Məhkəmə qərarları › İş №2-1(112)-2796/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2796/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2796/2020 11.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8rşı “mərhum həyat yoldaşının fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının həyat yoldaşı X7 xx xxxxxx 1958-ci ildə anadan olmuş və pensiya yaşına çatmamış xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ona məxsus əmək kitabçası ilə müəyyən olunmuşdur ki, o, xx xxxxxx 1976-cı ildən əmək fəaliyyətinə başlayaraq xx xxxxxx 2017-ci il tarixinədək 39 il 3 ay 23 gün iş stajı toplamışdır. Bu iş stajının sığortalı hissəsini, yəni 11 il 07 ay 28 günü xx xxxxxx 2006-cı ildən başlayaraq vəfat etdiyi günə kimi toplamışdır. X7 pensiya yaşına çatmamış vəfat etdiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq onun fərdi hesabının yığım hissəsində toplanmış vəsait vərəsələrinə verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5 maddəsinə əsasən, vəfat etmiş sığortaolunanın fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Qeyd edilənləri nəzərə alaraq iddiaçının mərhum X5 fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X11 müraciətlərinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki,iddiaçının həyat yoldaşı X2 əmək fəaliyyəti zamanı sığortaedən tərəfindən onun xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanmışdır. Fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. X3 Oleqoviçin fərdi hesabında toplanmış məcburi dövlət sosial sığorta məbləğinin onun varislərinə ödənilməsinin qanunvericilikdə hər hansı tənzimlənmə mexanizmi nəzərdə tutulmamışdır. İddiaçı həyat yoldaşı X5 işlədiyi dövrlərdə fərdi şəxsi hesabında qeyd edilən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsində qeyd olunan “Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər”ə aid deyildir. Digər bir məsələ ondan ibarətdir ki, X5 fərdi hesabının yığım hissəsində toplanan vəsaitinin Qanunun 18.5-ci maddəsinə əsasən, onun varisləri arasında bölünməsi məsələsi isə faktiki olaraq qeyri mümkündür, ona görə ki, X7 əmək fəaliyyəti zamanı Könüllü (əlavə) sosial sığorta qaydasında, sosial sığorta müqaviləsi əsasında onun xeyrinə hər hansı ödənişlər həyata keçirilməmiş və bu səbəblərdən də iddiaçının həyat yoldaşı X5 fərdi hesabın yığım hissəsində onun varisləri arasında bölünməli vəsait mövcud deyil. Nəticədə İddiaçı onun mərhum həyat yoldaşı X5 fərdi hesabın yığım hissəsində toplanmış vəsaitlərin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq onun varisləri arasında bölünməsindən ibarət vəzifəsinin cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, **********7 saylı cavab məktubla imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 15 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 saylı məktubunda qeyd olunur: Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 1.0.9-cu maddəsinə əsasən “fərdi hesabın yığım hissəsi" sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Azərbaycan Respublikasının “Sosial sığorta" haqqında qanununa əsasən “könüllü (əlavə) sosial sığorta" sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Fərdi hesabın yığım hissəsinin tətbiq olunmasına başlamımadığından X3 Oleqoviçin fərdi hesabının yığım hissəsində onun varisləri arasında bölünməli vəsait mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 1.0.8-ci maddəsinə əsasən “fərdi hesabın sığorta hissəsi” əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır və X5 əmək fəaliyyətli dövrlərində xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində toplanmışdır. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxx 1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı 447191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 xx xxxxx 1977-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 1977-ci il tarixdə 1325 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Drojilkin, arvada Drojilkina soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 897074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-ci maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı vəfat etdiyi əri X5 fərdi hesabının yığım hissəsində olan vəsaitlərin vərəsələrə ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının əri X5 fərdi hesabının yığım hissəsində vəsait mövcud deyildir. X5 əmək fəaliyyəti dövrlərində xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində toplanmışdır. Qanunvericilikdə isə fərdi hesabın sığorta hissəsində olan vəsaitlərin varislər arasında bölünməsi müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində yalnız fərdi hesabının yığım hissəsində olan vəsaitlərin qanunvericiliyə uyğun qaydada varislər arasında bərabər bölünməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8rşı “mərhum həyat yoldaşının fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar