Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2806/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.N2-ci il tarixdən xx xxx N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixdən xx xxx N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, SHXÇDX-nin Daşkəsən rayon İdarəsi tərəfindən xx xxxx N2-ci il tarixdə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeçiliyində olan döyüşən ordunun tərkibində N saylı hərbi hissəyə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N2-N3-cü illərdə Gədəbəy rayonu ərazisində Keçəl dağ, Pereval, İsgəndər qalası və Ağdam rayonunun Sarıcalılar kəndi uğrunda gedən döyüşlərdə xx xxx N4-cü il tarixədək (Atəşkəs elan edilənədək) iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 181 №-li əmri ilə xx.xx.N2-ci il tarixində N saylı hərbi hissəyə daxil edilmiş və xx xxx N4-cü il tarixədək atəşkəs elan olunanadək hərbi xidmət keçərək döyüşlərdə layiqincə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanov xx.xx.2020-ci il tarixli, 1/C-11301 arayışında 665 №-li protokol ilə onun hərbi xidməti haqqında müsbət qərar qəbul etməmişdir. Ərizəyə əlavə olunan hərbi biletində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, əmrə əsasən yenidən hərbi hissədə N2-N3-cü illərdə Gədəbəy rayonu ərazisində Keçəl dağ, Pereval, İsgəndər qalası və Ağdam rayonun Sarıcalılar kəndi uğrunda gedən döyüşlərdə xx xxx N4-cü il tarixədək (Atəşkəs elan edilənə) qədər döyüşlərdə iştirak etmişdir. Hərbi biletində xx xxx N4-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyi təsdiq edən qeydlər vardır. Qanunda da göstərmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə döyüşlərdə iştirak etməyi barədə arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi xx.xx.2020-ci il tarixli, 1/C-11301 №-li arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidmət barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Arxiv idarəsindən verilən xx.xx.2019-cu il tarixli, 9/2- 20362 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, sıravi X1 N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixlil nömrəli əmrilə (əsas4; səh 32, bənd-1, sıra-12) fərari kimi qeydə alınaraq, ştatdan kənar hesab edilmişdir. Uzun müddət fərarilirk etdiyinə görə sırafi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli, 015 nömrəli əmrlə (əsas; səh-64, sıra -13; əmrdə adı Mahiyəddin yazılmışdır) hərbi hissənin şəxsi heyətin siyahısından xaric edilərək, hərbi bileti, müvvəqəti vəsiqəsi Azərbaycan Respublikası Hərbi Komisarlığına göndərilmişdir. Müxtəlif səbəblərə görə hərbi hissəni özbaşına tərk etmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 20 nömrəli əmrilə (əsas; səh-76, bənd-1, sıra-43) hərbi hissənin bütün növ təminatlardan azad edilmişdir. Beləliklə, təqdim olunan sənədlərdən görünmüşdür ki, İddiaçı döyüş əməliyatları aparıldığı zaman hərbi hissəni özbaşına tərk etməklə uzun müddət fərarilikdə olduğu səbəbindən hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmışdır. Belə olan halda iddiaçı hər hansı bir hərbi hissənin tərkibində xidmətkeçməsini döyüş əməliyyatlarda iştirak etməsini və ya qanuni əsaslarla ehtiyata buraxılmasını məhkəməyə sübut edə bilməmişdir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, xidmətdən buraxıldıqları hərbi hissənin siyahılarından çıxarıldıqları gündən bu statusu itirirlər. Sözügedən Qanunun 30-cu maddəsinin 3-cü bəndinə əsasən müəyyən edilmiş hərbi xidmət qaydalarına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hərbi cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N7-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı”adı verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri yə ya arxiy arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-lqtisadi kolleqiyasının xx xxxx 2017-ci il tarixli 2- 1(102)-1161/2017 nömrəli iş üzrə Qərarında da göstərilmişdir ki, ”hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməlivatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-ci il tarixli, 9/2-20362 №-li məktubunun surətindən görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 181 №-li əmrilə (əsas: səh.-25, sıra- 100; qeyd: əmrdə atasının adı Müzənfər yazılmışdır) X2 xx.xx.N2-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 11 №-li əmrində (əsas: səh.-4, sıra-8; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) döyüş mövqesində olduğuna görə sıravi İddiaçı M. oğluna 3 (üç) qat əmək haqqı verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 06 №-li əmrində (əsas: səh.-469, sıra-83; qeyd: əmrdə atasının adı yazılmamışdır) döyüş mövqəsində olduğuna görə sıravi İddiaçı 3 (üç) qat əmək haqqı verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 43 №-li əmrində (əsas: səh.- 212, sıra-91; qeyd: əmrdə adı Mahrəddin yazılmış, atasının adı yazılmamışdır) döyüş zonasında olduğu üçün 3 (üç) qat əmək haqqı ödənilmiş şəxsi heyətin siyahısında atıcı, sıravi Mahrəddin Cəfərovun adı qeyd edilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 1 №-li əmrilə (əsas: səh.-32, bənd-1, sıra-12) fərari kimi qeydə alınaraq, ştatdan kənar hesab edilmişdir. Uzun müddət fərarilik etdiyinə görə sıravi X3 N №-li hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 015 №-ii əmrilə (əsas: səh.-64, sıra-43; qeyd: əmrdə adı Mahiyəddin yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından xaric edilərək, hərbi bileti, müvəqqəti vəsiqəsi Azərbaycan Hərbi Komissarlığına göndərilmişdir. Müxtəlif səbəbə görə hərbi hissəni özbaşına tərk etmiş, sıravi X4 N №-li hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 20 №-li əmrilə (əsas: səh.- 76, bənd-1, sıra-43) hərbi hissənin bütün nov təminatlarından azad edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)- 699/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi) hərbi biletində olan hərbi hissəni özbaşına tərk etməsi barədə qeydin ləğv edilməsi və yeni hərbi biletin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən onun xidməti barədə verilmiş arxiv arayışını mübahisələndirərək, xx.xx.N2-ci il tarixdən xx xxx N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə arxiv arayışı verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. - 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt – konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Göründüyü kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Yəni inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir, hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. İddiaçı onun barəsində verilmiş xx.xx.2019-ci il tarixli arxiv arayışını mübahisələndirirək, ona xidməti barədə ətraflı arxiv arayışı verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin arayış məlumat xarakterli olub, arxivdə olan məlumatlar əsasında iddiaçıya verildiyindən (həmin arayışda iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidməti barədə bütün məlumatlar (hərbi xidmətə qəbulu və xarici barədə) öz əksini tapmışdır) həmin arxiv arayışı inzibati akt kimi qəbul edilməməlidir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki mübahisədə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı, eləcə də iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçı tərəfindən isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2806/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2806/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver