Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2789/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1963-ci il tarixdə doğulmuşdr və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdə X9 Təhsili Komitəsində rəngsaz peşəsi üzrə təhsil almışdır və xx.xx.1984-cü il tarixdə peşə məktəbini diplomla bitirmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı Aqreqat zavodunda 3cü dərəcəli rəngsaz, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı Aqreqat zavodunda rəngsaz peşəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Keşlə Maşınqayırma zavodunda 4-cü dərəcəli rəngsaz, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kommunal Sənaye Təhcizat idarəsində 4-cü dərəcəli rəngsaz, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda 4-cü dərəcəli rəngsaz peşəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı Yüksək Gərginlikli Elektirik Avadanlıqları ASC-də 4-cü dərəcəli rəngsaz, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Sumqayıt Texnologiyalar Parkında 3-cü dərəcəli yük daşıyan, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də 3-cü dərəcəli yük daşıyan vəzifəsində işləmişdir. Bakı Aqreqat zavodunun arayışına əsasən xx.xx.1984cü il tarixdən xx.xx.1987-ci il tarixədək 3-cü dərəcəli rəngsaz peşəsi üzrə onun 03 il 03 ay 21 gün əmək stajının olması qeyd edilir. Bakı Aqreqat zavodunun arxiv arayışına əsasən xx.xx.1987- ci il tarixdən xx.xx.1993-cü il tarixədək rəngsaz peşəsi üzrə 5 il 10 ay əmək stajının olması qeyd edilir. Bakı Aqreqat Zavodunun Arayışı-Açılış barədə qeyd edilən peşə zərərli və ağır əmək şəraitində XB-16, Əli-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmağı qeyd edilir. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Keşlə maşınqayırma zavodunun Arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 4 il 3 ay, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixdək 2 il 7 ay 4-cü dərəcəli rəngsaz vəzifəsində işləməyi qeyd edilir. Bakı Yüksək Gərginlikli Elektirik Avadanlıqları ASC-nin arayışına əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 8 il 01 ay 10 gün stajın olması və zərərli, ağır əmək şəraitində məmulatların səthinin rəglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan sintetik, sellülozik əsaslı boyalr, həmçinin sintetik və sellülozik həlledicilərlə təmasda olmağı qeyd edilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X3 Avıa- Aqreqat” zavodunun 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının rəngsaz peşəsində işlədiyi qeyd edilib. Adıçəkilən müəsısədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən göndərilən sorğuya cavab olaraq bildirilib kı. iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nın 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iddiaçının ış stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi uçün güzəştli iş stajını müəyyən etmək olmayıb. Bu fakt “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nın 7 mart 2024-cu ıl tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin qeyd etmək olunmalıdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 41 il 4 ay 26 gün (01.01 2006-cı il tarixinədək 24 il 26 gün (xx.xx.1981-15 05.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-23.11 1987-ci il, xx.xx.1987-xx.xx.1993-cü il. xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə xx.xx.2024cü ıl tarixinə 64343,99 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz “Aqreqat” İstehsalat Birliyi “Avia-Aqreqat” zavodunun sizə dair 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd edilib. Adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, "xxxx" ASC-nin 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002- xx.xx.2011 ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi üçün güzəştli iş stajınızı müəyyən etmək olmayıb. Bu fakt "xxxx" ASC-nin 7 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq ediiib. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2002xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir. -Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil almışdır. -“Aqreqat” X8-Aqreqat Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1987 ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı Aqreqat zavodunada (indiki "xxxx" MMC-də) işləmişdir. -“Aqreqat” X8-Aqreqat Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Bakı Aqreqat zavodunda (indiki "xxxx" MMC-də) işləmişdir. -“Aqreqat” X8-Aqreqat Zavodu tərəfindən verilmiş arayışa əsasən İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1984-cü il tarixdən (əmr № 210/K xx.xx.1984-cü il) xx.xx.1987-ci il tarixədək (əmr № 225/K xx.xx.1987-ci il) və xx.xx.1987-ci il tarixdən (əmr № 234/K xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr № 155/K xx.xx.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji prosseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzətli şərtlərlə yaşa görə pensiya hüququ verən aşğıdakı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə. Ümumi peşələr “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənlədirilmişdir. -“Aqreqat” İstehsalat Birliyi tərəfindən verilmiş arayışa əsasən İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1987-ci il tarixdən (əmr № 234/K xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr № 155/K xx.xx.1993- cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji prosseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzətli şərtlərlə yaşa görə pensiya hüququ verən aşğıdakı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə. Ümumi peşələr: “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənlədirilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" ASCdə xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək 4-cü dərəcəli rəngsaz peşəsində işləmişdir. Mövcud texnoloji proseslərə əsasən o, zərərli və ağır əmək şəraitində məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan sintetik, sellülozik əsaslı boyalar, həmçinin, sintetik və sellülozik həlledicilərlə təmasda olmuşdur. Rəngsaz peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci fəslinin, 11-ci bəndinin, 2-ci yarımbəndinə əsasən zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 8 il, 01 ay, 10 gün təşkil edir. -Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1963-cii il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1995-ci ildə 2 saylı Mexaniki yığma sexinə 4-cü dərəcəli rəngsaz peşəsinə işlə qəbul edilmişdir. Əmr: Xs 29/k, xx.xx.1995-ci il. xx.xx.2000-ci ildə Azərb. Resp. ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr X« 76/k, xx.xx.2000-ci il. xx.xx.2000-ci ildə 2 saylı Mexaniki yığma sexinə 4-cii dərəcəli rəngsaz peşəsinə işlə qəbul edilmişdir. Əmr: Xsı 50/k, xx.xx.2000-ci il. xx.xx.2002-ci ildə Azərb. Resp. ƏM-nin 75-ci maddəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir. Əmr № 94/k, xx.xx.2002-ci il. Göstəıilən peşə üzrə işləyən İddiaçı işçilər üçün işlədiyi rəngsaz peşəsi qapalı iş şəıaitində olmaqla Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Naziıləı Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə 1 nömrəli siyahısına, Xİ.metal emalı bölməsi(l 100000).5.Metal emalı üzrə sair peşələr hissəsi (l 1104000) a)fəhlələr(l 110400a-13450) bəndinə uyğundur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxsin xx.xx.2001-ci il tarixli nizamnaməsinə əsasən "xxxx" ASC “Azərelektroterm” X5 tabeliyində olmuş Bakı Yüksək Voltlu X1 çevrilməsi nəticəsində yaradılmışdır. Bundan başqa, hüquqi şəxsin xx.xx.2002-ci il tarixli və xx.xx.2004-cü il tarixli nizamnamələrinə əsasən "xxxx" ASC (VÖEN **********) xx.xx.2001-ci il tarixdə D-3240 nömrə ilə dövlət qeydiyyatına alınmış eyni adlı hüquqi şəxsin bazasında yaradılmış və onun hüquqi varisi hesab edilmişdir. Eyni zamanda qeyd olunur ki, nizamnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixli D-2272 nömrə ilə dövlət qeydiyyatına alınmış “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Avia-Aqreqat” Zavodunun çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3/2-2206/2025 nömrəli sorğuya cavab məktubuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri xx.xx.2005-ci il tarixində 100% özəlləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlər əsasında həmin cəmiyyət dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. -“Azərsilah” X6” QSC "xxxx" X2-X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/5/01/069 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1984-cü il tarixdən (əmr № 210/k xx.xx.1984-cü il) xx.xx.1987-ci il tarixədək (əmr № 225/k xx.xx.1987-ci il) və xx.xx.1987-ci il tarixdən (əmr № 234/k xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr NQ 155/k xx.xx.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləmişdir. Mövcud texnoloji proseslərə əsasən o, zərərəli və ağır əmək şəraitində astar AK- 070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl-140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən aşağıda göstərilən peşə üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ vardır. 35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar. Texnoloji proseslərə əsasən zərərli əmək şəraitində 1 əsaslı homogen tərkibli qrunt boyalarla (XB-16) və 2 əsaslı heterogen tərkibli diffuziyaya məruz qala bilən 311-140 markalı emal boyaları ilə yanaşı istehsalat zərurəti ilə əlaqədar kolioksin tərkibli boyalarla da işləmişdir. Hansı ki,həmin boyalarla birbaşa təmas işçilərin yuxarı və daxili tənəffüs orqanlarının selikli qişasının qıcıqlanmasına, aşınmasına və gələcəkdə peşə xəstəliyinə tutulmasına zəmin yaradan səbəblərdəndir. İşlədiyi müddətdə ona əmək şəraitinin zərərlilik səviyyəsinə görə (zərərlilik səviyyəsinin müəyyənləşdirilməsi iş yerlərinin attestasiyasına və ya istehsalatın sanitar-texniki pasportizasiyasına əsasən aparılır) əlavə haqq ödənilmiş və mövcud qanunvericiliyə uyğun əlavə məzuniyyətdən istifadə etmişdir. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1963-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrləri nəzərə almaqla iddiaçıya ümumilikdə 05 il 11 ay 25 güzəştli staj hesablamış və hazırkı vəziyyətdə iddiaçının qanunvericilikdə tələb olunan (12 il, 6 ay) güzəştli stajı mövcud olmadığı qənətinə gəlmişdir. İddiaçı xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındaki dövr ərzində rəngsaz peşəsində işlədiyi dövrün güzəştli staj kimi sayılmamasından narazıdır. Cavabdehin bu məsələdə dəlili ondan ibarətdir ki, iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrünün güzəştli staj olmasına dair işəgötürən tərəfindən tərtib edilmiş arayışda əmək fəaliyyəti ilə məşğul olduğu zaman təqim etdiyi zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunla tələb olunan yaş həddinə çatması və ümumi iş stajı mübahisələndirilmir. İş materialları ilə də məlum olur ki, iddiaçının xx.xx.2023-cü ildə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının 25 ildən də artıq ümumi iş stajına malik olduğu tərəflər arasında mübahisə doğurmur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı xx.xx.1984-xx.xx.1987 və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındaki dövr ərzində rəngsaz işləmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmuş, lakin bu güzəşt 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlara aid edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının rəngsaz vəzifəsində işlədiyi müəssisə - “Aqreqat” X8- Aqreqat Zavodu olmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsinin yuxarıda göstərilən Siyahının hansı bölməsinə uyğun olması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq aidiyyəti üzrə müvafiq sorğular göndərilmiş, aparılmış araşdırma zamanı iddiaçının göstərilən müddətlərdə zərərəli və ağır əmək şəraitində astar AK- 070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl-140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olduğu, eyni zamanda onun zərərli iş şəraitində işlədiyinə görə əlavə əmək haqqı və məzuniyyət aldığı müəyyən olunur. Göründüyü kimi müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları məzmunca Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrin funksiyaları ilə eynilik təşkil etməklə 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin istifadəsi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi rəngsaz peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1984-xx.xx.1987 (03 il 03 ay 2 gün) və xx.xx.1987xx.xx.1993-cü il tarixləri (05 il 10 ay 1 gün) arasındaki dövr ərzində rəngsaz peşəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilməyən 05 il 11 ay 25 gün + mübahisələndirilən 05 il 10 ay 1 gün + 03 il 03 ay 02 gün = 15 il 27 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2789/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2789/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver