Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2795/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X14, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanındakı, ona məxsus evi və texniki pasportda qeyd edilən ev və həyətyanı torpaq sahəsini (429.2 kv.m.) yenidən inventarlaşdırılması, xüsusi mülkiyyət kimi qeydə alınması, evə və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X24 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanındakı mülkün İddiaçı aid hissəsi olan ümumi sahəsi 140.65 olan tikili və fərdi yaşayış evin, eləcə də texniki pasportda qeyd edilən evinin və hasarının yerləşdiyi faktiki tikintialtı həyətyanı 0.03147 ha torpaq sahəsinin (ümumi 429.2 kv.metrinin 0,03147 ha. hissəsinin) yenidən inventarlaşdırılması, xüsusi mülkiyyət kimi qeydə alınması, ümumi sahəsi 140,65 kv.metr olan mülkinə (evin sahəsi 47.5 kv.metrdir) və qanuni istifadəsində olan 0.03147 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X24 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 10 nömrə 75- E.Berqa küçəsi) ünvanda yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisi və həmin ünvandakı "A" tikilisinin 47,5 kvm. olan hissəsini (cəmi 140,65 olan tikili və fərdi yaşayış evi), texniki pasportda qeyd edilən evinin və hasarının yerləşdiyi faktiki tikintialtı həyətyanı 272,7 kvm. torpaq sahəsinə (ümumi 429.2 kv.metrin 272.7 kv.m. hissəsini) xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi qeydə alıb yeni çıxarış və ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin 03.02.2022-ci il tarixli, 2-1(112)-2795/2022 nömrəli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvandakı İddiaçı məxsus evin sənədləri ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuşdur. Cavabdehin iddiaçıya verilən 08 may 2021-ci il tarixli, **********63 nömrəli, 17 iyul 2021-ci il tarixli, **********27 və **********83 saylı cavab məktubları texniki pasportun məktuba əlavə edilib təkrar göndərilməsi onları gane etmir. Məktubda göstərilirdi ki, onlar tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İddiaçının məqsədi texniki pasport almaq deyil, çıxarış və torpağa sənəd almaqdan ibarətdir. Məktubda Sabunçu rayon məhkəməsinin qətnaməsinin onlara gəlməməsini də göstərirdilər. Bu məsələyə gəldikdə isə məhkəmə bu qətnamə ilə iddiaçının yoldaşını qəyyum təyin edib. Cavabdehə məhkəmənin qərar göndərməsinə, hər hansı bir öhdəlik qoyulmasına əsas yoxdur. Bu sənəd onlar tərəfindən cavabdehə təqdim edilib. O ki, qaldı məktubda göstərilən yenidən inventarlaşmaya - iddiaçı buna etiraz etməmişdir. Onlar hər an hər cür şərait yaratmağa hazır olmuşdurlar. İddiaçı fəaliyyət qabiliyyəti olmayan, l-ci qrup əlildir. 1981-1988-ci illərdə dənizdə mühəndis kimi işləyəndə xəstəliyə tutulub. Ruhi-əsəb xəstəxanalarında aldığı müalicələr nəticə verməyib. Fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Sabunçu rayon məhkəməsinin 08 aprel 2004-cü il tarixli, 2-609 nömrəli qətnaməsi, Səbail RİHB-nin 12 mart 2020-ci il tarixli, 38 saylı sərəncamı ilə Qanuni nümayəndə ona qəyyum təyin edilmişdir. Cavabdehə yazılan ərizələrdə göstərildiyi kimi iddiaçı mülkü alqı-satqı müqaviləsi ilə əldə edib və müqaviləyə əsasən mülkiyyət hüququ 18 iyun 1976-cı il tarixdə, 157 saylı kitabın 5621-ci səhifəsində paylı mülkiyyət kimi 1/2 hissədə cavabdeh tərəfindən qeydə alınıb. Digər 1/2 hissəyə mülkiyyətçi X8muşdur. İddiaçıdan fərqli olaraq ona qanuni çıxarış verilmişdir. İddiaçı hesab edir ki, onların hazırda həm fərdi yaşayış evinə, həmçinin də torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədləri mövcuddur ki, bu sənədlər əsasında iddiaçı vahid əmlak kimi çıxarış almaq hüququ qazanır. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinaları qanunsuz sayır və heç bir hüquqi əsasa söykənmədiyini iddia edir. Belə ki, Notariat arxivinə müraciət edəndə iddiaçının 10 avqust 1988-ci ildə anası Mirvariyə evin 1/2 hissəsini bağışlamağına dair sənədlərdə qeydiyyat çıxarışının surəti aşkar edilmişdir və orada yuxarıda göstərilən qeydiyyat öz əksini tapıb. Həmin işdə cavabdehin verdiyi sənədlərdə evin torpaq sahəsinin axırıncı invertarlaşmada 429,2 kv. metr olmasına, evin 1930-cu ildə tikilməsinə Büronun rəisi və mühəndisinin imzaladığı 30\751 saylı ştamp və möhür vurulmuş 10 avqust 1988-ci il tarixli rəsmi arayışda var. İddiaçının anası Mirvarinin ona bağışlanmış 1/2 hissənin iddiaçıya bağışlamasına dair 06 may 1998-ci il tarixli notariusda təsdiq edilmiş bağışlama müqaviləsi var. Bundan sonra Texniki İnventarlaşma və Mülkiyyət hüququnun Qeydiyyatı İdarəsi 148037 nömrəli, MH seriyalı,10 iyun 1998-ci il tarixli qeydiyyat vəsiqəsi vermiş və 157 nömrəli reyestir kitabında 5626-cı səhifədə 30 qeydə alma ilə 15548 nömrə ilə mülkiyyətin qeydə alınması, yeni qonşunun isə Nikolay yox, yeni mülkiyyətçi X26 olmasına qeydiyyat vəsiqəsi vermişdir. Belə təkzibolunmaz sənədlər olduğu, qeydiyyat kitabları durduğu halda cavabdehin inventarlaşma aparmaqdan, mülkün qeydiyyatından çıxarış verilməsindən imtina etməsi anlaşılan deyildir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığı üçün iddiaçının ərizəsi tərəflərindən mümkün olmamışdır. Sərəncamın icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən 30.11.2021-ci il tarixdə müvafiq fərdi yaşayış evinə yerli baxış keçirilmiş, iddiaçının faktiki istifadəsində olan sahə A tikilisinin bir hissəsi (1; 2; 5 və 9 saylı sahələr) olduğu müəyyən edilmişdir. Hazırda ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi isə X9 mülkiyyətindədir. Belə ki, faktiki olaraq A tikilisinin bir hissəsi iddiaçının istifadəsində olduğu və müvafiq fərdi yaşayış evi (A tikilisi) vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsi, evə və həyətyanı torpaq sahəsinə (429.2 kv) dair İddiaçı adına ayrıca çıxarışın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçilərl öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Həmin Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bıı razılıq ehtimal edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X24 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 məhkəməyə yazılı ərizə təqdim edərək İddiaçı iddia tələbi üzrə onun adına yaşadığı və mülkiyyətində olan evə yeni çıxarışın və texniki pasportun verilməsinə etiraz etmədiyini bildirmiş, iddiaçının mülkiyyət hüquqlarının məhz bölgü sxeminə və texniki pasport əsasında həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X22 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxs X9 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - 16.05.2005-ci il tarixli, AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yuzbəyoviç xx.xx.1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 08 aprel 2004-cü il tarixli, 2-609/2004 nömrəli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qətnaməyə əsasən xx xxxxxx 1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı Yuzbəyoviç fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və X2 Rauf Yuzbəyoviçin üzərində qəyyum təyin edilmişdir. - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 12.03.2020-ci il tarixli, 38 №-li sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı Yuzbəyoviçin üzərində arvadı Qanuni nümayəndə qəyyum təyin edilmişdir. - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 11.10.2021-ci il tarixli 138 №-li sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qanuni nümayəndə əri xx.xx.1946-cı il təvəllüdlü İddiaçı üzərində qəyyumluğuna xitam verilməsi, Səbail RİH başçısının 38 saylı, 12.03.2020-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, vətəndaş X24 atası xx.xx.1946-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. - Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 06.1965-ci il tarixdə 26 ünvan 5 ünvanına dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 1930-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin “ev sahibi” X10muş, sonradan “ev sahibi” kimi İddiaçı və X11 adları qeyd olunmuş, cəmi tikintinin sahəsi 262,9 kvm,. cəmi meydançanın sahəsi isə 429,2 kvm. təşkil etdiyi qeyd edilmişdir. Fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir. - Bakı şəhəri, 2 saylı Dövlət Notariat Ofisində qeydə alınmış 10.08.1988-ci il tarixli, D- 4-901 nömrəli İddiaçılə X5 arasında bağlanmış bağışlanma müqaviləsi üzrə notariat işinin lazımi qaydada təsdiq edilmiş materiallarından görünür ki, Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reestrindən 18.06.1976-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Berq küçəsi, 75 №-li evin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X11 mülkiyyətində olmuşdur. 10.08.1988-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, E.Berq küçəsi 75dəki 429,2 kvm. torpaq sahəsində yerləşən, fərdi yaşayış evinin yaşayış sahəsi 18,5 kvm., yardımçı sahəsi 16,4 km. olan 1 otaqdan ibarət 1/2 hissədəki payını anası X3 bağışlamışdır. - Bakı şəhəri, 2 saylı Dövlət Notariat Ofisində qeydə alınmış 06.05.1998-ci il tarixli, 3M/37 nömrəli X5 ilə İddiaçı arasında bağlanmış mənzilin bağışlanma müqaviləsi üzrə notariat işinin lazımi qaydada təsdiq edilmiş materiallarından görünür ki, 06 may 1998-ci il tarixli mənzil bağışlama müqaviləsinə əsasən X6 Bakı şəhər TİB-dan kt. №157, səh.5621, qeydəalma № 30/846, 24.08.1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə, TİB-dən ver. Arayış 30/1127, 05.05.1998 əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75 (keçmiş 5-ci Bayıl küçəsi) yerləşən yaşayış sahəsi 53,3 kvm. olan 4 otaqlı mənzilin və sahəsi 44,9 kvm. olan 4 köməkçi otağın 1/2 hissəsini oğlu İddiaçı bağışlamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 22.10.2021-ci il tarixli, **********80 nömrəli məktuba əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 15 iyul 1965-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X12 Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki fərdi yaşayış evi üzərində vərəsəlik hüquqları tanınmışdır. 12 iyun 1968-ci il tarixli müqaviləyə əsasən X25 429 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki mülkiyyətində olan fərdi yaşayış evinin 1/2 hissəsini 1000 manata X15 satmışdır. 29 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən X20 Bakı şəhəri İnventarlaşdırma Bürosundan verilmiş kitab 157, səh. 5621 Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reestri və 16.10.1992-ci il, 20-2213 №-li arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75-də, 429,2 kvm. torpaq sahəsində yerləşən 1/2 payı olan 4 yaşayış otaqdan ibarət olan 53,2 kvm. və 2 köməkçi otaqlardan ibarət 23,4 kvm. yaşayış evini X18 30000 manata satmışdır. 16.10.2001-ci il tarixli, 136842 nömrəli müqaviləyə əsasən X27 Bakı şəhəri Tİ və MHQİ tərəfindən 02.12.1992-ci il tarixdə, 157 №-li reyestr kitabının 5621-ci səhifəsində, 30/7182 №-li qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75-də yerləşən yaşayış evinin 1/2 hissəsini on doqquz milyon manata X1. 12 fevral 1976-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X31 X12 vərəsəsi kimi Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki fərdi yaşayış evinin 1/2 hissəsini qəbul etmişdir. 26 may 1976-cı il tarixli müqaviləyə əsasən X31 mülkiyyətində olan 429,2 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, 5-ci Bayıl küçəsi (yeni Berq), ev 75-in 1/2 hissəsini 5000 manata İddiaçı satmışdır. 10.08.1988-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, E.Berq küçəsi 75-dəki 429,2 kvm. torpaq sahəsində yerləşən, fərdi yaşayış evinin yaşayış sahəsi 18,5 kvm., yardımçı sahəsi 16,4 km. olan 1 otaqdan ibarət 1/2 hissədəki payını anası X3 bağışlamışdır. 06 may 1998-ci il tarixli mənzil bağışlama müqaviləsinə əsasən X6 Bakı şəhər TİB-dan kt. №157, səh.5621, qeydəalma № 30/846, 24.08.1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə, TİB-dən ver. Arayış 30/1127, 05.05.1998 əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75 (keçmiş 5-ci Bayıl küçəsi) yerləşən yaşayış sahəsi 53,3 kvm. olan 4 otaqlı mənzilin və sahəsi 44,9 kvm. olan 4 köməkçi otağın 1/2 hissəsini oğlu İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 14.12.2001-ci il tarixli, FM 009237 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Berq küçəsindəki 4 otaq, 53,3 kvm. yaşayış sahəsi, 76,7 kvm. ümumi sahəsi olan 75 saylı fərdi yaşayış evinin 1/2 hissəsi X9, digər 1/2 hissəsi isə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 157 saylı reyestr kitabında 14.12.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin bölgü sxemindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin mülkiyyətçilər X22 və İddiaçı Yüzbekoviç arasında bölgüsü aparılmış, bölgü aşağıdakı kimi müəyyən olunmuşdur: İddiaçı Yüzbekoviçə aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,03147 ha, evin ümumi sahəsinin 140,65 kvm., evin sahəsi (tikiliş “A2”) – 47,5 kvm., bölünmüş saray sahəsi (tikiliş “Б”) – 93,15 kvm.. X13 aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,01565 ha, evin ümumi sahəsinin 110,33 kvm., evin sahəsi (tikiliş “A1”) –70,86 kvm. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 17.07.2021-ci il tarixli, **********83 nömrəli, 17.07.2021-ci il tarixli, **********27 nömrəli, 14.09.2021-ci il tarixli, **********62 nömrəli məktublardan görünür ki, ünvan 6 ünvanında yerləşən B tikilisinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd edilən tikiliyə dair Sabunçu rayon Məhkəməsinin 2- 609/2004 saylı qətnaməsi İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair sənədlərin əsli ilə “ASAN xidmət” mərkəzinə təqdim edildiyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Berq küçəsi, (keçmiş 5-ci Bayıl küçəsi) ev 75 (indiki ünvan ünvan 9ş sahəsi ilkin olaraq X7 mülkiyyətində olmuş, bununla bağlı texniki pasport tərtib edilmişdir. Darya Skuponova yaşayış sahəsinin 1/2 hissəsini X15 satılmışdır. Yerdə qalan 1/2 hissə isə X7 ölümündən sonra onun vərəsəsi X28 keçmişdir. X28 mübahisəli fərdi yaşayış evinin mülkiyyətinə keçmiş 1/2 hissəsini İddiaçı satılmışdır. Bundan sonra fərdi yaşayış evinin (hər hissəsi 1/2 ayrı-ayrılıqda) digər şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı mülki əqdlər (alqı-satqı, bağışlama müqaviləsi) bağlanmış, həmin əqdlər əsasında son olaraq fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi ilə X9 xüsusi mülkiyyətindədir. Hər iki tərəfin hüquqlarının qeydiyyata alınması müvafiq olaraq Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya FM №009237 saylı qeydiyyat vəsiqəsi və texniki pasport (əvvəlki texniki pasportda adları qeyd olunmuşdur) ilə rəsmiləşdirilmişdir. Hazırda hər iki payçı tərəfindən bölgü sxemi tərtib edilərək, fərdi yaşayış evinin və torpaq sahəsinin onlara aid hissəsi müəyyən edilmiş və razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi (5-ci Bayıl) küçəsi, ev 99 ünvanında yerləşən yaşayış sahəsinin (ona aid 1/2 hissəsi) və həyətyani torpaq sahəsinin vahid əmlak kimi qeydiyyata alınması və həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməməsini sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair sənədlərin əslinin təqdim edilməməsi və iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin (“A” tikilisi) vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsinin mümkün olmaması ilə əsaslandırmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport ( həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Qanunvericiliyin tələbindən də göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda birbaşa göstərilməsə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”da Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar və texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsinə şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi (5-ci Bayıl) küçəsi, ev 99 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz haldır. Həmin fərdi yaşayış evinə dair isə Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 06.1965-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport növcuddur və həmin pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmış, həmin sənədlərdə torpaq sahəsinin ölçüsü 429,2 kvm. göstərilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyani torpaq sahəsinə münasibətdə 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport mövcuddur ki, bu sənədin mövcudluğu onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi paylı mülkiyyətçilər aralarında olna razılığa əsasən öz paylarını naturada ayıra bilərlər. Hazırki iş üzrə mübahisəli daşınmaz əmlak paylı, yəni 1/2 hissəsi iddiaçı Ruaf Cəfərovun, 1/2 hissəsi isə üçüncü şəxs Əlü Hüseynovun mülkiyyətində olmaqla onlar arasında həmin daşınmaz əmlakın və onun yerləşdiyi topraq sahəsinin naturada bölünməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi məhkəməyə təqdim edilmişdir. Həmin bölgü sxemə əsasən İddiaçı Yüzbekoviçə aid hissə olaraq torpaq sahəsinin 0.03147 ha, evin ümumi sahəsinin 140.65 kvm., evin sahəsi (tikiliş “A2”) – 47,5 kvm., bölünmüş saray sahəsi (tikiliş “Б”) – 93,15 kvm.; X13 aid hissə olaraq isə torpaq sahəsinin 0.01565 ha, evin ümumi sahəsinin 110,33 kvm., evin sahəsi (tikiliş “A1”) –70,86 kvm. müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bölgü sxemində torpaq sahəsinin ümumi ölçüsü 471,2 kvm. göstərilmişdir ki, bu da həmin sahənin texniki pasportda olan sahədən (429,2 kvm.) 42 kvm. çox olmasını göstərir. Lakin nəzərə alınmalıdır ki, bu artımın hazırki tələb üzrə hər hansı əlaqəsi yoxdur. Çünki iddiaçının mülkiyyət hüquqlarının reallaşdırmaq istədiyi torpaq sahəsi məhz texniki pasporta uyğun olaraq ona aid olan hissədir. Başqa sözlə iddiaçı özünə aid 272,7 kvm. hissədə (429,2 – 156,5 (üçüncü şəxsə aid hissə)) mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir ki, onun həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. İşin hallarına tam və hərtərəfli qiymət verən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində səciyyələnmiş hüquqmüəyyənedici sənədlərə malik olduğundan, həmçinin fərdi yaşayış evi paylı mülkiyyətdə olmasına baxmayaraq, onunla bağlı üçüncü şəxs ilə arasında bölgü sxemi tərtib edilərək tikilinin ayrı-ayrılıqda onlara aid hissəsi müəyyən olunduğundan, o cümlədən də həmin daşınmaz əmlakın xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, ayrıca həyətyanı sahəyə, ayrıca girişçıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olduğundan, fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı maneənin olması müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan fərdi yaşayış evinin bir hissəsinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsinin mümkünsüz olması barədə cavabdehin irəli sürdüyü dəlil isə əsaslı hesab edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 13.8-ci maddəsinə əsasən dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır. - 13.9-cu maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömərli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının: - 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — Komitə) tərəfindən həyata keçirilir. - 3.2.4-cü bəndinə görə daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda daşınmaz əmlak obyektinə ünvan verilir və ya dəyişdirilir. - 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə ünvan verilir və ya dəyişdirilir. - 3.3, 3.4, 3.5-ci bəndlərinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, ünvan 10 ünvan E.Berq küçəsi 75) ünvanda yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünvandaki "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. həyətyani torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb yeni çıxarış və ünvanın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 10 ünvan E.Berq küçəsi 75) ünvanda yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünvandaki "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. həyətyani torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində alınıb yeni çıxarış və ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2795/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2795/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver