Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2804/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abbasov” soyadının “Topçubaşov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxx 1947-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. “Abbasov” soyadını “Topçubaşov” soyadına dəyişmək məqsədi ilə yazılı ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir.Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-04/58 saylı cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qanunla tələb olunan sənədlərdən təkcə hərbi biletinin təsdiq olunmuş surətini qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Bu səbəbdən də soyadının dəyişdirilməsindən imtina olunmuşdur.Onun 73 yaşı var, hərbi mükəlləfiyyətli deyildir. Hərbi biletini də itirmişdir. Həm şəxsiyyət vəsiqəsində, həm doğum haqqında şəhadətnamədə, həm də evlənmə haqqında şəhadətnamədə soyadı «Abbasov» yazılmışdır. Soyadını dəyişmək onun hüququdur. O, «Topçubaşov» nəslindəndir, soyadları «Topçubaşov» olmuşdur. Lakin sonradan «Abbasov» soyadı yazılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə baxışı iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Topçubaşov Ceyhun Mustafa oğlu ifadəsində bildirdi ki, İddiaçı atası ilə onun atası əminəvəsidirlər. Onlar ata tərəfdən qohumdurlar. İddiaçının da ata tərəfdən qohumlarının soyadı «Topçubaşov»dur, sonradan babasının adı ilə onların soyadını «Abbasov» kimi yazmışlar. Hazırda «Topçubaşov» soyadının iddiaçıya verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Topçibaşev Fikrət Nəriman oğlu ifadəsində bildirdi ki, İddiaçı atası ilə onun atası əmioğlu, babaları qardaş olmuşlar. Onları soyadına görə sıxırdılar, ona görə də iddiaçının atasıgilin soyadını sonradan dəyişmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər VVAQ Bürosu tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ serialı 570379 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X5, anası X1r, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1947-ci il tarixdə 184 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş AZ seriyalı 160073 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 xx xxxxxxx 1969-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/9-04/58 saylı məktubda qeyd olunur: İddiaçı soyadının «Abbasov»dan «Topçubaşov»a dəyişdirilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.9-cu bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir: ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli; "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd. Nəzərinizə çatdırırıq ki, hərbi biletin notariat qaydasında təsdiq olunmuş surətini təqdim etməyinizdən müraciətinizi təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur, onun soyadı valideynlərin soyadı ilə «Abbasov» müəyyən edilmişdir. İddiaçı onun soyadının «Topçubaşov» soyadına dəyişdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə aşadırması zamanı iddiaçı soyadının «Topçubaşov» soyadına dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2804/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2804/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver