Məhkəmə qərarları › İş №2-1(112)-2816/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2816/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2816/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1979-1985-ci illərin ümumi əmək stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. Hazırda 58 yaşı var. 1979-cu ildən 1985-ci ilə kimi Bakı Texnoloji Texnikumunda təhsil almış, həmçinin təhsil müddətində xx xxxxxxx 1980-ci ildən xx xxxxxx 1982-ci iə kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə başlamışdır. 1991-ci ildən isə Bakı Metropilotenində işləyir. Hal-hazırda da xxxxxxxxxxxxxxxxxxnin işçisidir. Bu müddətdə xx.xx.1991-ci il tarixdən-xx.xx.2005-ci il tarixə kimi və xx.xx.2006-cı ildənxx.xx.2014-cü ilə kimi xxxxxxxxxxxxxxxxxxnin “N.Nərimanov” adına elektrik deposunda qalvanik peşəsində, xx.xx.2014-cü ildən-xx.xx.2016-cı ilə kimi “xxxxxxxxxxxxxxxxxx” QSCnin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində olmaqla tam iş rejimində zərərli iş şəraiti ilə işləmişdir. Göründüyü kimi zərərli iş şəraitində əmək stajı 24 il 3 ay 29 gün təşkil edir. Ümumi əmək stajı isə 34 ildən bir az çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi onun 34 ildən çox ümumi iş stajı var ki, bunun da 24 ildən çoxunu zərərli (güzəştli) iş şəraitində işləmişdir. Buna əsaslanaraq, 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN yanında Dövlət X5 X4 İdarəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan ona 2 səbəbdən pensiya təyin etməkdən imtina edərək birinci səbəb olaraq bildirir ki, xx.xx.2006-cı il tarixə onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla razı deyildir. Cavabdehin imtina etdiyi digər səbəb isə qalvanik vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş yerləri siyahısında nəqliyyat bölməsinin metropolitenlər yarımbəndində nəzərdə tutulmamasıdır. Halbuki, xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən məhz qalvanik peşəsində tam iş rejimində zərərli iş şəraiti ilə işləməyi təsdiq olunur. Onun xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək, bununla onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozmuşdur. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia **********6 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı peşə NK-nın 12 nömrəli, xx xxxxxx 2007ci il tarixli Qərarı ilə təsdiqlənmiş siyahıda öz əksini tapmayıb; eləcə də xx xxxxxx 2006-cı ilədək ümumi əmək stajı 25 ildən az təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından aydın olmuşdur ki, iddiaçı xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Aradakı fasilələr nəzərə alınmadan, iddiaçının xx.xx.1985-ci ildən xx xxxxxx 2006-cı ilədək olan ümumi əmək stajı 20 il 02 ay 11 gün təşkil edir. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə, yəni 02 il 01 ay 08 gün həqiqi hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, hərbi xidmətlə birlikdə iddiaçının xx xxxxxx 2006-cı ilədək olan ümumi əmək stajı 22 il 03 ay 19 gün təşkil edir. İddiaçı “xxxxxxxxxxxxxxxxxx” QSC-nin A/365 saylı, xx xxxxxx 2019-cu il tarixli güzəştli arayışına əsaslanaraq iddia edir ki, xx.xx.1991-xx.xx.2005-ci illərdə çalışdığı “qalvanik” peşəsi, xx.xx.2005-xx.xx.2006-cı illərdə çalışdığı “çilingər” peşəsi NK-nın 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulub. İddiaçı xx xxxxxx 2006-cı ilədək ümumi və güzəştli əmək stajını topladığını iddia edirsə, onda NKnin 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş siyahıya deyil, 320 nömrəli, xx xxxx 1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya istinad edə bilərdi. Güzəştli arayışda bu barədə hər hansı qeyd yoxdur. Arayışın özü natamamdır. Yəni arayışda iddiaçının çalışdığı peşənin siyahının hansı bölməsində öz əksini tapdığı qeyd edilməyib. NK-nın 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş siyahının 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmə 5 bənddən ibarətdir; 5 bənddən 2-sində 21.1-ci (“Dəmiryol nəqliyyatı və metropoliten” adlanır) və 21.5-ci (“Metropolitenlər" adlanır) bəndlərdə metropolitenlərlə bağlı peşələr nəzərdə tutulub. Lakin həmin bəndlərdən heç birində iddiaçının çalışdığı “qalvanik” peşəsi öz əksini tapmayıb. Ona görə də iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkyün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ermənistan, Masis rayonu, Nizami kəndində doğulmuşdur. -İddiaçı məxsus NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. -İddiaçı məxsus ЖТ 038168 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1979-1985-ci il tarixdə Bakı Texnologiya texnikumunda təhsil almışdır. -İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildən 1985-ci ilədək Bakı texnologiya texnikumunda təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci ilədək “Soyuzmeliovzriıprom” XHMK-da usta və 3-cü dərəcəli partladıcı köməkçisi, xx.xx.1988xx.xx.1991-ci ilədək Bakı elektrotermik avadanlıqlar zavodu “Azərelektroterm” EİB kənd təsərrüfatı üçün məhsul istehsalı üzrə 5 saylı sexə mexaniki yığım işləri üzrə 2-ci dərəcəli çilingər, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilədək “Azelektroterm” zavodundan “Nərimanov” elektrik deposuna keçirilməklə yük bölməsində halvanik, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək 5-ci dərəcəli halvanik, xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək “xxxxxxxxxxxxxxxxxx” QSC-də 5-ci dərəcəli mexanik sexə qalvanik (halvanik), xx.xx.2016cı il tarixdən hal-hazıra kimi 5-ci dərəcəli çilingər vəzifəsində işləyir. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cu il tarixli, A\365 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən-xx.xx.2005-ci il tarixinədək xxxxxxxxxxxxxxxxxx "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). xx.xx.2005-ci ildən-xx.xx.2006-cı ilədək çilingər peşəsində işləmişdir. xx.xx.2006-cı ildən -xx.xx.2014-cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) xx.xx.2014-cü il tarixdənxx.xx.2016-cı il tarixədək “xxxxxxxxxxxxxxxxxx" X2 Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində.zərərli iş şəraiti ilə). xx.xx.2016-ci ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal hazırda həmin peşədə işləyir. - Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinin iddiaçının xx.xx.2019-cü il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cü il tarixli, **********6 saylı məktubdan görünür ki, x xxxx 1985-ci il tarixində açılmış BT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.2005-ci il və xx.xx.2006xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxxxxxxxxxxxxxxxx” QSC-də işlədiyi qalvanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər yarımbədində (21.5) nəzərdə tutulmamış, həmçinin x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2816/2020 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdənxx.xx.2005-ci il tarixinədək xxxxxxxxxxxxxxxxxx "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). xx.xx.2005-ci ildənxx.xx.2006-cı ilədək çilingər peşəsində işləmişdir. xx.xx.2006-cı ildən -xx.xx.2014-cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) xx.xx.2014-cü il tarixdən-xx.xx.2016-cı il tarixədək “xxxxxxxxxxxxxxxxxx" X2 Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). xx.xx.2016-ci ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal-hazırda həmin peşədə işləyir. Zərərli iş şəraitində əmək stajı 24 il 03 ay 29 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 11.7-ci bəndinin A bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. (Qüvvədən düşmüş 1993-cü il 21 iyun tarixli 320 nömrəli və “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında qərar Bölmə 14, bənd 5, kod ******* a-11629). - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, 40N-10/3-600 saylı məktubundan və həmin məktuba əlavə edilmiş qalvançı peşəsinin vəzifə təlimatından görünür ki, “xxxxxxxxxxxxxxxxxx” X2 Depolar üzrə İş Departamentinin mexaniki sexi tərəfindən metro vaqonlarının tutacaqları, qapılarının dəstəyi, qəza çıxışlarının tutacaqları, durma kranlarının dəstəyi və qapıların qəza açılma kranlarının dəstəklərinin xromlanması işləri yerinə yetirilir. Xromlama zamanı xüsusi kimyəvi maddələrdən istifadə edilir. Adı çəkilən sahədə aparılan işlər xüsusi zərərli şəraitdə icra edilir. “Nərimanov” elektrik deposu mexaniki sexinin qalvançısının işinin xüsusiyyətləri hissələrin (indiki halda metro vaqonlarının tutacaqlarının və digər birləşdirici elementlərin) yağlardan, pasdan, korroziya yeyilməsindən təmizlənməsindən, 6-10-cu təmizlik dərəcələri üzrə cilalanmasından, sumbatanın keçə, ağac (taxta) və dəri dairələrinə çəkilməsi və yapışdırılmasından, sumbata tozunun (dənəciklərinin) xarrat yapışqanı və ya maye şüşə ilə cilalama dairəsinə yapışdırılmasından, hissələrin əli ilə metal şotkalarla, sumbata kağızı və cilalama dairələri ilə texnoloji xəritə üzrə texnoloji ardıcıllığa və emal rejimlərinə əməl etməklə ilkin pardaqlanmasından, keçə dairələrin 30m/san fırlanma sürəti ilə hissələrin cilalama-pardaqlama dəzgahlarında son mərhələ cilalanmasından, pardaqlanmasından, qurudulmasından, təlimata uyğun elektrolitin hazırlanmasından, detalların xüsusi vasitələrə və məftilə asılmasından, vannalara doldurulmasından (indiki halda vannaya), xrom örtüyünün çəkilməsindən sonra onların vannadan çıxarılmasından, isti və soyuq suda yuyulmasından, qurudulmasından, məftil və anodların təmizlənib düzəldilməsi, cihazlara qoyulan iş rejiminə riayət edilməsi, örtükdən sonra detalların konservasiyası (ləkələrdən qorunması) və qablaşdırılması, zay örtüklərin çıxarılması və mövcud təlumata əsasən hissələrin örtüyünün bərpasından (Əgər zay örtüklər olarsa) ibarətdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik texniki peşə müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının 1979-1985-ci il tarixədək Bakı Texnoloji Texnikumunda təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi “halvanik” vəzifəsi peşə təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndinə uyğun olmaqla iddiaçının xx.xx.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 01 ay 23 gün ümumi və 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 1979-1985-ci illər ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni xx xxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1979-1985-ci illər ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni xx xxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar