Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2810/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri KSİBİ) qarşı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********163707 nömrəli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “İddiaçı" müəssisəsi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2000-ci ildə qeydiyyata alınmışdır. İddiaçındə Bakı şəhəri KSİBİ tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********167898 nömrəli aktla rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh SVY aktında qeyd edilir ki, yoxlanılan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 209860,85 manat məbləğində müəyyən edilmiş və ondan 32012.67 manat ƏDV-si hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunan bəyannamələrdə 1431.0 manat ƏDV məbləğinin göstərildiyini nəzərə alaraq 30581,67 manat ƏDV azalması aşkar edilmişdir. Yoxlama zamanı müəssisə Vergi Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulmuş əvəzləşdirilməli olan ƏDV-si məbləği yaranmamışdır. Həmçinin, müəssisə tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilmədiyindən müəssisənin gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20 % götürülərək yoxlanılan dövrdə 2015-ci il üzrə 6573,22 manat, 2016-cı il üzrə 2039,26 manat, 2017-ci il üzrə 1878.07 manat mənfəət vergisi, ümumilikdə 10.530,55 manat məbləğində müəyyən edilmiş, 5971,67 manat kameral hesablamanı nəzərə alaraq 4558.88 manat mənfəət vergisi azaldılmışdır. Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən yoxlanılan dövrdə müəssisə mədən vergisinin ödəyicisi olmuşdur və 20051.65 manat mədən vergisinin azaldılması aşkar olunmuşdur. Eyni zamanda müəssisə tərəfindən 21550,0 manat torpaq vergisi azaldığı müəyyən edilmişdir. Bakı şəhəri KSİBİ xx.xx.2018-ci il tarixli, **********163707 №li qərarı ilə müəssisədə keçirilən vergi yoxlaması zamanı vergi əməkdaşları tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri pozulmuşdur, ona görə də həmin Qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Cavabdeh Bakı şəhəri KSİBİ məhkəməyə tədim etdiyi xx xxxx 2020-ci il tarixli **********092900 vəsatətdə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nöməli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Eyni zamanda, adı çəkilən Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Analoji mübahisələrlə bağlı Ali Məhkəmənin və digər aşağı instansiya məhkəmələrinin qərarlarına əsasən formalaşmış təcrübəyə uyğun olaraq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar inzibati akt olmadığından iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı X2 cavabdeh 12 saylı X1 (hazırkı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə) qarşı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsi barədə məhkəmə işi üzrə xx.xx.2017-ci il tarixli Ali Məhkəmənin qərarı ilə iddiaçı tərəfindən mübahisələndirilən qərar inzibati akt hesab olunmayaraq, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş iddia tələbi mümkün sayılmamışdır. Həmin Qərarda qeyd edilmişdir ki, "iddianın mümkünlüyünün yoxlanılması inzibati məhkəmə icraatının aparıldığı zaman bütün məhkəmə instansiyalarına aid olduğundan məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. İPM-nin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələııdirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) i'ıçün müəyyən hüquqi nəticələr yaradan qərar, səıəncam və ya digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olän müəyyən (konkret) məsələləri nizama salmalı. -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüıquqi nəticələr yaratmalı -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qovur və ya ona bu və ya digər hüququn həyata keçiriiməsinə şərait vaıadıı, ouııunla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilinəsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Verilmiş şərhə uyqun olaraq iddiaçının mübahisələndirdiyi qərarın onun üçün hüquqi nəticələr yaradılmasına münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik Qoyulmamışdır. Həmin Məcəllənin müvafiq olaraq 38.1, 39.1 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydalara görə, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul ediləndən sonra yoxlama həyata keçirilir, onun nəticələri aktla rəsmiləsdirilir və daha sonra yoxlamanın nəticələrinə dair materiala baxılaraq qərar qəbul edilir. Yalnız Məcəllənin 49.1,1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Aparılmış qiymətləndirmə ilə müəyyən olunur ki, inzibati aktın əsas əlamətlərindən biri olan element - inzibati aktın hüquqi nəticələr yaradılması mübahisələndirilən qərara münasibətdə mövcud olmamışdır. Belə olan halda isə səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilə bilməz və onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Çünki İPM-nin 35.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə elan halda birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə tələblərə tam həcmə baxaraq, qərar qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsi isə bu prosessual pozuntunu aradan qaldırmamış, iddia tələbinə mahiyyəti üzrə baxmış və bununla da inzibati prosessual qanunvericiliyinin tələblərini pozmuşdur.’’. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə əsasən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. İş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********014000 №li Bildirişin surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin xx.xx.2018-ci il tarixli, **********163707 №li qərarına əsasən “İddiaçı" müəssisəsi üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Avqust 2016-İyul 2018-ci illər üzrə vergi dövrləri əhatə edilməklə xx.xx.2018-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuş, Bildirişin surəti həmin gün “İddiaçı" müəssisəsinin direktoru (qanuni təmsilçisi) Ə.Ö.Dostəliyevə imza olunmaqla rəsmi qaydada təqdim olunmuşdur. Yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli **********167898 № li “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt üzrə Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********188600 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı Bakı şəhəri X3 Departamentinin Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli , **********163707 №li qərarından şikayətlə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmişdir. Daha sonra İddiaçı hazırki iddia ərizəsini xx.xx.2020-ci il tarixdə tərtib etməklə (imzalamaqla), xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmiş və iddia ərizəsində göstərmişdir ki, iddia ərizəsi tərtib olunan günədək ona etdiyi şikayətlərlə bağlı cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın (bildirişlə birlikdə) ona təqdim olunduğu müddətdən 1 (bir) il 3 (üç) aydan çox vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarları mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqında” xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev