Məhkəmə qərarları › İş №2-1(112)-2790/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2790/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2790/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər X3, X13 Sarı Amin, Gol Zadeh X7 qanuni nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncama dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 66 nömrəli 29 mart 2019cu il tarixli sərəncamında ailə tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, onun əri X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən Beyləqan rayonu ərazisində xx.xx.1994-cü il tarixində şəhid olmuşdur. Ölümündən sonra əri X1 görə ailəsinə şəhid ailəsi statusu verilmişdir yə bu günədək də həmin statusdan yararlanır. Sabunçu rayonu İcra Hakimiyyətinin sərəncamına əsasən iddiaçı 2019-cu ilin 29 mart tarixindən şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq şəhid ailələrin siyahısında qeydiyyata alınmışdır. Lakin, ailəsi nədənsə həmin sərəncama əsasən 1 nəfər olmaqla güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Hesab edir ki, onun ailəsinə qərəzli olaraq yanaşılmışdır. İddiaçı bildirirki, birgə nigahılarından xx.xx.1992-ci il təvəllüdlü bir qızı X6 dünyaya gəlmişdir. O daim iddiaçı ilə birgə yaşamışdır. Hal hazırda da onunla yaşayır. O, ailəlidir. Bir övladı var. Onun ailəsi də iddiaçı ilə bir ünvanda yaşayır. Hal hazırda göründüyü kimi iddiaçının ailəsində genişlənmə baş vermişdir. Amma, səhvə 2019-cu ildə yol verilmişdir. Qızının əri xarici ölkə vətəndaşıdır və əcnəbi kimi Azərbaycanda müvəqqəti yaşayış hüququ əldə etmişdir. Onun niyyəti gələcəkdə bizim vətəndaşlığı qəbul etməkdir. Qızının da yaxın vaxtlarda onun alacağı mənzilə köçməsi gözlənilmir. Hal-hazırda kürəkəni də onunla yaşayır, hesab edir ki, yuxanda qeyd edilənlər Sabunçu rayonu İcra Hakimiyyətinin sərəncamında olan aradan qaldırılmasına əsas verir. Məlumat üçün onu da bildirirəm ki, yaşadığımız bina 1906-cı ilədə tilkilmiş binadır və hal- hazırda qəzalı vəziyyətdədir. Yeganə ümid yeri olan əri şəhid olandan sonra o ağır sarsıntılar və xəstəliklər keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, o Sabunçu rayonu İcra Hakimiyyətinin 66 nömrəli 29 mart 2019-cu il tarixli sərəncamında onun ailə tərkibində dəyişiklik edilməsini xahiş etmişdir. Lakin cavab məktubunda onun ailə tərkibində dəyişiklik edilməsinə dair bir söz belə yazılmamışdır.

3. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh Başçısının İ müavininin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı Cavabdeh başçısının 66 №-li, xx.xx.2019-ci il tarixli Sərəncamına əsasən şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və səhid ailələrinin mənzillə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi tövsiyə olunur.

4. Bakı şəhəri Cavabdeh Başçısının 66 nömrəli 29 mart 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla imtiyazlı əsaslarla (şəhid ailəsi kimi) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. İddiaçı mənzil növbəsi imtiyazlı əsaslarla olan (şəhid ailəsi) siyahıya əlavə edilmişdir.

5. İş materiallarıda olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı arasında 31 oktyabr 1980-ci il tarixdə nikah bağlanmışdır.

6. İş materiallarıda olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 may 1996-cı ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24-B nömrə ilə qeyd edilmişdir.

7. Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyinin 71 saylı MKİS-in arayışına əsasən bildirilmişdir ki, İddiaçı həqiqətən 71 saylı MKİS-in ərazisində yerləşən Zabrat, Nərimanov küçəsi, 22a saylı evin 17 nömrəli mənzilində - X6, X13 Sarı Amin, Gol Zadeh X9 ilə birlikdə yaşayır.

8. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyi tərəfindən bildirilmişdir ki, vətəndaşlar X6 və Gol Zadeh X7 şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin olunmaq üçün Agentliyə müraciəti daxil olmadığından onlar şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin edilməyib.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddiaçı yetkinlik yaşına çatmış qızının, nəvəsinin və qızının ərinin (kürəkəninin) “şəhid ailəsi” kimi nəzərə alınmaqla sərəncama dəyişiklik edilməsini tələb edir.

13. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin ikinci hissəsinə əsasən, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

14. X6 1992-ci il təvəllüdlü olmaqla mübahisələndirilən sərəncam qəbul edilən 2019-cu ildə yetkinlik yaşına çatmış şəxsdir.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

16. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh 66 nömrəli 29 mart 2019-cu il tarixli sərəncamın dəyişdirilməsini tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

17. İnzibati Prosessual Məcəllədən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

19. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

21. Mübahisələndirilən sərəncam xx.xx.2019-cu il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sərəncamın dəyişdirilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsini təklif etmiş, iddiaçı bununla bağlı məhkəməyə hər hansı məlumat verməmiş, sərəncamda ailə tərkibinin bir nəfər olmaqla ancaq özündən ibarət olmasını sonradan bildiyini qeyd etməklə kifayətlənmişdir.

22. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən sərəncamın qəbul edilməsi üçün əsas olan müraciətdə iddiaçı ailə tərkibi kimi bir nəfər olmaqla özünü göstərmişdir.

23. Beləliklə, iddia mümkün sayılmadığından üçüncü şəxslərin şəhid ailəsi hesab edilməsi məsələsinə qiymət verilməsi və həmin məsələyə məhkəmə tərəfindən münasibət bildirilməsi zərurəti aradan qalxır.

24. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar