Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2812/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili X4, üçüncü şəxslər X2, X23, X5, üçüncü şəxs Mətanət Məmmədovanın vəkili X12 iştirakı ilə, iddiaçılar İddiaçı1, X6, İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, X42, X32, X24, X25, X43 və X44) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X33, İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, X42, X32, X24, X25, X43 və X44) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evdən X13, onun 18 yaşına çatmış övladları X42 və X32 və sonuncuların 18 yaşına çatmayan övladları X24, X25, X43 və X26 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X34 izahatında bildirdi ki, X37 ilə üçüncü şəxs X13 arasında 21.05.1992-ci il tarixdə nikah bağlanmışdır, birgə nikahlarından 01.02.1992-ci il təvəllüdlü X42 və 21.01.1995-ci il təvəllüdlü X32 doğulmuşlar. Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli 2(009)-2735/2014 saylı qətnaməsinə əsasən X13, X42 və X32 ünvan 1 ünvanına köçürülmüşlər və həmin vaxtdan qeydiyyatdadırlar. Sonra 2016-cı il tarixdə X37 ilə X13 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı ev iddiaçıların paylı mülkiyyətindədir. İddiaçılar İddiaçı1, X33 və İddiaçı2 cavabdehlər Məmmədova Mətanət, X42 və X14 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə həmin evə olan istifadə hüquqlarına xitam verilməsi, öz ailə üzvləri və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-3168/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(103)-4290/2020 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(009)-3168/2019 saylı qətnaməsi ləğv edilərək, iddia təmin edilmədən, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdir ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli 2(009)-2735/2014 saylı qətnaməsindən göründüyü kimi X13, X42 və X32 ünvan 1 ünvanına köçürülmüşlər, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli evin yerində müayinəsi aparılmış və müəyyən edilmişdir ki, iddiaçılara məxsus olan mübahisəli ünvanda yerləşən mülk onlara paylı mülkiyyət hüququ ilə məxsus olmaqla, hər birinə məxsus olan pay (yaşayış və köməkçi sahələr) naturada ayrılmışdır və bir-birindən təcrid olunmaqla ayrıca giriş-çıxışı vardır. Əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçıların istifadəsinə ayrılmasına dair və ya mülkiyyətə verilməsinə dair sənədlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, cavabdehlərin faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər həmin ünvana məxsus torpaq sahəsində yerləşir, həmin tikililər iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı yoxdur və təcrid olunmuş yaşayış sahəsi kimi küçəyə ayrıca giriş-çıxış qapısı vardır və cavabdehlər faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər mübahisəli ünvanda yerləşsələr də, iddiaçının mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı olmayan özbaşına tikilidirlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 03.05.2021-ci il 2(102)-2320/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2020-ci il tarixli 2(103)-4290/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə sözügedən evə münasibətdə qanunla qorunan hüquqların sahibi olmayan X13, X42 və X5 həmin yaşayış sahəsinə dair istifadə hüququnun olmaması faktını təsdiqləyir. Adı çəkilən şəxslər ev üzərində hər hansı hüquqa malik deyildilər və həmin evin sahəsinə aid olan ərazidə yaşamadıqları halda onların həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas yaradır. Bu şəxslər mənzildə formal olaraq qeydiyyatda olduğu üçün iddiaçılar öz evi üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bu isə nəticədə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. İddiaçılar tərəfindən 06 sentyabr 2021-ci il tarixli ərizə ilə Səbail Rayon Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edilərək üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən 17 sentyabr 2021-ci il tarixli məktubla ərizənin təmin edilməsindən imtina edilmiş və sözügedən ünvandan sadalanan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X13, X42 və X32 iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Mətanət Məmmədovanın vəkili X38 izahatında bildirdi ki, X1 Alxan Rafil oğlu ilə rəsmi nikaha daxil olaraq 1991-ci ildən ünvan 2-ə gəlin köçüb yaşamışdır. Sonradan birgə nikahlarından 1992-ci ildə X45, 1995-ci ildə X32 dünyaya gəlmişdir, həmin şəxslər də yuxarıda qeyd olunan mübahisəli evdə həmin tarixlərdən bugünədək öz azyaşlı övladları ilə yaşayır. Hal-hazırda da həmin mübahisəli evdə faktiki olaraq yaşayırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.10.2007-ci il tarixli, 2-1587/2007 saylı qətnaməsinə əsasən məhkəmə Məmmədova (Əliyeva) Mətanət Nəcəf qızının iddiasını təmin etmiş, onun azyaşlı uşaqları X45 və X32 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına alınması qət etmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia üzrə iddiaçılar X35, X8 Məmmədova (Əliyeva) Mətanət Nəcəf qızına qarşı evdən çıxarılma tələbi təmin edilməmişdir. Həmin qətnamə 30.11.2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2735/2014 saylı, 17.09.2014-cü il tarixli qətnaməsinə əsasən isə iddiaçılar X2, X27, X5 iddiası təmin edilmiş, X2, X27, X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə 20.10.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1760/2019 saylı, 28.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər X28, X14, X36 və X3 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2019 saylı, 28.06.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10855/2019 saylı, 05.09.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(009)-1760/2019 saylı qətnaməsi cavabdeh X15 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması»na dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, lakın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(009)- 1760/2019 saylı qətnaməsinin qalan hissədə - İddiaçı1 cavabdehlər X14, X36 və X3 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma" tələbinə aid hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10855/2019 saylı, 05.09.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 Axangil oğlu, İddiaçı2 cavabdehlər X32, X45 və X3 qarşı 25000 manat məbləğində kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3168/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4290/2020 saylı 08.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3168/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2320 saylı, 03.05.2021-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4290/2020 saylı, 08.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-4290/2020 saylı, 08.10.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 7 nömrəli Mənzil-istismar Sahəsinin 425 nömrəli, 20.11.2021-cı il tarixli arayışından görünür kı, X13 (1972-ci il təvəllüdlü), X45 (1992-cı ıl təvəllüdlü), X32 (1995-ci il təvəllüldü), X29 (2013-cü il təvəllüdlü), X25 (2014-cü il təvəllüdlü), X44 (2018-ci il təvəllüdlü), X43 (2019-cu il təvəllüdlü) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi ev 5-də pasport qeydiyyatında olmaqla 1991-1995-ci ildən (1991-ci ildən X13, 1992-ci ildən X45, 1995-ci ildən X32) hazırki vaxtadək yuxarıda qeyd olunan ünvanda onların yuxarıda qeyd olunan azyaşlı övladları ilə birlikdə faktiki olaraq yaşayırlar və hal-hazırda da yaşayırlar. Göründüyü kimi yuxarıda qeyd olunan qətnamələr, qərar və arayışda da iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi ev 5-də 1990-cı illərdən yaşaması və hazırda da faktiki olaraq yaşamaq faktı təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarının məzmunundan aydın olur ki, şəxsin inzibati məhkəmələrdə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair işlərdə mübahisəli mənzildə və yaxud evdə faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslər barəsində müraciət edilə bilər. Hazırki mübahisədə isə göründüyü kimi yuxarıda sadalanan və qanuni qüvvəsini almış qətnamələrdə, həmçinin arayışla müəyyən edilir ki, üçüncü şəxslərin mübahisəli evə istifadə hüquqları məhkəmə tərəfindən tanınmışdır, 1990-cı illərdən həmin evdə yaşamışlar, hazırda da yaşayırlar. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçılara və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Digər iddiaçılar və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı ev iddiaçılar X6 (3 otaq y/s 43.67 kv.m, k/s 16.64 kv.m), İddiaçı1 (1 otaq y/s 20.24 kv.m, k/s 38.4 kv.m), İddiaçı2 (2 otaq y/s 35.52 kv.m, k/s 27.59 kv.m) paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 22.09.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən X7 (10.02.1972-ci il təvəllüdlü), X42 (01.02.1992-ci il təvəllüdlü), X32 (21.01.1995ci il təvəllüdlü), X24 (09.07.2013-cü il təvəllüdlü), X25 (25.07.2014-cü il təvəllüdlü), X43 (03.05.2019-cu il təvəllüdlü), X44 (10.04.2018-ci il təvəllüdlü) ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1587/2007 saylı 26.10.2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 cavabdehlər X16, X28 və X17 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməsi, X9 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına alınması, X10 və X8 X28 və X18 qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, X35 və X8 Babı şəhəri, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə köçürülməsi qət edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2735/2014 saylı 17.09.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X2, X23 və X5 cavabdehlər X11, X19 və X30 qarşı «evə köçürülmə» tələbinə dair iddiasının təmin edilməsi, X20, X42 və X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə köçürülmələri qət edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2019 saylı 28.06.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 cavabdehlər X40, X32, X45 və X3 qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmaları iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10855/2019 saylı 05.09.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 Rafiq oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(009)-1760/2019 saylı qətnaməsinin “cavabdeh X21 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Batamdar küçəsi, 5 saylı evə istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması”na dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı1 Rafiq oğlunun iddia tələbinin cavabdeh X30 münasibətdə təmin edilməsi, X21 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Batamdar küçəsi, 5 saylı evə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə həmin evdən çıxarılması və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(009)-1760/2019 saylı qətnaməsinin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (X21 iddianı etiraf etməsi əsası ilə). Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3168/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar X31, İddiaçı3 Akhangil oğlu və İddiaçı2 cavabdehlər X32, X42 və X3 qarşı kompensasiya verilməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları iddia tələbinin rədd edilməsi qət edilmişdir (təklif edilən kompensasiya məbləğinin kifayət qədər olmaması əsası ilə). Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4290/2020 saylı 08.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3168/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2320/2021 saylı 03.05.2021-ci il tarixli qərarına əsasən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4290/2020 nömrəli iş üzrə 08.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həm Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4290/2020 saylı 08.10.2020-ci il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2320/2021 saylı 03.05.2021-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər X13 və X5 (azyaşlı uşaqları ilə birlikdə), həmçinin X23 (ailəsi ilə birlikdə) faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər mübahisəli ünvanda yerləşsələr də, iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyəti olmayan özbaşına tikililərdir, təcrid olunmuş yaşayış sahəsi kimi küçəyə ayrıca giriş-çıxış qapısı vardır, həmin tikililər cavabdehlərin özləri tərəfindən öz vəsaitləri hesabına inşa edilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüquqları məhkəmə qətnaməsinə əsasən tanınmış və onlar məhkəmə qətnaməsinə əsasən həmin evə pasport qeydiyyatına alınmışlar və həmin evə köçürülmüşlər. Bu səbəbdən iddiaçıların onların həmin evə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3168/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən isə iddiaçılar X31, İddiaçı3 Akhangil oğlu və İddiaçı2 cavabdehlər X32, X42 və X3 qarşı kompensasiya verilməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları tələbinə dair iddiaları təklif edilən kompensasiya məbləği kifayət qədər olmadığı üçün rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4290/2020 saylı 08.10.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2320/2021 saylı 03.05.2021-ci il tarixli qərarı ilə hazırki iş üzrə üçüncü şəxslərin qeyd olunan evə istifadə hüquqlarının itirilməsi, istifadə hüquqlarının olmaması halları müəyyən edilməmişdir, sadəcə olaraq hazırki iş üzrə üçüncü şəxslərin faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililərin iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyəti olmayan özbaşına tikililər olması, həmin tikililərin cavabdehlərin özləri tərəfindən öz vəsaitləri hesabına inşa edilməsi müəyyən edilmiş və bununla əlaqədar olaraq iddia tələbi rədd edilmişdir. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslərin iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə istifadə hüquqları vardır. İddiaçılar kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi tələbi ilə yenidən məhkəməyə müraciət edə bilərlər, qeyd olunan məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunun mənasından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə şəxslər yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdən sonra müvafiq polis idarəsi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2812/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2812/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver