Məhkəmə qərarları › İş №2-1(112)-2799/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2799/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2799/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin yaranma tarixinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi 13.06.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 24.11.2021-ci il tarixdə məhkəməyə verilmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “İddiaçı övladı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında 16.04.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin uşagın anadan oldugu 13.06.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsin üzərinə qoyulması” məzmunda icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, ailənin dördüncü və sonbeşiyi olan qızı 13.06.2019cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı dünyaya qüsurlu halda gəlmişdir. Belə ki, qızında “Eşitmənin neyrosensor 4-cü dərəcə (çox ağır dərəcə) iki tərəfli itirilməsi və Nitq inkişafının pozuntusu, gözündə daxili çəpgözlük” müşahidə edilir. Məryəm Yusifzadəyə əlillik dərəcəsinin müəyyən edilərək pensiya təyin edilməsi üçün və ona qulluğa görə təqaüd verilməsi üçün övladı dünyaya gəldikdən sonra müraciətlər etmiş, lakin qeyd olunan müraciəti müsbət həll olunmamışdır. Belə ki, qızına pensiya verilməsi və eyni zamanda onu saxladığına görə iddiaçıya təqaüdün verilməsi 16.04.2021-ci il tarixdən hesablanmağa başlamışdır. Qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi 13.06.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış müraciəti nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılaraq müsbət həll olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qeyd olunan müraciətə cavabdeh tərəfindən çox ədalətsiz cavab verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi övladı anadangəlmə qüsurludur və ona əlillik dərəcəsinin təyin olunması dünyaya gəldiyindən təxminən 2 (iki) ildən sonra təyin olunması iddiaçının məsuliyyətsizliyi deyildir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya etirazda bildirilmişdir ki, iddiaçının qızı Yusifzadə Məryəm Elçin qızının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının 18.12.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının 08.04.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin qaydaların 2.1 -ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının övladına ilkin əlillik təyinatının 18.12.2020-ci təqdim etdiyi sənədlər əsasında aparılması “Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilməməsi” səbəbi ilə mümkün olmamış, qanunvericiliyin tələblərinə müvafiq olaraq 08.04.2021-ci il tarixdə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraza uygun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan AA ******* №li 8NLYABQ FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Yusifzadə Məryəm Elçin qızı 13.06.2019-cu ildə doğulmuşdur. - İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, İddiaçı xx.xx.1991-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********1 №li 25 dekabr 2017-ci il tarixli məktubda göstərilmişdir ki, Yusifzadə Məryəm Elçin qızının sağlamlıq imkanları məhdudluğunun təyinat tarixi ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, Məryəm Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında 16.04.2021-ci il tarixdə qiymətləndirilmiş və onun 18 yaşınadək müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. - İş materiallarında olan Əlillik altsistemdən çıxarışdan görünür ki, 03.10.2010-cu il Yusifzadə Məryəm Elçin qızı 07.10.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının 18.12.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi 13.06.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə TSEK tərəfindən imtina verilmişdir. - İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının 08.04.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və və xəstəliyin başlanma tarixi 13.06.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin araşdırılan hallarından müəyyən etmişdir ki, iddiaçının övladı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı 07.10.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının 18.12.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi 13.06.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə TSEK tərəfindən imtina verilmişdir. Daha sonra yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasının 08.04.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və və xəstəliyin başlanma tarixi 13.06.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. İddiaçı övladı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin anadan oldugu 13.06.2019-cu il tarixdən hesab edilməsini cavabdehdən xahiş etsə də, xahişi təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, Məryəm Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında 16.04.2021-ci il tarixdə qiymətləndirilmiş və onun 18 yaşınadək müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3.-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia mahiyyətcə iddiaçının övladına təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin müəyyən edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 3.1-ci bənd Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90-H90.54.4-cü bənd) bu Əsasnamənin 3.1.1.-3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İddiaçının övladına əlillik təyin edilən zaman da onda faktiki olaraq, anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması ilə sağlamlıq imkanları məhdudluğu olmuşdur. Belə ki, 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı 07.10.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının 18.12.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi göndərişdə də 13.06.2019-cu ildən göstərilmişdir. Lakin göndərişin natamam doldurulması səbəbindən TSEK tərəfindən imtina verilmişdir. Daha sonra yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasının 08.04.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi yenə də 13.06.2019-cu il göstərilməklə Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. Ona görə də, iddiaçının övladının məhz anadangəlmə 13.06.2019-cu il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun hesab edilməsi, onun sağlamlıq imkanlarının məhdudluğunun həmin tarixdən baş verməsi anlamına gəlmir. Belə ki, hazırkı yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, şəxsin əlilliyinin (sağlamlıq imkanlarının məhdudluğunun) səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini (sağlamlıq imkanlarının məhdudluğunu) qiymətləndirir, əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən cavabdeh orqan diskresion səlahiyyətlər çərçivəsində iddiaçının övladının sağlamlıq imkanlarının məhdudluğu həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən, yəni anadangəlmə 13.06.2019-cu il tarixindən müəyyən edilməli idi. Lakin cavabdeh əsassız olaraq sağlamlıq imkanlarının məhdudluğunun dəyişdirilməsi tarixini həmin səbəbin müəyyən edildiyi anadan oldugu tarixindən deyil, sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi barədə qərar qəbul etdiyi 08.04.2021-ci il tarixdən hesab etmişdir. Buna görə də iddiaçı hazırda haqlı olaraq övladının sağlamlıq imkanlarının məhdudluğu tarixinin dəyişdirilərək uşagın anadangəlmə 13.06.2019-cu il tarixindən təyin edilməli olduğunu tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı övladı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında 16.04.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin uşagın anadan oldugu 13.06.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 hüquqi şəxsin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı övladı 13.06.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında 16.04.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının yaranma tarixinin uşagın anadan oldugu 13.06.2019-cu il tarix kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar