Məhkəmə qərarları › İş №2-1(112)-2796/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2796/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2796/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X11, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən 47 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında arasında pensiya hüququmun yarandığı tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən 47 yaşdan güzştli pensiya təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi ümumi əmək stajının 10 ildən çoxunu zərərli iş sayılan qurğuşunlayıcı peşəsində işlədiyi üçün ona iddiaçıya 47 yaşdan güzəştli pensiya təyinatı aparılması hüququ vardır. Bu məqsədlə, cavabdehə 2024-cü ilin 7 may tarixində rəsmi ərizə ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh isə özünün 30 may 2024-cü il tarixli, 3-17-1/2-B-12442/2024 saylı məktubu ilə xahişimi yerinə yetirməkdən imtina etmiş və öz qərarını onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixindən "xxxx" Azərbaycan-X13 fəaliyyətdə olmamışdır, bu səbəbdən də xx.xx.1999-xx.xx.2004-ci il tarixləri arasındakı dövrü iş staja daxil etmək mümkün deyil; Ümumi iş stajı 25 ildən az-13 il 5 ay 11 gün təşkil edir; AZENCO ASC tərəfindən verilmiş güzəştli iş stajı ilə bağlı arayışın verilməsi üçün "xxxx" Azərbaycan-X10 aid heç bir sənəd olmadığı üçün güzəştli iş stajı yoxdur.Qeyd olunanları nəzərə alaraq güzəştli əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir”. Cavabdehin imtina məktubunu poçt vasitəsilə 08 avqust 2024-cü il tarixində almış (izləmə nömrəsi-SS877369862AZ) və bu fakt Azərpoçt MMC-nin rəsmi portalında yerləşdirilmiş çatdırılma barədə raportla təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxxxx 1969-cu ildə Naxçıvanda doğulmuş və hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra Bakı 4 nömrəli Yük Avtobazasında tabelçi köməkçisi işinə qəbul edilmiş və 03 sentyabr 1984-cü ildə köçürmə yolu ilə işdən çıxmışdır. 04 sentyabr 1984-cü ildə köçürmə yolu ilə Cənubenerjiistilikizolyasiya kombinatına fəhlə işinə qəbul edilmişdir. 13 oktyabr 1987-ci ildə həmin kominatm Turbinlərin Əsaslı Təmiri Sexində qurğuşunlayıcı vəzifəsinə işə qəbul edilmişdir. 30 dekabr 1988-ci ildə işdən çıxmışam. 04 ynvar 1990-cı ildə Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsinin Bakı sahəsinə qurğuşunlayıcı vəzifəsinə işə qəbul edilmişdir. 01 iyun 1994-cü il tarixindən həmin müəssisə ERA Azərbaycan-X13 adlanmışdır və həmin tarixdən Bakı Təmir Sahəsinə qurğuşunlayısı vəzifəsinə keçirilmişdir. 01 avqust 2004-cü il tarixində öz xahişi ilə işdən çıxmışdır. Əmək fəaliyyəti dövründə həmin qurğuşunlayıcı peşəsində 15 ildən çox güzəştli iş stajı toplamışam ki, güzəştli iş stajım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş „ Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının (sonradan- Siyahı) 12100000 XXİİİ. Ümumi peşələr bölməsində 12100000—16265 kodu ilə qeyd edilmiş qurğuşunlayıcılar peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Cavabdeh bildirmişdir ki, xx.xx.1999-xx.xx.2003-cüil tarixləri arasındakı dövrü iş stajına daxil etməmişdir. Ümumi iş stajının 25 ildən az olmasını bildirmişdir, halbuki, keçmiş sovet dövründən 29 iyun 2022-ci il tarixinə kimi qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 illik ümumi staj tələbi olmayıb. AZENCO ASC tərəfindən verilmiş güzəştli iş stajı ilə bağlı arayışın verilməsi üçün ERA ”Azərbaycan-X10 aid heç bir sənəd olmadığını bildirmişdir. Halbuki həmin güzəştli arayışda həmin arayışın verilməsi üçün əsasın Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun olması bildirilir. Həmin məktuba bildirilir ki, fəaliyyət göstərməyən müəssisələrdə işçilərin topladığı güzəştli əmək stajının təsdiq edilməsi eyni istehsalat profili üzrə ixtisaslaşmış müəssisələr tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapa bilər. ERA”Azərbaycan- X6 vaxtilə işləmiş işçilərin güzəştli əmək stajının təsdiq edilməsi üçün daha əvvəlki tarixlərdə AZENCO ASC tərəfindən verilmiş belə arayışlar əsasında digər şəxslərə mübahisəsiz qaydada cavabdeh tərəfindən güzəştli pensiya təyinatı aparılmışdır və məhkəmə prosesində belə şəxslərin siyahısı trəfımdən məhkəməyə təqdim ediləcəkdir. AZENCO ASC-rıin daha əvvəlki tarixlərdə mən iddiaçı ilə vaxtilə eyni müəssisədə işləmiş şəxslərə eyni əsaslarla güzəştli əmək stajını təqdim etməsi, cavabdehin isə həmin arayışı heç bir mübahisələndirmə aparmadan güzəştli pensiya təyinatı üçün əsas hesab etməsi yə həmin şəxslərə güzəştli pensiya təyin etməsi, iddiaçıya münasibətdə isə ayrı-seçkilik nümayiş etdirməsi qanunsuzluqdur. Bu mənada, Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanununun 13.2-ci maddəsində qeyd edildiyi kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır- müəddası cavabdeh tərəfindən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-yə dair xx.xx.2024-cü il tarixli 05 nömrəli arayışında xx.xx.1987-xx.xx.1988-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" Azərbaycan-X6, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat Birliyində qurğuşunlayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X7 xx.xx.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X6 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin "xxxx" ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajı 25 ildən az (13 il 5 ay 11 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin təiəbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Cavabdeh qurumun məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, icraatda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair 2-1(112)-13446/2024 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir və hesab edilmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1969-cu il təvəilüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi sosial sığorta stajı və güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli arayışında xx.xx.1987-xx.xx.1988-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" Azərbaycan-X6, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat Birliyində qurğuşunlayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X7 xx.xx.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1999-xx.xx.2004-cü il tarixiəri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Eyni zamanda iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X6 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin "xxxx" ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilimişdir. Bu fakt "xxxx" ASC-nin birgə Aktı ilə təsdiq edilmişdir. Beləliklə, yuxarda qeyd olunanlara əsasən iddiaçının ümumi is stajı 25 ildən az (13 il 5 ay 11 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1988-ci il, 04.01,1990xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Qeyd olunanları nəzərə alaraq G. Babayevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair 2-1(112)-13446/2024 nömrəli inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. "xxxx" ASC tərəfindən təqdim edilmiş 05 nömrəli xx.xx.2024-cü il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1984-cti ildə (əmr №-137-ok. xx.xx.1984-cü il ) “Qafqazenerjiistilikizolyasiya" müəssisəsinə fəhlə peşəsinə qəbul edilib. xx.xx.1987-ci ildə (əmr №-314-ok, xx.xx.1987-ci il) Azərbaycan-X12 “Elektro-ERA" Filialına qurğuşunlayıcı peşəsinə keçirilib və xx.xx.1988-ci ildə (əmr №-421-ok. xx.xx.1988-ci ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1990-ci ildə (Əmr №l-ok. 04.01,1990-cı il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat Birliyinin Bakı sahəsinə xüsusi zərərli iş şəraitinə qurğuşunlayıcı peşəsinə qəbul edilib. xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994cii il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir" İstehsalat Birliyi "xxxx" Azərbaycan-X13 adlandırılmışdır və X8 həmin müəssisəyə (Əmr №-02-km, 01.06,1994-cü il) qurğuşunlayıcı peşəsinə keçirilib və xx.xx.2003-ci ildə (Əmr № 31, xx.xx.2003-cq il) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. X4 işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cii il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ- Ümumi peşələr bölməsində. 12100000-16265 kodu ilə qeyd edilmiş “qurğuşunlayıcılar” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edi ir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li Qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində "qurğuşunlayıcılar kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Qurğuşunlayıcı peşəsinin zərərli iş faktorlarına əridilmiş qurğuşunun buxarlarının sinir sisteminə, beyinə, böyrəklərə geridönməz şəkildə ziyan yetirməsi, bədən toxmalarında toplanaraq xaric olunmaması, qadın işçilərdə hamiləliyin pozulması, ölü uşaq dünyaya gətirinə, reproduktiv orqanların sıradan çıxarması və s. daxildir. Qurğuşunlayıcının vəzifə öhdəliklərinə: Xüsusi presdə vulkanizasiyada əvvəl şlanqların qurğuşunla örtülməsi. Şlanqların uclarının fıtinqlərlə birləşdirilməsi, havanın üfürülməsi, qurğuşunun qəlibə tökülməsi. Külçənin soyudulması, külçənin qurğuşun presinin qəbuledicisinə yüklənməsi, qurğuşunun preslə qəbuledicidə çıxılması. Qurğuşun lövhələrin presləmə aparatına yerləşdirilməsi. Qurğuşunlu şlanqların dəmir barabanlara yığılması, şlanqların qurğuşunla örtülməsi üçün presləmə qurğularına və əlaqəli avadanlıqlara xidmət göstərən işçilərin idarə edilməsi və sairə aiddir. Güzəştli pensiya üçün staj: 17 il, 10 ay, 23 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. “Azenco" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir" Xüsusiləşdirilmiş İstehsalat-təmir müəssisəsi və “Elektro-ERA” Azərbaycan-X13 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınması, xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınması və hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatından keçməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 20 faiz payla Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin təsisçisi olması barədə məlumat mövcuddur. Reyestrdə “Qafqazenerjitəmir” İstehsalat Birliyi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.

8. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/03 nömrəli məktubda qeyd edilmişdir ki, “Qafqazenerjitəmir” X3 keçmiş sovet dövründən fəaliyyət göstərmiş ümumittifaq əhəmiyyətli xüsusi təmir müəssisəsi olub. Həmin müəssisə Zaqafqaziya respublikaları ərazisində, o cümlədən, Azərbaycan ərazisində yerləşən Elektrik Stansiyalarının inşası, istismarı, xidməti cari və əsaslı təmir işləri ilə məşğul olub. SSRİ dövründə Elektrik Stansiyalarında bu cür işlərin görülməsi, həmin stansiyaların strateji əhəmiyyətli obyekt olması səbəbilə, mərkəzləşmiş şəkildə ümumittifaq əhəmiyyətli xüsusi müəssisələr həyata keçirib ki, “Qafqazenerjitəmir” X3 həmin müəssisələrdən biri olmuşdur. SSRİ dağılandan sonra bir müddət eyni təşkilati formada Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərsə də, 26 may 1994-cü ildə Azərenerji Dövlət Şirkətinin 61 nömrəli əmrinə əsasən "xxxx" Azərbaycan- X10 çevrilib və yeni yaranan birgə müəssisə “Qafqazenerjitəmir” X1 hüquqi varisidir. Sorğuya əlavə olaraq bildirilmişdir ki, İddiaçı qızma "xxxx" ASC tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 05 nömrəli güzəştli iş stajı barədə arayış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında verilmişdir. Həmin icmal məktubuna əsasən, vətəndaşların ləğv edilmiş və ya fəaliyyəti olmayan müəssisələrdə topladıqları güzəştli iş stajı eyni istehsalat profili üzrə ixtisaslaşdırılmış müəssisələr tərəfindən təsdiqlənə bilər. Odur ki, bu sahədə işləmiş vətəndaşların işlədikləri peşə üzrə vəzifə öhdəliklərinin nədən ibarət olması, eləcə də iş şəraiti barədə dolğun məlumatı vardır. Qeyd edilmişdir ki, tərəfindən daha əvvəlki tarixlərdə “Qafqazenerjitəmir” X2 (həmçinin, bu qəbildən olan digər müəssisələrdə), sonradan onun hüquqi varisi olan "xxxx" Azərbaycan-X6 çalışmış X9 və X5 yuxarıda qeyd edilən icmal məktubuna istinadən onların həmin müəssisələrdə topladıqları güzəştli - stajını təsdiq edən müvafiq arayışlar verilmiş və DSMF-nun Mərkəzi Filialı tərəfindən həmin şəxslərə güzəştli şərtlərlə yaşa gorə pensiya təyinatı aparılmışdır.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə "xxxx" Azərbaycan-X7 fəaliyyətinin dayandırılması və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir. Odur ki, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X7 xx.xx.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1999-xx.xx.2004-cü il tarixiəri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Eyni zamanda iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X6 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin "xxxx" ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilimişdir. Bu fakt "xxxx" ASC-nin birgə Aktı ilə təsdiq edilmişdir. İddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir, güzəştli iş stajı isə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

14. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

17. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

18. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

19. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.

20. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

21. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

22. İddiaçının (qadının) 47 yaşının tamam olduğu tarixə əmək pensiyasının təyin edilməsini tələb etdiyini nəzərə alaraq, 47 yaşın tamam olma tarixindən asılı olmayaraq, xx.xx.2006cı il tarixinədək olan əmək stajı hesablanır.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

24. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur.

25. Odur ki, hazırkı iş üzrə əmək şəraiti xüsusi zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır:

Ş. Metallurgiya istehsalatı:

3. Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə 1030300 metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları

rels bəndləyicilərin istehsalı, isti metalın kəsmə və təmizlənməsi. 10303000 Termiki emal. Kalibrlənmiş metal istehsalı 1030300a a) fəhlələr 1030300a—16265 qurğuşunlayıcılar

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

26. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

27. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.

28. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

29. Cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli arayışında xx.xx.1987-xx.xx.1988-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" Azərbaycan-X6, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat Birliyində qurğuşunlayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X7 xx.xx.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1999-xx.xx.2004-cü il tarixiləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Eyni zamanda iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X6 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin "xxxx" ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin birgə Aktı ilə təsdiq edilmişdir.Odur ki, cavabdeh orqan hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 5 ay 11 gün (xx.xx.1984-xx.xx.1984-cü il. xx.xx.1985-xx.xx.1988-ci il, 04.01,1990xx.xx.1997-ci il. xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il. xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Uçot baza məlumatlarına əsasən, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınması, xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınması və hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir.

31. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/03 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, SSRİ dövründə Elektrik Stansiyalarında bu cür işlərin görülməsi, həmin stansiyaların strateji əhəmiyyətli obyekt olması səbəbilə, mərkəzləşmiş şəkildə ümumittifaq əhəmiyyətli xüsusi müəssisələr həyata keçirib ki, “Qafqazenerjitəmir” X3 həmin müəssisələrdən biri olmuşdur. SSRİ dağılandan sonra bir müddət eyni təşkilati formada Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərsə də, 26 may 1994-cü ildə Azərenerji Dövlət Şirkətinin 61 nömrəli əmrinə əsasən "xxxx" Azərbaycan- X10 çevrilib və yeni yaranan birgə müəssisə “Qafqazenerjitəmir” X1 hüquqi varisidir. Sorğuya əlavə olaraq bildirilmişdir ki, İddiaçı "xxxx" ASC tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 05 nömrəli güzəştli iş stajı barədə arayış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında verilmişdir. Həmin icmal məktubuna əsasən, vətəndaşların ləğv edilmiş və ya fəaliyyəti olmayan müəssisələrdə topladıqları güzəştli iş stajı eyni istehsalat profili üzrə ixtisaslaşdırılmış müəssisələr tərəfindən təsdiqlənə bilər.

32. Məhkəmə qeyd edir ki, iş üzrə əsas mübahisə, iddiaçının "xxxx" Azərbaycan-X6 işlədiyi dövrlə bağlıdır. Cavabdeh orqan xx.xx.1999-xx.xx.2004-cü illəri iddiaçının əmək stajına daxil etməmiş və buna əsas olaraq müəssisənin fəaliyyətdə olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınması, xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınması və hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan- Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsaslanılmışdır.) Həmçinin qeyd etmək lazımdır ki, "xxxx" ASC tərəfindən işin xarakteri haqqında güzəştli arxiv arayışının verilməsinə tam olaraq qanuni və hüquqi əsası olmuşdur. Belə ki, "xxxx" ASC eyni istehsalat profili üzrə ixtisaslaşdırılmış müəssisədir.

33. İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. Əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının 47 yaşının tamam olduğu dövrə qədər həm ümumi stajı, həm də güzəştli iş stajı 17 il 9 aydır. (xx.xx.1984-xx.xx.1984-cü illər, xx.xx.1985-xx.xx.1988-ci illər, xx.xx.1990xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)).

34. Əmək şəraiti xüsusilə ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

35. İmtinada qeyd edilən digər dəlillərə ümumi qiymət verərək məhkəmə bildirir ki, imtinada qeyd edilən hər bir dəlilə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsi olmasına baxmayaraq, cavabdeh qurumun eyni əsaslarla imtinası aydın deyil. Həmin inzibati praktikanın formalaşmış vahid məhkəmə təcrübəsinə uyğunlaşdırılması labüddür.

36. İddiaçı xx.xx.1969-cu ildə anadan olub və 47 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2024-ci il tarixdə müraciət etmişdir.

37. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

41. İddiaçının pensiya təyini ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdədir. İddiaçı həmin tarixdən əvvəl inzibati orqana müraciət etməməsinin hər hansı əsaslı səbəblərini məhkəməyə bildirməmişdir.

42. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2016-cı il tarixdən yaranmış, xx.xx.2024-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, üç ildən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.

43. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2016-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2021ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

44. Odur ki, iddia tələbi təmin edilməli, 47 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

45. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddian tələbi təmin edilsin. İddiaçı 47 yaşının tamam olduğu xx.xx.2016-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar