Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2805/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X34 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, "xxxx" MTKda işləyir), cavabdehin nümayəndəsi X12 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** seriyalı, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksi və istifadədə olan torpaq sahəsi İddiaçı, "xxxx" QSC, X15, X37 oğlu, X19, X45, X20, X21, X13, X22 ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyət hüququna malik olan bütün şəxslərin iştirakı ilə həmin daşınmaz əmlakın naturada bölgü sxemi tərtib olunmuş və həmin sxem notarial qaydada təqsdiq olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, İddiaçı, "xxxx" QSC-nin, X4, X37 oğlu, X6, X7, X8, X30, X3, X22 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksi üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və A1, A2, A4, A8, A9, C5, D2 tikililəri üzərində İddiaçı mülkiyyət hüquqlarının ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Bütün sənədləri qanunvericiliyə uyğun olaraq təqdim edilməsinə baxmayaraq cavabdeh müraciətdən imtina etmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahəsi üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün olmamışdır. Bu barədə vətəndaşa **********70, **********71, **********72, **********73, **********74, **********75, **********76 saylı xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi məhkəmədə iddia ərizəsində göstərilən məzmundə çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********555-12301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən A1, A2, A4, A8, A9, C5, D2 tikililəri iddaçının, C6 tikilisi X4, D3 və A6 tikililəri Bağır-X35, A7 tikilisi X16, A5 tikilisi X6, C1 tikilisi X30, D1 tikilisi X7, C3 tikilisi X9, C2 tikilisi X3, A3 tikilisi isə X22 xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********555-12301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən iddiaçının paylı mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyət növü xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü- mülkiyyətdir, ümumi sahəsi 3884,89 kv.m, torpaq sahəsinin üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir, torpağın ümumi sahəsi 0,2780 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********76, 2**********70, **********71, **********73, **********72, **********75, **********74 nömrəli cavab məktublarına əsasən, elektron kadastr məlumatlarına əsasən əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahələri üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş Əmlak kompleksi kimi müəssisənin texniki pasportuna əsasən, hüquq subyekti X31 və başqaları olan, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin inventar nömrəsi 11/4210; təsnifat A- 2 mərtəbəli tikili, A1, A2, A3, A4, A5, A6, A7, A8, A9, C1,C2,C3,C4,C5,C6, D1,D2,D3, K.L,M,N.O,P,RS,H,F - ictirahət binaları; T- xəzinə binası, T1- yarımstansiya binası,T2 – anbar binası, Y-tibb binası, U-xidmət binası, VV-yemekxana binası, , İ dəmir darvazası, İİ su hovuzu, İİİ yarımçıq tikili, İV dekoratav hasar,V-daş hasar, Vİ –daş hasar: torpaq sahəsinin ümumi tikili altı sahəsi 8687.85 kv.m, ərazinin ümumi torpaq sahəsi 53498.9 kv.m -dir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə birlikdə X23 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 6486,08 kv.m olan qeyriyaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisə) ümumi sahəsi 182,39 kv.m olan C4 tikilisinə dair (yeni ünvan: ünvan 5ən qeyri-yaşayış binası) müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkməyə təqdim edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 182,39 kv.m olan qeyri-yaşayış binası X23 xüsusi mülkiyyətindədir. AN-İ ******* nömrəli xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində iddiaçının etibarnamə üzrə nümayəndəsi X34, alıcı qismində isə X36 olmaqla, satıcı ünvan 4 ünvanında istifadədə olan 0.54686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 6486.08 kv. metr olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisə) ümumi sahəsi 182.39 kv. metr olan C4 tkilisini alıcının mülkiyyətinə verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A1, A2, A4, A7, A8, A9, C5 və D2 tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. 664 nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İddiaçı, ipoteka saxlayan "xxxx" ASC Sabunçu filialı, alıcı-ipoteka qoyan qismində X5maqla, Satıcı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 3884.89 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 182.39 kv.m olan hissəsini "Alıcı-lpoteka qoyanın" mülkiyyətinə verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A7, A8, A9, C5 tikililəri X10 xüsusi mülkiyyətindədir. AN-İ ******* nömrəli 10.12.214-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X27, X2 olmaqla, satıcı ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6486.08 kv/m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) ona məxsus olan A7, A8, A9, və C5 tikililərdən ibarət olan hissələrini alıcının mülkiyyətinə verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən C6 tikilisi X4 xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A1, A2, A4, A5, A7, A8, A9, C5, C6 və D2 tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İddiaçı, ipoteka saxlayan "xxxx" ASC Sabunçu filialı, alıcı-ipoteka qoyan qismində X37 oğlu olmaqla, Satıcı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli seriya RX N ******* nömrəli çıxarışa əsasən ümumi sahəsi 262.57 kv.m, tikintialtı sahəsi 183.1 kv.m olan ünvan 7 ünvanında yerləşən A6 saylı istirahət binasını "Alıcı-lpoteka qoyanın" mülkiyyətinə verir. ünvan 7 ünvanında yerləşən C1 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X30, D1 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X11, C3 tikilisi Daşınmaz əmlakın dövlət çıxarışa əsasən X9, C2 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3, A3 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X28, D3 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bağır-X35, A1, A2, A4, A5, A6, C6 və D2 tikililəri Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının, A7, A8, A9 və C5 tikililəri isə Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X14 xüsusi mülkiyyətindədir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 262.57 kv.m, tikintialtı sahəsi 183.1 kv.m olan A2 tikilisi və ümumi sahəsi 203.27, tikintialtı sahəsi 150.2 kv.m olan D2 tikilisini alıcı X1 mülkiyyətinə verməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 262.57 kv.m, tikintialtı sahəsi 183.1 kv.m olan A1 tikilisini alıcı X26 mülkiyyətinə verməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ünvan 3 ünvanında yerləşən A5, A6 və C6 tikililərini alıcı X17 mülkiyyətinə verməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 262.57 kv.m, tikintialtı sahəsi 183.1 kv.m olan A4 tikilisini alıcı X29 mülkiyyətinə verməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ünvan 3 ünvanında yerləşən A7, A8, A9 və C5 tikililərini alıcı X14 mülkiyyətinə verməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Müqavilənin ləğvi barədə xx.xx.2015-ci il tarixli sazişə əsasən, satıcı X14 ünvan 3 ünvanında yerləşən A7, A8, A9 və C5 tikilisini X2nun mülkiyyətinə verməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. 663 nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İddiaçı, ipoteka saxlayan "xxxx" ASC Sabunçu filialı, alıcı-ipoteka qoyan qismində X19 olmaqla, Satıcı ünvan 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 262.57 kv.m olan hissəsini "Alıcı-lpoteka qoyanın" mülkiyyətinə verir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı, alıcı X32 olmaqla, satıcı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 3884.89 kv.m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə ona məxsus olan A7 tikilisindən ibarət olan 262.57 kv.m hissəsini alıcının mülkiyyətinə verir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A6 tikilisi "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X32, alıcı "xxxx" QSC olmaqla, satıcı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 3884.89 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə ona məxsus olan 262.57 kv.m hissəsini alıcının mülkiyyətinə verir. Beləliklə işdə olan sənədlərlə müəyyən edilmişdir ki, əmlak kompleksi kimi müəssisəsinin əmlakı (tikililəri) ayrı-ayrı şəxslərə satılmqla, əmlak kompleksi paylı mülkiyyət kimi həmin şəxslərin adlarına dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona aid payının əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq, üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən xahiş etsədə, cavabdeh imtina etmişdir Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir.çının və iddia ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin faktiki hallarına əsasən iddiaçının iddia ərizəsində qeyd edilən daşınmaz əmlak (əmlak kompleksi) iddiaçı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən şəxslərin də paylı mülkiyyətindədir, iddiaçının adına həmin əmlak üzərində paylı mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Yəni, göründüyü kimi əmlakın hüquqi rejimi paylı mülkiyyət kimi müəyyən edilmişdir. Qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 8 ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2805/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2805/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver