Məhkəmə qərarları › İş №2-1(112)-2810/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2810/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2810/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3cü şəxs 12 Nömrəli Tibbi-Sosial Ekspert Komissiyası cəlb olunmaqla) “etibarsız hesab edilmiş əlilliyinin bərpa edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3cü şəxs 12 Nömrəli Tibbi-Sosial Ekspert Komissiyası cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “etibarsız hesab edilmiş əlilliyinin bərpa edilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edir ki, o Lənkəran rayonunun Separadi kəndində yaşayır. Xəstəliyilə bağlı Lənkəran vərəm əlehinə Xəstəxanasının 2529003AA71 saylı göndərişinə əsasən ona xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlillik 5 il müddətinə təyin edilmişdir. Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı il təsdiq olunmuş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.1; 2.2; 2.3;2.4;2.5;2.6;2.7;2.8 və digər bəndlərə əsasən qəbul olunmuşdur. Heç bir əsaslı və ona məlum olmayan səbəbdən 2020-ci ilin iyun ayından etibarən əlillik alt sistemində əlilliyi etibarsız hesab edilmişdir.Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi olaraq xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətində əlilliyinin hansı səbəbdən etibarsız hesab edilməsi barədə ona məlumat verilməsini və etibarsız hesab edilmiş əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müraciətinə heç bir cavab verilmədi. Sonradan təkrarən Agentliyin qaynar xəttinə zəngindən sonra ona cavab məktubu göndərdilər. Cavab məktubunu 22 oktyabr 2020-ci il tarixində almışdır. Məktubda müraciətilə bağlı heç bir cavab verilməmiş və yalnız qeyd edilmişdir ki, əlilliyi etibarsız hesab edilmiş və bununla bağlı 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmək tövsiyə olunmuşdur. Mən 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etsə də, ona bildirmişlər ki, bu işin onara heç bir aidiyyatı yoxdur. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti X8 Xəstəxananın xx.xx.2017-ci il tarixli 2529003AAA71 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik, X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi..., Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibrozkavernoz vərəmi.VMB(-)Tez-tez proqressivləşən forma. Kəskin respirator çatmamazlıq, 2ci dərəcəli tənəffüs çatmamazlığı. Sadə xroniki bronxit, Xroniki bronxitin kəskinləşməsi, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9);” əsası ilə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili yoxlaması zamanı 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Buna görə də, xx.xx.2020 -ci il tarixdən əlillik dərəcəsi etibarsız edilmişdir. Bildiriri ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfmn və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxs 12 Nömrəli Tibbi-Sosial Ekspert Komissiyası məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və 3-cü şəxs 12 Nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi..., Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibrozkavernoz vərəmi.VMB(-)Tez-tez proqressivləşən forma. Kəskin respirator çatmamazlıq, 2ci dərəcəli tənəffüs çatmamazlığı. Sadə xroniki bronxit, Xroniki bronxitin kəskinləşməsi, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı diaqnozu ilə (A15-A16.9, J96- J96.9);” beş il müddətinə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı, 07 avqust 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti barədə müraciətinə baxılmış və müəyyən edilmişdir ki, əlillik vəziyyəti X8 Xəstəxanasının 2529003AAA71 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbədən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş Bununla bağlı bildirilmişdir ki, müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlillik altsistemində etibarsız hesab edilmişdir. Ətraflı məlumat almaqdan ötrü Lənkəran, Astara Lerik rayonları üzrə 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilmə bilməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından xx.xx.1963-cü il təvəllüdlü X3 təyin edilmiş 2-ci dərəcəli əlilliyin Əlillik Altsistemində etibarsız hesab edilmsinə dar inzibati icraat materialları sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ********** saylı, 18 may 2021-ci il tarixli məktub əsasında bidirilmişdir ki, xx.xx.2021-ci il tarixli 2-1(112)-2810/2021 nömrəli sorğunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, İddiaçı sağlamlıq vəziyyəti X8 Xəstəxananın 2529003AAA71 nömrəli xx.xx.2017-ci il tarixli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlar araşdırılmış, müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.2. maddəsində qeyd olunur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamış şəxslərin siyahısında 75-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. İddiaçı aid sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş siyahıdan görünür ki, 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslərin məlumatları yoxlanarkən müəyyən olunmuşdur ki, İddiaçı Lənkəran rayon Mərkəzi Xəstəxanasında əmək müqaviləsi əsasında tibb bacısı olaraq işləmişdir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti X8 Xəstəxananın 2529003AAA71 nömrəli xx.xx.2017-ci il tarixli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinə əsas xx.xx.2017-ci il tarixdə İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi..., Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi.VMB(-)Tez-tez proqressivləşən forma. Kəskin respirator çatmamazlıq, 2-ci dərəcəli tənəffüs çatmamazlığı. Sadə xroniki bronxit, Xroniki bronxitin kəskinləşməsi, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı diaqnozu ilə (A15-A16.9, J96-J96.9);” beş il müddətinə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlar araşdırılmış, müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. İddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Göründüyü kimi həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün 2529003AAA71 saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəlik əsası ilə xx.xx.2017-ci il tarixdən 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Lakin daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliklərin araşdırılması ilə xəstələrin təqdim etdikləri epikrizlərin dürüstlüyünün yoxlanması zamanı İddiaçı adına əmək müqaviləsinin olduğu, əmək haqqının ödənildiyi və ona əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Halbuki iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş X8 Xəstəxananın 2529003AAA71 saylı Forma 88 arayışında iddiaçının xx.xx.2012-xx.xx.2010, xx.xx.2012xx.xx.2012, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə X8 Xəstəxanada müalicədə olduğu göstərilmişdir. Göstərilən hal iddiaçıya verilmiş göndərişin tibb müəssisəsi tərəfindən əsassız olaraq rəsmiləşdirildiyinə dəlalət edir və əsaslı olaraq həmin göndəriş əsasında verilmiş “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 2529003AAA71 nömrəli göndərişi əsaslı olaraq etibarsız hesab edildiyindən, onun əsasında təyin olunmuş əlillik təyinatının da Əlillik altsistemində etibarsız hesab edilməsi əsaslı olmuşdur. İddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi üçün əsaslar mövcud olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar