Məhkəmə qərarları › İş №2-1(112)-2799/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2799/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2799/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi 11 il 8 aylıq müddətin əmək stajına hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinə ümumi əmək stajının 32 il 3 ay və iyun 2020-ci il tarixinə fərdi şəxsi hesab kapitalının isə 16,859.10 AZN təşkil etdiyi halda, ona 22 iyun 2020-ci il tarixində, yaşa görə cəmi 242 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən aparılmış sadə hesablama ilə, təqribən ( 32 il 3 ay x 5.16 manat ) + ( 16.859.10 azn : 144ay ) = 165.12 + 117.07 = 282.19 manat təşkil edir. Pensiyanı yenidən hesablanılması məqsədilə, 2020-ci ilin iyul ayında 6 dəfə Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına onlayn halda, elektron poçtundan (mailto:abbasov.elbay@mail.ruElektron ünvan ) göndərdiyi müraciətlərinə aşağıdakı kimi cavab göndərilmişdir: “Hörmətli Vətəndaş! Sizin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə ünvanlanmış müraciətlərinizə baxılmışdır. Müraciətinizin icraatına ölüm haqqında arayışın əsli 3 Saylı DOST mərkəzinə daxil olduqdan sonra baxılacaqdır. Hörmətlə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi. İcraçı: Z.Ağayev”. Bu cavabdan sonra, iddiaçı məcbur qalaraq 04.08.2020-ci il tarixində, 3 saylı DOST1 Mərkəzinə şəxsən, notarial təsdiq edilmiş sənədlərini - şəxsiyyət vəsiqənin, sosial sığorta şəhadətnaməsinin, əmək kitabçasının, hərbi biletinin surətlərini təqdim etdikdən sonra, 13.08.2020-ci il tarixli, **********20 saylı məktubla belə bir cavab vermişlər: “01.01.2020-ci il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373.64 manat pensiya kapitalı nəzərə alınaraq 242.40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisəsinin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir”. Əmək kitabçasında qeyd edilən "xxxx" kiçik müəssisəsində 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixədək işlədiyi 1 il 10 ay və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixindən 15.06.1995-ci il tarixinədək və 05.09.1996-cı il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyi 9 il 10 ay ümumi 11 il 8 ay olan iş stajının mövcudluğunu şübhə altına alaraq, heçbir araşdırma aparmadan, hesablamadan rəsmən imtina etdiklərini nəzərə alıb, məcburiyyət qarşısında qalaraq tərəfindən aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, 2008-ci ilə qədər, bütün hüquqi şəxslər yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi strukturlarında dövlət qeydiyyatına alınırdılar. 1990-cı illərin əvvəllərində Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firması, həmçinin, "xxxx" kiçik müəssisəsi də, Ədliyyə Nazirliyi sistemində dövlət qeydiyyatına alınmışlar. 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarial Baş İdarəsi tərəfindən, hüquqi X3 və digər aidiyyatı arxiv sənədləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə təhvil verilmişdir. İddiaçı tərəfindən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının və "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması məlumatın verilməsi barədə 25.09.2020-ci il tarixli sorğu məktubu ilə müraciətinə, **********573600 saylı cavab məktubu ilə reyestr məlumatına əsasən Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının 12.12.1994-cü il tarixdə 19727 saylı nömrə ilə dövlət qeydiyyatına alındığı və "xxxx" kiçik müəssisəsinin bir neçə fərdi hüquqi şəxs kimi aşkar olunduğunu bildirmişlər. Hazırki vaxtda pensiyaya çıxmaq üçün müraciət edən yüzlərlə şəxslərin özəl müəssisələrdə işlədiyi mövcuddur. Ona görə, Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının işçilərinin, elə rəhbərlərinin də, hüquqi şəxslərin arxiv sənədlərinin saxlandığı - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsində olan arxivdən mütləq xəbərləri vardı. Bu səbəbdən, imtina etmədən öncə, sadə sorğu ilə, mütləq onlara lazım olan təsdiqedici sənədləri həmin arxivdən əldə edə bilərdilər. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin arxivindən dövlət qeydiyyatına alınmasına dair verilmiş həmin cavab məktubu Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına təqdim edərək, səbəb kimi irad tutduqlarının tərəfindən araşdırılaraq icra edildiyi üçün qüvvədən düşmüş olduğunu və özəl müəssisələrdə işlədiyi 11 il 8 ay əmək stajının pensiyaya hesablanmasını xahiş etsə də, 13 avqust 2020-ci il tarixli, **********2 saylı cavab məktubu ilə təkrarən imtina etmiş olmuşlar. Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi 11 il 8 ay əmək stajının hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə təqdim edilmiş etirazında göstərilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri" əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Hazırki iş üzrə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin dövlət orqanlarına ünvanlanan sorğuların cavabları ilə uyqunsuzluqu əmək kitabçanın əmək stajı kimi sübutedici roluna şübhə doğurur: Əmək kitabçasında İddiaçı "xxxx" Kommersiya Firmasında işə daxil olma tarixi 12.08.1993-cü il kimi qeyd olunsa da, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin idarənin 12.12.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilmişdir. Göstərilənlərlə yanaşı, "xxxx" Kommersiya Firmasına dair sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivində də aşkar edilməməsi sığorta stajını nəzərə alaraq əmək kitabçası üzrə iddiaçıya pensiyanın yenidən hesablanmasını mümkünsüz edir. Mübahisələndirilən digər "xxxx" müəssisəsinə gəldikdə isə həmin idarəyə məxsus sənədlər də Azərbaycan Respublikası Dövlət Arxivində aşkar edilməmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi X3 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin müəssisənin dəqiqləşdirilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bununla belə Qanunun 22-1.1-ci maddəsinə əsasən vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə onun 2006-cı il yanvarın 1-dək 25 il sığorta stajı hesablanmışdır. X1 X6 Sisteminə vətəndaşın 01.01.2006-cı ilə qədər hesablanmış sığorta stajı Qanunun 27-ci maddəsinə əsasən pensiya kapitalına çevrilməklə (18.532,69 manat) fərdi hesabının sığorta hissəsində nəzərə alınmışdır. Eyni zamanda həmin maddəyə əsasən 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.778.45 manat məbləğində hesablanmışdır. Beləliklə, İddiaçı 01.01.2006-ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18.532,69 manat pensiya kapitalı və 01.01.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16.778,45 manat pensiya kapitalı (SH = 245.21 manat) nəzərə alınaraq 22.06.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1 və 29.1-1-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi və siğortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəməən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, imtina məktubunda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 01.07.2001-ci il tarixli “Soyadın, adın, ata adının dəyişməsi haqqında” şəhadətnamədən görünür ki, iddiaçının adı “12.07.2001-ci il tarixdə “Join”dən “Elbəy”ə dəyişdirilmişdir. - İddiaçıya məxsus 05 avqust 1973-cü il tarixli əmək kitabçasında (əsli məhkəmə iclasında tədqiq edilərək iddiaçıya qaytarılmışdır) qeyd olunmuşdur ki, iddiaçı 12.10.1991ci il tarixdən 10.08.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində direktor müavini və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixdən 15.06.1995ci il tarixədək, 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək məsləhətçi hüquqşunas vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin 30.10.2020-ci il tarixli **********973600 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, reyestr məlumatlarına əsasən "xxxx" Firması (Xəzər X2 Firması) 12.12.1994-cü il tarixdə 19727 nömrə ilə dövlət qeydiyyatına alınmış, idarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.08.2020-ci il tarixli **********2 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq sizə 22.06.2020-ci il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir. Nəzərinizə çatdırırıq ki, əmək pensiyanızın məbləği düzgün hesablanmışdır”. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 25.01.2021-ci il tarixli 4/76 saylı cavabdehə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “sizin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərdiyiniz 24 dekabr 2020-ci il tarixli, **********9 №-li (daxilolma 19.01.2021 -ci il, № 23) vətəndaş İddiaçı barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan "xxxx" müəssisəsinin və "xxxx" X2 Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 26.11.2020-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq sizə 22.06.2020-cu il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın % sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 05.08.1973-cü il tarixli əmək kitabçanızda qeyd olunmuş 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir. Bu səbəbdən həmin dövrlərin sığorta stajınıza əlavə olunması mümkün hesab olunmur. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 29.01.2021-ci il tarixli **********4 saylı xidməti məktubu ilə bildirilmişdir ki, “ Sizin 22.01.2021 -ci il tarixli, **********8 nömrəli məktubunuza Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Vətəndaş İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi bilet, 05.08.1973-cü il tarixli əmək kitabçasına əsasən, onun 01.01.2006-cı ilədək 18 il 5 ay 12 gün əmək stajı hesablanmışdır. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində və 12,.08.1993-cü il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövrlər faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanlar məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlər əmək stajına daxil edilməmişdir. Bununla belə, Qanunun 22-1.1-ci maddəsinə əsasən vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə onun 2006-cı il yanvarın 1-dək 25 il sığorta stajı hesablanmışdır. X1 X6 Sisteminə əsasən vətəndaşın 01.01.2006-cı ilə qədər hesablanmış sığorta stajı Qanunun 27- ci maddəsinə əsasən pensiya kapitalına çevrilməklə (18532,69 manat) fərdi hesabının sığorta hissəsində nəzərə alınmışdır. Eyni zamanda həmin maddəyə əsasən 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16778.45 manat məbləğində hesablanmışdır. Beləliklə, İddiaçı 01.01.2006-ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18532,69 manat pensiya kapitalı və 01.01.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16778.45 manat pensiya kapitalı nəzərə alınaraq 22.06.2020-ci il tarixindən yaşa görə əmək pensiyası (sığorta hissəsi- 245.21 manat) təyin edilmişdir. Qanunun 29.1 və 29.1-1-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi və sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir. Bildiririk ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən araşdırılması mümkün olmayan dövrlər məhkəmənin qərarına əsasən nəzərə alınarsa 01.01.2006-cı il tarixinədək faktiki əmək stajı 30 il 2 ay təşkil edəcəkdir. Bu səbəbdən, 01.01.2006-cı ilə qədər faktiki əmək stajı 30 il 2 ay olmaqla (avtomatlaşdırılmış qaydada təyin olunmuş 25 il sığorta stajına münasibətdə) vətəndaşın yaşa görə əmək pensiyası Qanunun 22.1-3-cü maddəsinə əsasən yenidən hesablanacaqdır”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin 01.04.2021-ci il tarixli **********473200 saylı məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 idarəsinə "xxxx" Kiçik Müəssisəsi barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, İdarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin edilməsi birbaşa vətəndaşın hüquqi statusu ilə bağlı məsələdir, belə ki, pensiya təyin edilməsi haqqında qərar qəbul olunduqda vətəndaş dövlət tərəfindən pensiyaçı kimi tanınır və həmin andan etibarən qanunvericilikdə bu kateqoriyadan olan şəxslər üçün müəyyən edilmiş təminatlar həmin vətəndaşa da şamil olunur. Göründüyü kimi, əmək pensiyasının təyin edilməsi haqqında qərar vətəndaş üçün hüquqi nəticələr yaratmaqla onun hüquqi vəziyyətini dəyişdirir, həmin qərar qəbul edilənədək malik olmadığı statusu təmin edir. Bundan başqa, həmin qərarın qəbul olunması üçün ilk növbədə maraqlı şəxsin ərizə ilə sosial təminat orqanına müraciət etməsi, müvafiq sənədləri təqdim etməsi tələb olunur. Başqa sözlə, qanuna görə pensiya hüququnu qazanmış vətəndaş özü aidiyyəti quruma müraciət etmədən bu orqanın həmin şəxsə münasibətdə pensiya təyin etmək vəzifəsi yoxdur. Qanundan irəli gələn vəzifə üzrə pensiyanın yenidən hesablanması isə vətəndaşa yeni statusun verilməsi ilə bağlı deyildir. Artıq “qazanılmış hüquq” kimi pensiya hüququnu (pensiyaçı statusunu) əldə etmiş vətəndaşın ona əvvəllər təyin olunmuş pensiyası qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduqda səlahiyyətli dövlət orqanı tərəfindən bu şəxsin pensiyaçı statusuna toxunulmadan yenidən hesablanır. Bu prosesi şəxslə bağlı əvvəllər baş vermiş keyfiyyət dəyişikliyi (pensiyaçı statusunun əldə olunması) daxilində gedən kəmiyyət dəyişiklikləri (əvvəllər təyin olunmuş pensiyanın qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduqda yenidən hesablanması) kimi də təsəvvür etmək mümkündür. Vətəndaşın yenidən hesablamanın aparılması məqsədilə ərizə ilə bu orqana müraciət etməsi həmin qurumu qanunla üzərinə qoyulmuş vəzifəni (öhdəliyi) lazımi qaydada icra etmək vəzifəsindən (öhdəliyindən) azad etmir. Belə ki, hər bir vətəndaşın pensiya işi sosial müdafiə qurumlarında saxlandığından onların pensiyalarına dair bütün sənədlər də həmin qurumlarda toplanmışdır. Sosial təminat orqanı pensiya təminatı ilə baglı qanunvericiliklə müəyyən edilmiş vəzifəni özündə topladığı pensiya sənədlərindəki məlumatları nəzərə almaqla icra etmək imkanına malikdir. Beləliklə, sosial təminat orqanı sözügedən qanunvericiliyi faktiki xarakterli hərəkətlər etməklə icra etməlidir. Maraqlı şəxs isə “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsini rəhbər tutaraq, inzibati orqan tərəfindən vaxtında yerinə yetirilməmiş vəzifənin həyata keçirilməsini həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra, cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını tələb edə bilər. Hazırkı iş üzrə vətəndaşın pensiyasının yenidən hesablanması sosial təminat orqanının qanundan irəli gələn və müvafiq faktiki hərəkətlərlə yerinə yetirilməli olan vəzifəsidir (öhdəliyidir). İddiaçı münasibətdə bu öhdəlik yerinə yetirilmədiyindən onun istənilən vaxt məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq bu vəzifənin yerinə yetirilməsini sosial təminat orqanından tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək kitabçasında göstərilmiş 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində direktor müavini (1 il 9 ay 29 gün) və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixdən 15.06.1995-ci il tarixədək, 05.09.1996-cı il tarixdən 22.09.2004cü il tarixədək məsləhətçi-hüquqşunas (9 il 10 ay 22 gün) vəzifələrində işlədiyi müddətin iş stajına hesablanması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixədək işlədiyi "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixədək işlədiyi "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılmasının imkan xaricində olması bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən qanuni və əsaslı olmuşdur. Belə ki, işdə olan sənədlərdən və məhkəmə iclasında nəzərdən keçirilmiş iddiaçının pensiya işindən görünür ki, İddiaçı 01.01.2006-ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18.532,69 manat pensiya kapitalı və 01.01.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16.778,45 manat pensiya kapitalı (SH = 245.21 manat) nəzərə alınaraq 22.06.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sənədlərlə iddiaçının 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək işlədiyini iddia etdiyi "xxxx" müəssisənin dövlət qeydiyyatına alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən həmin müddətin iddiaçının əmək stajına hesablanmaması qanuni və əsaslı olmuşdur. Çünki iddia bu hissədə əsaslandırılmamışdır. İddiaçı 12.10.1991-ci il tarixdən 10.08.1993-cü tarixədək işlədiyini illərin əmək haqqısı barədə və yaxud digər hər-hansı arxiv arayışına istinad etmir, eyni zamanda "xxxx" müəssisənin rekvizitləri barədə hərhansı məlumat vermir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsində olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir). Bununla da, iddiaçı onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyənin sübut olunması arzusu ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən, bununla bağlı zəruri sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. İPM-in 12 və 13-cü maddələrində əks olunan işin hallarının araşdırılması və məhkəmənin yardım etmək vəzifəsi prinsipləri məhkəmənin tərəflərin əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Bununla belə iddiaçının Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixdən 15.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək işlədiyi müddət cavabdeh tərəfindən iddiaçının iş stajına qismən hesablanmalıdır. Belə ki, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının 12.12.1994cü il tarixdə 19727 nömrə ilə dövlət qeydiyyatına alınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, firmanın 12.12.1994-cü il tarixdən fəaliyyəti qanuni olduğu üçün iddiaçının həmin tarixdən sonrakı dövrdə həmin firmada işləməsi qanuni hesab edilərək, onun iş stajına hesablanmalı idi. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş həmin məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Belə olan halda, iddiaçının 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında məsləhətçi-hüquqşunas kimi işlədiyi dövrün (8 il 06 ay 23 gün) onun ümumi iş stajına hesablanması hissəsində iddiası əsaslı oldugundan təmin edilməlidir. Bununla baglı məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “İnzibati icraat haqqında” Qanununun maddələri: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin sözügedən tələblərini pozmuşdur. Hazırki işə tətbiq edilməli olan hüquq normaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun aşagıdakı maddələrindən ibarətdir: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (...) 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1. sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası DSMF-nin 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29.08.2013-cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmənin gəldiyi nəticəyə görə, pensiyaçılara əmək pensiyasının düzgün hesablanmaması onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" Firmasında (Xəzər X2 Firması) məsləhətçi – hüquqşunas vəzifəsində işlədiyi dövrün (8 il 06 ay 23 gün) ümumi iş stajına nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddiası təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" Firmasında (Xəzər X2 Firması) məsləhətçihüquqşunas vəzifəsində işlədiyi dövrün (8 il 06 ay 23 gün) ümumi iş stajına nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar