Məhkəmə qərarları › İş №2-1(112)-2796/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2796/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2796/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Nikayeviçin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16 b saylı evin 17 saylı mənzilinə dair X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X8 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16b saylı evin 17 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Belə ki, mənzilə dair mərhuma Bakı şəhəri X10 İcraiyyə Komitəsi tərəfindən 122648 nömrəli xx.xx.1991-ci il tarixi order verilişdir. xx.xx.1993-cü il tarixdə mənzilə dair X11 ilə mərhum X8 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Rasim Asyanov X13 tərəfindən ona verilmiş mənzili əvəzsiz olaraq Nikolay Tulupnikova vermişdir. Həmçinin, Bakı şəhəri İcraiyyə Komitəsi şəhər ZDS-nin Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1994-cü il tarixli 07/2845 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mənzil mərhum X6 xüsusi mülkiyyətinə verilmişdir. Mənzilə dair mərhum X7 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya qiymətləndirilməsinə aid texniki pasport” verilmişdir. X8 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinə müraciət edilmişdir. Notariat ofisinin xüsusi notariusu Aygün Hacıyeva tərəfindən vərəsəlik işi açılmışdır və mənzilə dair çıxarış əldə edilməsi ilə bağlı məktub verilmişdir. Hazırda iddiaçı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Cavabdehə ərizə ilə müraciət edərək mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin, cavabdeh orqan müraciətinə dair xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim etmişdir. Məktubda qeyd edilir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzaddə küçəsi, 16 b saylı evin 17 saylı mənzilinə dair verilmiş xx.xx.1991-ci il tarixli 122648 saylı dəyişmə orderi Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Halbuki, bütün sənədlər iddiaçı tərəfindən cavabdeh təqdim edilmişdir. Bu səbəbdən də, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16 b saylı evin 17 saylı mənzilinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X7) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı tələbində qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********52 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16b saylıl evin, 17 saylı mənzilinə dair verilmiş xx.xx.1991-ci il tarixli 122648 saylı dəyişmə orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3- 48-2F/2-02864/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə vətəndaşlara mənzillərə görə orderlər və dəyişmə orderlərinin dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştikak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-T-0030/02-8/2023 **********52 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16 b saylı evin, 17 saylı mənzilə dair verilmiş xx.xx.1991-ci il tarixli, 122648 saylı dəyişmə orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-02864/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə vətəndaşlara mənzillərə görə verilən orderlər və dəyişmə orderlərinin Dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirilmişdir.

10. Bakı şəhər X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 122648 nömrəli orderə əsasən ünvan 2 ünvanında yerləşən və sahəsi 27.33 kv.m təşkil edən iki otaqlı mənzildə yaşayan vətəndaş X4 birlikdə heç kim yaşamır və o, həmin mənzili M.İ.Ramazanova ilə ünvan 3 ünvanında yerləşən və sahəsi 16.33 kv.m təşkil edən bir otaqlı ayrıca mənzilə dəyişmək hüququna malikdir.

11. Azərbaycan X13nun Həmkarlar Komitəsi Administasiyasının qərarından xx.xx.1993-cü il tarixli 51 nömrəli protokola əsasən N.İ.Tulupnikova Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 16 b, mənzil 17 ünvanında bir otaqlı mənzil verilmişdir. Həmin mənzilə dair Azərbaycan X13nun nümayəndəsi Rasim Asyanov ilə X8 arasında həmin mənzilin N.Tulupnikova əvəsiz verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır.

12. Azərbaycan Respublikası Zəhmətkeşlərin Deputatları şəhər, rayon Sovetinin İcraiyyə Komitəsinin texniki inventarizasiyası Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsin əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binası X3 pay hüququ ilə onun şəxsi mülkiyyəti kimi qeydiyyata alınmış və 03/2845 saylı qeydiyyat kitabında 1327 saylı vərəqədə 09/2845 saylı qeydiyyat nömrəsi altında 07 yanvar 1994-cü ildə qeydiyyata alınmışdır.

13. Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 07 yanvar 1994-cü il tarixdə texniki pasport tərtib edilmişdir.

14. 152 saylı Mənzil-Kommunal İstismarı Birliyi tərəfindən verilmiş 295 nömrəli xx.xx.2023-cü il tarixli forma 2 arayışına əsasən X8 ölən günə kimi ünvan 4 ünvanında yaşamışdır. Həmin ünvanda X8 tək özü qediyyatda olmuş, hal-hazırda qeydiyyatda heç kim yoxdur.

15. 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 1827 nömrəli 09 dekabr 2022-ci il tarixli məktuba əsasən mərhum - X1mış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinə arvadı – İddiaçı tərəfindən müraciət olmuşdur. Mərhum - X3 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə arvadı - İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 3165/6-11-8689/23 nömrəli məktubla Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 11 dekabr 1993-cü il tarixdə 3877 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti təqdim edilmişdir.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42046/2023 **********46 nömrəli məktubla bildirilmişdir ki, sorğuya surəti əlavə edilmiş qeydiyyat vəsiqəsində göstərilən X3 adına ünvan 5 ünvanın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

18. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 28 noyabr 2023-cü il tarixli 3-52/2-6366/2023 saylı məktubla bildirilmişdir ki, Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1991-ci ilə dair sənədləri arasında xx.xx.1991-ci il tarixli 122648 nömrəli order aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhər X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 122648 nömrəli orderə əsasən ünvan 2 ünvanında yerləşən və sahəsi 27.33 kv.m təşkil edən iki otaqlı mənzildə yaşamış X8 həmin mənzili M.İ.Ramazanova ilə ünvan 3 ünvanında yerləşən və sahəsi 16.33 kv.m təşkil edən bir otaqlı ayrıca mənzilə dəyişmək hüququna malik olmuşdur. Azərbaycan X13nun Həmkarlar Komitəsi Administasiyasının qərarından xx.xx.1993-cü il tarixli 51 nömrəli protokola əsasən N.İ.Tulupnikova Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 16 b, mənzil 17 ünvanında bir otaqlı mənzil verilmişdir. Həmin mənzilə dair Azərbaycan X13nun nümayəndəsi Rasim Asyanov ilə X8 arasında həmin mənzilin N.Tulupnikova əvəsiz verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Zəhmətkeşlərin Deputatları şəhər, rayon Sovetinin İcraiyyə Komitəsinin texniki inventarizasiyası Bürosu tərəfindən verilmiş həmin mənzilə dair X3 mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə 03/2845 saylı qeydiyyat kitabında 1327 saylı vərəqədə 09/2845 saylı qeydiyyat nömrəsi altında 07 yanvar 1994-cü ildə qeydiyyat aparılmışdır. Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 07 yanvar 1994-cü il tarixdə texniki pasport da tərtib edilmişdir.

26. İddiaçı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən yalnız dəyişmə orderinin Dövlət Arxivinin Bakı Filialında nüsxəsinin olmaması əsas gətirilərək imtina edilmişdir. Halbuki, işin hallarından görünür ki, həmin mənzil iddiaçının mərhum ərinə Azərbaycan X13nun Həmkarlar Komitəsi Administasiyasının qərarı iləxx.xx.1993-cü il tarixli 51 nömrəli protokola əsasən ayrılmış və X13 ilə iddiaçının əri N.Tulupnikov arasında mənzilin əvəzsiz verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. Eləcə də, Azərbaycan Respublikası Zəhmətkeşlərin Deputatları şəhər, rayon Sovetinin İcraiyyə Komitəsinin texniki inventarizasiyası Bürosu tərəfindən verilmiş həmin mənzilə dair X3 mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə 03/2845 saylı qeydiyyat kitabında 1327 saylı vərəqədə 09/2845 saylı qeydiyyat nömrəsi altında 07 yanvar 1994-cü ildə qeydiyyat aparılmışdır. Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 07 yanvar 1994-cü il tarixdə texniki pasport da tərtib edilmişdir.

27. Lakin, cavabdeh tərəfindən “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin (İşin hallarının obyektiv araşdırılması) tələblərinə riayət edilməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Nəticə etibarı ilə, iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşmışdır.

28. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilə dair Azərbaycan Respublikası Zəhmətkeşlərin Deputatları şəhər, rayon Sovetinin İcraiyyə Komitəsinin texniki inventarizasiyası Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum ərinin mülkiyyət hüquqları əslində 1994-cü ildən qeydiyyata alınmış, beləliklə də, N.Tulupnikov qanuni əsaslarla mübahisəli mənzilin mülkiyyətçisi, sahibi və istifadəçisi olmuş, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur.

29. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

32. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab edilir.

33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

37. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X3 vərəsəsi İddiaçı mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

39. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

40. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

41. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 16 b saylı evin 17 saylı mənzilinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X7) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar