Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2809/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkilh oğlunun Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1anov rayonu, Mayakovski küçəsi 15 saylı evin 19 saylı mənzilinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1anov rayonu, Mayakovski küçəsi 15 saylı evin 19 saylı mənzili xx.xx.1947-ci il tarixli 65 saylı orderə əsasən iddiaçının anası X1 verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin vaxtda hazırki günədək qeyd olunan mənzildə yaşayırlar. Anası vəfat etdikdən sonra mənzil “Azneftkimya” İstehsalat Birliyinin 1 saylı Mənzil-istismar İdarəsinin xx.xx.1989-cu il tarixli 23 saylı qərarı ilə iddiaçıya verilmişdir. Sonradan həmin İdarənin xx.xx.1994-cü il tarixli 18 saylı qərarı ilə sahəsi 10.0 kv.m boş sıxlaşdırılmış mənzil iddiaçının istifadə etdiyi 2 otaqlı mənzilin sahəsinə birləşdirilərək yaşayış sahəsi 36.0 kv.m olan 19 saylı 3 otaqlı mənzilə dair iddiaçı ilə ailə tərkibi 3 nəfər (iddiaçı özü, qızı və nəvəsi) olmaqla kirayə müqaviləsi baglanmış və onlar mənzilin kirayəçisi hesab edilmişlər. 74 ildir ki, mənzil iddiaçının ailəsinin istifadəsində və sahibliyindədir. İddiaçı cavabdehə müraciət edərək mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsini xahiş etsə də, müraciəti xx.xx.2021-ci il tarixli **********26 saylı imtina məktubu ilə təmin edilməmişdir. İmtinanın əsası kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamının əsas olduğu bildirilmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 187 №-li Sərəncamı ilə mənzilin kirayə müqaviləsinin ailə tərkibi 6 nəfər olmaqla (özü, qızı, nəvəsi və 3 nəticəsi) iddiaçının adına sənədlədirilməklə o, xx.xx.1994-cü il tarixdən mənzilin kirayəçisi hesab edilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq iddiaçı ilə 38 saylı mənzil-kommunal istismar sahəsi arasında xx.xx.2022ci il tarixli “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” birtipli müqavilə və xx.xx.2022-ci il tarixli nümunəvi müqavilələr bağlanmışdır. Bundan sonra iddiaçı müvafiq sənədləri əlavə etməklə cavabdehə təkrar müraciət edərək mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********90 saylı məktubu ilə müraciətin təmin olunmasından eyni əsasla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Nərimanov rayon icra Hakimiyyəti başçısının 187 saylı sərəncamı 21 06.2022-ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********90 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə mənzil kommunal istismar sahəsi tərəfindən təqdim edilmiş plan arasında uyğunsuzluq var. Belə ki, təqdim edilmiş sənədlərdə mənzilin 3 yaşayış otağından ibarət olduğu göstərilsə də, mənzil kommunal istismar sahəsi tərəfindən təqdim edilmiş planda mənzilin 2 yaşayış otağından ibarət olduğu göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə mənzilə keçirilmiş texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, mənzilin daxilində sonradan yüngül konstruksiyadan ibarət arakəsmə quraşdırılaraq 3 otaqlı mənzil düzəldilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2022-ci il tarixli **********90 saylı imtina məktubu ilə bildirilmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 187 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur.” ASAN 5 tərəfindən verilmiş ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1anov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 19 saylı mənzil ünvanında qeydiyyatdadır. xx.xx.1947-ci il tarixli 64 saylı orderin surətindən görünür ki, ünvan 1anov rayonu, Mayakovski küçəsi 81 saylı evin, 19 saylı ümumi sahəsi 20.0 kv.m. olan birotaqlı mənzili iddiaçının anası X1 verilmişdir. “Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1989-cu il tarixli 23 saylı sərəncamından görünür ki, Mayakovski küçəsi 15 saylı evin 19 saylı ümumi sahəsi 26.0 kv.m. olan ikiotaqlı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin baglanması və şəxsi hesabın açılmasına sərəncam verilmişdir. “Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1994-cü il tarixli 18 saylı sərəncamından görünür ki, iddiaçının 3 nəfər ailə üzvü ilə yaşadıgı Mayakovski küçəsi 15 saylı evin 2 otaqlı 19 saylı mənzilinin sahəsinə boş olan sahəsi 10.0 kv.m sıxlaşdırılmış mənzilin birləşdirilməsinə, yaşayış sahəsi 36.0 kv.m olan 19 saylı 3 otaqlı mənzilin kirayəçisi ailə tərkibi 3 nəfər (özü, qızı və nəvəsi) olmaqla İddiaçı hesab edilməsinə və onunla kirayə müqaviləsinin baglanmasına sərəncam verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-cu il tarixli 187 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Mayakovski küçəsi, 15 saylı evin yaşayış sahəsi 36.0 kv.m., ümumi sahəsi 48.0 kv.m. olan 19 saylı mənzilin kirayə müqaviləsi ailə tərkibi 6 nəfər olmaqla (özü, qızı, nəvəsi və 3 nəticəsi) İddiaçı adına sənədləşdirilərək o, xx.xx.1994-cü il tarixdən həmin mənzilin kirayəçisi hesab edilmişdir. Sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına maliyyə-şəxsi hesabın açılması və müddətsiz kirayə müqaviləsinin bağlanılması 38 №-li mənzil-kommunal istismar sahəsinə tapşırılmışdır. İddiaçı ilə Nərimanov rayonu Mənzil-kommunal Təssərrüfatı Birliyinin 38 saylı mənzilkommunal istismar sahəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli nümunəvi müqavilədən görünür ki, ünvan 1anov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 19 saylı 3 otaqlı mənzil iddiaçının istifadəsindədir. İddiaçı ilə Nərimanov rayonu Mənzil-kommunal Təssərrüfatı Birliyinin 38 saylı Mənzil- Kommunal istismar sahəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli birtipli müqavilədən görünür ki, ünvan 1anov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 19 saylı 3 otaqlı mənzil iddiaçının istifadəsindədir. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 38/499 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1anov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 19 saylı mənzilində özü 1957-ci ildən, qızı X5 1993-cü ildən, nəvəsi X6 1993-cü ildən və azyaşlı nəticələri qeydiyyatda olmaqla yaşayırlar. X2 və X3 notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar ünvan 1anov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 19 saylı mənzilinin özəlləşdirilməsinə etiraz etməmişlər. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 96 saylı sərəncamından görünür ki, Nərimanov rayon ərazisində yerləşən “Aznefyağ” İB-nin balansında olan 79 yaşayış binası (o cümlədən Mayakovski küçəsi, 15 saylı ev) əvəzsiz olaraq Nərimanov rayon İcra Hakimiyyətinin balansına götürülmüşdür. SOCAR-ın xx.xx.2023-ci il tarixli SOCAR**********30490075X00629 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 1anov rayonu, Mayakovski küçəsi, ev 15, mənzil 19 saylı ünvana dair NEZ-in arxivində hər hansı sənəd aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 187 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İşin faktiki hallarından məlum olur ki, vaxtılə xx.xx.1947-ci il tarixli 64 saylı orderlə ünvan 1anov rayonu, Mayakovski küçəsi 81 saylı evin, 19 saylı ümumi sahəsi 20.0 kv.m. olan birotaqlı mənzili iddiaçının anası X1 verilmişdir. Sonradan “Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1989-cu il tarixli 23 saylı sərəncamı ilə ümumi sahəsi 26.0 kv.m. olan ikiotaqlı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin baglanması və şəxsi hesabın açılmasına sərəncam verilmişdir. “Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1994-cü il tarixli 18 saylı sərəncamı ilə iddiaçının 3 nəfər ailə üzvü ilə yaşadıgı mənzilin sahəsinə boş olan sahəsi 10.0 kv.m sıxlaşdırılmış mənzilin birləşdirilməsinə, yaşayış sahəsi 36.0 kv.m olan 19 saylı 3 otaqlı mənzilin kirayəçisi ailə tərkibi 3 nəfər (özü, qızı və nəvəsi) olmaqla iddiaçının hesab edilməsinə və onunla kirayə müqaviləsinin baglanmasına sərəncam verilmişdir. Nəhayət Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-cu il tarixli 187 saylı sərəncamı ilə yaşayış sahəsi 36.0 kv.m., ümumi sahəsi 48.0 kv.m. olan 19 saylı mənzilin kirayə müqaviləsi ailə tərkibi 6 nəfər olmaqla (özü, qızı, nəvəsi və 3 nəticəsi) iddiaçının adına sənədləşdirilərək o, xx.xx.1994-cü il tarixdən həmin mənzilin kirayəçisi hesab edilmişdir. Sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına maliyyə-şəxsi hesabın açılması və müddətsiz kirayə müqaviləsinin bağlanılması 38 №-li mənzil-kommunal istismar sahəsinə tapşırılmışdır. İddiaçı ilə Nərimanov rayonu Mənzil-kommunal Təssərrüfatı Birliyinin 38 saylı mənzil-kommunal istismar sahəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli birtipli müqavilədən və xx.xx.2022-ci il tarixli nümunəvi müqavilədən görünür ki, mənzil iddiaçının istifadəsindədir. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 38/499 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənzildə özü 1957-ci ildən, qızı X5 1993-cü ildən, nəvəsi X6 1993-cü ildən və azyaşlı nəticələri qeydiyyatda olmaqla yaşayırlar. İddiaçının qızı X5 və nəvəsi X6 notariat qaydada təsdiq edilmiş ərizələri ilə mənzilin özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırıİmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. İddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi bildirilmişdir. Halbuki, iddiaçı iş materiallarında sadalanan sənədləri cavabdehə təqdim etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 187 saylı sərəncamı xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minəndən (2009-cu il oktyabrın 1-dən) sonra qəbul edilsə də, 64 saylı xx.xx.1947-ci il tarixli order, Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1989-cu il tarixli 23 №-li sərəncamı, “Azneftkimya” İstehsalat Birliyinin 1 №-li Mənzil-istismar İdarəsinin xx.xx.1994-cü il tarixli 18 №-li sərəncamı iddiaçının sözügedən mənzilə hüquqlarının yaranmasının hüquqi əsasını təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Yuxarıda sadalanmış sənədlərdə belə nəticəyə gəlmək olur ki, iddiaçının dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır. Yuxarıda sadalanmış qanunvericilik normalarının məzmunundan belə nəticəyə gəlmək olur ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmış şəxslərin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində təsbit edilmiş hallar istisna olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq yaşayış sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Qeyd edilən yanaşma X9 məhkəməsinin təcrübəsinə də əsaslanır. X9 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X9 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi iddiaçının X9 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1anov rayonu, Mayakovski küçəsi 15 saylı evin 19 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. ünvan 1anov rayonu, Mayakovski küçəsi 15 saylı evin 19 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5
Hakim Mehriban Qarayeva