Məhkəmə qərarları › İş №2-1(112)-2792/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2792/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2792/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının (bundan sonra mətndə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 aprel 2020-ci il tarixindən, 52 yaşdan “X5” Qanunun 9.1ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ödənilməmiş pensiya məbləğinin hesablanaraq, ödənilməsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş ermişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1968-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Natamam orta təhsilini başa vurduqdan sonra Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna 01 sentyabr 1983-cü il tarixində əyani təhsil şöbəsinə daxil olaraq, 25 fevral 1987-ci il tarixində həmin texnikumdan məzun olmuşdur. 03 iyun 1987- 23 yanvar 1989-cu il tarixində Neftmaşıntəmirin Bakı Kontorunda çap maşinisti, 23 yanvar 1989 - 01 iyul 1989-cu ildə yenə də orada mühəndis, 01 iyul 1989-02 sentyabr 1991-ci il tarixində yenə də orada iqtisadçı işləmişdir. 03 sentyabr 1991-08 fevral 1993-cü il tarixində Azərbaycan Uşaq Fondunun Eliksir kooperativində inzibatçı işləmişdir. 10 fevral 1993-28 iyul 1993-cü il tarixində Minimaks şirkətində baş mühasib, 03 avqust 1993-10 mart 1994cü il tarixində “Qismət” kiçik müəssisəsində mühasib, 25 aprel 1994 - 01 mart 1995 - ci il tarixində “Azəriqaz”ın X1 usta, 01 aprel 1995-18 mart 1997-ci il tarixində "xxxx" istehsalat kommersiya firmasında mühasib işləmişdir. 07 aprel 1997-ci ildə “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmiş və 05 oktyabr 2009-cu il tarixinə kimi həmin vəzifədə işləmişdir. Sonuncu iş yerindən 05 oktyabr 2009-cu il tarixində işdən çıxmış və həmin tarixə qədər 21 il 4 ay 4 gün ümumi iş stajı, 10 il 9 ay güzəştli iş stajı topladığı üçün “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı üçün cavabdehə ona pensiya təyinatı aparılması üçün müraciət edilmiş, cavabdeh isə 02 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə ona belə bir pensiya təyinatı aparılmasından imtina etmişdir. Hesab edir ki, 01 iyul 2017-ci il tarixinədək tələb edilən ümumi və güzəştli iş stajını topladığı üçün 52 yaşından belə bir hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022ci il tarixli, **********6 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, vətəndaşların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ iki halda yaranır: İ halda “X5” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi ilə tələb olunan yaş həddinə çatanadək ümumi və güzəştli sığorta stajı olan şəxslər bu maddə ilə güzəştli şərtlərlə pensiya hüququna malik olur. İİ halda isə həmin Qanunun 9.8-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandıqda. Bu halda isə əsas tələb şəxsin xx.xx.2006-ci il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tələb olunan ümumi və güzəştli sığorta stajına malik olmasıdır. İddiaçı isə tələbində qeyd edir ki, ona xx.xx.2020-ci il tarixdən, 52 yaşdan, lakin 9.1-ci maddənin 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin olunmalıdır. Bu isə qanunvericiliyin tələbləri baxımından mümkün sayıla bilməz. Çünki qüvvədən düşmüş qanunvericilik normalarının yeni münasibətlərə tətbiqi qanunla nəzərdə tutulmamışdır. Buna görə də vətəndaşa münasibətdə “X5” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2020-ci il tarixdə qüvvədə olan norması tətbiq olunmuşdur. “X5” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 İİ sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 06 aprel 2022-ci il tarixli DA-00508-2022 nömrəli arayışına əsasən "xxxx" istehsalat kommersiya firmasının sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Uşaq Fondunun 18 mart 2022-ci il tarixli 01-01/27 nömrəli arayışına əsən Eliksir kooperativinin arxiv sənədləri Azərbaycan Uşaq Fondunda saxlanmadığı üçün iddiaçının fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 18 mart 2022 il tarixli 4/520 nömrəli arayışına əsasən “Qismət” kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin iddiaçı qanunvericiliklə tələb olunan pensiya yaşına çatmadığı üçün onun pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçının 2020-ci il 15 aprel tarixində 52 yaşı olmuşdur. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqınd “ Qanuna əsasən qadınlar üçün nəzərdə tutulan güzəştli yaş həddi 55 olmuşdur. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələblərin heç biri mövcüd deyidir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və tərəflərindən verilmiş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “X5” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1968-cü il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Dəmiryol Nəqliyyatı Texnikumu tərəfindən 05 mart 1987-ci il tarixdə verilmiş ЛТ № 024011 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1983-cü ildə SSRİ yollar nazirliyinin Bakı dəmiryol nəqliyyatı texnikumuna daxil olmuş və 1987-ci ildə həmin texnikumun “Tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə ona yol texniki ixtisası verilmişdir. Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 60 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı 1983-cü ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna ümumi orta təhsil bazasından (8 illik) “Tikinti və dəmiryol nəqliyyatında yol təsərrüfatının istismarı” ixtisası üzrə qəbul olmuş və 1987-ci ildə həmin ixtisas üzrə təhsilini əyani başa vurmuşdur. Dövlət İxtisas Komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə ona qeydiyyat nömrəsi 11 olan ЛТ № 024011 nömrəli diplom verilmişdir. Bakı Rabitə Kolleci və Bakı Dəmiryol Nəqliyyatı Texnikumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 786 saylı əmrinə əsasən birləşdirilərək, Bakı Rabitə Kollecinin bazasında Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o; xx.xx.1987-ci ildə “Neft maşınlarının təmiri” Bakı kontorunda maşinist vəzifəsinə təyin edilmişdir (Əmr № 76/k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə AETT şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir (Əmr № 13/k, xx.xx.1989-cu il); SSRİ X6 xx.xx.1988-ci il tarixli 615 saylı əmri ilə “Neft maşınlarının təmiri” Bakı kontoru Bakı İstehsalat-texniki xidmət müəssisəsi adlandırılmışdır; xx.xx.1989-cu ildə yeni ştat cədvəlinə müvafiq olaraq ehtiyat hissələri və alətləri təchizatının təşkili şöbəsinin iqtisadçısı hesab edilmişdir (Əmr № 59/П); xx.xx.1991-ci ildə işdən azad edilmişdir (Əmr № 88/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə Azərbaycan Uşaq Fondu “Eliksir” kooperativinə administrator vəzifəsinə qəbul edilmişdir (Əmr № 11, xx.xx.1991-ci il); xx.xx.1993-cü ildə işdən azad edilmişdir (Əmr № 02, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə Bakı şəhəri Sabail rayonu “Minimaks” şirkətində baş mühasib vəzifəsinə işə qəbul edilmiş (Əmr № 03, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə işdən azad edilmişdir (Əmr № 08, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə Bakı şəhəri Binəqədi rayonu “Qismət” kiçik müəssisəsinə hazır məhsul və xammal anbarına mühasib vəzifəsinə qəbul edilmiş (Əmr № 73, xx.xx.1993-cü il); xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir (Əmr № 16, xx.xx.1994-cü il); xx.xx.1994-cü ildə Səbail rayonu X4 Sənaye qrupuna usta vəzifəsinə qəbul edilmişdir (Əmr № 68, xx.xx.1994-cü il); xx.xx.1995-ci ildə işdən azad edilmişdir; xx.xx.1995-ci ildə "xxxx" X2 ət məhsullarının istehsalı üzrə müəssissəyə mühasib vəzifəsinə qəbul edilmiş (Əmr № 12, xx.xx.1995-ci il); xx.xx.1997-ci ildə işdən azad edilmişdir (Əmr № 10 L, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətinə uçuşların təhlükəsizliyi xidmətində V dərəcəli təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 14/n, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətinin yenidən qurulması ilə əlaqədar olaraq "xxxx" şirkətində təyyarə bələdçisi vəzifəsində hesab edilmişdir (Əmr № 12/л); xx.xx.2005-ci ildə sərnişinlərə xidmət şöbəsinə 5-ci dərəcəli təyyarə bələdçisi vəzifəsinə təyin edilmişdir (Əmr № 2/ş, xx.xx.2005-ci il); xx.xx.2008-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 105 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə "xxxx" Dövlət Konsernin yenidən təşkil edilməsi məqsədi ilə onun əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti adı verilmişdir; xx.xx.2008-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, 104/ş saylı əmri); xx.xx.2008-ci il tarixdə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların planlaşdırılması və yerinə yetirilməsi idarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi hesab edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, 216/ş saylı əmri); xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığından əmək müqaviləsi ləğv edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2009-cu il tarixli, 314/ş saylı əmri). "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, R-267 №-li məktubu ilə iddiaçıya təqdim edilmiş arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (Ananyeva) Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində işləmişdir. O, - xx.xx.1997-ci il tarixdə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. Vahid-tarif cədvəlinə əsasən 5-ci dərəcədir (Əmr 14/ İ, xx.xx.1997-ci il); - xx.xx.1997-ci il tarixdə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkəti strukturunun dəyişdirilməsi ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinin təyyarə bədədçisi vəzifəsində hesab edilmişdir (Əmr 12/ İ, xx.xx.1997-ci il); - xx.xx.2005-ci il tarixdə sərnişinlərə xidmət şöbəsinin 5-ci dərəcə ilə təyyarə bələdçisi vəzifəsinə təyin edilmişdir (Əmr 2/ş xx.xx.2005-ci il); - xx.xx.2008-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 105 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə "xxxx" Dövlət Konsernin yenidən təşkil edilməsi məqsədi ilə onun əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti adı verilmişdir. - xx.xx.2008-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, 104/ş saylı əmri); - xx.xx.2008-ci il tarixdə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların planlaşdırılması və yerinə yetirilməsi idarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi hesab edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, 216/ş saylı əmri); - xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığından əmək müqaviləsi ləğv edilmişdir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2009-cu il tarixli, 314/ş saylı əmri). "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 150 №li xx.xx.2022-ci il tarixli İddiaçı (Ananyeva) uçuş saatları barədə arayışında qeyd olunmuşdur ki, o, "xxxx" aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir. xx.xx.1997 - xx.xx.1997 - 249 saat 08 dəq; xx.xx.1998 - xx.xx.1998 - 171 saat 40 dəq; xx.xx.1999 - xx.xx.1999 - 224 saat 42 dəq; xx.xx.2000 - xx.xx.2000 - 263 saat 07 dəq; xx.xx.2001 - xx.xx.2001 - 198 saat 42 dəq; xx.xx.2002 - xx.xx.2002 - 426 saat 57 dəq; xx.xx.2003 - xx.xx.2003 - 131 saat 14 dəq; xx.xx.2004 - xx.xx.2004 - analıq məzuniyyəti; xx.xx.2005 - xx.xx.2005 - analıq məzuniyyəti; xx.xx.2006 - xx.xx.2006 - analıq məzuniyyəti; xx.xx.2007 - xx.xx.2007 - analıq məzuniyyəti; xx.xx.2008 - xx.xx.2008 - 469 saat 39 dəq; xx.xx.2009 - xx.xx.2009 - 235 saat 52 dəq. Cəmi: 2369 saat 01 dəqiqə (iki min üç yüz altmış doqquz saat bir dəqiqə) Məhkəmənin müvafiq sorğularına cavab olaraq verimiş: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-4792 №-li cavab məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Uşaq Fondu “Eliksir” kooperativinə və "xxxx" X2 dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Qismət” kiçik müəssisəsi adı ilə 9 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 2-si müvafiq olaraq xx.xx.1996 xx.xx.1999-cu il və xx.xx.1996 - xx.xx.1997-ci il tarixlərində qeydiyyatda olmuş, 7-si isə xx.xx.1996 - xx.xx.1998-ci il tarixləri ərzində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********020100 №-li cavab məktubunda göstərilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan başqa reyestrdə “Qismət” kiçik müəssisəsi adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmiş “X3 Marat” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN **********) və xx.xx.2015-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-2/2-12-175 №-li cavab məktubunda göstərilmişdir ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin müddəalarına müvafiq olaraq, axırıncı iş yerindən asılı olmayaraq, incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların (müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə) - 60 yaşına çatmış kişilərin azı 25 il, o cümlədən həmin işlər üzrə azı 12 il 6 ay və 55 yaşına çatmış qadınların azı 20 il, o cümlədən həmin işlər üzrə azı 10 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları ixtisasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 - ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuşdur və “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin müddəalarına müvafiq olaraq bu ixtisaslar üzrə çalışanlar güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. “X5” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların (uçuş-təlimatçı heyətin üzvləri: təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist; kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəsisləri) - kişilərin həmin işlər üzrə azı 25 il və qadınların azı 20 il, həmçinin səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il və qadınların 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən sığorta stajının bu hesablanma qaydası yalnız “X5” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ olan ixtisaslar kateqoriyası üçün müəyyən edilir və “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş ixtisaslar kateqoriyasına şamil edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********363700 №-li cavab məktubunda göstərilmişdir ki, xx.xx.1994-cü il tarixdə 10370 nömrə ilə “Qismət” kiçik müəssisəsi dövlət qeydiyyatına alınmış və mövcud təsis sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-2/2-12-1844/2023 №-li cavab məktubunda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İ.A.(Ananyeva) Repinaya təqdim olunan xx.xx.2022-ci il tarixli № 150 saylı uçuş saatlarına görə verilən arayışın etibarsız sayılması xahiş olunmuş və Repina (Ananyeva) İrina Aleksandrovnanın Azərbaycan Respublikasının Mülki Aviasiyasında təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malik olması barədə yeni arayış təqdim edilmişdir: xx.xx.1997 - xx.xx.1997 - 249 saat 08 dəqiqə; xx.xx.1998 - xx.xx.1998 - 229 saat 29 dəqiqə; xx.xx.1999 - xx.xx.1999 - 224 saat 29 dəqiqə: xx.xx.2000 - xx.xx.2000 - 263 saat 07 dəqiqə; xx.xx.2001 - xx.xx.2001 - 198 saat 42 dəqiqə; xx.xx.2002 - xx.xx.2002 - 426 saat 57 dəqiqə; xx.xx.2003 - xx.xx.2003 - 131 saat 14 dəqiqə; xx.xx.2004 - xx.xx.2004 - analıq məzuniyyəti; xx.xx.2005 - xx.xx.2005 - 513 saat 35 dəqiqə; xx.xx.2006 - xx.xx.2006 - 294 saat 48 dəqiqə; xx.xx.2007 - xx.xx.2007 - 591 saat 22 dəqiqə; xx.xx.2008 - xx.xx.2008 - 469 saat 39 dəqiqə; xx.xx.2009 - xx.xx.2009 - 235 saat 52 dəqiqə; İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli 22632 №li imtina məktubunda göstərilmişdir ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi həsabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə aşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, .əzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü i! tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanların nəzərə alınaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və məktubda əks olunan nəticə ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin “d” bəndinə əsasən hava gəmilərində bələdçi işləyən şəxslər – qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada) 13cü maddəsinin “d” bəndində nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin “i” bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildə ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna ümumi orta təhsil bazasından “Tikinti və dəmiryol nəqliyyatında yol təsərrüfatının istismarı” ixtisası üzrə qəbul olmuş və 1987-ci ildə həmin ixtisas üzrə təhsilini əyani başa vurmuşdur. Dövlət İxtisas Komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə ona qeydiyyat nömrəsi 11 olan ЛТ № 024011 nömrəli diplom verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təhsil müddəti xx.xx.1983-xx.xx.1987-ci il dövləri əhatə etməklə, ümumilikdə 03 il 05 ay 24 gün təşkil edir ki, həmin müddət isə onun ümumi sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki; xx.xx.1987-xx.xx.1991-ci il tarixə kimi “Neft maşınlarını təmiri” Bakı kontorunda maşinist, mühəndis və ehtiyat hissələri və alətlərininin təchizatının təşkili şöbəsinin iqtisadçısı vəzifələrində işlədiyi dövrdə əmək stajı – 04 il, 02 ay, 29 gün; xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativində administrator vəzifəsində işlədiyi dövrdə əmək stajı – 01 il, 05 ay, 05 gün; xx.xx.1993-xx.xx.1993-cü il tarixə kimi “Minimaks” şirkətində baş mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 05 ay, 08 gün; xx.xx.1993-xx.xx.1994-cü il tarixə kimi “Qismət” kiçik müəssisəsində mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 07 ay, 02 gün; xx.xx.1995-xx.xx.1994-cü il tarixə kimi Səbail rayonu İQV-də usta vəzifəsində işlədiyi dövrdə əmək stajı –10 ay, 07 gün; xx.xx.1995-xx.xx.1997-ci il tarixə kimi “X3 Marat”da mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 01 il, 09 ay, 17 gün; xx.xx.1997-xx.xx.2006-cı il tarixə kimi Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi vəzifəsində işlədiyi dövrdə əmək stajı – 10 il; Cavabdehin iddiaya dair etirazda qeyd etdiyi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativi, “Minimaks” şirkəti, “Qismət” kiçik müəssisəsi və “X3 Marat” adlı kommersiya qurumunun fəaliyyəti ilə bağlı dəlillərə gəldikdə isə məhkəmə həmin dəlilləri əsassız hesab edir. Cavabdehin iddiaya dair etirazda qeyd etdiyi dəlillərə münasibət bildirməmişdən əvvəl məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Belə ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmişdir. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən məhkəməyə təqdim edilmiş “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” 646 №-li, xx.xx.1993-cü il tarixli Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" istehsalat-kommersiya firması xx.xx.1993-cü ildə dövlət qeydiyyata alınmışdır. Bununla yanaşı məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş cavab məktubunda göstərilmişdir ki, "xxxx" istehsalatkommersiya firması xx.xx.2015-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bununla da məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə "xxxx" istehsalat-kommersiya firmasında işlədiyi müddətdə kommersiya qurumu qanuni fəaliyyət göstərdiyi üçün iddiaçının ümumi sosial sığorta stajına daxil edilməlidir. “Qismət” kiçik müəssisəsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş “Qismət” kiçik müəssisəsinin nizamnaməsindən müəyyən olunmuşdur ki, adı çəkilən müəssisə xx.xx.1994-cü il tarixdə 10370 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin İ bəndindən görünür ki, “Qismət” KM Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli, “Kiçik Müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında” 480 №li qərarına əsasən yaradılıb. Təsisçisi Binəqədi qəsəbəsi Xırdavat Malları fabrikidir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi “Qismət” kiçik müəssisəsində mühasib vəzifəsində işləmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, iddiaçının işlədiyi təyyarə bələdçisi peşəsi konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmasa belə, həmin peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid olması “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin “d” bəndində öz əksini tapmışdır. Bundan başqa, hətta hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda təyyarə bələdçisi peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid edilmişdir. Ümuməlum olan arqumentlərdən biri odur ki, təyyarə bələdçiləri uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətə aiddirlər. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standarlarına görə dünya üzərində bort bələdçilər peşəsi zərərli peşəyə aid olmaqla yanaşı güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının işlədiyi peşənin güzəştli peşəyə aid olması mübahisələndirilməyən hal kimi qiymətləndirilməli və pensiya hüququnun yaranmasının hansı tarixdən olması üçün mütləq qaydada zəruri olan güzəştli və ümumi stajı ilə bağlı şərtlərinin ödənilib-ödənilməməsi araşdırılmalıdır. Bu istiqamətdə araşdırmanın aparılması üçün iddiaçının "xxxx" Aviasiya Şirkətində təyyarə bələdçisi kimi işlədiyi iş saatları əsasında sığorta stajı müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, digər vətəndaşların işlədiyi vəzifələrdən fərqli olaraq təyyarə bələdçisi kimi işləyən şəxslərin sığorta stajı “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları əsasında müəyyən edilir. Belə ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci maddəsinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) X5" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən "X5" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağdaki qaydada müəyyən edilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Şərh olunan maddələrin müddəalarına görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajının hesablanması üçün ilkin olaraq bütün dövr ərzində olan faktiki uçuş saatları müəyyən edilməli, həmin uçuş saatları topalanaraq 18, alınan nəticəsi isə 12 aya bölünməlidir. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-2/2-12-1844/2023 №-li məktubu ilə təqdim olunmuş arayışın surətindən görünür ki, İddiaçı təyyara bələdçisi kimi xx.xx.1997-ci il tarixdən xx.xx.2006-ci il tarixədək faktiki uçuş saatı ümumilikdə 2236 saat 41 dəqiqə təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının xx.xx.2006-ci il tarixədək olan güzəştli sığorta stajı 10 il təşkil edir (2236 saat :18 (ay) :12 (ay) = 10.3518519) Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 il olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 20 il 04 ay 17 gün (iddiaçının xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativində və “Qismət” kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmasa da belə) təşkil edir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün həm ümumi iş stajı, həm də xüsusi iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “X5” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “X5” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “X5” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “X5” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “X5” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “X5” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 02 avqust 2022-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “X5” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar