakin təqdim olunmamışdır. Bildirir ki, aktda qeyd olunanlar həqiqətə uyğun deyildir, çünki, operativ vergi nəzarəti vergi orqanının vəzifəli şəxsləri tərəfindən elə bir kobud və aqressiv hərəkətlərə yol verilməklə keçirilmişdir ki, onları həmin yoxlama zamanı qanunun tələblərinə riayət etmək belə maraqlandırmamış və aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış təqdim olunmamış, nəzarət kitabçasında müvafiq qeydlər aparılmamışdır. Vergi ödəyicisinin nümayəndəsinin izahatını və etirazını dinləmək istəməmişlər. Obyektdə işləməyən şəxslərdən izahat alınaraq onlar obyektin işçiləri kimi göstərilmişlər. Yoxlamanın həyata keçirildiyi “Palmera Voate" restoranı xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi” əsasında fiziki şəxs İddiaçı tərəfindən icarəyə götürülmüş və bir müddət təmir işləri aparılmışdır. Həmin restoran xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamış və nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Fəaliyyət başlamamışdan əvvəl vergi orqanının tədbir keçirməsi sahibkarlıq fəaliyyətinə mümkün vurula biləcək ağır bir zərbə hesab etmək olar. Operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri obyektin fəaliyyətini tam iflic vəziyyətə salmış, obyektin gündəlik fəaliyyətinə maneə törətmişlər. Operativ vergi nəzarəti zamanı alınan izahatlar vergi orqanının vəzifəli şəxsləri tərəfindən vətəndaşlara psixoloji təsir göstərməklə alınmışdır. Belə ki, bütün izahatlar eyni məzmunludur. Təqdim edilmiş siyahı və izahatlarla tanış olduqda adları qeyd olunan şəxslərdən X36 fiziki şəxs İddiaçı xalası oğludur və tədbir keçirilən zaman obyektdə onun yanına gəldiyini və birlikdə yemək yediklərini bildirmişdir. Bundan başqa, izahatları alınan X6 və X20 xx.xx.2022-ci il tarixdən, yəni operativ tədbir keçirilən gün işlə təmin olunduqlarını qeyd etmişlər. X13 izahatında 4 (dörd) ay, X35 2 (iki) ay, X30 2 (iki) ay, X25, X21 isə 1 (bir) ay işlədiyini bildirmişlər. Müvafiq sənədlərdən də göründüyü kimi fiziki şəxs İddiaçı ilə icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İcarə müqaviləsi bağlanmazdan öncə ticarət obyekti başqa şəxslərin istifadəsində olmuşdur. Belə olan halda, adları qeyd olunan şəxslərin icarə müqaviləsinin bağlanması tarixindən öncə fiziki şəxs İddiaçı tərəfindən işlə təmin olunmaları barədə izahat yazmaqları absurddur. İzahatları alınan şəxslərdən X37 izahatında 15 (on beş) gün, X22 10 (on) gün, X31 xx.xx.2022-ci il tarixdən işlədiklərini bildirsələr də, məvaciblərini aylıq olaraq aldıqlarını qeyd etmişlər. Həmin şəxslərin izahatlarında işlədikləri günlər nəzərə alınsa aylıq məvacibin alınması üçün müddətin bitməsinə kifayət qədər gün qaldığına baxmayaraq, güya həmin şəxslərin aylıq məvacib almaqları vergi işçilərinin öz fantaziyaları əsasında məcburən yazdırılmış və ya elə vergi işçilərinin özləri tərəfindən yazılmış izahatlardır. Həmçinin, keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX 006106 nömrəli aktda tədbirin başlama saatı saat 17:40 göstərilmiş, bitmə saatı barədə isə heç bir məlumat öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixli DVX 004456 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolda isə tədbirin başlama saatı 17:35, bitmə saatı isə 18:10 göstərilmişdir. Vergi əməkdaşları tərəfindən operativ tədbirin keçirilməsi ilə bağlı bu kimi tələblərə də əməl olunmamışdır. Vergi əməkdaşları operativ tədbir qeyd etdikləri vaxt aralığında aparılmış olsaydı, 35 dəqiqə ərzində tədbiri başlayıb, 13 nəfərin izahatlarını obyektiv şəkildə yazdırıb və nəticədə müvafiq akt və protokol tərtib edilə bilməzdi. Əgər tədbir qeyd edilən vaxt ərzində keçirilmişdirsə, onda alınmış izahatların heç biri həqiqətə uyğun deyil və vergi əməkdaşlarının özləri tərəfindən yazıldığı bir daha sübuta yetir. Bundan başqa, sahibkar İddiaçı işlətdiyi "Palmera Voate" restoranında operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 330/2022 saylı qərarında qeyd olunur ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında bunu təsdiq edən hər hansı sübut yoxdur. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Beləliklə, göründüyü kimi, vergi orqanı tərəfindən yenicə fəaliyyətə başlamağa çalışan sahibkar xəbərdar olunmadan, mümkün ola biləcək nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilmədən hələ fəaliyyətə başlamamış ticarət obyektində operativ tədbir keçirilməsi, vergi işçilərinin özlərinin fantaziyaları əsasında reallığa uyğun olmayan izahatların yazılaraq şəxslərə məcburən imzalatdırmaqları qanunvericiliyin tələblərinə ziddir. İddia tələbi Vergi Məcəlləsinin 24.0.2, 31.0.3, 43.10, 48.4, 49.2, 50.4, 50.5, 50.6-cı maddələri, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 58.3, 61, 64, 65, 67-ci maddələri ilə əsaslandırılmışdır. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza və ona əlavəyə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edilir. Araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B saylı ünvanda yerləşən “KAFE” obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 006106 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********145600 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:59:02-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 26000 (iyirmi altı min) manat və 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********254500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:34:21-də oxunduğu müəyyən edilmişdir. İddia ərizəsində əsassız olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar həm Vergi Məcəlləsinin tələblərinə əsasən tərtib olunmadığı üçün, həm də başqa bir sahibkarın fəaliyyət göstərdiyi ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi ilə bağlı tərtib olunduğu üçün və fiziki şəxs İddiaçı heç bir aidiyyəti olmadığı üçün ləğv olunmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixində “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və 06 iyul 2022-ci il tarixli icarə müqaviləsini ərizəsinə əlavə etmişdir. Həmin icarə müqaviləsində qeyd edilmişdir ki, X17 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X39 ev 29B ünvanında yerləşən ümumi sahəsi 633,1 kv/m olan obyekti (əsas sahə 400 (o cümlədən kafe üçün - 370 kv/m, təndir çörək sexi üçün - 30 kv/m) yardımçı sahə 233,1 kv/m) İddiaçı icarəyə verilmiş və müqavilədə icarə müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək müəyyən olunmuşdur. Həmin icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X39 ev 29B ünvanında yerləşən, əsas sahəsi 370 kv/m, əlavə sahəsi 233,1 kv/m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə vergi uçotuna alınmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi operativ vergi nəzarəti tədbiri İddiaçı vergi orqanında uçotda olan təsərrüfat subyektində (obyektdə) keçirilmiş və iddiaçının ərizəsində qeyd etdiyi hal tamamilə əsassızdır. İddiaçının digər ərizəsini əsaslandırmağa çalışdığı əsassız fikir budur ki, operativ vergi nəzarəti tədbiri zamanı tərtib olunmuş akt və protokollarda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 43.10-cu maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər. Yuxarıda qeyd olunan maddələrdən də göründüyü kimi operativ vergi nəzarəti zamanı müşahidəçilərin cəlb olunması imperativ norma kimi nəzardə tutulmamışdır. İddiaçı eyni zamanda ərizəsində əsassız olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməli olduğu halda, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının vəzifəli şəxslərindən vergi orqanının qərarı tələb olunsa da, buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. Operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar və hər hansı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi obyektdə olmadığından qərarla və çıxarışla tanış etmək, tərtib edilmiş aktı imzalamaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. İddiaçı ilə mobil telefonla əlaqə saxlanılmış (nömrə: **********), operativ vergi nəzarəti tədbiri barədə məlumat verilmiş, sahibkar rayonda olduğunu bildirmiş və ona hüquq və vəzifələri izah edilərək, sənədlərin elektron və poçt vasitəsilə göndəriləcəyi bildirilmişdir. Qeyd olunan hallar xx.xx.2022-ci il tarixində tərtib olunmuş aktda öz əksini tapmışdır. Operativ vergi nəzarəti tədbirinə dair sənədlər xx.xx.2022-ci il tarixli **********145600 nömrəli bildirişlə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2022-ci il tarixində göndərilmiş və tərəfindən xx.xx.2022-ci il tarixində saat 09:59:02-də oxunmuşdur. OVN tədbiri zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 14 nəfər fiziki şəxsdən 13 nəfəri İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B saylı ünvanda yerləşən “Palmera” restoranında işə götürüldüklərini etiraf etmiş, 1 nəfər fiziki şəxs (X32) isə heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 2 aydır ki, İddiaçı tərəfindən “Palmera” restoranına aşbaz vəzifəsinə işə götürüldüyünü, gündəlik 15 manat olmaqla nağd qaydada əmək haqqı aldığını, iş vaxtının saat 11:00-dan 20:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Fatima (kassir), Zakirə (salatçı), Ləmanı (inzibatçı) tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, izahatın onun sözləri ilə Əhmədova Fatima tərəfindən yazıldığını, ucadan oxunduğunu, imzası ilə təsdiq edildiyini bildirmişdir. X10 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 2 ay olar ki, İddiaçı tərəfindən işə cəlb olunduğunu, 300 manat olmaqla nağd qaydada əmək haqqı aldığını, iş vaxtının saat 10:00-dan 22:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Arifə və Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən kassir vəzifəsinə işə cəlb olunduğunu, aylıq əmək haqqının 350 manat olduğunu və nağd şəkildə aldığını, iş vaxtının saat 12:00-dan 00:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Arifə, Zakirə, Ləman, Hədiyyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X23 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, gündəlik 10 manat olmaqla nağd qaydada əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Elşad, Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında bir ay olar ki, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, gündəlik 10 manat olmaqla nağd qaydada əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Ləman, Hilalı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, VÖEN-i olsa da, fəaliyyətini dayandırdığını bildirmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında dörd ay olar ki, İddiaçı tərəfindən aşpaz vəzifəsinə işə cəlb olunduğunu, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Elşad, Emin, Şahmar, Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 7 nəfər işçi də eyni qaydada izahat verərək onlarla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişlər. İddiaçı ərizəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasları göstərilmişdir. Cavabdeh tərəfindən aparılan operativ vergi nəzarəti tədbirində bu maddənin tələbləri kobud pozulmaqla aparılmışdır. Belə ki, İddiaçı işlətdiyi “Palmera" restoranında operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Bakı şəhəri X38 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9014 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə fiziki şəxs X18 (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B ünvanında yerləşən “PALMERA KAFE” adlı obyektdə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X18 (VÖEN:**********) fəaliyyət göstərmədiyi, həmin obyektdə fiziki şəxs İddiaçı (VÖEN:**********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəbdən də Baş idarənin xx.xx.2022-ci tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə nəzarət tədbiri keçirilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə ki, N.Muradov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də fiziki şəxs və vergi ödəyicisi operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında yol verilmiş nöqsanları etiraf etmişlər. Etiraz Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 50.6, 50.1.7, 58.10-cu, 220.10-cu, Əmək Məcəlləsinin 5-1,7, 49-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”n 3.2-ci bəndi ilə əsaslandırılmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, kafedə yoxlama zamanı vergi yoxlayacılarının dediklərinə uygun izahat yazmış, ona təzyiq olmamış, Rövşən müəllimi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 izahatında göstərmişdir ki, 1 həftə idi ki, kafeyə gəlib-gedirmiş, təmizlik işləri görmüş, ümümilikdə xəmir yeməkləri bişirmiş, işə hələ başlamamışlar. Özü yaza bilmədiyindən imza atmışdır. Kameranı söndürmüşlər, yoxlayacılar demişlər ki, nə deyirlər elə də yazılsın. Restoran həmin vaxt işləməmiş, müdiri Asif müəllim olmuş, Rövşən müəllim ilə işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 oglu izahatında göstərmişdir ki, həmin gün gəlmişdir ki, onu işə götürsünlər. Qəzənfərlə orda tanış olmuşdur. Ona təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahatında göstərmişdir ki, yoxlama zamanı izahatı özü yazmamış, vergi orqanının yoxlayıcıları yazmışlar. Ona demişlər ki, qol çəkməlidir, yoxsa problem olacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 izahatında göstərmişdir ki, iddiaçının işlətdyi restoranda 1 saatlıq gəlib işləmiş, lakin ona pul verməmişlər. İzahatı yoxlama zamanı özü yazmışdır. Vergi orqanın işçiləri bildirmişlər ki, onlar nə deyir onu yazmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş vergi orqanının əməkdaşı yoxlayıcı X6 izahatında bildirmişdir ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarına əsasən yoxlama həyata keçirmək üçün obyektə getmişdir. Əvvəlcə obyekti başqa şəxs idarə etmiş, daha sonra İddiaçı idarə etmişdir. Bu kassanı yoxlayanda məlum olmuşdur. Həmin qərar ləğv olunmuş və Asifin adına yeni qərar qərar qəbul edilmişdir. İddiaçı ilə əlaqə saxlayıb, Qəbələ rayonunda olmağı ilə bağlı gələ bilməyəcəyini bildirmişdir. Kassada kənarlaşma olmuşdur. Orada çalışan şəxslər olmuş, onlardan izahat almışlar. Arifə xanim izahatı yaza bilmədiyindən onun əvəzinə Rasimə xanım yazmış, ona oxunmuş və imzası ilə təsdiq etmişdir. Kameralar söndürülüb yandırlmamışdır. Obyekt müştəri ilə dolu olmuşdur. Yoxlama müddəti çox çəkmiş, xeyli müddət orada olmuşlar. Elə 30-35 dəqiqə 1 nəfərdən izahat almağa sərf olunmuşdur. İşçilərə heç bir təzyiq olmamış, hamısı sərbəst olmuş, bu kamera görüntülərindən də görsənir. Biri 2, biri 4 ay, biri 2 ay orada işləməsini bildirilmişdir. Qərarla 14 nəfər məsuliyyətə cəlb olunmuşdur. 13 nəfərin əmək müqaviləsi olmadan, 1 nəfərin işə sabit qəbzsiz işlədiyinə görə sahibkar məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi videodiskə baxış keçirilərək Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B ünvanında yerləşən “PALMERA KAFE” adlı obyektdə operativ vergi nəzarəti tədbiri zamanı şəxslərin dindirilərək izahatlarının alınması müəyyən edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********0595 saylı xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, iddiaçıdan yoxlamanın keçirilməsi üçün zəruri sənədlər tələb edilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçıya məxsus obyektdən zəruri sənədlər götürülmüşdür. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iddiaçıya məxsus obyektdən zəruri sənədlər götürülmüş, protokol vergi ödəyicisinin nümayəndəsi qismində X14 imzalanmışdır. - Cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli DVX seriyalı 006106 saylı aktdan və ona əlavədən görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, iddaçıya təqdim edilmədiyi barədə qeydlər edilmiş, akt ödəyici tərəfindən imzalanmamışdır. Akta görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 1 nəfər fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə vergi ödəyicisi olan iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. - xx.xx.2022-ci il tarixli vergi orqanın əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranında operati yoxlama zamanı iddiaçının rəsmi nümayəndəsi olmamış və obyektin mülkiyyətçisi X26 əslində biznesin ona məxsus olmasını bildirmişdir. - Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli **********0591 nömrəli qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranında (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221759026 saylı çıxarışdan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi kafedə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0557 saylı qərarından görünür ki, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçının (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (üç) nəfər fiziki şəxsin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişdirlər. Fərdi sahibkar X24 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdirlər. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarı ilə qərara alınmışdır ki, “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 üzrə Baş İdarəsinin fərdi sahibkar İddiaçı, oğlunun (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli 22039Ö02380557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar’da vergi ödəyicisinin təsərrüfat subyektinin adı və ünvanı texniki olaraq səhv qeyd olunmuşdur, “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 63.1-ci il bəndində əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd ojunanlarla əlaqədar, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinjn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın təşviri-əsaslandırıcı hissədə yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquği qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (on üç) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər əmək və xidmət müqaviləsinin bağlanılmadığını etiraf etmişlər. Fərdi sahibkar X24 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdirlər.” sözləri “Bakı şəhəri, Yasamal rayonu, X39 29B ünvanda yerləşən “Palmera" adlı kafedə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 (on üç) nəfər fiziki şəxsin, 1 (bir) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yazılı izahatı alınmış şəxslər onlarla fərdi sahibkar arasında əmək və xidmət müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Fərdi sahibkar İddiaçı yoxlamada iştirak etməmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs isə hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdir.” sözləri kimi oxunsun. - xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi” əsasında fiziki şəxs İddiaçı tərəfindən ümumi sahəsi 633,1 kv.m olan Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən obyekti icarəyə götürmüşdür. - X15, X8, X43, X7, X21, X25, X30, X35, X6, X20, X31, X22, X37 izahatlarından görünür ki, onlar vergi nəzarətinin keçirilməsi zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə əmək müqaviləsi olmadan işlədiklərini bildirmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı oldugundan təmin edilməlidir. İddiaçı hazırki iddia tələbində cavabdehin onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarları qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ...50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ...50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. 51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. 51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. 63.4. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. İşin hallarına görə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0591 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X39 29B ünvanında yerləşən “Palmera Voate” restoranında (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. Cavabdehin tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0557 saylı qərar əsasən vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Qərarda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (üç) nəfər fiziki şəxsin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər. Fərdi sahibkar X24 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. İddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarında göstərilmişdir ki, “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X38 üzrə Baş İdarəsinin fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli 22039Ö02380557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda vergi ödəyicisinin təsərrüfat subyektinin adı və ünvanı texniki olaraq səhv qeyd olunmuşdur, “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 63.1-ci il bəndinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlarla əlaqədar qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinjn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın təşviri-əsaslandırıcı hissədə yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquği qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (on üç) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər əmək və xidmət müqaviləsinin bağlanılmadığını etiraf etmişlər. Fərdi sahibkar X24 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdirlər.” sözləri “Bakı şəhəri, Yasamal rayonu, X39 29B ünvanda yerləşən “Palmera" adlı kafedə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 (on üç) nəfər fiziki şəxsin, 1 (bir) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yazılı izahatı alınmış şəxslər onlarla fərdi sahibkar arasında əmək və xidmət müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Fərdi sahibkar İddiaçı yoxlamada iştirak etməmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs isə hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdir.” sözləri kimi oxunsun. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyə sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan da hazırki işdə oldugu hallarda - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və əmək müqaviləsi qüvvəsini olmadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Qanunverciliyin bu normalarına riayət edilməsini yoxlamaq cavabdeh orqanın vəzifə funksiyalarına aid olsa da, cavabdeh tərəfindən həmin yoxlama da qanunvericiliyin tələblərinə riayət edilməklə aparılmalıdır. Belə ki, istər Vergilər Məcəlləsində, istərsə də “İnzibati icraat haqqında” Qanunda cavabdeh orqan tərəfindən imperativ qaydada əməl etməli olduğu prosedur qaydalar müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən əsaslara ümumi şəkildə istinad olunmuşdur. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh yalnız məhkəməyə təqdim etdiyi etirazındakı dəlillərinə görə Bakı şəhəri X38 üzrə Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********9014 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə fiziki şəxs X18 (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, X39 küçəsi, ev 29B ünvanında yerləşən “PALMERA KAFE” adlı obyektdə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X18 (VÖEN:**********) fəaliyyət göstərmədiyi, həmin obyektdə fiziki şəxs İddiaçı (VÖEN:**********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Halbuki iş materiallarından görünür ki, təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə İddiaçı adına vergi uçotuna alınmışdır. Vergi nəzarəti isə helə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, real mənzərəni müəyyən etmək mümkün olsun. Cavabdehin dəlillərində qeyd edilən hallar sahibkarın cəmi 2 gün fəaliyyətə başladıgı bir dövrdə operativ vergi nəzarətinin həyata keçirilməsinin əsası hesab edilə bilməz. Tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin tələbinə görə vergi nəzarəti özüözlüyündə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda aparılır. Mənbəyi bəlli olan məlumatlar isə Vergi Məcəllənin 83.2ci maddəsində sadalanmışdır. Həmin normaya görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; - 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; - 83.2.3. vergi yoxlaması materiallarına; - 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Bundan əlavə qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər yoxlama növünü seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada və hansı əsaslara görə istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı iş üzrə cavabdehin xx.xx.2022-ci il tarixli **********0591 saylı qərarında cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb də yerinə yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarında olan akt və protokollardan görünür ki, həmin sənədlər yalnız vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Cavabdehin tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0557 saylı qərara əsasən vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Qərarda vergi ödəyicisinin fəaliyyət göstərdiyi kafedə deyil, tamam başqa bir yerdə (“Nihat” adlı ərzaq mağazada) və başqa bir şəxs (X24) tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (üç) nəfər fiziki şəxsin yazılı izahatlarının alındıgı, həmin şəxslərin əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etdikləri və buna görə də məlum olmayan bir şəxsin (fərdi sahibkar X24) hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etməsi (halbuki aktda vergi ödəyicisinin obyektdə olmadıgı səbəbdən aktı imzalamadıgı barədə qeyd edilmiş) iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi yer üzrə və naməlum şəxs barəsində baş tutmuş əməliyyatlara görə vergi məsuliyyəti tədbiri tətbiq etmişdir. Bundan əlavə izahatları alınmış işçilər X16 və X19 2 ay, X9 1 ay, X2 4 ay İddiaçı tərəfindən “Palmera” restoranında işə cəlb olunduqları barədə izahatları işdə olan sənədlərə uygun olmadıgından mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X39 ev 29B ünvanında yerləşən, əsas sahəsi 370 kv/m, əlavə sahəsi 233,1 kv/m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə onu adına vergi uçotuna alınmışdır. Bu hallar da, vergi orqanı tərəfindən aparılmış yoxlamanın etibarlığını, obyektivliyini və qərəzsizliyini şübhə altına alır. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda operativ vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Bunlardan əlavə iş materiallarından məlum olur ki, iddiaçının vergi məsuliyyətinə cəlb edildiyi gündən 2 aydan sonra cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”da texniki səhv adı ilə düzəliş edilmişdir. Lakin cavabdeh bu qərarın qəbulu zamanı da qanunverciliyin tələblərini iddiaçının hüquqlarının kobud pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərar qəbul edilərkən, heç bir inzibati icraat aparılmamış, bu barədə müvafiq qərar qəbul edilməmiş, iddiaçı inzibati icraata cəlb edilməmiş, aktın qəbul ediləcəyi yer və vaxt barədə ona məlumat verilməmiş, dinlənilməsi təmin edilməmiş, yalnız barəsində əlverişsiz qərar qəbul edildikdən sonra ona göndərilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” qərarında qəbul edildiyi tarix xx.xx.2022-ci il tarix kimi göstərilsə də, cavabdeh tərəfindən tərtib edilmiş iddiaçı ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və həmin tarixdə də iddiaçıya göndərilmişdir. Bununla da, cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçıya 1,5 aydan çox müddət keçdikdən sonra göndərilmişdir. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cavabdeh məhkəməyə verdiyi etirazındakı dəlillərinə görə operativ vergi nəzarəti tədbirinin İddiaçı vergi orqanında uçotda olan təsərrüfat subyektində (obyektdə) keçirildiyini və iddiaçının ərizəsində qeyd etdiyi halın tamamilə əsassız oldugunu bildirsə də, düzəliş edilməsi barədə qərara istinad etməmişdir. Bütün bunlar isə ona dəlalət edir ki, qərar formal olaraq tərtib edilmişdir. Məhkəmə xüsusi olaraq vurgulayır ki, iddiaçının cavabdeh tərəfindən inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən qərarlarla bağlı inzibati icraatın aparılmadığı, qərarlarda inzibati orqanın gəldiyi nəticənin onun işin araşdırılan hallarına olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş qərarların qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçının barəsində qəbul edilmiş qərarlar İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalıdır ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçını öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən qərarların inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədlərin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür. Odur ki, iddia tələbi əsaslıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X38 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarları ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X38 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarları ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar