Məhkəmə qərarları › İş №2-1(112)-28/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-28/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-28/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil ), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq şöbəsində hüquq məsləhətçisi işləyir),üçüncü şəxs “xxxx” firmasının nümayəndəsi İbrahimov Qanqa Cavanşir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiaçı “Caspian American Telecommunication LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv olunması” tələbi barədə iddiası üzrə işə üçüncü şəxs qismində “xxxx” firması cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Caspian American Telecommunication LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı “Caspian American Telecommunication LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhərXəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-29/2021 nömrəli, 05 yanvar 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni mübahisə predmetləri olan yuxarıda qeyd olunan iddia ərizələri üzrə müstəqil işlər bir icraata birləşdirilməsi qərara alınmışdır. İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin törəmə müəssisəsi olan İddiaçı MMCyə (“xxxx” MMC) məxsusudur. Lakin həmin daşınmaz əmlaklara dair mülkiyyət hüquqları qanunsuz və əsassız olaraq cavabdeh “xxxx” firmasının adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar verilmişdir. Belə ki, “xxxx” MMC-nin mülkiyyətində olmuş yuxarıda qeyd edilən daşınmaz əmlakların “xxxx” firmasının adına qeydiyyatdan keçibkeçməməsinə dair onlar tərəfindən 16.06.2017-ci il tarixdə, 7/197 nömrəli sorğu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh tərəfindən 23.06.2017-ci il tarixli, **********19 nömrəli məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli, icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin, 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin 1 nömrəli mənzili “xxxx” firmasının adına keçirilmişdir və onun mülkiyyətindədir. İstinad olunan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərarı ilə iddiaçı “xxxx” firmasının cavabdeh İddiaçı (“xxxx” MMC) MMC və İİ cavabdeh X4 arasında bağlanmış 29.05.2009-cu il tarixli Barışıq sazişi qəbul edilərək təsdiq edilmişdir.Həmin barışıq sazişinə əsasən tərəflər arasında “xxxx” MMC-nin “xxxx” firmasına borcunun ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210000 manat məbləğinin “xxxx” MMC-nin hal-hazırki, təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından sonra, 30%-ni 1-ci ayda, 60%-nin – növbəti 3 ay müddətində və qalan 10%-nin isə növbəti ayda ödənilməsi, “xxxx” MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsi, “xxxx” MMC-nin “xxxx” firmasına və İİ cavabdeh X7 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtinanın qəbul edilməsi, X4 üzərinə “xxxx” MMC-nin hal-hazırda, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq razılaşmasının predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələblərini qaldırmayacağı və “xxxx” MMC ilə bağlı informasiyalaradan istifadə etməyəcəyi və onları yaymayacağı barədə öhdəlik qoyulması razılaşdırılmışdır. Həmçinin 23.04.2015-ci il tarixdə 2 inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli eyni məzmunlu icra vərəqəsi verilmişdir. Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının “xxxx” firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində “xxxx” MMC-nin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilən dövlət qeydiyyatının və çıxarışların ləğv edilməsinə dair cavabdehə muraciət edilsə də bundan imtina edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “xxxx” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzilinə dair çıxarışın ləğv edilməsi barədə müraciətlərinə 16.06.2017-ci və 26.07.2017-ci il tarixlərində Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavab verilmişdir. Həmin cavabda göstərilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Sözügedən daşınmaz əmlaklar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixıi qərarı əsasında əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra şöbəsinin 04.05.2017-ci il tarixli qərarı əsasında “xxxx” firmasının adına rəsmiləşdirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiаçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs “xxxx” firmasının nümayəndəsi və vəkili Q.İbrahimov iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və nümayəndəsini, cavabdehin nümayəndəsini, üçüncü şəxsin vəkil və nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********19 nömrəli, 23.06.2017-ci il tarixli “xxxx” MMC-yə ünvanlanmış məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, S.Əliyev küçəsi, ev 9a,44 saylı mənzil, Bakı şəhəri, Buzovna qəəbəsi, M.Sübhü küçəsi, ev 2, 100 saylı mənzil, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15a, 20 saylı mənzil, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhələ 5057-68, ev 10, 1 sayı mənzil “xxxx” firmasının adına qeydiyyatdan keçmişdir. “Caspian American Telecommunication LLC” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 7/225 nömrəli, 11.07.2017-ci il tarixli müraciətinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi, ev 9a, 44 saylı mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhü küçəsi, ev 2, 100 saylı mənzil, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15a, 20 saylı mənzil, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhələ 5057-68, ev 10, 1 saylı mənzil üzərində hüquqların “xxxx” firmasının adına aparılmış dövlət qeydiyyatını və buna dair çıxarışları ləğv etməyi xahiş etmişdir. 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadına əsasən qərara alınmışdır: “İddiaçı “xxxx” firmasının cavabdeh “Caspian American Telecommunication LLC” MMC və cavabdeh X8 arasında bağlanmış 29 may 2009-cu il tarixli Barışıq Sazişi qəbul edilərək təsdiq edilsin. ”X2 LLC” MMC-nin “xxxx” firmasına borcu ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilsin.Həmin borc daxil olmaqla 210000 manat “Caspian American Telecommunication LLC” MMC-nin hal-hazırki təsiçilərindən başqa şəxsə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından (yəni Satıcı tərəfindən tərtib edilmiş bank ödəmə tapşırığının Alıcı tərəfindən qəbul edildikdən) sonra 30 %-ni 1 ayda, 60%-ni növbəti 3 ay müddətində və qalan 10 %-ni isə növbəti ayda ödənilsin. ”Caspian American Telecommunication LLC” MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında etibarlığı tələb edilən imzalanmış məqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilsin. “Caspian American Telecommunication LLC” MMC-nin iddiaçı “xxxx” firmasına və ikinci cavabdeh Hümbətov Sadıq Cəfər oğluna qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında qarşılıqlı iddia tələbindən imtina qəbul edilsin. X6 öhdəlik qoyulsun ki, o, “X2 LLC” MMC-yə nə hal-hazırki, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq Razılaşmasının (Sazişinin) predmetinə və ya da digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələbləri qaldırmayacaq və “Caspian American Telecommunication LLC” MMC ilə bağlı informasiyalardan istifadə etməyəcək və onları yaymayacaq”. Qeyd edilən qərardadla iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı 26726743 manat əsas borcun, 362.370,28 manat məbləğində faiz borcunun tutulması haqqında iddia ərizəsi üzrə işə tərəflər arasında barışıq sazişi imzalandığ üçün xitam verilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli iş üzrə verdiyi icra vərəqəsinə əsasən 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 2(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadın nəticə hissəsində göstərilənlər həmin icra vərəqəsində öz əksini tapmışdır, icra vərəqəsində tələbkar kimi “xxxx” firması, borclu kimi “Caspian American Telecommunication LLC” MMC BM göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, 05.11.2019-cu il tarixli, qərardadına əsasən iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı Birgə müəssisəsinə qarşı “borcun qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə 2(81)-58/2009 nömrəli, 23.04.2015-ci il tarixdə verilmiş icra vərəqəsi əsasında əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsinə dair borclunun ərizəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.08.2019-cu il tarixli, 2-2(81)-58/2019 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsində iş baxılan zaman müəyyən edilmişdir ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 06.08.2009-cu il tarixli, 2inz(81)-58/2009 nömrəli qərardadı üzrə verilmiş icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə İddiaçı MMC-nin mülkiyyətində olan daşınmaz əmlaklar üzərinə həbs qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 8-1(81)-233/2016 nömrəli, 06.08.2016-cı il tarixli qərardadı ilə təqdimatın təqdim edilməsi, İddiaçı MMC-yə məxsus təqdimatda qeyd edilmiş əmlaklar üzərində həbs qoyulması, borcun ödənilməsini təmin etmək məqsədilə müəssisəyə məcburi daxil olmaq və təqdimata əlavə edilmiş borcluya məxsus əmlaklar üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-233/2016 nömrəli, 03.01.2017-cı il tarixli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-233/2016 nömrəli, 05.08.2016-cı il tarixli qərardadının nəticə hissəsinin 3-cü abzasının “borcun ödənilməsini təmin etmək məqsədilə müəssisəyə məcburi daxil olmağa” hissəsi çıxılmaqla dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 8-1(81)-233/2016 nömrəli, 05.08.2016-cı il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kolleqiyasının 20.02.2017-ci il tarixli, 8-2(103)- 12/2017 nömrəli qərardadı ilə dəyişilmədən saxlanılmışdır. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 04.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhər, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC 04.04.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.08.2019-cu il tarixli, 2-2(81)-58/2019 nömrəli qərardadı ilə borclunun şikayəti təmin edilməmişdir. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, 05.11.2019-cu il tarixli qərardad ilə ilə təmin edilməmiş, qərardad ilə məhkəmə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borclu barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının məcburi icraya yönəldilməsi, icra məmurunun qəbul etdiyi qərarlar və icra hərəkətləri, o cümlədən məhkəmənin əmlak üzərinə həbs qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-233/2016 nömrəli, 05.08.2016cı il tarixli qərardadı barədə məlumatlı olmuş, hüququndan istifadə edərək həmin qərar və qərardadları mübahisələndirmiş, lakin bu müddət ərzində icra sənədinin könüllü icra edilməsi və tələbkara olan borcun ödənilməsi üçün hər hansı tədbir görməmişdir.Apellyasiya instansiyası məhkəməsi işə baxılan zaman o nəticəyə gəlmişdir ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ilə “xxxx” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “Caspian American Telecommunication LLC” MMC-nin “xxxx” firması na olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”Caspian American Telecommunication LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 04.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in “xxxx” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC 04.04.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir,həmin qərardaddan verilən şikayətə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur.Hazırda iddiaçı “Caspian American Telecommunication LLC” MMC cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.http://www.eqanun.az/alpidata/framework/data/5/c_f_5456.htm “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1. –ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 57.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur. İşin faktiki hallarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ləğv edilməsini tələb ediyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, 05.11.2019-cu il tarixli qərardadında ifadə olunan apellyasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra məmurunun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirdiyi bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv edilməsi barədə iddiaçının iddiası əsaslı deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddiaçı “Caspian American Telecommunication LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması barədə iddia tələbi əsaslı olmadığı üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı “Caspian American Telecommunication LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “xxxx” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar