Məhkəmə qərarları › İş №2-1(112)-28/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-28/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-28/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs “X4 Kompani S.A” Şirkəti) qarşı “sərəncamın ləvğ edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında ( Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 sayh sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 111 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya verilmiş və onunla Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bunun əsasında iddiaçıya icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Lakin Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.2018-ci il tarixli 111 saylı sərəncamı ləğv edilmiş və bu akt onunla əsaslandırılmışdır ki, "X4 Kompani S.A" şirkəti icra hakimiyyətinə müraciət edərək qeyd edilən torpaq sahəsinin "Kontrakt Sahəsi"nin hüdudları daxilində yerləşdiyini bildirmələri və sərəncamın ləğvi barədə xahiş etmişlər". Lakin inzibati akt olan Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamı tamamilə əsassızdır və qanunsuzdur. Bu səbəbdən də həmin sərəncam ləğv edilməldir. Belə ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli R- 63-151 saylı məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya ayrılmasına dair rəy bildirməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi xx.xx.2018-ci il tarixli **********10 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi üçün maneə olmadığını və buna etiraz etmədiklərini bildirilmişdir. Bundan başqa "X4 Kompani S.A" şirkəti məhkəmədə iddia qaldıraraq icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onların bu iddiası Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-903/l9 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə baxışları zamanı da müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin "X4 Kompani S.A" şirkətinin kontrakt sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, iş materiallarında olan "Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 11515 saylı rəyində göstərilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********45 sayh mütəxəssis rəyində göstərilmişdir ki, "Kadastr və Yerquluşu Layihə Təqdiqat Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətanamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X4 Kompani S.A" şirkətinə və SOCAR-a heç bir aidiyyatı yoxdur. Başqa sözlə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018- ci il tarixli 150 saylı sərəncamında göstərilmiş halların heç biri mövcud deyildir. Belə olan halda həmin inzibati akt qanunsuzdur və iddiaçının mənafelərinə toxunur. Bu inzibati akt, yəni Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 sayh Sərəncamı barəsində məhkəməyə şikayət verilməmişdir. Qeyd edilən inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh həmin ərizəyə bu günədək ümumiyyətlə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “X4 Kompani S.A” Şirkəti iş üzrə inzibati məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı "X4 Kompani S.A." şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə "sərəncamın ləğv edilməsi" tələbinə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləvğ edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1723/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 111 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilməsi, "Torpaq İcarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq Rayon İcra Hakimiyyəti (İcarəyəverən) və vətəndaş İddiaçı (İcarəçi) arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə əsasən torpağa dair icarə hüququnun qeydiyyata alınması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqaviləyə əsasən İcarəyəverən Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İ.Abbasov şəxsində, icarəyə verdiyi ünvan 2 ünvanında yerləşən 7200.0 kv.m torpaq sahəsini 49 il müddətində icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamına əsasən SOCAR-dan Suraxanı RİH-ə daxil olmuş xx.xx.2018-ci il tarixli məktubda RİHB-nin 16 07 2018-ci il tarixli 111 saylı Sərəncamı ilə vətəndaş İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin "X4 Kompani S.A" Şirkətinin "Kontrakt sahəsi’hin hüdudları daxilində yerləşdiyi bildirilmiş, bu səbəbdən həmin sərəncamın ləğv olunması xahiş edilmişdir. Yuxanda qeyd olunanları, RİH-in müvafiq sorğusu əsasında "X4 Kompani S.A" Şirkətinin 924/AS №-li xx.xx.2018-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş müvafiq xəritəyə əsasən ayrılmış torpaq sahəsinin həqiqətən Şirkətin “Kontrakt sahəsf’nin hüdudları daxilində yerləşdiyini nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.1. və 6.5.2. bəndlərinə istinad edilərək Suraxanı RİHB-nin xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamın ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid Suraxanı rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.72 ha torpaq sahəsini 49 il yüklülük müddəti ilə İddiaçı Əmrxan qızının adına icraə hüququ xx.xx.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının adına verilmiş xx.xx.2018-ci il tarixli **********97 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olduğu, baza məlumatlarına əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin Neft Şirkətinin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********60040033B00441 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizənizə əlavə olunmuş **********97 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci ill tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxıl olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X5 Kompanı S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlumat üçün bildiririk kı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır kı, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999- cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyö və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.Eyni zamanda diqqətinizə çatdırırıq ki, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mütəxəssis rəyinin məlumatlarından məlum olur ki, 04 2019-cu il tarixli 2(010)-903/2019 nömrəli məktubunuzda göstərilən koordinatlar (416168.2-4477770.6655; 4162xx.xx-4477724 3056; 416112.4***-*******.4186; 416074.3***-*******5) "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"-nin elektron bazasında araşdırılma nəticəsində qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi reyestr nöagrəsi **********97 olan çıxarışa əsasən İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 nömrəli məktəbin yanı ünvanında yerləşən 7200 kv.m. torpaq sahəsi uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş və onun tərəfindən icarəyə götürülmüşdür. Həmin torpaq sahəsində başqa istifadəçilər, o cümlədən "X4 Kompani S.A" şirkəti yerləşməmiş və hüquqları qeydə alınmamışdır. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı İstifadəsindədir və onunla bağlanılmış 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 nömrəli məktəbin yanında yerləşən sahibkarlıq fəaliyyəti üçün ayrılmış 7200.0 kv.m torpaq sahəsi ***-*******3 registr nömrəsi ilə, 12924 nömrəli kod ilə dövlət əmlakı kimi qeydiyyata alınmışdı. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022 tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0,72 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahə bütövlüklə "X4 Kompani S.A." şirkətinin istifadəsinə verilmiş "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinin kateqoriyası "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar"dır. Məkəmə qərardadına əsasən keçirilmş ekspert tədqiqatının nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/707 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastri İdarəsinin xx.xx.2022-ci il ve Reyestri stri publik tarixli, **********21 saylı olunan torpaq sahəsinin hasar daxili 0.72 ha taşk hüquqi şəxsi 01 saylı Bakı Ərazi mütəxəssis rəyinə əsasən, təqdim təşkil etdiyi və vahid elektron kadastr baza məlumatlarında göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisindədir. Sahə bütövlüklə "X4 Kompani S.A." şirkətinin istifadəsinə verilmiş Kontrakt Sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-12593/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsi Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş və onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmışdır. Bildiririk ki, uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş həmin torpaq sahəsinə dair Xidmətlə 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Sözügedən torpaq sahəsinin koordinatları daxilində başqa istifadəçilərin, o cümlədən "X4 Kompani S.A" şirkətinin daşınar və daşınmaz əmlakı yoxdur. Həmin torpaq sahəsinin daşınmaz dövlət əmlakının Registrində qeydə alınmış məlumatları sizə təqdim edilir. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 776 nömrəli müqaviləyə əsasən İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin rəisi E.Yusubobun şəxsində, icarəyə verdiyi ünvan 2 ünvanında yerləşəni 7200.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ilə , Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilmiş, Suraxanı rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqavilə bağlanılmış, daha sonra həmin torpaq sahəsi üzərində icarə hüququ iddiaçının adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış və planı və ölçü sənədi verilmişdir. "X4 Kompani S.A" Şirkətinin 924/AS №-li xx.xx.2018-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş müvafiq xəritəyə əsasən ayrılmış torpaq sahəsinin həqiqətən Şirkətin “Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini nəzərə alaraq Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamın ilə Suraxanı RİHBnin xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamın ləğv edilməsi barədə sərəncam vermişdir. Hazırkı iddiasında iddiaçı onun barəsində əliverişli inzibati aktın ləğvi barədə olan inzibati aktın ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni rayon bölgüsü olan Bakı şəhərində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. O, yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər. Qeyd edilənlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının ilkin olaraq iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 111 nömrəli sərəncam vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin mülkiyyət növü, eləcə də məqsədli təyinatı, hüquqi rejimi müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. İş üzrə müəyyən olunur ki, iddiaçıya Suraxanı rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ayrılmış 0.72 ha torpaq sahəsi dövlət mülkiyyətində olan, "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olmaqla Neft Şirkətinin daimi istifadəsində olan, Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci ill tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxıl olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X5 Kompanı S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsidir. Qeyd edilən məlumat təkcə "X5 Kompanı S.A" Şirkətinin, Dövlət Neft Şirkətinin məlumat və xəritəsi, ekspert rəyi ilə deyil, həm də mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın elektron baza məlumatı əsasında tərtib etdiyi torpaq sahəsinin plan-ölçü sənədindən də görünür. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin təyinatı, hüquqi rejimi, yüklülüyü müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cvabdehin mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi barədə səlahiyyəti olmadığından, eləcə də eləcə də torpaq sahəsinin sənaye təyinatı olmaqla "X4 Kompani S.A" Şirkətinin Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən təqdim olunan ilkin inzibati aktxx.xx.2018-ci il tarixli, 111 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin sərəncamın ləğvi barədə sərəncamın qəbul edilməsi əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləvğ edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan, cəmi 50 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar