Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2793/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının 1 mart 2018-ci il tarixdən xidmət illərinin 31 il 5 ay 23 gününün 2 %-lə hesablanaraq verilməsini ləgv edərək 3 %-dən yəni 84.4 %-lə hesablanaraq verilməsini, 2018-ci il mart ayından hal -hazıra yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilməmiş 3.575 manatın, əmək pensiyasına çıxdığı 2011-ci il 1 mart tarixdən hal-hazıra 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliliyinin 2212.60 manat olduğunu nəzərə alaraq hesablanmamış 1.42% görə (ayda 22.12 man) 3052.56 manatın, yəni ümumilikdə 6.627.56 manatın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınması ilə əlaqədar öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİO-da güzəştli xidmət illəri ilə birlikdə 31 il 5 ay 23 gün (güzəştli xidmət illəri 11 il 5ay 23 gün) xidmət etdikdən sonra 1 mart 2011-ci ildə xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təmin olunmuşdur. Natamam ildəki iş stajı 5ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmayıb əgər hesablansaydı əmək pensiyası 84,42% olardı, Bununla da 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliliyinin 2212.60 manat olduğunu nəzərə alsaq 1.42% görə (ayda 22.12 manat) 3052.56 manat verilməyib. Eləcə də 7 ildən sonra konstitusiya normasına zidd olaraq Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyası 2018-ci il mart ayından 11 il 5 ay 23 gün illərin hər ili 2%-ə endirərək verilir. Bununla da 2018-ci il mart ayından hal-hazıra yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilməklə iddiaçıdan 3575 manat tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazmış olduğu məktubun cavabı əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərlə tələbinin qanuni olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə Filiala müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən İddiaçı 1 mart 2011-ci il tarixdən Mərkəzi Filial tərəfindən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək 'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 mart 2018-ci il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Fi fala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək ona ödənilən əmək pensiyası 1477,94 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1057,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-362,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə-369,95 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə-211,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2214,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək censiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan caydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o madıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) -çün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi. İddiaçıya ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi- 406,97 manat 1 mart 2018-ci il tarixədək olan pensiyanızın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya məxsus kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı onun əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bu səbəbdən də əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmiş, həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanmışdır. Həmin keçmiş müddət üçün hesablanmış 47,44 manat pul vəsaiti 13 oktyabr 2022-ci il tarixdə iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı dövr üzrə İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-178,12 manat maddi yardım ödənilib. Göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış və pensiya məbləğinin yenidən hesablanması üçün əsaslar mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1(112)-2793/2023 nömrəli inzibati iş üzrə ddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək əmək pensiyasının xidmət illərinin 31 il 05 ay 23 gününün xx.xx.2017-ci il tarixdən 2%-lə hesablanaraq verilməsinin ləğv edərək 3%-lə yəni 84,4%lə hesablanaraq hər ay 2355 manat pensiya verilməsi, xx.xx.2017-ci il tarixdən qərar icra olunan aya kimi kəsilərək ödənilməmiş 111 manatın və hər il üçün 5% cavabdehdən alınaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi eyni tarixli qərardadla dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla göndərilmiş pensiya işinə dair sənədlərdən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 11/725 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Pensiyaçının uçot vərəqinə əsasən tələb olunan sığorta stajı 20 il, faktiki sığorta stajı 31 il, tələb olunandan artıq sığorta stajı 11 il, orta aylıq əmək haqqının faizi 83%, pensiyanın ümumi məbləği 856,79 manat olmuşdur. -Daxili İşlər Nazirliyinin xx.xx.2011-ci il tarixli Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqinsən görünür ki, İddiaçı mayor rütbəsi, DİN Çevik Polis layında Qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində xx.xx.2011-ci ildə öz arzusu ilə ehtiyata buraxılmış, təqvim üzrə xidmət illəri 22 il 06 ay 14 gün, güzəştli xidmət illəri 06 il 05 ay 09 gün, cəmi iş stajı 31 il 05 ay 23 gün, vəzifə maaşı 490,00 manat, rütbə maaşı 130.00 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 186.00 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, məharət dərəcəsi 35% olmaqla 171,50 manat, xüsusi ilə görə 20% olmaqla 98.00 manat, cəmi 1139.50 manat təminat xərcliyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı vəzifə maaşı 1057,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 362,10 manat, ərzaq payı 64,00 manat, məharət dərəcəsinə görə 35% olmaqla 369,95 manat, xüsusi işlərə görə 20% olmaqla 211,40 manat, cəmi təminat xərcliyi 2214, 45 manat, yenidən hesablanmış pensiya məbləği 1781,17 manat, hazırkı pensiya məbləği 1779,87 manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-81/51/23 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən 1 mart 2011-ci il tarixindən Mərkəzi Filial tərəfindən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 mart 2018-ci il tarixindən onun sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyası 1477,94 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1057,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-362,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-369,95 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-211,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2214,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixinədək olan onun təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi-406,97 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülüb. Eyni zamanda bildiririk ki, İddiaçı müraciətilə əlaqədar tərəfimizdən aparılan araşdırma zamanı əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bu səbəbdən də, onun əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmiş, həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanmışdır. Həmin keçmiş müddət üçün hesablanmış 47,44 manat pul vəsaiti 13 oktyabr 2022-ci il tarixində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Məlumat üçün bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən artırılaraq 1959,29 manat müəyyən edilib. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən 2247,30 manata artırılaraq İddiaçı müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 İman Gülağa oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən sizə 1 mart 2011-ci il tarixindən Mərkəzi Filial tərəfindən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinizin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinizin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası sizə ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyanız 1477,95 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 1056,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəni-361,80 manat, məharət dərəcəsinə görə vəzifə maaşınızın 35 faizi miqdarında əlavəniz-369,60 manat, xüsusi işə görə vəzifə maaşınızın 20 faizi miqdarında əlavəniz-211,20 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 2212,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərcliyinin 0,84 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,84 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (2212,60 manat) arasındakı fərq məbləğinin (556,95 manat) 72,84 faizi-405,68 manat 1 mart 2018ci il tarixinədək olan pensiyanızın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1779,87 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-177,99 manat maddi yardım ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından görünür ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 11/725 nömrəli qərarı ilə xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən etibarən pensiya məbləği artım faizi 72.83 % olmaqla yenidən hesablanmışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin pensiyanın yenidən hesablanması qaydası ilə razılaşmır və iddiasının əsası kimi aşağıdakı halları mübahisələndirir: - 1 mart 2011-ci ildə 31 il 5 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təyin olunmuş, lakin natamam ildəki iş stajı 5 ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmamışdır, əgər hesablansaydı əmək pensiyası 84,42% olardı; -ƏPQ-nun 20.14.1-ci maddəsində xx.xx.2017-ci il tarixdən etibarən 20 ildən yuxarı xidmətin hər ili üçün 2%-i miqdarında əlavə nəzərdə tutulmuşdur, iddiaçıya pensiya təyin ediləndən 7 ildən sonra Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyasını 2018-ci il mart ayından həmin illərin hər ili 2%-ə endirərək yəni 72,4% hesablanması Konstitusiynın 149-cu maddəsinin tələbinə ziddir; -ƏPQ-nun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”ni ona münasibətdə tətbiq etməməsi əsassızdır. Məhkəmə iddiaçının mübahisələndirdiyi məqamlar üzrə işin faktiki hallarını aşağıdakı normalar əsasında qiymətləndirir. “Əmək pensiyaları haqqında” Qanunun: -20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla (...) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. İşin hallarından görünür ki, iddiaçıya ehtiyata buraxıldığı 2011-ci ildə xidmət illərinə görə pensiya təyin edilərkən xidmət illəri 31 il 5 ay 23 gün olmaqla ƏPQ-nun 20.14.1-ci maddəsinə əsasən 20 il üçün 50%+20 ildən artıq hər il üçün 3% əsas götürülməklə 11 il üçün 33% (artıq olan 11 il x 3%) olmaqla təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mübahisələndirdiyi 31 ildən artıq natamam ildəki iş stajı-yəni 5 ay 23 günün də hesablanmaması, bununla da 1,42% olmaqla əmək pensiyası 84,42%-lə hesablanmamasına gəlincə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan ƏPQ-nun 20.14.1-ci maddəsinin redaksiyasında yalnız tam illər nəzərə alınmaqla təminat xərcliyinin faizi müəyyən edilirdi. İddiaçının iddia etdiyi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq faizin hesablanması yuxarıda da qeyd edildiyi kimi yalnız həmin normaya 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla edilmiş əlavə ilə daxil edilmiş və həmin norma məhz xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Başqa sözlə, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunla iddiaçının pensiya faizinin hesablanmasında natamam illərə görə təminat xərcliyi faizinin hesablanması ilə bağlı norma (qayda) mövcud olmadığından inzibati orqanın məhz 83%-lə hesablamanı aparması qanuni olmuşdur. Təsadüf deyildir ki, inzibati orqan məhz xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablama zamanı ƏPQnun 20.14.1-ci maddəsinin qüvvədə olan yeni redaksiyasına əsasən natamam ildəki iş stajı aylarını da təminat xərcliyinin faizinin hesablanması zamanı nəzərə almışdır. Odur ki, iddiaçının istinad etdiyi pensiyanın düzgün hesablanmaması ilə bağlı birinci dəlili öz təsdiqini tapmır. ƏPQ-nun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının: -1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. -2.2-ci bəndinə görə Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: -2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. -2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. Sadalanan normalardan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.14.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə nəzərdə tutulduğu halda, xx.xx.2017-ci il tarixindən etibarən - 20 ildən yuxarı xidmətin hər ili üçün 2 faizi miqdarında əlavənin hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası qəbul edilmişdir. Qaydanın tələbinə əsasən ƏPQ-nun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği iki halda yenidən hesablanır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda. Qeyd edilməlidir ki, göstərilən iki haldan birinin olması kifayətdir ki, pensiya təyinatını aparan orqan tərəfindən qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Qaydanın tələbinə uyğun olaraq yenidən hesablansın. Dolayısı ilə adıçəkilən Qayda xx.xx.2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını pensiya təyin edən orqanın mülahizəsinə və ya pensiyaçının seçiminə buraxmamış, yenidən hesablamanın imperativ qaydasını müəyyən etmişdir. Göstərilən normaları işin halları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-ci ildən ilkin olaraq təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 1 mart 2018-ci il, daha sonra 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.5-ci bəndinə əsasən pensiya mələği faizi 72,83 %-lə hesablanmışdır. Belə ki, adıçəkilən Qaydanın 2.5-ci bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizi 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi+ 20 ildən artıq xidmət müddəti olan 11 ilin hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi+ natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi (5 ay/12x2%) olmaqla təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 %- faiz təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərar və təqdim edilmiş pensiya alt sistemindən çıxarışa əsasən iddiaçıya 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi artım faizi-406,97 manat olmaqla 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda məhkəmə icraatı gedişində iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmayan hissəsi yenidən keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Bundan əlavə iddiaçının qeyd etdiyi pensiyanın hesablanması zamanı ƏPQ-nun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”nin ona münasibətdə tətbiq edilməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının mövqeyinə görə o hərbi qulluqçu deyildir, daxili işlər orqanının sabiq əməkdaşıdır və ona pensiya hesablanarkən Qanunun 20.14.1-ci maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablama aparılmalıdır. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, ƏPQ-nun: - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 9.5-ci maddəsinə əsasəna aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Göründüyü kimi iddiaçı daxili işlər orqanı əməkdaşı olmaqla ona pensiya daxili işlər əməkdaşlarına pensiya təminatının ƏPQ-nu ilə tənzimlənən qaydasında, yəni Qanunun yuxarıda sadalanan 3.3, 9.5 və 20.14.1-ci maddələrinə müvafiq qaydada hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Qeyd edilməlidir ki, Qanunun 20.14.1-ci maddəsində əmək pensiyasına əlavələrin 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün hesablamanın fərqli iki qaydası nəzərdə tutulmuşdur: - hərbi qulluqçu kimi pensiya təyin edilmiş şəxslərin müvafiq təminat xərcliyinin—2 faizi; - müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi. Yuxarıda adıçəkilən 142 nömrəli Fərmanın 2.5-ci bəndi Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş 3%-lə hesablamanın tətbiq olunduğu “müvafiq icra hakimiyyəti orqanı” sistemində şəxsləri müəyyən etmişdir. Bu hərbi qulluqçular- Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslərdir. İddiaçı isə Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmadığından ona münasibətdə Qanunun 20.14.1-ci maddəsindəki 3% əlavə tətbiq edilə bilməz. Beləliklə, işin sadalanan hallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi dügün olaraq 72,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı kənarlaşma müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova