Məhkəmə qərarları › İş №2-1(112)-2808/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2808/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2808/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olunduğu gündən pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olunduğu gündən pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin 07 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixindən halhazıradək Heydər Əliyev adına X6 (əvvəlki adı: “Azərneftyanacaq” X11 və Heydər Əliyev adına Bakı X11) çalışır. xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Zavodun 13 N-li sexinin quraşdırma və texnoloji aparatların təmiri sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 N-li sexin texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 2-ci təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 N-li sexin kokstəmizləyənlər briqadasında kokstəmizləyən, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 13 N-li sexin təmizləyicilər briqadasında təmizləyici, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 13 N-li sahənin təmizləyicilər briqadasıda təmizləyici, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 13 N-li sahənin texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorroziya üzrə xidmət sahəsində təmizləyici peşələrində çalışmışdır. xx.xx.2023-cü il tarixindən hal-hazıradək Zavodun 18 N-li sahəsində təmizləyici peşəsində çalışır. xx.xx.2024-cü il tarixli müraciətlə güzəştli şərtlərlə pensiya təminatı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-145023/2024 nömrəli məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının işlədiyi peşənin xüsusiyyətini əmək fəaliyyətini həyata keçirdiyim müəssisə daha dəqiq bildiyindən, arayışın dəqiqləşdirilmiş formada yenidən verilməsi üçün Heydər Əliyev adına X9 yenidən müraciət etmiş, zavod tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-7/2- 389/2024 nömrəli yeni arayışda “Heydər Əliyev adına X6 mövcud ştat cədvəlində olan kokstəmizləyən və təmizləyici peşələri (zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərini yerinə yetirənlər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 10.3. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş kokstəmizləyənlər və təmizləyicilər peşələri ilə eynilik təşkil edir” qeyd edilmişdir. Həmin arayışı əlavə edərək xx.xx.2024-cü il tarixli müraciətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yenidən müraciət etmişdir.Mərkəzi Filial tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 200121/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması; tərkibində kükürdlü hidrogen və oksidləşmiş karbon olan qazların komprimirləşdirilməsi və fraksiyalara ayrılması; sulfat turşusunun alkilirləşdirilməsi, benzinin etilləşdirilməsi; neft məhsulları və süni maye yanacağın turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi; suların fenolsuzlaşdırılması, parafinin, serezinin, merkaptanların, katalizatorların, neft məhsulları aşqarlarının, koksun, neft xammalından alınan sintetik məhsulların; bərk yanacağın yarımkokslaşdırılması; qazların kükürdlü birləşmələrdən, karbon oksidləşməsindən təmizlənməsi, bərk yanacağın və kükürdlü neft məhsullarının hidridləşdirilməsi, karbohidrogenlərin sintezi; hidridləşdirilmiş məhsulların emalı, bərk yanacağın kokslaşdırılması və qazlaşdırılması; qələvi tullantılarının yağsızlaşdırılması və turşusuzlaşdırılması; tərkibində kükürdlü hidrogen olan neftin və qaz kondensatının elektriklə duzsuzlaşdırılması və susuzlaşdırılması, sabitləşdirilməsi, hidrotəmizlənməsi, adi (qaz) kükürdün alınması istehsallarında məşğul olan yuxarıda sadalanan fəhlələr (10.3) nəzərdə tutulmuşdur. Mərkəzi Filialın əməkdaşları imtinanı əsaslandırmaq məqsədilə, 10.3-cü bölmədə qeyd edilən “kokstəmizləyənlər” və “təmizləyicilər” peşələrinin mövcudluğunu danmağa çalışsalar da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.3-cü bölməsində çalışdığı peşələrin hər ikisinin adı mövcuddur. Bu səbəbdən həmin peşələrdə çalışdığı dövr üçün güzəştli iş stajının olmaması barədə cavabdeh tərəfindən verilən imtina məktubu tamamilə əsassızdır. Belə ki, Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14- 2-7/2-389/2024 “zərərli iş şəraiti haqqında arayış”da iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarının 10.3-cü bölməsinə əsasən zərərli hesab edildiyi qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-200121/2024 nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. Həmin maddənin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır." İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı tələb edilən yaş həddinə çatsa da, güzəştli iş stajı ilə bağlı dispozisiya şərtləri ona münasibətdə mövcud olmamışdır. İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hügugu verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar geyd olunmalıdır: Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay. günlə göstərilməklə); Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. İnzibati icraat materiallarından da məlum olur ki, iddiaçı E.X3 müraciət edərkən ARDNŞ-in Heydər Əliyev adına X5 iş stajı ilə bağlı güzəştli arayış təqdim etmişdir. Həmin arayışa əsasən iddiaçının bu müəssisədə 3 vəzifədə - texnoloji qurğuların təmiri üzrə çilingər, kokstəmizləyən və təmizləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. Belə ki. İddiaçı: xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək texnoloji qurğuların təmiri üzrə çilingər; xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək kokstəmizləyən; xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən bugünədək təmizləyici vəzifələrində işləmişdir. Həmin arayışda qeyd edilən dövrlərdən iddiaçının yalnız xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajı 5 il 10 ay təşkil edir, bu da qanunla tələb edilən 12 il 6 aydan azdır. Mərkəzi Filial tərəfindən mübahisələndirilən dövrlər İddiaçı kokstəmizləyən və təmizləyici işlədiyi illərlə bağlıdır. Belə ki. güzəştli arayışa görə sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlı 10-cu fəslinin “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlı 10.3-cü bölməsindəki kokstəmizləyənlər və təmizləyicilər vəzif əl ə ri nə uyğun olduğu qeyd edilmişdir. Bildiririk ki, əslində Siyahının 10.3-cü bölməsi “Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin. şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması' adlanır və müəssisənin istinad etdiyi bölmə ilə eynilik təşkil etmir. Belə ki, iddiaçının işlədiyi mübahisələndirilən vəzifələrin (kokstəmizləyən və təmizləyici) nəzərdə tutulduğu sahə müəssisənin fəaliyyət sahəsinə aid olmadığına görə müəssisə arayışda faktiki olaraq Siyahının “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlı 10.5-ci bölməsinin adını həmin Siyahının 10.3-cü bölməsindəki vəzifələrlə uyğunlaşdırmağa çalışmış, bu səbəbdən güzəştli arayışda istinad edilən bölmənin adını və kodunu səhv qeyd etmişdir. Başqa sözlə, ARDNŞ-in Heydər Əliyev adına X11 arayışda da qeyd etdiyi kimi neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsi (10.5-ci bölmə) üzrə fəaliyyət göstərir. Həmin sahə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Siyahısında (10.5.1-10.5.4-cü bəndlər) isə kokstəmizləyən və təmizləyici vəzifələri nəzərdə tutulmamışdır. Deməli, həmin müəssisədə kokstəmizləyən və təmizləyici vəzifələrində işləyən şəxslərin güzəştli stajı mövcud deyil. Əlavə məlumat üçün, kokstəmizləyən və təmizləyici vəzifələrində işləyənlər yalnız aşağıdakı sahələr üzrə fəaliyyət göstərən müəssisələrdə çalışdıqları halda güzəştli staja malik ola bilərlər: Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması; Tərkibində kükürdlü hidrogen və oksidləşmiş karbon olan qazların komprimirləşdirilməsi və fraksiyalara ayrılması; sulfat turşusunun alkilirləşdirilməsi. benzinin etilləşdirilməsi; neft məhsulları və süni maye yanacağın turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi; Suların fenolsuzlaşdırılması, parafinin, serezinin, merkaptanların, katalizatorların, neft məhsulları aşqarlarının, koksun, neft xammalından alınan sintetik məhsulların; bərk yanacağın yarımkokslaşdırılması; qazların kükürdlü birləşmələrdən. karbon oksidləşməsindən təmizlənməsi, bərk yanacağın və kükürdlü neft məhsullarının hidridləşdirilməsi; karbohidrogenlərin sintezi; hidridləşdirilmiş məhsulların emalı, bərk yanacağın kokslaşdırılması və qazlaşdırılması; Qələvi tullantılarının yağsızlaşdırılması və turşusuzlaşdırılması; tərkibində kükürdlü hidrogen olan neftin və qaz kondensatının elektriklə duzsuzlaşdırılması və susuzlaşdırılması, sabitləşdirilməsi, hidrotəmizlənməsi, adi (qaz) kükürdün alınması istehsalları. Məhkəmə hər bir halda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Görülən işlər, əmək şəraitinin xüsusilə zərərli və ağır olması ilə bağlı heç bir şübhə doğurmamalıdır. Əks halda sadəcə vəzifənin adına əsaslanmaqla hər hansı iş dövrünün güzəştli staja daxil edilməsi müvafiq hüquq normasının qəbul edilmə məqsədinin nəzərə alınmaması ilə nəticələnə bilər. Qeyd edilən hal həm də bərabərsizliyə səbəb ola bilər. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının analoji işlərlə bağlı 2-1(102)-1030/2023 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda da birbaşa göstərilmişdir ki, güzəştli iş stajı ilə bağlı işəgötürənin arayışında şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qeyd olunmalıdır. Lakin hazırkı iş üzrə müəssisənin arayışında nəinki işin xüsusiyyətlərinə münasibət bildirilməmiş, hətta Siyahı üzrə yanlış bölmə və koda istinad edilmiş, həmçinin vəzifə təlimatları da təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı 2-1 (102)- 1410/2021, 2-1(102)131/2022, 2-1(102)-1399/2023 nömrəli qərarları). Cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Deməli, güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub- olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “ Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və pensiya kapitalı (və ya ümumi iş stajı) tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı tələb olunan müddətdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o,xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Rəssamlar X1 Kombinatında İYK Tərtibat sexinə mozaika ustası-icraçısı işində, xx.xx.1997-ci ildən xx.xx.1998 -ci ilədək Bakı Avia Aqreqat İstehsalat Birliyində yığıcı-çilingər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “Azərneftyanacaq” İB-nin T/h TTİ 3-cü dərəcəli üzləyici peşəsində xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Zavodun 13 N-li sexinin quraşdırma və texnoloji aparatların təmiri sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 N-li sexin texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 2-ci təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2009-cu il tarixindən 13 N-li sexin kokstəmizləyənlər briqadasında kokstəmizləyən peşəsinə keçirilib, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 13 N-li sexin təmizləyicilər briqadasında təmizləyici, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 13 N-li sahənin təmizləyicilər briqadasıda təmizləyici, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 13 N-li sahənin texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorroziya üzrə xidmət sahəsində təmizləyici peşəsinə keçirilib, hal-hazıradək işləyir . SOCAR Heydər Əliyev adına X11 tərəfindən 15 may 2024-cü il tarixli, 14-2-7/2- 117/2024 nömrəli “Zərəli iş şəraiti haqqında ” arayışına əsasən, S/s İşlədiyi dövr İşlədiyi yer, peşə Zərərli iş şəraitinin Daxil olma Azad olma Əmrin №-si, və vəzifə müəyyən edilməsinə tarixi tarixi tarixi əsas 13 N-li sex, Azərbaycan quraşdırma və Respublikası Nazirlər texnoloji Kabinetinin 8-12/156 aparatların təmiri xx.xx.1993-cü il

1. xx.xx.2003 xx.xx.2004 sahəsi , texnoloji tarixli, 320 nömrəli xx.xx.2003 qurğuların təmiri Qərarı (2-ci siyahı) üzrə çilingər Şifrə 2130301a- 18547, Xİİ bölmənin 3-cü yarımbölməsi 13 N-li sex, Azərbaycan texnoloji Respublikası Nazirlər qurğuların təmiri Kabinetinin və quraşdırılması xx.xx.1993-cü il sahəsi 2-ci təmir tarixli, 320 nömrəli 8-3/24 sahəsi, texnoloji Qərarı (2-ci siyahı)

2. xx.xx.2004 xx.xx.2009 xx.xx.2004 qurğuların təmiri Şifrə 2130301aüzrə çilingər 18547, Xİİ bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 N-li sex, 243k kokstəmizləyənlər

3. xx.xx.2009 xx.xx.2009 xx.xx.2009 briqadası, kokstəmizləyən 13 N-li sex, 963k təmizləyicilər

4. xx.xx.2009 xx.xx.2014 Azərbaycan xx.xx.2009 briqadası, Respublikası Nazirlər təmizləyici 13 N-li sahə, Kabinetinin 154 təmizləyicilər xx.xx.2007- ci il tarixli,

8. xx.xx.2014 xx.xx.2016 12 nömrəli Qərarının xx.xx.2014 briqadası, təmizləyici 10.3. 13 N-li sahə, (Neftin,qazın,qaz texnoloji kondensatının emalı SOCAR1617 qurğularda (dəniz neftçilərindən ********** çənlərin başqa) kömürün və

10. xx.xx.2016 xx.xx.2023 0020A00107 təmizlənməsi və şistin emalı) bölməsi xx.xx.2016 antikorroziya üzrə xidmət sahəsi, təmizləyici Hal- 14-2-27/3- 18 N-li sahə,

11. xx.xx.2023 hazıradək 1 k-918/2023 təmizləyici xx.xx.2023

SOCAR Heydər Əliyev adına X11 tərəfindən 17 iyul 2024-cü il tarixli, 14-2-7/2- 389/2024 nömrəli “Zərəli iş şəraiti haqqında ” arayışına əsasən, Bu arayış verilir X2 ondan ötrü ki, xx.xx.2003-cü ildən hal-hazıradək,zərərli peşələrdə işləmişdir: Heydər Əliyev adına X6 mövcud ştat cədvəlində olan kokstəmizləyən və təmizləyici peşələri (zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərinin yerinə yetirənlər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.3. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş kokstəmizləyənlər və təmizləyicilər peşələri ilə eynilik təşkil edir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletdən görünür ki, X4 24 oktyabr 1982-ci ildən 27 oktyabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Г 606874 nömrəli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 17 iyul 1982-ci ildə orta texniki peşə məktəbini tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-200121/2021 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən SOCAR Heydər Əliyev adına X8 sizə dair 17 iyul 2024-cü il tarixli 14-2-7/2- 389/2024 nömrəli arayışında xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində kokstəmizləyən briqadasında kokstəmizləyən, xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2014xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində 13 nömrəli sexdə təmizləyicilər briqadasında, xx.xx.2016-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 13 nömrəli sahənin texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorriziya üzrə xidmət sahəsində, xx.xx.2023-cü il tarixindən bugünədək isə 18 nömrəli sahədə təmizləyici vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi müəsisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay (xx.xx.2003xx.xx.2004-cü il, xx.xx.2004- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, çalışdığı müəsisənin fəaliyyət sahəsi sözügedən Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Heydər Əliyev adına X8 (SOCAR) DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimova ünvanlanmış 14 may 2025-ci il tarixli 14-2- 7/2-489/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi kokstəmizləyən və təmizləyici peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının 10.3 bölməsi ilə (kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsullarının alınması, katalitik riforminqin, qətranların çəkilməsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İddiaçı təmizləyici kimi aşağıdakı funksiyaları yerinə yetirmişdir: - Texnoloji qurğularda borulu sobaların borularını, returbentlərini koksdan və çirkdən təmizləmək; - Texnoloji qurğuların reaksiya kameralarını,rektifikasiya kalonlarını, buxarlandırıcıları, elektrik dehidratorlarını, çənləri, tutumları və digər avadanlıqları çirk, neft məhsulları qalıqları, çöküntü və şlamdan əllə və ya mexaniki vasitələrlə təmizləmək; - Aparatlardan çıxarılmış tullantıları müəyyən edilmiş yerə yığmaq və daşınması üçün maşınlara yükləmək; - Lazım gəldikdə texnoloji qurğuların təmiri üzrə çilingər işlərini icra etmək; - Təmizlik-abadlıq işlərini yerinə yetirmək; - İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna ( EİP 02/10 ) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq. İddiaçının məhkəməyə təqdim etdiyi İş Təsvirində (Job Descrıptıon) aşağıdakılar qeyd edilmişdir: -SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi. -Texnoloji qurğularda təmizləyici Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. -Texnoloji qurğularda borulu sobaların borularını, returbentlərin koksdan və çirkdən təmizləmək. -Texnoloji qurğularda reaksiya kameralarını, reftifikasiya kalonlarını, buxarlandırıcıları, elektrik dehitratorlarını,çənləri, tutumları və digər avadanlıqları çirk, neft məhsulları qalıqları, çöküntü və şlamdan əllə və ya mexaniki vasitələrlə təmizləmək. -Təmizlədikdən sonra qazanların və boruların qızan səthlərinin üfürülməsi və yuyulması.Təmizlənmə əşyalarını hava, su və ya məhlul ilə təzyiq altında emal edilməsi. -Aparatlardan çıxarılmış tullantıları müəyyən edilmiş yerə yığmaq və daşınması üçün maşınlara yükləmək. -Lazım gəldikdə texnoloji qurğuların süzgəclərini, tutumlarını və digər avadanlıqların gildən, duzdan, reagentlərdən, katalizatorların boşaldılıb, təmizlənməsi və yüklənməsi. -Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək. -İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda iş vaxtından əlavə və ehtiyac duyulduğu halda növbəli iş rejmində işləmək. -İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq. -İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları təqdim edilmişdir.

Tətbiq edilən hüquq.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən:

Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı

Məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçı tələb edilən yaş həddinə çatsa da , xx.xx.2016-xx.xx.2023-cü illər ərzində işlədiyi müəsisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil Beləliklə, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı xx.xx.2016-xx.xx.2023 işlədiyi dövr güzəştli iş stajına əlavə edilmir. Halbuki SOCAR Heydər Əliyev adına X8 verdiyi “Zərərli iş şəraiti haqqında arayışa” əsasən iddiaçının xx.xx.2003 ildən hal- hazırkı günədək işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən “Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması istehsalata aid peşələrdir. Bu istehsalat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.3.bölməsində öz əksini tapmışdır. İş materiallarında olan iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlardan (İş təsvirində (Job Descrıptıon) görünür ki, iddiaçının təmizləyici kimi yerinə yetirdiyi funksiyalar Siyahıda göstərilmiş peşələrə uyğundur. Belə olan halda iddiaçının güzəştli stajı qanunla tələb olunan 12 il 06 aydan çox təşkil edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar