Məhkəmə qərarları › İş №2-1(112)-2806/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2806/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2806/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Polis İdarısinin xx.xx.2021-ci il tarixli məktubunu əsassız hesab edərək, onun 3 azyaşlı övladları ilə birlikdə ünvan 4 binanın 13 saylı mənzilinə qeydiyyata alınmağı vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə X14 ilə nikahlarını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2010-cu ildə İddiaçı2, xx.xx.2013-cü ildə İddiaçı3, xx.xx.2019-cu ildə İddiaçı4 adında 3 (üç) övladı anadan olmuşdur. Həyat yoldaşı X6 təqsiri üzündən aralarında ciddi narazılıqlar yaranmış, ailənin dağılmasının qarşısını almaq mümkün olmamış və iddiaçı 2015-ci ilin əvvəlində iki övladını da götürərək anası X7 qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 13 saylı mənzilinə gedərək həmin mənzildə yaşamağa başlamış və bir müddətdən sonra özünə məxsus əmlakını da həmin mənzilə gətirmişdir. İddiaçı anasının mənzilində yaşamağa başlayandan sonra həyat yoldaşı da barışmaq adı ilə bir müddət onlarla birlikdə anasının mənzilində yaşamışdır və həmin dövrdə 3-cü övladları İddiaçı4 hazırda yaşadığı mənzildə anadan olmuşdur. Lakin yenə də həyat yoldaşı ilə barışıb ailəni bərpa etmək mümkün olmamış, 2019-cu ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçı həmin mənzilə mənzildə yaşayanların razılığı ilə köçüb yaşamağa başlamış və artıq altı ildən çoxdur ki, mübahisəsiz olaraq həmin mənzildə yaşayır. İki övladı yaşadıqları ərazidə yerləşən 283 Saylı Orta Məktəbdə təhsil alırlar - oğlu Mahir məktəbin 6-cı sinifində, qızı isə 3-cü sinifində təhsil alır. Lakin 6 ildən artıq müddətdə övladları ilə birlikdə yaşadığı mənzildə qeydiyyata alınmamaqları onun üçün bəzi problemlər yaradır. Belə ki, Ərazi üzrə Poliklinikadan istifadə edə bilmirlər. Eyni zamanda yaşadıqları evdə qeydiyyatda olmamağı səbəbindən mühüm dövlət tədbirlərində, Azərbaycan Respublikasının Prezidentinin, Milli Məclisin deputatlarının, Bələdiyyələrin seçkilərində iştirak edə bilmir. Azərbaycan Respublikası vətəndaşı olaraq seçib-seçilmək hüququndan məhrum olur. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2015-ci ildən üç uşaqla birlikdə yaşadığı ünvan 4 binanın 13 Saylı mənzilinə qeydiyyata alınmağımıza kömək göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi ərizəsinə xx.xx.2021-ci il tarixli məktubla cavab vermişdir ki, “Sizin Suraxanı Rayon Polis İdarəsinə ünvanladığınız xx.xx.2021-ci il tarixli müraciətinizə İdarənin Qeydiyyat və X9 aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdıraq ki, ərizənizlə bağlı tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sizin hal-hazırda yaşadığınız Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 14a, ev 13-ün “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi yoxdur. Bu səbəbdən qeydiyyat mümkün deyildir. Odur ki, məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”. Hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin cavabı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10932/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10932/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2806/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2806/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2806/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2806/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı evin 13 saylı mənzilinə qeydiyata alınması qanunamüvafiq hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 096-28156-1221 nömrəli, xx.xx.2022-ci il tarixli, 096-2780-1222 nömrəli və xx.xx.2022-ci il tarixli, 096- 14458-1222 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ 399278 nörməli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1986-cı il təvəllüdlü X10 atası X8 və anası X11r. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-T № 144268 nömrəli doğum haqqında şəhadətnamanin surətindən görünür ki, İddiaçı4 xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1444 nömrəsi ilə qeyd edilmişdir. X2, anası İddiaçı1dır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli, 14a saylı binadan 5-ci mərtəbədən yaşayış sahəsi 44.5kv.m olan ümumi sahəsi 87.75 kv.m, 2 otaqlı 13-cü mənzili 3 nəfər ailə üzvü (özü, oğlu və qızı) X18 verilmişdir: X22 özü-1957-ci il, X15 h/yoldaşı-1960-cı il, X20-qızı 1993-cü il, X12-oğlu-1995-ci il. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-17720- 1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında xx.xx.1960-cı il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 14A, 13 saylı mənzilin İddiaçı1 Ramiz qızının adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2021-ci il tarixli, 118 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14a saylı bina Suraxanı rayon MKTB-nin balansındadır. Həmin evin 13 saylı mənzilinin sahibi mənzillə bağlı sərəncam və ya order təqdim etmədiyindən və kirayə müqaviləsi bağlamadığından həmin mənzillə bağlı 103 saylı MKİS-də heç bir məlumat yoxdur. Buna görə də göstərilən sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********05 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 14A, 13 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2 - 2010, İddiaçı3 - 2013, İddiaçı4 – 2019, həqiqətən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 13 nömrəli mənzilində pasport qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 725843 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.2015-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 96 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 416/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X14 ilə Hüseynova (Quliyeva) Nigar Ramis qızı arasında Ağstafa rayon Qeydiyyat şöbəsində bağlanmış və 11 aprel 2009-cu il tarixdə nikah bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X23, xx xxxx 2013-cü il təvəllüdlü İddiaçı3 və xx xxxx 2019-cu il təvəllüdlü İddiaçı4 anaları Hüseynova (Quliyeva) Nigar Ramis qızının yanında qalmaları, X4 04 noyabr 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü İddiaçı2, xx xxxx 2013-cü il təvəllüdlü İddiaçı3 və xx xxxx 2019-cu il təvəllüdlü İddiaçı4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulub, Hüseynova (Quliyeva) Nigar Ramis qızına verilməsi, X4 04 noyabr 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2019cu il təvəllüdlü İddiaçı4 3 yaşına qədər hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulub, Hüseynova (Quliyeva) Nigar Ramis qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 365125 nömrəli, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X14 ilə İddiaçı1 arasında olan nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 281 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1/818 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı evin 13 saylı mənzili Bakı şəhəri, Suraxanı rayonu, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla sosial təyinatlı mənzil fonduna daxildir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1/765 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 16 saylı sərəncamın və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş sorğuda qeyd edilən məsələ ilə bağlı Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 372 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli yaşayış binası və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarına əlavə edilmiş X16 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində xx xxxxx 1986-cı ildə anadan olmuş İddiaçı1 iki azyaşlı övladları - xx xxxxxx 2010-cu ildə anadan olmuş İddiaçı2 və xx xxxx 2013-cü ildə anadan olmuş İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 A saylı binanın 13 saylı mənzilinə qeydiyyata alınmalarına razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş X12 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.1986-cı ildə anadan olmuş İddiaçı1 iki azyaşlı övladları - xx.xx.2010-cu ildə anadan olmuş İddiaçı2 və xx.xx.2013-cü ildə anadan olmuş İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 A saylı binanın 13 saylı mənzilinə qeydiyyata alınmalarına razı olduğunu bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 096-23575H-1221 nömrəli məktubunda bildirilmişdir ki, sizin Suraxanı Rayon Polis İdarəsinə ünvanladığınız xx.xx.2021-ci il tarixli, 096-23575H-3121 saylı müraciətinizə X5 Bölməsində aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırılır ki, ərizənizlə bağlı tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sizin hal-hazırda yaşadığınız ünvan 6 ünvanının “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi yoxdur. Bu səbəbdən sizin həmin ünvana qeydiyyata almaq mümkün deyildir. Odur ki, məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a nömrəli evin 13 saylı mənzili X18 arvadı X15, X20 və X1 ibarət tərkibdə Qarabağ müharibəsi əlili kimi istifadəsinə verilmişdir. X22 xx.xx.2015-ci ildə vəfat etmişdir. Hazırda sözügedən mənzildə sərəncamda adıçəkilən şəxslərdən X15 qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda iddiaçılar İddiaçı1 X7 qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə nəvələri olmaqla həmin ünvanda faktiki yaşayırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X14 ilə Hüseynova (Quliyeva) Nigar Ramis qızı arasında Ağstafa rayon Qeydiyyat şöbəsində bağlanmış 11 aprel 2009-cu il tarixdə nikah bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü İddiaçı2, xx xxxx 2013-cü il təvəllüdlü İddiaçı3 və xx xxxx 2019-cu il təvəllüdlü İddiaçı4 anaları Hüseynova (Quliyeva) Nigar Ramis qızının yanında qalmaları qət edilmişdir. Hazırkı halda İddiaçı2, İddiaçı3 və İddiaçı4 azyaşlı olmaqla anaları Hüseynova (Quliyeva) Nigar Ramis qızının himayəsindədirlər və himayəsində olduqları İddiaçı1 yaşayış yeri həm də onların yaşadıqları yer hesab olunur. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınmaları üçün sözügedən mənzilin qeydiyyat vəsiqəsinin olmamasına dair dəlili ilə razılaşmır. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin mənzilin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə sözügedən mənzil Qarabağ müharibəsi əlili kimi növbədə olan mərhum X17 ailə üzvləri ilə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Mənzil sosial təyinatlı dövlət mənzil fonduna aid olmaqla hazırda Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balanssaxlayıcı olan Suraxanı rayon İcra Hakimiyyəti iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı evin 13 saylı mənzilinə qeydiyata alınmasını qanunamüvafiq hesab etmişdir. Eyni zamanda sərəncamda adı çəkilən şəxslər X15, X20 və X12 iddiaçıların həmin ünvana qeydiyyata düşmələrinə etiraz etmirlər. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Məhkəmə hazırkı halda mənzilin balansaxlayıcı olan Suraxanı rayon İcra Hakimiyyətinin iddiaya münasibət olaraq iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarına razı olduğunu bildirməsini Qanunun 5-ci maddəsində göstərilən “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” qismində qəbul edir və hesab edir ki, qeyd edilən razılıq iddiaçıların həmin ünvana qeydiyyata alınmalarına əsasdır və hazırkı halda iddiaçıların həmin ünvana qeydiyyata alınmalarını istisna edən hər hansı hüquqi və faktiki hal mövcud deyildir. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi halda həmin ünvana iddiaçının ailə üzvü olan anası X13 qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə mənzilin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 və xx.xx.2019-cu il təvəllüdlü İddiaçı4 Bakı şəhəri, ünvan 6 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2013cü il təvəllüdlü İddiaçı3 və xx.xx.2019-cu il təvəllüdlü İddiaçı4 Bakı şəhəri, ünvan 6 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar