Məhkəmə qərarları › İş №2-1(112)-2797/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2797/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2797/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əlillik pensiyasının bərpa edilməsi» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2011-2012-ci illərdə Sabunçu RHK tərəfindən Həqiqi Hərbi Xidmətdə olmuşdur. 2013-cü ildə X8 MAHHXHQ kursuna daxil olmuş, kursu bitirdikdən sonra Tərtər rayonunun N saylı hərbi hissəsində MAHHXHQ k/çş, manqa komandiri vəzifəsində xidmətə başlamışdır. xx.xx.2016-cı il tarixdə N saylı Hərbi Hissənin tərkibində Tərtər-Qapanlı-Seysulan istiqamətində Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənin açdığı atəş nəticəsində sağ ayağın bud nahiyəsindən ağır yaralanmış və müalicə olunması üçün Ağdam rayonunun Hərbi Hospitalına göndərilmiş və əməliyyat olunmuşdur. Lakin, vəziyyəti ağır olduğundan xx.xx.2016-cı il tarixdə helikopter vasitəsi ilə təcili olaraq Mərkəzi Hərbi Hospitala təxliyə edilmişdir. Mərkəzi Hərbi Hospitalda 2 dəfə əməliyyat olunmuş, fisioterapevtik müalicəsinə başlamış, müalicəsi heç bir nəticə verməmiş və bu səbəbdən Mərkəzi Hərbi Hospitalın həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Sülh dövründə yararsız, Müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2017-ci il tarixli, Reyestr № si xxxxxxxX00001, 7380 saylı X1 yaralanma, travma, kontuziya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunub. xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixə qədər əlillik pensiyası almışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq əlillik pensiyasının müddətini artırmaqdan imtina etmişdir. İddiaçı əlillik pensiyasının müddətini artırmaq üçün yenidən sənədləri toplamış, X7 təqdim etmiş və əlillik pensiyasının müddətini artırılmasına xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-in xx.xx.2023-cü il tarixli, ********** №-li arayışında qoyulmuş diaqnozun əlillik əlamətini təyin etməməsi qeyd edilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Bu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən yaralanmanı, travmanı, kontuziya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun pensiya hüququna təminat verilməlidir.

3. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh həmin Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, iddia tələbinin isə «əlillik dərəcəsinin bərpa edilməsi» kimi qəbul olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Odlu silah yaralanması. Sağ budun güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud sümüyünün qeyri-düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Yumuşaq toxumalarda yad cisimlər - metal qəlpələr. Sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, Sağ budun aşağı 1/3-də ağrılı çapıq. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir (ESDAS 3-17-4/3-1-12456/2023). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 7380 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ budun dəlib keçən və kor güllə yaralanması (xx.xx.2016), bud sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli sümük defektli. yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2016), sağ bud sümüyünün İlizarov üsulu ilə osteosintezi, yaraların birincili cərrahi işlənməsi, yad cismin (güllənin) xaric edilməsi (xx.xx.2016), aparatın demontajından (xx.xx.2017) sonrakı kafi bitişmiş sınığı, bud sümüyünün orta 1/36-nin kənari sümük defekti (9 sm), budun yumsaq toxumalarının hipotrofiyası, diz oynağının çapıq vətər-əzələ kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsası ilə komissiya otağına daxil olmuş, aşağı ətraflarda ağrı, hərəkət məhdudluğu izlənilmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sağ bud nahiyəsində “İlizarov” aparatına müvafiq çapıq toxuma izlənilmiş, sağ diz oynağında 180-80 dərəcə hərəkət həcmi göstərir, diz və axıl refleksləri canlı alınmış, aşağı ətraflarda nisbi qısalıq (maksimum təxmini 1 sm ola bilər), hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aprel döyüşlərinin iştirakçısı olduğunu bildirmiş, aşağı ətraflarda olan ağrı, gücsüzlük, hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun orta 1/3 nahiyəsində çapıq toxuma, sağ bud nahiyəsində “llizarov” aparatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, sağ diz oynağında 180- 130 dərəcə hərəkət həcmi göstərmiş, nisbi qısalıq qeydə alınmamış, hipotrofıya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli **********-3941/2023 nömrəli Arayışda diaqnoz “Odlu silah yaralanması. Sağ budun güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud sümüyünün qeyri-düzgün bitişmiş deffektli sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Yumuşaq toxumalarda yad cisimlər metal qəlpələr. Sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, valqus deformasiyası, ağrı sindromu. Sağ diz oynağının kontrakturasıbükmə 95 dərəcə, acma tamdır. Sağ aşağı ətrafın budda əzələ atrofiyası 4 sm. Sağ budun aşağı 1/3-də ağrılı çapığı. Yerişin çətinləşməsi-axsama" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “Sağ bud sümüyünün diafizinin qəlğəli, hissəvi bitişmiş sınığı və anterio-lateral səthi ilə 17x18x29 mm ölçülərində deffekt sahəsi aşkar edilir. Budun orta 1/3-nin sınıq səviyyəsində, lateral yumşaq toxumalarında millimetrlik ossifikatlar və metal intensivlikli yad cisimlər-qəlpələr aşkar edilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli ENMG müayinəsinin nəticəsi “ENMG-ya müayinəsi zamanı Tibial və Peroneal sinirlərin müayinəsi qarşılıqlı müqayisə ilə hər iki aşağı ətrafda aparıldı. Tibial sinirlərin stimulyasiyası zamanı solda aksono-demielinizan, sağda distal aksonal tip zədələnmə qeyd edildi. Digər sensomotor sinirlərin sinir əzələ keçiriciliyi normaldır. İynə EMG sağtərəfli L4-L5-S1 səviyyə innervasivalı əzələlərdə aparıldı. Müayinə olunan əzələlərdə kəskin denervasiva prosesi qeyd edilmir. Aktiv əzələ vahidi normal patternlə qeyd edilib. L4-L5 səviyyə innervasiyalı Quadriceps, TA, əzələlərdə xroniki fazaya uyğun nevroqen xarakterlidi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.

8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsinin xxxxxxx0007 nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 15 sentyabr 2023-cü il tarixli 3-17-4/3-3-17457/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli gndəriş əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əılavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdadfiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 7380 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ budun dəlib keçən və kor güllə yaralanması (xx.xx.2016), bud sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli sümük defekti, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2016), sağ bud sümüyünün İlizarov üsulu ilə osteosintezi, yaraların birincili cərrahi işlənməsi, yad cismin (güllənin) xaric edilməsi (xx.xx.2016), aparatın demontajından (xx.xx.2017) sonrakı kafi bitişmiş sınığı, bud sümüyünün orta 1/36-nin kənari sümük defekti (9 sm), bundan yumşaq toxumalarının hipotrofiyası, diz oynağının çapıq vətər-əzələ kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi trravmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSER-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı əsası ilə komissiya otağına daxil olmuş, aşağı ətraflarda ağrı, hərəkət məhdudluğu izlənilmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sağ bud nahiyəsində “İlizarov” aparatına müvafiq çapıq toxuma izlənilmiş, sağ diz oynağında 180- 80 dərəcə hərəkət həcmi göstərir, diz və axıl refleksləri canlı alınmış, aşağı ətraflarda nisbi qısalıq (maksimum təxmini 1 sm ola bilər), hipotrofiya, atrofya, parez, iflic izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı otağına əsası ilə daxil oluş, aprel döyüşlərinin iştirakçısı olduğunu bildirmiş, aşağı ətraflarda olan ağrı, gücsüzlük, hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun orta 1/3 nayihəsində çağıq toxuma, sağ bud nahiyyəsində “İlizarov” aparatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, sağ diz oynadığında 180 -130 dərəcə hərəkət həcmi göstərmiş, nisbi qısalıq qeydə alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli **********-3941/2023 nömrəli arayışda dianoz “Odlu silah yaralanması. Sağ budun güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud sümüyünün qeyri-düzgün bitişmiş deffekti sınığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Yumuşaq toxumalarda yad cisimlər, metal qəlpələr. Sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, valqus deformasiyası, ağrı sindromu. Sağ diz oynağının kontrakturası-bükmə 95 dərəcə, açma tamdır. Sağ aşağı ətrafın budda əzələ atrofiyası 4 sm. Sağ budun aşağı 1/3-də ağrılı çapığı. Yerişin çətinləşməsi-axsama” kimi qeyd olunsa sa, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “ Sağ bud sümüyünün diafizinin qəlpəli, hissəvi bitişmiş sınığı və anterio-lateral səthi ilə 17x18x29 mm ölçülərində deffekt sahəsi aşkar edilir. Budun orta 1/3-nin sınıq səviyyəsində lateral yumşaq toxumalarında millimetrik ossofikatlar və metal intensivlikli yad cisimlər-qəlpələr aşkar edilir” kimi qeyd edilmiş, əllik təyinatına əsas verməmişdir.Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli ENMG müayinəsinin nəticəsi “ENMG-ya müayinəsi zamanı Tibial və Peroneal sinirlərin müayinəsi qarşılıqlı müqayisə ilə hər iki aşağı ətrafda aparıldı. Tibial sinirlərin stimulyasiyası zamanı solda aksono-demielinizan, sağda distal aksonal tip zədələnmə qeyd edildi. Digər senso-motor sinirlərin sinir əzələ keçiriciliyi normaldır. İynə EMG sağtərəfli L4-L5-S1 səviyyə innervasiyalı əzələlərdə aparıldı. Müayinə olunan əzələlərdə kəskin denervasiya prosesi qeyd edilmir. Aktiv əzələ vahid normal patternlə qeyd edilib, L4-L5 səviyyə innervasiyalı Quadriceps, TA, əzələlərdə xroniki fazaya uyğun nevrogen xarakterlidir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir.Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti əyin etmir barədə qərar qəbul edilmişdir.

9. Məhkəmənin 2-1(112)-2797/2024 saylı 09 avqust 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən T448/2024 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a) Əsas diaqnoz: S88-“Baldırın travmatik amputasiyası”, odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün qeyridüzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, yumşaq toxumalarda yad cisimlər-metal qəlpələr, sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, valqus deformasiyası-bükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofıyası 4 sm, sağ budun aşağı /3-də ağrılı çapıq; b)Ağırlaşmalar: M24.5-Oynaqların kontrakturası, sağ diz oynağın kəskin bükücü kontrakturası-bükmə 95 dərəcə, R2 6.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sağ budun əzələ atrofıyası, S72.2-burmaaltı sınıq, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli sümük defısiti, qeyri-düzgün bitişmiş sınığı, M17.O-birincili ikitərəfli qonartroz, sağtərəfli ikinci dərəcəli qonartroz; c)Yanaşı xəstəliklər: R52.O-kəskin ağrı, daimi ağrı sindromu, L91.0-hipertrofık çapıq, posttravmatik kobud kelloid çapıqlar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, vətəndaşın xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zaman ETTOİ-nun xx.xx.2023-cü il tarixli, **********-3941/2023 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonraki vəziyyət, sağ bud sümüyünün qeyridüzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonraki vəziyyət, yumşaq toxumalarda yad cisimlər, metal qəlpələr, sağ diz oynağının kontrakturası – bükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofiyası 4 sm., sağ budun aşağı 1/3-də ağırlı çapığı, yerişin çətinləşməsi-axsama” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamış, sağ diz oynağında 180-130 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda nisbi qısalıq qeydə alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Diaqnoz nəzərə alınmaqla, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyindən dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin bərpa edilməsinə yönəlmişdir.

19. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilərək ona “Bud sümüyü cisminin sınığı. Odlu silahla yaralanmadan sonra sağ bud sümüyünün orta 1/3-nin deffektindən sonra bitişmiş sınığı. Sağ diz oynağının açıcı kontrakturası (bükmə 90) Digər daimi ağrı. Ağrı sindromu. Digər rubrikalarda təsnif olunmayan varus deformasiyası.Sağ bud sümüyünün, içəri arxaya qovsvari deformasiya” Diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndəriş ilə qiymətləndirilmiş və diaqnozun öz təsdiqini tapmaması, səbəb – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də, müəyyən edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a) Əsas diaqnoz: S88-“Baldırın travmatik amputasiyası”, odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün qeyri- düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, yumşaq toxumalarda yad cisimlər-metal qəlpələr, sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, valqus deformasiyası-bükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofıyası 4 sm, sağ budun aşağı 1/3-də ağrılı çapıq; b)Ağırlaşmalar: M24.5-Oynaqların kontrakturası, sağ diz oynağın kəskin bükücü kontrakturasıbükmə 95 dərəcə, R2 6.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sağ budun əzələ atrofıyası, S72.2-burmaaltı sınıq, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli sümük defısiti, qeyri-düzgün bitişmiş sınığı, M17.O-birincili ikitərəfli qonartroz, sağtərəfli ikinci dərəcəli qonartroz; c)Yanaşı xəstəliklər: R52.O-kəskin ağrı, daimi ağrı sindromu, L91.0-hipertrofık çapıq, posttravmatik kobud kelloid çapıqlar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, vətəndaşın xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zaman ETTOİ-nun xx.xx.2023-cü il tarixli, **********-3941/2023 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonraki vəziyyət, sağ bud sümüyünün qeyri-düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonraki vəziyyət, yumşaq toxumalarda yad cisimlər, metal qəlpələr, sağ diz oynağının kontrakturası – bükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofiyası 4 sm., sağ budun aşağı 1/3-də ağırlı çapığı, yerişin çətinləşməsi-axsama” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamış, sağ diz oynağında 180-130 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda nisbi qısalıq qeydə alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır.

20. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.

21. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

23. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

24. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

26. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

27. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

29. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar