Məhkəmə qərarları › İş №2-1(112)-2792/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2792/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2792/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********186153 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) əsas fəaliyyət istiqaməti taxıl və digər dənli bitkilərin idxalı və satışından ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175384 nömrəli qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti Səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********175929 nömrəli aktla rəsmiləşdirmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********175929 nömrəli akta əsasən İddiaçı MMC yoxlamanın əhətə ediyi dövrdə mənfəət vergisi üzrə 649.750,45 manat, əlavə dəyər vergisi (ƏDV) üzrə isə 635.355 manat vergiləri dövlət büdcəsinə az hesablamışdır. Hesablanmış vergi borclarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması qeyri-obyektiv və qərəzli aparılaraq əsassız vergi borcu hesablanmışdır. Çünki yoxlama ilə əhatə olunan dövrdə və ondan əvvəl İddiaçı MMC bütün vergiləri vergi qanunvericiliyinə uyğun olaraq vaxtında dövlət büdcəsinə ödəmişdir. Əslində mənfəət vergisi üzrə borcun yaranması idxal olunan malların dəyərinin yoxlayıcı tərəfindən orta bazar satış qiymətindən daha yüksək hesablanması və faktiki çəkilən xərclərə dair təqdim etdiyi hesabatları nəzərə almaması ilə bağlı olmuşdur. Bu isə özüözlüyündə mənfəət vergisi üzrə borcun yaranmasına gətirib çıxartmışdır. Əlavə dəyər vergisi üzrə vergi borcu yoxlayıcı tərəfindən ƏDV-nin hesablanması zamanı Azərbaycan Respublikası Vergi qanunvericiliyinin tələblərinə riayət etməməsi və Vergi qanunvericiliyini düzgün tətbiq etməməsi səbəbindən yaranmışdır. Əgər yoxlayıcı tərəfindən Vergi qanunvericiliyinin tələblərinə riayət edilsəydi və qanunvericilik normaları düzgün tətbiq olunsaydı, ƏDV üzrə vergi borcu yarana bilməzdi. Mənfəət vergisi və ƏDV üzrə vergi borclarının yaranması yoxlayıcı tərəfindən səyyar vergi yoxlamasının qeyri-obyektiv və qərəzli aparılması, habelə Vergi qanunvericiliyinin tələblərinə riayət edilməməsi və onun düzgün tətbiq edilməməsi ilə bağlı olmuş və nəticədə İddiaçı MMC-nin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericidliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında əsassız qərar qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və mübahisələndirilən qərarda göstərilən dəlillərə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: -səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********175384 nömrəli qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 3-cü rüb 2020-2023 vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. - KY231954754 nömrəli xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38-ci maddəsi göstərilmişdir. - Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixli **********175929 nömrəli aktdan görünür ki: 1.1. Yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. 1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq taxilin, emal olunmamiş tütünün, toxumlarin və heyvanlar üçün yemin topdan satişi ilə məşğul olmuşdur. 1.9.1. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, yaddaş daşıyıcısı ,habelə vergi orqanına göndərilmiş xx.xx.2021 -ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021 -ci il tarixli məktublar ilə elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181240 nömrəli Protokol tərtib edilmişdir. 1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası xx.xx.2023 tarixli **********176497 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya aparıldı, akt tərtib olundu. İnventarizasiya zamanı 7 819 436.00 manat məbləğində malların əskikgəlməsi müəyyən edilərək nəticəsi barədə xx.xx.2023-cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirildi. 2.1. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən edildi. 3.1.Vergi yoxlamasının nəticəsi və təkliflər barədə məlumat: 1) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 649 750,45 manat vergi məbləğinin 50% miqdarında, yəni 324 875,23 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. 2) Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 635 355,35 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 317 677,68 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. 3) Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisənin **********-10001 qeydiyyat nömrəli obyektində anbar olmasına baxmayaraq aparılmış 9 145 120,00 manatlıq əməliyyat (xx.xx.2022-xx.xx.2022) VS43204P60818 zavod nömrəli kassa aparatı vasitəsilə aparılmışdır. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə,topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elekton ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində birinci dəfə yol verdiyi təqdirdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Belə ki, anbardan pərakəndə qaydada satılmış 9 145 120,00 manatlıq malların satış qiymətinin 10 faizi miqdarında, yəni 914 512,00 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. -İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli qərarından görünür ki, yoxlama ilə verginin cəmi 1 285 105,8 manat azaldılması müəyən edilmiş, 1 116322.38 manat əlavə vergi hesablanmış və 1557064.91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Mənfəət vergisi üzrə: 2020-ci il üzrə: 2020-ci ildə vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş MV bəyannaməsində ümumi satışdan gəlir 7 797 633,39 manat (ƏDV-siz) bəyan edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı malların dəyəri üzrə 7 634 962,12 manat, bank xidməti üzrə 22223,54 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 61 740,6 manat, cəmi 7 718 926,26 manat xərclərin çəkildiyi, bununla da 78 707,13 manat mənfəət əldə edildiyi və 78 707,13 manat mənfəət əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 15 741,43 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə, bank çıxarışlarına, həmçinin vergi orqanında olan uçot baza məlumatlarına (elektron qaimə fakturalara, YGB məlumatlarına), uçot məlumatları əsasında yığılmış mal materialların hərəkəti cədvəli və digər sənədlərə əsasən 2020-ci il üzrə gəlir və xərc aşağıdakı kimi müəyyən edilmişdir: Yoxlama ilə 2020ci ildə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalara əsasən 1.926.084,08 manat (ƏDV-siz) mallar təqdim edildiyi, pərakəndə ticarət üzrə 5 855 205,95 manat (ƏDVsiz) olmaqla cəmi 7 781 290,03 manat (ƏDV-siz) ümumi gəlir əldə edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı Əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 3 797,00 manat, sosial sığorta haqları üzrə 986,00 manat, malların dəyəri üzrə 7 412 625,28 manat, icarə haqqı üzrə 2 000,00 manat, bank xidməti üzrə 20 733,41 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 65 734,59 manat, cəmi 7 505 876,28 manat xərclərin çəkildiyi, bununla da 275 413,75 manat mənfəət əldə edildiyi, əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 55 082,75 manat mənfəət vergisi hesablanmalı olduğu müəyyən edildi. Cəmiyyət tərəfindən 2020-ci il üzrə mənfəət vergisinin azaldılmasının səbəbi Vergi Məcəlləsinin 130-cu və 108-ci maddələrinin tələblərinin pozulması nəticəsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin və gəlirlərin vergi bəyannaməsində düzgün əks etdirilməməsi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən alınmış mal-material hərəkəti cədvəli uçot baza məlumatlarından alınmış idxal məlumatları, aldığı və satdığı qaimələr əsasında müqayisə olunaraq tərtib olunmuşdur. İl ərzində daxil olmuş (idxal və alış qaimələrinə əsasən), il ərzində satılmış (satış qaimələrinə və NKA hesabatlarına əsasən) və ilin sonuna qalan malların nəticələrinə əsasən malın dəyəri müəyyən olunmuş və vergi ödəyicisinin təqdim etdiyi mal-material hərəkəti cədvəli ilə müqayisə aparılmışdır. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 7 634 962,12 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 7 412 625,28 manat müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən qeyd edilən sətir üzrə xərc məbləğinin 222 336,84 manat məbləğində artıq göstərildiyi müəyyən edilərək xərc madələrindən çıxarıldı. 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 55 082,75 manat ((7 781 290,03 -7 505 876,28)*20%) məbləğində mənfəət vergisi hesablandı. 2021-ci il üzrə: 2021-ci ildə vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş MV bəyannaməsində ümumi satışdan gəlir 35 777 060,68 manat (ƏDV-siz) bəyan edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 23 453,43 manat, sosial sığorta haqlan üzrə 4 730,14 manat, mallann dəyəri üzrə 34 549 920,2 manat, icarə haqqı üzrə 12 333,33 manat, bank xidməti üzrə 40 751,27 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 661 349,00 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər üzrə 48 965,00 manat, Sığorta xərcləri üzrə 341,29, cəmi 35 341 843,66 manat xərclərin çəkildiyi, bununla da 435 217,02 manat mənfəət əldə edildiyi və 435 217,02 manat mənfəət əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 87 043,40 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə, bank çıxarışlarına, həmçinin vergi orqanında olan uçot baza məlumatlarına (elektron qaimə fakturalara, YGB məlumatlarına), uçot məlumatları əsasında yığılmış mal materialların hərəkəti cədvəli və digər sənədlərə əsasən 2021-ci il üzrə gəlir və xərc aşağıdakı kimi müəyyən edilmişdir: Yoxlama ilə 2021ci ildə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalara əsasən 19 682 952,53 manat (ƏDV-siz) mallar təqdim edildiyi, pərakəndə ticarət üzrə 16 059 201,7 manat (ƏDVsiz) olmaqla cəmi 35 742 054,23 manat (ƏDV-siz) ümumi gəlir əldə edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 23 749,47 manat, sosial sığorta haqları üzrə 4730,14 manat, mallann dəyəri üzrə 33 130 877,86 manat, icarə haqqı üzrə 12333,33 manat, bank xidməti üzrə 37 214,62 manat, bilavasitə mallann təqdim edilməsi(işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 663 949,72 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər üzrə 48 965,00 manat, Sığorta xərcləri üzrə 341,29, cəmi 33 922 161,44 manat xərclərin çəkildiyi, bununla da 1 819 892,79 manat mənfəət əldə edildiyi, əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 363 978,56 manat mənfəət vergisi hesablanmalı olduğu müəyyən edildi. Cəmiyyət tərəfindən 2021-ci il üzrə mənfəət vergisinin azaldılmasının səbəbi Vergi Məcəlləsinin 130-cu və 108-ci maddələrinin tələblərinin pozulması nəticəsində mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin və gəlirlərin vergi bəyannaməsində düzgün əks etdirilməməsi olmuşdur. Səyyar vergi yoxlaması zamam vergi ödəyicisi tərəfindən alınmış mal-material hərəkəti cədvəli uçot baza məlumatlarından alınmış idxal məlumatları, aldığı və satdığı qaimələr əsasında müqyisə olunaraq tərtib olunmuşdur. İl ərzində daxil olmuş (idxal və alış qaimələrinə əsasən), il ərzində satılmış (satış qaimələrinə və NKA hesabatlarına əsasən) və ilin sonuna qalan malların nəticələrinə əsasən malın dəyəri müəyyən olunmuş və vergi ödəyicisinin təqdim etdiyi mal-material hərəkəti cədvəli ilə müqayisə aparılmışdır. Belə ki, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 34 549 920,2 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 33 130 877,86 manat müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən qeyd edilən sətir üzrə xərc məbləğinin 1 419 042,34 manat məbləğində artıq göstərildiyi müəyyən edilərək xərc madələrindən çıxarıldı. 2021-ci il üzrə yoxlama zamanı büdcəyə 363 978,56 manat ((35 742 054,23 -33 922 161,44)*20%) məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci il üzrə: 2022-ci ildə vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi satışdan gəlir 52 025 700,41 manat (ƏDV-siz) bəyan edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 24 405,75 manat, sosial sığorta haqlan üzrə 4 818,89 manat, mallann dəyəri üzrə 50 923 088,4 manat, icarə haqqı üzrə 22 634,07 manat, bank xidməti üzrə 266 672,03 manat, bilavasitə mallann təqdim edilməsi(işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 234 187,87 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər üzrə 203 156,00 manat, Sığorta xərcləri üzrə 488,11 manat, cəmi 51 679 451,12 manat xərclərin çəkildiyi, bununla da 346 249,29 manat mənfəət əldə edildiyi və 346 249,29 manat mənfəət əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 69 249,86 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə, bank çıxarışlarına, həmçinin vergi orqanında olan uçot baza məlumatlarına (elektron qaimə fakturalara, YGB məlumatlarına), uçot məlumatları əsasında yığılmış mal materialların hərəkəti cədvəli və digər sənədlərə əsasən 2022-ci il üzrə gəlir və xərc aşağıdakı kimi müəyyən edilmişdir: Yoxlama ilə 2022-ci ildə vergi ödəyicisi tərəfindən təqdim edilmiş eqaimə fakturalara əsasən 37 546 284,36 manat (ƏDV-siz) mallar təqdim edildiyi, pərakəndə ticarət üzrə 14 479 416,05 manat (ƏDV-siz) olmaqla cəmi 52 025 700,41 manat (ƏDV-siz) ümumi gəlir əldə edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı Ə/h və ona bərabər tutulan ödəmələr üzrə 24 405,75 manat, sosial sığorta haqlan üzrə 4 818,89 manat, malların dəyəri üzrə 49 238 654,68 manat, icarə haqqı üzrə 22 634,07 manat, bank xidməti üzrə 266 672,03 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 251 256,07 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər üzrə 203 156,00 manat, Sığorta xərcləri üzrə 488,11, cəmi 50 012 085,53 manat xərclərin çəkildiyi, bununla da 2 013 618,79 manat mənfəət əldə edildiyi, əldə edilmiş mənfəətə 20% dərəcəsi tətbiq edilməklə 402 723,76 manat mənfəət vergisi hesablanmalı olduğu müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il üzrə mənfəət vergisinin azaldılmasının səbəbi Vergi Məcəlləsinin 130-cu və 108-ci maddələrinin tələblərinin pozulması nəticəsində mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin və gəlirlərin vergi bəyannaməsində düzgün əks etdirilməməsi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən alınmış mal-material hərəkəti cədvəli uçot baza məlumatlarından alınmış idxal məlumatları, aldığı və satdığı qaimələr əsasında müqyisə olunaraq tərtib olunmuşdur. İl ərzində daxil olmuş (idxal və alış qaimələrinə əsasən), il ərzində satılmış (satış qaimələrinə və NKA hesabatlarına əsasən) və ilin sonuna qalan mallann nəticələrinə əsasən malın dəyəri müəyyən olunmuş və vergi ödəyicisinin təqdim etdiyi mal-material hərəkəti cədvəli ilə müqayisə aparılmışdır. Belə ki, 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 50 923 088,4 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 49 238 654,68 manat müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən qeyd edilən sətir üzrə xərc məbləğinin 1 684 433,72 manat məbləğində artıq göstərildiyi müəyyən edilmişdir. 2022-ci il üzrə yoxlama zamanı büdcəyə 402 723,76 manat ((52 025 700,41 -50 012 085,53)*20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 649750,45 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 649 750,45 manat vergi məbləğinin 50% miqdarında, yəni 324 875,23 manat maliyyə sanksiyası tətbiq edilsin. Əlavə dəyər vergisi üzrə:. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDVnin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin və əvəzləşdirilən ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatən edilən dövrdə təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi 22875,36 manat büdcəyə hesablama aparılmış və cəmi 284192,3 manat büdcədən qaytarılma istənilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətrində əməliyyatlar üzrə cəmi 116852680,65 manat dövriyyə (xx.xx.2020-ci il tarixdən daxil olmuş məbləğ üzrə) göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar (xx.xx.2020-ci il tarixdən elektron qaimə fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 113038,47 manat, ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə) cəmi ƏDV məbləğinin 6917991,26 manat və ƏDV bəyannamələrinin 317-ci sətrində əməliyyatlar üzrə cəmi ödənilmiş məbləğ üzrə əvəzləşdirilən ƏDV məbləğinin 308460,82 manat olması göstərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. 2022-ci il yanvann 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Yoxlanılan dövr ərzində müəssisə buğda, arpa, günəbaxan və heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının, Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci ilin yanvarın 1-dən 4 il müddətinə ƏDVdən azaddır. Vergi ödəyicisi yoxlanılan dövr ərzində günəbaxan və soya yağının satışını ƏDV-dən azad olunan satış kimi təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”ınn təsdiq edilməsi haqqında Qərarına əsasən günəbaxan və soya yağının qeyd olunan siyahıda adı olmadığına baxmayaraq vergi ödəyicisi həmin malların satışını ƏDV-dən azad olunan əməliyyat kimi təqdim etmişdir. Yoxlama ilə həmin malların satışı vergiyə cəlb olunan əməliyyat kimi (ƏDV-yə) bərpa edilmiş və 18% ƏDV hesablanaraq büdcəyə ödənilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində müəssisə günəbaxan və soya yağının satışını nağd və elektron qaimə əsasında təqdim etmişdir. Belə ki, günəbaxan yağının satışı üzrə 2020-ci il üzrə 202 492,34 manat, 2021-ci il üzrə 1709 113,93 manat, 2022-ci il üzrə 1000 789,38 manat və 2023-cü ilin iyul ayınadək olan dövr üzrə isə 789 686,49 manat dövriyyənin azad olunan dövriyyə kimi bəyan edilməsinə baxmayaraq, yoxlama ilə həmin dövriyyənin ƏDV-yə cəlb edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Səyyar vergi yoxlaması ilə bütün yoxlanılan dövr üzrə ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar (xx.xx.2020-ci il tarixdən elektron qaimə fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi ƏDV məbləğinin 113038,47 manat, ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə) cəmi ƏDV məbləğinin 6917991,26 manat, nəticədə ƏDV bəyannamələrinin 317-ci sətrində əməliyyatlar üzrə cəmi ödənilmiş məbləğ üzrə cəmi əvəzləşdirilən ƏDV məbləğinin 308460,82 manat olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün mallann (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Yoxlama ilə Vergi Məcəlləsinin 175-cı maddəsinin tələblərinin yoxlanılması zamanı aşağıdakılar müəyyən edildi: Yoxlama ilə vergi məcəlləsinin 175-ci maddəsinin tələbləri yoxlanılarkən üzrə xx.xx.2020-ci il tarixli **********547 və xx.xx.2020-ci il tarixli **********417 nömrəli YGB ilə 14133,53 manat, xx.xx.2020-ci il tarixli **********070 nömrəli və xx.xx.2020-ci il tarixli **********490 nömrəli YGB ilə 42603,18 manat, xx.xx.2021-ci il tarixli **********793 nömrəli YGB ilə 43781,85 manat, xx.xx.2021-ci il tarixli **********015 nömrəli YGB ilə 73564,91 manat, xx.xx.2021-ci il tarixli **********181 nömrəli YGB ilə 49105,50 manat, xx.xx.2021-ci il tarixli **********181 nömrəli YGB ilə 49108,50 manat, xx.xx.2022-ci il tarixli **********416 nömrəli YGB ilə 44853,92 manat, xx.xx.2023-cü il tarixli **********869 nömrəli YGB ilə 44109,65 manat, xx.xx.2023-cü il tarixli **********259 nömrəli YGB ilə 21999,299 manat, xx.xx.2023-cü il tarixli **********012 nömrəli YGB ilə 34508,82 manat cəmi 368 658,85 manat ƏDV məbləği, müvafiq dövrün ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləği sətrində qeyd edilməyərək əvəzləşdirilməmişdir. Yoxlama ilə idxalda əvəzləşdirilməyən 368 658,85 manat vergi məbləği bərpa edilmişdir. Eyni zamanda yoxlama ilə vergi məcəlləsinin 175-ci maddəsinin tələbləri yoxlanılarkən xx.xx.2023-cü il tarixli **********822 nömrəli YGB ilə 41040,79 manat, xx.xx.2023-cü il tarixli **********488 nömrəli YGB ilə 21297,18 manat ,xx.xx.2023-cü il tarixli **********851 nömrəli YGB ilə 35185,10 manat,xx.xx.2023-cü il tarixli **********188 nömrəli YGB ilə 22063,73 manat və xx.xx.2023-cü il tarixli **********722 nömrəli YGB ilə 7889,09 manat ƏDV məbləği, müvafiq dövrün ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləği sətrində qeyd edilərək əvəzləşdirilmişdir. Yoxlama ilə əvəzləşdirilmiş 127 475,89 manat ƏDV məbləği üzrə əvəzləşdirmə ləğv edilərək yoxlama ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Belə ki, 2020-ci ilin Oktyabr ayı üzrə vergi ödəyicisi X3 tərəfindən (VÖEN **********) xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAR seriyalı 030745 nömrəli və xx.xx.2020-ci il tarixli EBAP seriyalı 710353 nömrəli, "xxxx" QSC (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 002871 nömrəli, 2021-ci ilin Dekabr ayı üzrə "Azərbaycan Qida Təhlükəsizliyi X4 şəxsi" (VÖEN **********) tərəfindən xx.xx.2021-ci il tarixli EBBN seriyalı 716560 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 632415 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 780415 nömrəli, X3 tərəfindən (VÖEN **********) xx.xx.2021-ci il tarixli EBBN seriyalı 815795 nömrəli, "xxxx" QSC tərəfindən xx.xx.2021-ci il tarixli EBBO seriyalı 421739 nömrəli, 2022-ci ilin May ayı üzrə X3 tərəfindən (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBBW seriyalı 519767 nömrəli, "xxxx" QSC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBBW seriyalı 122561 nömrəli, 2022-ci ilin İyun ayı üzrə "xxxx" MMC tərəfindən (VÖEN **********) xx.xx.2022-ci il tarixli EBBS seriyalı 601880 nömrəli, "xxxx" QSC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBBY seriyalı 131856 nömrəli, X3 tərəfindən (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBBY seriyalı 040468 nömrəli, 2022-ci ilin Sentyabr ayı üzrə "xxxx" QSC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBCD seriyalı 718992 nömrəli, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 154123 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 969787 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 804410 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 526274 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 765319 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 719715 nömrəli, "xxxx" MMC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli EBCE seriyalı 690089 nömrəli, X3 tərəfindən (VÖEN **********) xx.xx.2020-ci il tarixli EBCD seriyalı 352187 nömrəli, "Azərbaycan Respublikası Dövlət Ehtiyatlan Agentliyi" X8 tərəfindən xx.xx.2022-ci il tarixli EBCC seriyalı 888219 nömrəli əvəzləşdirilmiş 24 369,01 manat ƏDV məbləği üzrə əvəzləşdirmə ləğv edilərək yoxlama ilə bərpa edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Yoxlamlan dövr ərzində müəssisə tərəfindən təqdim edilmiş qarğıdalı məhsulunu ƏDV-dən azad olunan əməliyyat olmasına baxmayaraq idxal zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirmişdir. Apanlmış səyyar vergi yoxlaması ilə əvəzləşdirilmiş ƏDV məbləği ləğv edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən mallann faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir."SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" xx.xx.2023cü il tarixli **********176497 nömrəli qərarına əsasən İddiaçı MMC-də inventarizasiya keçirilmiş və inventarizasiya zamanı 7 819 436.00 manat məbləğində malların əskikgəlməsi müəyyən edilmişdir. Belə ki, yoxlama ilə büdcəyə 2023-cü ilin İyun ayında 7 819 436.00 manat məbləğ bərpa edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 635355,35 azaldılması və 185794,3 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 449561,05 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 635355,35 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 317677,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisənin **********-10001 qeydiyyat nömrəli obyekti anbar olmasına baxmayaraq 9 145 120,00 manatlıq əməliyyat (xx.xx.2022-xx.xx.2022) VS43204P60818 zavod nömrəli nəzarət kassa aparatı vasitəsilə aparılmışdır. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallann elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə ahbarlardan mallann pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elekton ticarət qaydasında satılan mallann sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə mallann əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün mallann təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçüntəsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-mallan təqdim edən şəxsə təqvim ili ərzində birinci dəfə yol verdiyi təqdirdə təqdim edilmiş mallann satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə anbardan 9 145 120,00 manat məbləğində mallann pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə görə 9 145 120,00 manat məbləğin 10 faizi miqdarında, yəni 914 512,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-2022-ci illər üzrə əlavə mənfəət vergisinin hesablanmasına əsas xərc məbləğinin artıq göstərilməsi olmuşdur. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 7 634 962,12 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 7 412 625,28 manat müəyyən edilmiş, xərc məbləğinin 222 336,84 manat məbləğində artıq göstərildiyi müəyyən edilərək xərc maddələrindən çıxarılmış, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 34 549 920,2 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 33 130 877,86 manat müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən qeyd edilən sətir üzrə xərc məbləğinin 1 419 042,34 manat məbləğində artıq göstərildiyi müəyyən edilərək xərc maddələrindən çıxarılmış, 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 221.4-cü malın dəyəri sətirində 50 923 088,4 manat göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması ilə müvafiq sətirdə malın dəyəri məbləği 49 238 654,68 manat müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən qeyd edilən sətir üzrə xərc məbləğinin 1 684 433,72 manat məbləğində artıq göstərildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən: 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 108.1-1. Alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə bu Məcəllənin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilən dəyəri gəlirdən çıxılan xərclərə aid edilir. 108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən: 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. İşdən görünür ki, vergi orqanı iddiaçının xərcini müəyyən edərkən malın dəyərini hesabat dövrü ərzində daxil olmuş (idxal və alış qaimələrinə əsasən) və satılmış (satış qaimələrinə və NKA hesabatlarına əsasən) və hesabat dövrünün sonuna qalan malların nəticələrinə əsasən müəyyən edərək, mal-material hərəkəti cədvəli ilə müqayisəli şəkildə həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə bəyan etdiyi xərcininin həqiqliyini təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı bununla bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Həmçinin iddia ərizəsində cavabdehin əlavə mənfəət vergisi hesablayarkən vergi qanunvericiliyinin hansı normasının pozuntusuna yol verməsini əsaslandırmamışdır. İddiaçıya hesablanmış əlavə ƏDV-yə gəldikdə, Vergi Məcəlləsinə əsasən: -maddə 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. -maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. -maddə 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. - maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. -maddə 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. İşdən görünür ki, iddiaçı buğda, arpa, günəbaxan və heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olmuş, yoxlanılan dövr ərzində Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad olmasına istinadən həmin məhsulların, habelə günəbaxan və soya yağının satışını ƏDV-dən azad olunan satış kimi təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan yem məhsulları və yem əlavələrinin Siyahısı”na əsasən günəbaxan və soya yağının satışı əlavə dəyər vergisindən azad edilməmişdir. Həmçinin iddiaçı qarğıdalı məhsulunun ƏDV-dən azad olunan əməliyyat olmasına baxmayaraq idxal zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bu halı qəbul etmiş, həmin məhsulların satışının əlavə dəyər vergisindən azad edilməsinin və əvəzləşdirilməsinə yol verilməyən əməliyyatların əvəzləşdirilməsinin qanuna müvafiq olmadığı ilə razılaşmışdır. Bundan əlavə, işdə olan iddiaçıya məxsus təsərrüfat obyektlərində keçirilmiş inventarizasiya üzrə aktlardan görünür ki, 7 819 436.00 manat məbləğində malların əskikgəlməsi müəyyən edilmiş, inventarizasiyada iştirak edən iddiaçı müəssisənin direktoru bununla bağlı hər hansı bir sübutu cavabdehə təqdim etməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. O da qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən sahənin bir hissəsi xx.xx.2020-ci ildə anbar kimi **********-10001 qeydiyyat nömrəsi qeydiyyata alınmış, xx.xx.2022-ci ildə qeydiyyatdan çıxarılmışdır. İşdən görünür ki, cavabdeh həmin obyektin anbar olmasına baxmayaraq 9 145 120,00 manatlıq əməliyyatın (xx.xx.2022-xx.xx.2022) VS43204P60818 zavod nömrəli nəzarət kassa aparatı vasitəsilə aparılmasına istinad edərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən malların satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinə əsasən: -maddə 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - maddə13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən -bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir -bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. İşin hallarından görünür ki, iddiaçı müvafiq anbarda topdan satış əməliyyatı həyata keçirmiş, lakin elektron qaimə-faktura tərtib etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən: 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********186153 nömrəli qərarı mübahisələndirsə də, vergi orqanının hesablamalarının səhv olduğunu sübut edə bilməmiş, məhkəməyə bəyan etdiyi gəlir və xərcin həqiqətə uyğun olduğunu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar