Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2800/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin layihə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binann yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı Cəmiyyətin istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər qanuna uyğun şəkildə hazırlanaraq cavabdehə təqdim edilmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasportun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Qanunvericilik normalarına əsasən, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab olunmalı və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq "xxxx" MMC-nin adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasport verilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim olunmamışdır. Həmçinin, torpaq sahəsinin ölçüsündə və təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu, eskiz layihədə layihəçinin xüsusi razılığını təsdiq edən sənədin (lisenziya) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 10- ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli, **********66 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının (uşaq bağçasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti sənədlərin surət olduğu, həmçinin iddiaçının adına qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim olunmadığı, torpaq sahəsinin ölçüsündə və təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun müəyyən olunduğu, eskiz layihədə layihəçinin xüsusi razılığını təsdiq edən sənədin (lisenziya) təqdim edilmədiyi əsası ilə imtina edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X9 müraciətinə əsasən, «Məktəbəqədər təhsil müəssisələrinin inkişafı» proqramı çərçivəsində Xətai rayonunda 120 yerlik yeni uşaq bağçasının tikintisi haqqında 23 oktyabr 2014-cü il tarixli 503 №li Sərəncamına əsasən X9 xx.xx.2014-cü il tarixli, 02/47 saylı və "xxxx" X1 xx.xx.2014-cü il tarixli, 16 saylı müraciətləri, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 1011 saylı razılıq məktubu nəzərə alınaraq, Xətai rayon 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında yerləşən 0,3 ha torpaq sahəsində 120 yerlik yeni uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün «Samir Ağdül MMC-yə icazə verilmiş, sifarişçiyə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasının təmin edilməsi, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi, sahənin yerində qəbul edilməsi, onun sanitar vəziyyətinə nəzarət edilməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığı və memarlıq planlaşdırma göstərişlərinin yerinə yetirilməsi, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, layihələndirmə başa çatdıqdan sonra iş layihəsini tam həcmdə Baş idarəyə təqdim edilməsi, Layihə təşkilatı İayihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırması, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihələndirməsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi tapşırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 510 saylı, 08 noyabr 2017-ci il tarixli Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, "xxxx" MMC-nin 15 avqust 2017-ci il tarixli, 01-12 saylı müraciətlərini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 503 saylı sərəncamını nəzərə alaraq Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında uşaq bağçasının tikintisi üçün "xxxx" MMC-nə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təşkildankənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanan 24 saylı, 26 yanvar 2015-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Bakı Şəhər İHB-nın 503 saylı, 23 oktyabr 2014-cü il tarixli sərəncamına əsasən 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında 120 yerlik yeni uşaq bağçasının tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün təqdim edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti tərəfindən verilmiş 30 yanvar 2015-ci il tarixli YTNƏŞ 27 nömrəli Rəydən görüünür ki, tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında 120 yerlik uşaq bağçasının tikintisi üçün ayrılmış 0,3 ha torpaq sahəsi qüvvədə olan Qanunvericilik və Normativ aktların, o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdın İması” AzDTN-nin, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” TN və Q-nın, və EQQQ-mn tələblərinə riayət edilməklə: Ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı; bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi şərti ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin, o cümlədən, Azərbaycan Respublikası «X2» Qanunun 24 və 25-ci maddələrinin, «Sahibkarlıq fəaliyyəti haqqında» Qanunun 5, 7 və 15-ci maddələrinin tələblərinə əsasən layihə hissələrinin Tikinti Norma və Qaydalarının yanğına qarşı yönəldilmiş tələblərinə müvafiqliyi barədə yazılı razılaşdırma olmadan tikinti işlərinin aparılması qəti qadağandır. Sifarişçiyə 3.01.01-85 «Tikinti İstehsalının Təşkili» TN və Q- mn, «Tikinti quraşdırma İşləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaiarı»nın (YTQ 05-86) tələblərini rəhbər tutaraq, tikinti işlərinə başlamazdan 1 (bir) ay qabaq yazılı sürətdə X10 Xidmətinə məlumat verilməsi tapşırılmışdır. Rəyin qüvvədə qalma müddəti 2 (iki) il nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanan 15/179 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,3 ha olan ərazinin 120 yerlik uşaq bağçası tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" MMC-nin istifadəsinə ayrılmasına dair xx.xx.2015-ci il tarixli ER-15/036 nömrəli ekspertiza rəyi göndərilmişdir. -Yuxarıda istinad olunan X5 görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X9 müraciətinə əsasən Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında, təqdim olunmuş sxem əsasında, əvvəllər digər tikinti məqsədləri üçün istifadə olunmayan, ümumi sahəsi 0,3 ha olan ərazinin 120 yerlik uşaq bağçası tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" MMC-nin istifadəsinə ayrılmasına aşağıda qeyd olunan şərtlər daxilində etirazı olmadığını bildirilmişdir: -layihələndirmə zamanı ərazidən və yaxınlıqdan keçən kommunikasiya xəttlərinin və qurğuların mühafizə zonası tələblərinə riayət edilməsi, zərurət yarandıqda yerdəyişdiıilməsinin həyata keçirilməsi; ayrılmış ərazinin hüdudları daxilində (sahənin kənar ətrafında) olan yaşıllıqların tam mühafizəsinin təmin olunması, tikililərin yaşıllıqlardan azad ərazidə layihələndirilməsinin nəzərdə tutulması; layihəndirmə zamanı ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq inşaat işləri üzrə xüsusi təhlükəsizlik tələblərinin nəzərdə tutulması; işlərə başlamazdan əvvəl ərazinin hasarlanaraq vətəndaşların sərbəst gediş- gəlişlərinin təmin olunması və sanitar-ekoloji tələblərə ciddi riayət olunması üçün xüsusi qoruyucu tədbirlərin layihələndirmədə nəzərdə tutulması; nəzərdə tutulmuş tikintinin xarici kommunikasiya xəttləri birləşmələrinin aidiyyəti icra orqanları ilə əvvəlcədən razılaşdırılması; tikinti işlərinə başlamazdan əvvəl inşa olunacaq tikililərin layihə sənədlərinin ərazidə aparılmış mühəndisi-geoloji işlərlə birlikdə Dövlət ekoloji ekspertizasına təqdim olunması tapşırılmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən iddiaçıya və Bakı şəhəri, Ekologiya və X3 ünvanlanan 15/2889 saylı 16 avqust 2016-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsiinşası nəzərdə tutulan 120 yerlik uşaq bağçasının tikintisinə dair xx.xx.2016-cı il tarixli ER-15/595 nömrəli ekspertiza rəyi göndərilmişdir. Yuxarıda istinad olunan X5 görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində inşası nəzərcl tutulan 120 yerlik uşaq bağçasının tikintisi üzrə Dövlət ekoloji ekspertizasına təqdiıl olunmuş layihə sənədlərini nəzərdən keçirərək bildirir: Tikinti işləri Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2947-ci məhəllə 6 saylı binanın yaxınlığında boş ərazidə yerinə yetiriləcəkdir. Tikinti işləriniıl layihələndirilməsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 503 nömrəli Sərəncamı ilə razılıq verilmişdir. Ərazi əvvəllər digər tikinti məqsədləri üçün istifadə olunmamışdır. Ərazi yaşayıd binaları ilə sərhədlənir, ərazi ətrafında yaşıllıqlar mövcuddur. Sahə yaşıllıqlardan azaddır. Ərazinin qeyd olunan məqsədlə istifadə olunması Bakı şəhərinin aidiyyəti- icra orqanları və ETSN-nin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmışdır (xx.xx.2015-ci il tarixli, ER-15/036 ekoloji ekspertiza rəyi). "xxxx" MMC-nin sifarişi əsasında ərazidə nəzərdə tutulmuş tikinti işlərinin eskiz layihə sənədləri Xətai rayonu İcra Hakimiyyətinin “Layihə Smeta Bürosu” tərəfindən hazırlanmış və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 18/04-200 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə əsasında ərazidə 3 korpusdan ibarət 2 mərtəbəli 120 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur. Bundan başqa ərazidə içməli su anbarının, qazanxananın və nasosxananın inşası da planlaşdırılır. Binaların fasadı yüksək keyfiyyətli tikinti materialları ilə xüsusi qaydada üzlənəcəkdir. Layihəyə əsasən inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin, o cümlədən binaların ətrafında beton səkinin salınması nəzərdə tutulur. Ərazi sahənin perimetri üzrə hasarlanacaqdır. İnşaat İşləri zamanı ətraf mühitə təsirlər ərazidə bünövrə qazıntısı müddəti ərzində baş verəcəkdir. Qeyd olunan işlərin İcrası müddətində ətraf mühitin əsasən qeyri-üzvi ərazidə və həmsərhəd sahədə həssas ekoloji obyektlər mövcud deyildir. Ərazidə mühəndis-geoloji axtarış işləri "xxxx" MMC tərəfindən aparılmış və müvafiq hesabat sənədi tərtib olunmuşdur. Ərazinin mühəndisi-geoloji şəraitinin öyrənilməsi məqsədilə sahədə dərinlik 10,0 metr olan 10 ədəd mühəndisi-geoloji quyular qazılmışdır. Qazmanın həcmi 100.0 p.m. olmuşdur. Tədqiqat sahəsində 3,8-5,0 m dərinlkdə qrunt sularına rast gəlinmişdir. Aparılan kimyəvi təhlillərin nəticələrinə əsasən portlandsementdən hazırlanmış dəmir-beton metal konstruksiyalara qarşı orta sulfat və güclü xlor aqressivlidir. Hesabat "Azərdövlətlayihə” İnstitutu Mühəndisi-geoloji mərkəzinin xx.xx.2014-c| tarixli, 06-8303 nömrəli rəyi əsasında məqbul hesab edilmişdir. Zəlzələ təhlükəsizliyinə görə sahənin hesabı seysmikliyi 8 bal qəbul edilmişdir. Obyektin su təchizatı ərazidə mövcud su xəttindən istifadə edilməklə təri ediləcək, məişət-təsərrüfat çirkab sularının axıdılması ərazi üzrə mövcud şəbəkə| birləşdirilməklə idarə ediləcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilənləri nəzərə alaraq təqdim olunn| sənədlərə ekoloji baxımdan aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir: ərazidə bünövrə qazıntıları zamanı əmələ gələn artıq qruntun və tikinti tullantılarının aidiyyəti icra orqanının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması; tikinti müddətində sanitar-ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyı| tədbirlərin həyata keçirilməsi; ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq işlərin icrası zamanı səs-küy vibrasiya normaları tələblərinə ciddi riayət olunması, tikinti işlərinin gündüz saatlarında yerinə yetirilməsi; ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması üçün ekoloji tələbə ciddi riayət edilməsi; inşaat işləri zamanı tikinti sahəsinin ətrafında olan yaşıllıqların tam mühafizə olunması, onların maşın və mexanizmlərin istifadəsi zamanı zədələnməsi hallarına verilməməsi; tikinti sahəsinin hasarlanaraq tozlanma hallarının qarşısının alınması üçün ərazinin mütəmadi sulanmasının təmin olunması; binanın xarici kommunikasiya xətləri birləşmələrinin aidiyyəti icra orqan nümayəndələrinin iştirakı ilə yerinə yetirilməsi; inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması. -İddiaçı tərəfindən 15 avqust 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı şəhər İcra Hakimiyyətinə 503 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı və X9 müraciətinə əsasən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Xətai rayonu, 2947-ci məhəllə, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında 0,3 ha torpaq sahəsində 120 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsində tikinti işləri aparıldığı, hal-hazırda Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına tikintisi aparılan uşaq bağçasının gələcəkdə normal fəaliyyətinin təmin edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin tamamlanması və istismar edilməsi məqsədi ilə həmin tikilinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi üçün X11 müraciət edildiyi, X9 02/089 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə göstərilən uşaq bağçasının tikinti işlərinin tamamlanması və gələcəkdə təyinatı dəyişdirilmədən istismar edilməsi şərti ilə "xxxx" MMC-nin adına qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə etiraz edilmədiyi, oununla əlaqədar "xxxx" MMC-yə göstərilən ünvanda uşaq bağçasının tikintisinə sərəncam verilməsini xahiş edilmişdir. - X13 tərəfindən Xətai rayon İcra hakimiyyəti Başçısına ünvanlanan 02/089 saylı məktubunda qeyd olunmuşdur ki, X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı, mülkiyyət formasından asılı olmayaraq, ölkə ərazisinin bütün regionlarında uşaq bağçalarının təmir və tikintisinə dəstək vermək, körpələri müasir standartlara cavab verən yeni bina və yüksək təlim-tədris prosesi ilə təmin etmək məqsədini daşıyır. Bu məqsədlə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 503 saylı sərəncamı ilə X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində ünvan 6 ünvanında "xxxx" MMC-yə öz vəsaiti hesabına 120 yerlik yeni uşaq bağçasının tikintisinə icazə verilmişdir. Hal-hazırda Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına tikintisi aparılan uşaq bağçasının gələcəkdə normal fəaliyyətinin təmin edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin tamamlanması və istismar edilməsi məqsədi ilə həmin tikilinin "xxxx" MMC- nin adına rəsmiləşdirilməsi üçün X11 müraciət edilmişdir. X9 02/089 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə göstərilən uşaq bağçasının tikinti işlərinin tamamlanması və gələcəkdə təyinatı dəyişdirilmədən istismar edilməsi şərti ilə "xxxx" MMC-nin adına qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə etiraz edilməmişdir. Bununla əlaqədar aidiyyatı üzrə sənədləşdirmənin aparılması Sizə həvalə olunur. -Xətai rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanlana 04 may 2017-ci il tarixli 528 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına tikintisi apardan bağçanın gələcəkdə normal fəaliyyətinin təmin edilməsi məqsədilə adına rəsmiləşdirilməsinə münasibət bildirilməsi haqqında X11 ünvanlanan məktuba baxılmış, bununla əlaqədar X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı, mülkiyyət formasından asılı olmayaraq, ölkə ərazisinin bütün regionlarında uşaq bağçalarının təmir və tikintisə dəstək vermək, körpələri müasir standartlara cavab verən yeni bina və yüksək təlim-tədris prosesi ilə təmin etmək məqsədini daşıdığı, bu məqsədlə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 503 saylı sərəncamı ilə X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində ünvan 9 ünvanında "xxxx" MMC-yə öz vəsaiti hesabına 120 yerlik yeni uşaq bağçasınınm tikintisinə icazə verildiyi, qeyd olunanları nəzərə alaraq, ünvan 10 ünvanında 0,3ha ərazidə müasir standartlara cavab verən 120 yerlik yeni uşaq bağçasının tikinti İşlərinin tamamlanması və gələcəkdə təyinatı dəyişdirilmədən istismar edilməsi şərtilə, həmin tıkiİini "xxxx" MMC- nin adına qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Binəqədi Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 10 ünvanında yerləşən binanın layilələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinə dair plan cizgi tərtib edlərək təsdiq edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanan 28 noyabr 2017-ci il tarixli xx/xx- 2030 saylı uşaq bağçasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi haqqında məktubdan görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 338 nömrəli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 510 nömrəli sərəncamına əsasən “Samir Ağdülü" Məhdud Məsuliyyətli Cəmiyyətinə X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqrqamı çərçivəsində Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında 100-120 yerlik uşaq bağçasının tikintisinə İcazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edildiyi, tikinti obyektinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətinin Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim olunmal olduğu bildirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 15/07 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 503 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün razılaşdırılmış Bakı Şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında “Samir Ağdülü" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 120 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0.2012 ha torpaq sahəsinin cizgisi təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-geoloji mərkəz tərəfindən verilmiş 03 dekabr 2014-cü il tarixli, 06-8303 saylı Bakı Şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında 2-3 mərtəbəli 120 yerlik uşaq bağçasının layihələndirilməsi məqsədilə aparılmış mühəndis-geoloji işlər üzrə verilmiş Rəy üzrə hesabat məqbul qiymətləndirilmişdir. - 022708 saylı lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş tikintinin təşkili layihəsindən görünür ki, Bakı Şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında “Samir Ağdülü" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 120 yerlik uşaq bağçasının layihəsi tərtib edilərək, Xətai rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət reyestrinə daxil edilmiş tikinti obyektlərinin reyestrdə qeydə alınması barədə Tikintilərin Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında X9 “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqrqamı çərçivəsində “Samir Ağdülü" Məhdud Məsuliyyətli Cəmiyyətinə 100-120 yerlik uşaq bağçasının tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar 28 noyabr 2017-ci il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Tikinti obyektinə informativ və statistik xarakterli - 01000003-1-2102-001186/1117 №-li kod verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X7 04 aprel 2018-ci il tarixli 871№li Texniki müayinə Rəyindən görünür ki, Bakı Şəhəri, Xətai rayonu, 2947-ci məhəllədə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında “Samir Ağdülü" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 120 yerlik uşaq bağçasının təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və binanın istismara yararlı olması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən iddiaçıya ünvanlanan 12 aprel 2018-ci il tarixli, xx/xx-01484 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında inşa etdiyiniz zirzəmili, 2 mərtəbəli 120 yerlik uşaq bağçasının aparılmış müayinənin nəticələri Agentliyin Təhlil qrupunun 04 aprel 2018-cı il tarixli, 871 saylı iclasında müzakirə olunmuşdur. Müzakirələr nəticəsində binalara dair rəy tərtib edilmişdir. Hazırda iddiaçı razılaşdırılmış layihə əsasında inşa edilmiş və tikintisinə icazə verilmiş qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasportun verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********66 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2947-ci məhəllə, X.Məmmədov küçəsi, 6 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının (uşaq bağçasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti sənədlərin surət olduğu, həmçinin iddiaçının adına qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim olunmadığı, torpaq sahəsinin ölçüsündə və təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun müəyyən olunduğu, eskiz layihədə layihəçinin xüsusi razılığını təsdiq edən sənədin (lisenziya) təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Məhkəmə imtinanın əsasları ilə bağlı qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 oktyabr 2014-cü il tarixli 503 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayon 2947-ci məhəllə, X.Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında yerləşən 0,3 ha torpaq sahəsində 120 yerlik yeni uşaq bağçasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Həmin sərəncamın hüquqi qüvvədə olmaması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunan sərəncama uyğun olaraq razılaşdırılmış layihə əsasında tikinti işləri aparmış və tikinti başa çatdıqdan sonra icra hakimiyyəti tərəfindən 04 may 2017-ci il tarixdə qeyri-yaşayış sahəsinin təyinatı dəyişdirilməmək şərtilə istismarına icazə verilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işçi layihəsi razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Təhlil qrupunun müsbət rəyləri tərtib edilmişdir. Qeyd olunanlara əsasən imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə sadalanan xüsusatları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və ayrıc aktında qeyd olunan sahənin texniki pasporta daxil edilərək texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2800/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2800/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver