Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2794/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin veirlməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun xx.xx.1991ci il tarixindən xx.xx.1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar Qarabağ Müharibəsi veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkənin ərazisinə silahlı hücumları zamanı “Azərbaycan Qarabağ” könüllü özünümüdafiə dəstəsində xidmət edirdi. Xidməti dövründə yazıldığı könüllülər dəstəsi olaraq Müdafiə Nazirliyi tərəfindən bütün növ təminatlarla təmin edilmişlər, silah, sursat və digər təminatlar ki, bu da Müdafiə Nazirliyi tərəfindən verilirdi. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli arxiv arayışında da onun həqiqətən Azərbaycan Qarabağ könüllüləri özünümüdafiə dəstələrində xidmət etməsi barədə məlumatın olması bir sübutdur. Çünki, həmin illərdə onların bütün növ təminatları Müdafiə Nazirliyi tərəfindən aparılmasaydı, demək Müdafiə Nazirliyində barələrində heç bir məlumat aşkar olunmazdı. Lakin, həmin illərdə həqiqətən xidməti olmuş və xidmətini düşmənə qarşı vətənləri Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqları işğaldan azad etmək olmuşdur. Lakin, xidməti ilə əlaqədar illərdir Müdafiə Nazirliyinin nəzdində yaradılmış Qarabağ Müharibəsi adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya müraciət etsədə, ona Qarabağ müharibəsi adının və vəsiqəsinin verilməsini məqsədəuyğun hesab etməmələri ilə qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə, hərbi xidmətdən həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi, bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı vəvəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan ididaçıya məxsus hərbi biletdə iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə dair hər hansı qeyd mövcud deyildir. Digər tərəfdən iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29 aqust 2019-cu il tarixli arxiv arayışında Müdafiə nazirinin 10 noyabr 1991-07 iyun 1992-ci il tarixli əmrlər kitabında Azəbraycan qarabağı könüllü özünümüdafiə dəstəsinin 12 fevral 1992ci il tarixli siyahısında iddiaçının adının qeyd edildiyi bildirilmişdir. Lakin, iddiaçının sonrakı xidməti və ehtiyata buraxılmasına dair hər hansı məlumat mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla da, Komissiyanın iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsinə dair 29 dekabr 2019cu il tarixli qərarı qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, könüllü olaraq müharibəyə getmiş və könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçı erməni silahlı birləşmələrinin silahlı hücümları zamanı “Azərbaycan Qarabağ” könüllü özünümüdafiə dəstəsinə könüllü olaraq getmiş, həmin özünümüdafiə dəstəsinin 12 fevral 1992-ci il tarixli siyahısında onun adı qeyd edilmişdir. O, hərbi xidmət keçməmiş, hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olmamış, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırki iddia tələbi üzrə cavabdehlik daşıya bilməz və eləcə də, bu iddiaya cavab verməli olan orqan deyil. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçı özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etdiyindən, onun hazırki tələbi üzrə cavabdehliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daşımalıdır. Lakin, iddiaçı hazırki tələbi üzrə məhkəməyə müraciət etməzdən öncə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmədiyindən, məhkəmə iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarı ilə, yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırki idda, növünə görə məcburetmə haqqında iddiadır və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, məcburetmmə haqqında idida üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Həmin qərarda həmçinin qeyd edilir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə ididaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamsını yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Daha sonra həmin Qərarda qeyd edilir ki, İPM-nin 351-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2794/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2794/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver