Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-281/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 (hüquqşünas, ünvan 1 mənzil 22 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 110-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşıiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4005/2019 saylı qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Başçısının 15 saylı xx.xx.2016-cı il tarixli sərəncamına, İnşaat Pasportuna və Ayrıc Aktına əsasən İddiaçı-yə ünvan 2 ünvanında qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 530 saylı xx.xx.2017-cı il tarixli sərəncamına əsasən İddiaçı-yə ünvan 2 ünvanında inşa edəcək binanın şəhərsalma əsaslandırması təsdiq edilmişdir.Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-cı il tarixli və 152 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən 15 saylı xx.xx.2016-cı il tarixli sərəncamına “qeyri-yaşayış binasının” ifadəsinin ilkin olaraq düzəliş edilərək “çoxfunksiyalı ictimai bina” və sonradan “çoxfunksiyalı ictimai və yaşayış binasının” düzəlişləri edilmişdir.Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı xx.xx.2016-cı il tarixli, 393 saylı xx.xx.2017-cı il tarixli 530 saylı xx.xx.2017-cı il tarixli və 152 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasında onlara Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 260 saylı, xx.xx.2018-ci il tarixli Tikinti İşlərinin Başlanması üçün əsas olan “Xüsusi nişan” və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərinin Dövlət Reyestri Tikinti Obyektinə Verilən Koda dair” Seria AZE № 001565 saylı xx xxxx 2018-ci il tarixli Şəhadətnamə təqdim edilmişdir.Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, xx.xx.2016-cı il tarixli sərəncamında qeyd edilmiş bütün tapşırıqlar yerinə yetirilmiş, çoxfunksiyalı ictimai və yaşayış binasının eskiz və işçi layihəsi təsdiq edilərək razılaşdırılmış və xx.xx.2018-ci il tarixli 67 saylı “X5” alınmışdır.Buna əsasən də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, xx.xx.2016-cı il tarixli sərəncamında qeyd edilən tapşırıqlar qanunvericilikdə qeyd edilmiş qaydada yerinə yetirildiyini (Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii sərvətlər Nazirliyinin və digər müvafiq qurumların rəyləri və icazələri alınmaqla) və tam olaraq yekunlaşdırıldığını təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı verilmişdir. Bütün sənədləşmə işləri yekunlaşdıqdan və müvafiq razılıqlar alındıqdan sonra onlar xəndanı qazaraq, tikinti işlərini aparmağa başlamışlar. Lakin xx.xx.2019-cu il tarixində tikintinin getdiyi əraziyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin T.T.N.D. Agentliyinin əməkdaşlarını və Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis X1 Şöbəsinin əməkdaşını dəvət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı xx.xx.2016-cı il tarixli sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cı il tarixli sərəncamı ilə ləğv edildiyindən AKT tərtib edərək tikintinin 4-cü mərtəbə səviyyəsində dayandırması barədə xəbərdarlıq etmişlər. Lakin 02 saylı xx.xx.2019-cı il tarixli sərəncamı onlara təqdim etməmişlər. Həmin AKT-a imza edən nümayəndə “qeyd” olaraq bildirmişdir ki, İddiaçı icra başçısının qeyd edilən sərəncamından məlumatsızdır və onlara qeyd edilən sərəncam rəsmi şəkildə təqdim edilməyib, nə də ki, tikintinin saxlanılması barədə hər hansı rəsmi göstəriş daxil olmamışdır.Bundan sonra onlar xx.xx.2019-cu il tarixli 222 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək məsələyə aydınlıq gətirmələrini xahiş etmişlər. Oradan onlara cavab olaraq xx.xx.2019-cu il tarixli cavab məktubu və “Bakı Şəhər İcra Hakimiyyətiinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamdan təsdiq edilmiş çıxarış təqdim edilmişdir. Buradan məlum olmuşdur ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 2.6, 2.7 və 6.8-ci bəndlərini rəhbər tutularaq Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış sənədləşmə işləri ləğv edilmişdir.Hesab olunur ki, “Bakı Şəhər İcra Hakimiyyətiinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 02 saylı sərancamı onlara aid hissədə tam olaraq qanunsuz olduğundan və onların hüquqlarını kobud şəkildə pozduğundan ləğv edilməlidir.İlk olaraq 360 saylı xx.xx.2018-ci il tarixli sərəncam qanuvericiliyə əsasən yekun sərəncam sayılır və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı xx.xx.2016-cı il tarixli ilkin sərəncam üzrə MMC-nin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini təsdiq edir və bu sərəncam yekun sərəncam olduğundan, bütün sənədləşmələr bu sərəncam qəbul edilənədək həll edilir və bu sərəncam əsasında hər hansı bir sənədləşmə aparılmır.Buna əsasəndə 360 saylı xx.xx.2018-ci il tarixli sərəncamın ləğv edilməsi ilə bağlı hər hansı sənəd ləğv edilə bilməz.“Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 02 saylı sərəncamında 360 saylı xx.xx.2018-ci il tarixli sərəncamın ləğv edilməsi kimi əsas “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 2.6, 2.7 və 6.8ci bəndləri götürülmüşdür və Aparat rəhbərinin imza etmək səlahiyyətinin olmadığı qənaətinə gəlinmişdir. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin qeyd edilən bəndləri ilə tanış olakən məlum olur ki, bu bəndlərin heç birində icra başçının olmadığı təqdirdə onun vəzifəsinin müvəqqəti icra edilməsi aparat rəhbərinə qadağa edilməsi barədə heç bir qeyd yoxdur. Bundan əlavə qeyd edilən əsasnaməyə əsasən, aparat rəhbəri, müavinlər və icra başçısının özü kimi icra hakimiyyətinin rəhbərliyinə daxil olan vəzifədir.Əgər aparat rəhbərinin belə səlahiyyəti yox idisə necə olur ki, keçmiş icra başçısı Hacıbala Abutalıbov vəzifədən azad ediləndə təhvil-təslimi aparat rəhbəri ilə aparmış və Bakı Şəhər İcra Hakimiyyətinin möhürü və digər hüquqmüəyyənedici sənədləri aparat rəhbərinə təhvil vermişdir.Bundan əlavə onlar sənədləşmənin yekunlaşması barədə müraciət edərkən aparat rəhbərinə yox, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etmişlər və onların məktubuna cavab olaraq xx.xx.2018-ci il tarixli 67 saylı “X5” və 360 saylı xx.xx.2018-ci il tarixli sərəncam onlara göndərilmişdir.Bunula da onlar hüquqi şəxs olaraq dövlət orqanı olan Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər və onlara oradan sənədlər rəsmi olaraq möhürlənmiş və imzalanmış şəkildə təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı MTK-nın iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində həyata keçirir. Həmin ərazidə Komitə tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq sözügedən əraziyə baxış keçirilmiş və orada İddiaçı MTK tərəfindən tikinti işlərinin aparılması təsdiqlənmişdir. Araşdırma zamanı habelə müəyyən olunmuşdur ki, İddiaçı MTK-nın tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.6, 2.7 və 4.11.11.5-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 57.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilənlər Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 02 saylı Sərəncamının qanuni və əsaslı olduğunu təsdiq edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı xx.xx.2018-ci il tarixli sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığına görə Bakı hər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Sonuncu sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 saylı, xx xxxxxx 2016-cı il tarixli İddiaçı-yə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, İddiaçı-nin xx.xx.2015-ci il tarixli, 18 saylı müraciətini, “xxxxx” X3 xx.xx.2015-ci il tarixli, 13 saylı razılıq məktubunu və Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1269 saylı sərəncamını nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı-nin istifadəsinə verilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 393 saylı, xx xxxxxx 2017-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 15 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamından görünür ki, İddiaçınin xx.xx.2017-ci il tarixli, 52 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə İddiaçı-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 15 saylı sərəncamında “qeyri-yaşayış binasının” ifadəsi, “çoxfunksiyalı ictimai binanın” ifadəsi kimi oxunmasına sərəncam verilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 530 saylı, xx xxxxxx 2017-ci il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Sərəncamının 1.68-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxfunksiyalı ictimai binaya (xx.xx.2017-ci il tarixli, 18/03-8/2341 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 360 saylı, xx xxxx 2018-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamlarını nəzərə alaraq İddiaçı-nə tikintiyə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, İddiaçı-nin xx.xx.2018-ci il tarixli, 07 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 15 saylı, xx.xx.2017-ci il tarixli, 393 saylı və xx.xx.2018-ci il tarixli, 152 saylı sərəncamlarını nəzərə alaraq: Səbail rayonu, Qurban Abbasov küçəsi, 42 saylı məhəllədə çoxfunksiyalı ictimai və yaşayış binasının tikintisi üçün İddiaçı-yə icazə verilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03-Bi/383 saylı məktubdan görünür ki, şəhərsalma nəzarəti çərçivəsində Səbail rayonu ərazisinə baxış zamanı Qurban Abbasov küçəsi 42 ünvanında İddiaçı-nə yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 360 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı əsasında tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd olunan sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə ləğv edildiyindən işlərin davam etdirilməsinin yolverilməzliyi barədə bu işləri həyata keçirən şəxslərə müvafiq xəbərdarlıq edilməsinə və aidiyyəti qurumların bu barədə məlumatlandırılmasına baxmayaraq inşaat işləri hal-hazırda davam etdirilməkdədir. Mövcud qanunvericiliyin tələblərindən irəli gələn zəruri tədbirlərin görülməsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı görüləcək tədbirlərdə birgə fəaliyyətin təmin edilməsi və nəticələr barədə məlumt verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin icraatında olan “xxxxx” MMC-nin və “xxxxxxxxxxxxx” MMC-nin iddia tələblərinə dair digər inzibati mübahisə hazırki iddia tələbi ilə oxşar mübahisələr olduğundan, həmin inzibati iş materiallarında olan lazımi sənədlərin surəti çıxarılaraq, hazırki iş materiallarına əlavə edilmişdir. Həmin iş materiallarından əldə edilmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlətinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, xx xxxx 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X12 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X8 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X8 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri xx.xx.2018-ci il tarixli, 2/569 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlaraq ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X12 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlaraq ünvanlanmış məktubların imzalanması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X8 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X8 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, 07/07/13 saylı məktubdan görünür ki, 7-262/2g saylı, xx xxxx 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki,Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 530 saylı, xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 1.68-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxfunksiyalı ictimai binaya (xx.xx.2017-ci il tarixli, 18/03-8/2341 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 360 saylı, xx xxxx 2018-ci il tarixli Sərəncamına əsasən Səbail rayonu, Qurban Abbasov küçəsi, 42 saylı məhəllədə çoxfunksiyalı ictimai və yaşayış binasının tikintisi üçün İddiaçı-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı əsası ilə ləğv edilmiş, həmçinin həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri də ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsinə dairBakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X4 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, xx xxxx 2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən xx xxxx 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq, müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X7 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubla xx xxxx 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi X4 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. İşdə olan sənədlərdən görünür ki, X7 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin razılığı alınmamış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, xx.xx.2018-ci il sərəncamını qəbul edərkən, X4 həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən həmin dövr üzrə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X10 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri haqlı olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı əsaslı və qanuni olduğundan, həmin sərəncamın ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-281/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-281/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver