Məhkəmə qərarları › İş №2-1(112)-2813/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2813/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2813/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndələri X13 və X5 iştirakları ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddianı mümkün hesab edərək, icraata qəbul edilməsini, hüquqlarının müdafiəsi və hüquqi yardım göstərilməsi üçün ona dövlət vəsaiti hesabına vəkil ayrılması barədə qərardad qəbul edilməsini, ona əlilliyin Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini və xx.xx.2021-ci il tarixdən ona əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 xx xxxxxx 1993-cıi il tarixdə anadan olmuşdur. Uşaq yaşlarından ağır xəstəliyə düçar olmuşdur. 2000-ci ilin mart ayından ağır xəstə kimi qeydiyyatdadır. 2002-ci ilin mart-aprel aylarında Qarayev adına uşaq xəstəxanasında-revmotizm fəal faza endomiokardit diaqnozu ilə, həmin ilin avqust ayında Topçubaşov adına ETİ-da MQ İİ dərəcəli holosistoz prolapsı diaqnozu ilə müayinə və müalicə olunmuşdur. 2006-cı ilin avqust ayında 2 saylı X9, 2008-ci ilin aprel ayında Respublika Heyrocərrahiyyə xəstəxanasında, həmin ilin dekabr ayında 6 saylı X9 və sair xəstəxanalarda dəfələrlə müalicə olunmuşdur. Tibbi sənədlərdə onlar ətraflı təsvir edilibdir, həm də çox cüzi hissəsi göstərilibdir. 2006-2016-cı illərdə hər il Tibbi Sosial Ekspert Komissiyasından keçmiş və ona hər il əlillik müəyyən edilmişdir. 2016-cı ildə 30 mart 2016-cı ildən 30 mart 2021-ci il tarixədək olmaqla, ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Onun növbəti dəfə komissiyadan keçməsi üçün yaşayış yerində olan 26 nömrəli Şəhər Poliklinikasından TQS NQ 088 nömrəli forma üzrə 30 mart 2021-ci il tarixli 2786003AAEL1 nömrəli göndəriş verilmişdir. Göndərişdən də görünür ki, 2002-2018-ci illərdə 6 dəfə stasionar müalicədə olmuş, son 6 ayda isə 4 dəfə ambulator müalicə almışdır. Göndərişin 2-3 səhifələrindəki təsvirlərdən də göründüyü kimi, demək olar ki, sağlam orqanı yoxdur. Yekun diaqnoz olaraq: Serebrovaskulyor xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-167) müəyyən edimişdir. Mənim nəinki əmək qabiliyyətim, hətta hərəkət etmək qabiliyyətim yoxdur. Qeyd olunanlara baxmayaraq, xx.xx.2021-ci il tarixdə vəziyyəti qiymətləndirilərək, ona əlillik təyin edilməsindən imtina edilib və göstərilib ki, onun əlavə müalicəyə ehtiyacı vardır. Müalicəyə həqiqətən ehtiyacı var, amma sağlamlığına ümid yoxdur. 20 ildə sağalmamışamsa, bir iki müalicə ilə sağalacağı mümkün deyil. Sadəcə vəziyyətinin daha da pisləşməməsi üçün müalicə olunmalıdır. İşləyə bilmir, hərəkət etməkdə çətinlik çəkir, əlillik də təyin edilmir ki, heç olmasa cüzi müavinətlə ehtiyacının az bir hissəsini təmin edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 saylı Şəhər Klinik Xəstəxanasında və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yenə həmin xəstəxanada (xəstəxananın adı dəyişdirilib və hazırda X17 Publik hüquqi şəxs adlanır) müalicə almış və heç bir faydası yoxdur. 26 nömrəli Şəhər Poliklinikasından 2021-ci ilin sentyabr ayında 2786003AAE7V nömrəli göndərişlə yenidən komissiyaya göndərilmişdir. Yenə də komissiya əsassız olaraq ona əlillik müəyyən etməmiş və əlavə stasionar müalicəyə ehtiyacı var bəhanəsi ilə imtina qərarı vermişdir. Növbəti, yəni üçüncü dəfə xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir ki, əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin edilməyib. Bu dəfə bəhanədə bir qədər dəyişiklik edilib və göstərilib ki, guya göndəriş natamam doldurulmuşdur. Həkimin rəyinə görə əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək üçün xəstəyə əlavə ixtisaslaşmış müayinə müalicə qərarı verilir. Onu da qeyd edir ki, uzun müddət əlilliyi olmuş anasına da eyni qaydada imtina cavabları verilir. Vəziyyətdən belə görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onların vəziyyətini qiymətləndirən Komissiyası ona qarşı qərəzli mövqe tutmuşdur və ona əlilliyin təyin edilməsindən əsassız bəhanələrlə imtina edilir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10”nə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “X8 əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndələri iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər Poliklinikasının xx.xx.2014- cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Sebebi melum olmayan ensefalopatiya C4-C5,C5-C6,C6-C7 feqerearasi disklerin protruziyalari; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni Dəqiqləşdirilməmiş ensefalopatiya.Revmatizm q/aktiv forma,latent ged işli. Mitral qapaqların prolapsı; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Revmatizm q/aktiv forma,latent gedişli.Mitral qapaqların prolapsı; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen kəllə daxili hipertenziya.Sinir sisteminin müxtəlif(travma,infeksiya,intoksikasiya və ya qan dövran pozğunluqları mənşəli). Ağırlaşma 151.0 Ürək arakəsməsinin qazanılmış qüsuru, .Mitral qapaqların prolapsı İİ dərəcə. Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə qan dövranı pozulması. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları.Servikalgiya. Yanaşı xəstəliklər K23* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı qida borusunun zədələnmələri, .Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya. Eroziv panqastrit. Yanaşı xəstəliklər İ05 Mitral qapağın revmatik xəstəliyi. .Revmatizm qeyri aktiv fazajatent gedişli.Mitral qapaqların prolapsı İİ dərəcə. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, .OU- Quru göz sindromu.VİS OU=0.8 Yanaşı xəstəliklər M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , .Boyun fəqərələrinin osteoxondrozu,C4-C5, C5-C6, C6- C7 protruziyaları. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, .Hipetoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ6O-İ67).C2-C3,C3-C4,C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu.Servikokranialgiya. Radikulopatiya.Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar.Vertebro bazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması.Hərəkət ,yerişin pozulması.Ataksiya.Hipetoniya xəstəliyi İİ dərəcə.Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit.Mitral qapaqların prolapsı İİ dərəcə.Revmatizm qeyri aktiv fazajatent gedişli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır.Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60— İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası.C2-C3,C3- C4.C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları,ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, iddiaçı X12 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir' səbəbi ilə imtina edilmişdir. Göründüyü kimi həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatı aparılmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X11 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - İş materiallarında olan xəstəlik tarixlərindən çıxarışların surətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək stasionar müalicələrdə olmuşdur; - İş materiallarından görünür ki, Nizami rayonu 19 saylı uşaq poliklinikası tərəfindən verilmiş Qısa Epikrizdən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X11 doğulduğu gündən 19 saylı uşaq poliklinikasının qeydiyyatındadır. xx.xx.2002-ci il tarixdən kardiorevmatoloqda dispanser qeydiyyatdadır; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi tərəfindən inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir; - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər Poliklinikasının xx.xx.2014- cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Sebebi melum olmayan ensefalopatiya C4-C5,C5-C6,C6-C7 feqerearasi disklerin protruziyalari; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni Dəqiqləşdirilməmiş ensefalopatiya. Revmatizm q/aktiv forma,latent ged işli. Mitral qapaqların prolapsı; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya.Revmatizm q/aktiv forma,latent gedişli.Mitral qapaqların prolapsı; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri =>G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen kəllə daxili hipertenziya.Sinir sisteminin müxtəlif(travma,infeksiya,intoksikasiya və ya qan dövran pozğunluqları mənşəli). Ağırlaşma 151.0 Ürək arakəsməsinin qazanılmış qüsuru, Mitral qapaqların prolapsı İİ dərəcə. Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə qan dövranı pozulması. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları.Servikalgiya. Yanaşı xəstəliklər K23* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı qida borusunun zədələnmələri, .Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit. Yanaşı xəstəliklər İ05 Mitral qapağın revmatik xəstəliyi. .Revmatizm qeyri aktiv fazajatent gedişli.Mitral qapaqların prolapsı İİ dərəcə. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, .OU- Quru göz sindromu.VİS OU=0.8 Yanaşı xəstəliklər M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, Boyun fəqərələrinin osteoxondrozu,C4-C5, C5-C6, C6- C7 protruziyaları. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, .Hipetoniya xəstəliyi İİ dərəcə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişindən görünür ki, “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.8* - Serebrovaskulyar...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ6O-İ67).C2-C3,C3-C4,C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu.Servikokranialgiya. Radikulopatiya.Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar.Vertebro bazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması. Hərəkət, yerişin pozulması. Ataksiya. Hipetoniya xəstəliyi İİ dərəcə. Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə. Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit.Mitral qapaqların prolapsı İİ dərəcə.Revmatizm qeyri aktiv fazajatent gedişli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır.Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. - İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişidən görünür ki, “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60— İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası.C2-C3,C3- C4.C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları,ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, R.Qarayevə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermədiyindən, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla iddiaçının sosial müavinətin ödənişinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 əlillik vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı dair Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Əlillik” altsistemində məlumat aşkarlanmadı. Qeyd etmək istəyirik ki, belə hallarda vətəndaşların əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi və müvafiq qaydada “Əlillik” altsisteminə məlumatların daxil edilməsi məqsədilə şəxsin Agentliyə qəbula gəlməsi tövsiyə olunur. Bununla yanaşı, vətəndaşın əlillik vəziyyəti barədə məlumatların əldə olunması üçün aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilən sorğunun cavabına əsasən, vətəndaş ilkin olaraq xx.xx.2002-ci il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2003-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq statusuna malik olmuşdur. Məlumat üçün bildiririk ki, R.Qarayevə əiiilik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin hazırkı sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 T 90/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş M.K.Qarayevanın iş materiallarında əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və,. Vertebrobazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması.” diaqnozda göstərilən xəstəliklərdən hazırda əziyyət çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə həkim nevroloqda EEQ müayinəsi zamanı baş beyinin orta strukturların disfunksiyası fonunda ensefalopatiya elementləri də müəyyən olundu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Səbəbi məlum olmayan ensefalopatiya C4-C5,C5-C6,C6-C7 fəqərearası disklerin protruziyaları; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni, Dəqiqləşdirilməmiş ensefalopatiya.Revmatizm q/aktiv forma,latent ged işli. Mitral qapaqların prolapsı; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Revmatizm q/aktiv forma, latent gedişli. Mitral qapaqların prolapsı; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri =>G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen kəllə daxili hipertenziya. Sinir sisteminin müxtəlif (travma, infeksiya, intoksikasiya və ya qan dövran pozğunluqları mənşəli). Ağırlaşma 151.0 Ürək arakəsməsinin qazanılmış qüsuru, Mitral qapaqların prolapsı İİ dərəcə. Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə qan dövranı pozulması. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları.Servikalgiya. Yanaşı xəstəliklər K23* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı qida borusunun zədələnmələri, .Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit. Yanaşı xəstəliklər İ05 Mitral qapağın revmatik xəstəliyi. .Revmatizm qeyri aktiv fazajatent gedişli.Mitral qapaqların prolapsı İİ dərəcə. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, .OU- Quru göz sindromu.VİS OU=0.8 Yanaşı xəstəliklər M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , .Boyun fəqərələrinin osteoxondrozu,C4-C5, C5-C6, C6- C7 protruziyaları. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, .Hipetoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişindən görünür ki, “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ6O-İ67).C2-C3,C3-C4,C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu.Servikokranialgiya. Radikulopatiya.Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar.Vertebro bazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması. Hərəkət, yerişin pozulması. Ataksiya. Hipetoniya xəstəliyi İİ dərəcə.Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit.Mitral qapaqların prolapsı İİ dərəcə.Revmatizm qeyri aktiv fazajatent gedişli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır.Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60— İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası.C2-C3,C3- C4.C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları,ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində yuxarıda qeyd edilən göndərişlər (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına uyğun olaraq aidiyyəti üzrə təqdim edilmiş “Göndəriş”də göstərilmiş diaqnoz nəzərə alınaraq onun xəstəliyinin sonradan qəbul edilmiş və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun yenidən qiymətləndirilməsi üçün qərardad qəbul edilmişdir. Məhkəmə hesab edir ki, əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin yeni meyarlarda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspet komissiyasının xx.xx.2023cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli (forma 88) göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 T 90/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş M.K.Qarayevanın iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və,. Vertebrobazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması.” diaqnozda göstərilən xəstəliklərdən hazırda əziyyət çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə həkim nevroloqda EEQ müayinəsi zamanı baş beyinin orta strukturların disfunksiyası fonunda ensefalopatiya elementləri də müəyyən olundu. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.1-ci bəndinə əsasən Serebrovaskulyar xəstəliklər (İ60-İ69); 2.9-cu bəndinə əsasən Xroniki revmatik xəstəlikləri 6.6.3-cü bəndinə əsasən boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi (M50) xəstəliklərinə aid edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının Nizami rayonu 19 saylı uşaq poliklinikasında və Bakı 26 nömrəli şəhər Poliklinikasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin diaqnoz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş ekspert rəyi ilə təsdiq edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən, onun qeyd edilən xəstəlik diaqnozu üzrə 2002-ci ildən, yəni 10 ildən artıq müddətdə uşaqlıqdan əlilliyi müəyyən olunduğundan və həmin xəstəlik hazırda əziyyət çəkdiyindən onun iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X8 əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X8 əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar