Məhkəmə qərarları › İş №2-1(112)-2816/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2816/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2816/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1988-ci il tarixindən bu günə qədər işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyası almaq üçün xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X14 Mərkəzinin köməkliyi ilə müraciət etmişdir. Cavabdeh onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli **********4saylıimtina qərarıvə xx.xx.2022-ci il tarixli **********4saylı imtina qərarı ilə onun əmək hüquqlarını açıq şəkildə pozmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, o, xx.xx.1988-ci il tarixdən bu günə kimi Azərbaycan Respublikası Bakı X9 Cəmiyyətində yeraltı qurğularda yol xidmətinin böyük yol ustası vəzifəsində işləmişdir,ümumi iş stajı 34 (otuz dörd) ildir. Bundan əlavə xx.xx.1993-cüil tarixdən xx.xx.1995-ci il tarixinə kimi Birinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı olaraq veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu halda cavabdeh onun ümumi əmək stajını gördüyü işin 24 faiz xüsusi zərərli iş olmasını və müharibə veteranı olmağını nəzərə almayıb. Cavabdeh onun xx.xx.1988-ci il tarixindən bu günə kimi işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. O, cavabdehə müraciət edərək xx.xx.1988-ci il il tarixindən bu günə kimi işlədiyi müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh onun ərizəsilə əlaqədar xx.xx.2022-ci il tarixində imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, Nazirlər Kabinetinin qərarına görə tələb etdiyi məsələ onların səlahiyyətindən kənardadır, lakin Əmək pensiyaları haqqında Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət edən muzdla iş dövrü eləcədə müvafiq İcra Hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti iki qat ölçüdə hesablanmaqla güzəştli şərtlərə daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının üəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutuimuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakışərtlər vardır:1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı;Kişilər 60 yaşına, qadınlar 58 yaşına çatmalı;Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. Belə ki, İddiaçı müvafiq Qanunda tələb olunan yaş həddinə çatmadığından ona 60 yaşdan güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya nüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq qanunun hər iki tələbi ödənilməlidir. İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli stajı olmadığıüçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və səncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1987-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1987-ci il tarixdən hazırki tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş A/106 nömrəli arayışda İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2009-cu il tarixədək yol ustası, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək böyük yol ustası, xx.xx.2014-cü il tarixdən hazırki tarixədək "xxxx" QSC-nin Yol xidmətində böyük yol ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. xx.xx.1984-cü il tarixli ******* nömrəli hərbi biletə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 196 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi qeyd olunmuşdur. xx.xx.1984-cü il tarixli 014980 nömrəli diploma və Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 164 nömrəli arxiv arayışına əsasən İddiaçı 1980-1984-cü il tarixləri arasında X5 ‘”tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisasıüzrə əyani təhsil aldığı qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin arayışından görünür ki, iddiaçının işlədiyi yol ustası, böyük yol ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli qərarında 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da nəzərdə tutulmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda müvafiq siyahılara istinad olunmamışdır və bu halda həmin arayış güzəştli arayış kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyasıhüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verəri işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan RespublikasıİPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqia iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış All Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının "xxxx" QSC- də 1988-2006-cı illər arasında işlədiyi dövrlərlə bağlı təqdim etdiyi arayışda Nazirlər Kabinetinin müvafiq siyahısına istinad olunmamışdır və həmin illər ərzində işlədiyi yol ustası, böyük yol ustası vəzifələri Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1984-cü-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci ildə tərxis edilmişdir. İş materiallarında olan ЖТ № 014980 nömrəli diplomun surətinə əsasən İddiaçı 1980-ci ildən xx.xx.1984-cü ilədək X5 ‘”tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin xx.xx.2022-ci il tarixli, 164 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 1980-ci il tarixindəBakı X6 qəbul olunmuş,1984-cü il tarixində həmin texnikumun “tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1987-ci ildə 3-cü dərəcə yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 4-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Bakı Metropolitenində yol və tunel xidmətində 3-cü dərəcə yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə usta köməkçisi vəzifəsinə keçirilmiş, gecə vaxtı yalnız tuneldə, xx.xx.1993-cü ildə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə 10-cu dərəcə verilmiş, xx.xx.2009-cu ildə 1 saylı yol hissəsinə 11-ci dərəcə ilə böyük yol ustası təyin edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC Yol Xidməti 1 saylı Yol hissəsinə 11-ci dərəcəli böyük yol ustası qəbul edilmiş, hal-hazırda həmin peşədə işləyir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 196 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Döyüşən ordunun tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mühariə veteranıdır. Veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin verdiyi xx.xx.2022-ci il tarixli, 40N-10/3-1265 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol ustası ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində çalışmış, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol Xidmətində böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 03 ay 21 gün (otuz dörd il üç ay iyirmi bir gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri))) aiddir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200-b---23186 bəndi ilə tənzimlənir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00-dan 05:30-dək). İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin verdiyi xx.xx.2022-ci il tarixli, 40N-10/3-1569 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol ustası ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində çalışmış, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol Xidmətində böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 05 ay 19 gün (otuz dörd il beş ay on doqquz gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri))) aiddir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200-b---23186 bəndi ilə tənzimlənir. Yol ustası müntəzəm olaraq əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq texniki baxış və təmir işləri keçirməklə metropolitenin istismarında olan yolların və yol ayıncılarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil edir, yoldəyişdiricilərin yağlanmasına və təmizliyinə mütəmadi otaraq nəzarət edir, metro xətlərinin təmir prosesini düzgün, vaxtında və hərəkətin təhlükəsizliyinin təminatı ilə yerinə yetirir, metro xətlərinin təmirinə cəlb edilən yol montyorlarını əməyin mühafizəsi, təhlükəsizlik texnikası və hərəkətin təhlükəsizliyi qaydalarının, o cümlədən yanğından mühafizənin norma və qaydalarının izahı üzrə iş öncəsi təlimatlandırır. Bundan başqa o, yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasına nəzarət edir. Böyük yol ustası sadalananlardan əlavə distansiyanın yol ustası və yol montyorlarının işinə nəzarət edir, peşə ixtisasının artırılması istiqamətində onlarla texniki məşğələlər keçirir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00-dan 05:30-dək). İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Həmin məktubla göndərilmiş "xxxx" QSC-nin Yol xidmətinin 1 və 2 saylı distansiyasının yol ustasının vəzifə təlimatına əsasən əsas vəzifə və funksiyalar aşağıdakılardır:

1. Xidmət etdiyi sahədə yolu, təmas relsini, yoldəyişdirici qurğuları daima saz vəziyyətdə saxlamalı, qatarların təhlükəsiz hərəkətini təmin etməlidir. 2.Yol sahəsində görüləcək işlərin planını müəyyən edir.

3. Təsdiq olunmuş planın və verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə rəhbərlik edir. Yol alət və mexanizmlərin daima saz və texniki tələblərə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etməlidir. 5.İstehsalat prosesinə tələb olunan material və mexanizmlərlə təchiz edilməsi üçün daima tədbir görməli və qayğı göstərməlidir.

6. Əmək məhsuldarlığının artırılması üçün yeni texnoloji qaydaların tətbiq edilməsi istiqamətində daima işlər aparmalıdır.

7. Yol sahəsində olan elektrik alət və mexanizmlərin düzgün və təhlükəsiz istismar olunmasına, material resurslarından qənaətlə və səmərəli istifadə olunmasına nəzarət edir.

8. Diaqnostika və X10 (DMTM) “Diaqnostika Kompleksi” tərəfindən yol təsərrüfatının vəziyyəti yoxlanılarkən, aşkar olunan kənarlaşmalara dair nəticələr əsasında, kənarlaşmaların və digər çatışmamazlıqların aradan qaldırılmasını təmin etməlidir.

9. İşçilərin peşə ixtisasının artırılması istiqamətində onlarla texniki məşğələlər keçirir və daima əyani olaraq təcrübələrini artırır.

10. İşçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlüksizliyi qaydaları üzrə təlimat keçirir və onlardan bu təlimatların tələblərinə, daxili əmək və intizam qaydalarına riayət etmələrinə nəzarət edir.

11. İş yerlərinin sanitar-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasına nəzarət etmək;

12. ƏM və TT qaydalarına uyğun olmayan işlərin icrasını dayandırmaq;

13. İşçilərin təlimatlandırılmasına, biliklərinin yoxlanılmasına nəzarət etmək;

14. İşçilərin və podratçıların Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və yanğın təhlükəsizliyi qaydalarından və bu qaydaların tələblərindən xəbərdar olmasını təmin etmək;

15. İstehsalatda baş verən bədbəxt hadisələr barədə dərhal məlumat vermək, hadisələrin araşdırılmasında komissiya üzvü kimi iştirak etmək və zəruri sənədləri hazırlamaq. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1108 nömrəli məktubda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 279 №-li əmrində (əsas: §-2, sıra-8, əmrdə adı "Məmmədşah” yazılmışdır) Yasamal RHK-nın xx.xx.1993-cü il tarixli adlı siyahısına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 1965-ci il təvəllüdlü, baş matros X3 hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və bütün növ təminatlarla təmin olunması barəsində məlumat vardır. N №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §-1, əmrin verilmə tarixi yazılmamışdır, ondan əvvəl xx.xx.1993-cü il tarixdə 281 №-li əmr verilmişdir) bir qrup şəxsi heyətin N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Lakin N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin adlı siyahısı əmrə əlavə olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: §-14, səh- 405, sıra-32, əmrdə adı “Məmmədiyə”, hərbi rütbəsi “çavuş” yazılmışdır) N №-li hərbi hissədən göndərilmiş, toplanışa gəlmiş, 1965-ci il təvəllüdlü, çavuş X4 hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 5-ci MAT-a təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 73 №-li əmrində (əsas: §-14, səh- 32, sıra-35, əmrdə adı “Məmmədiyə”, atasının adı “Məmmədbəyli”, hərbi rütbəsi “sıravi” yazılmışdır) 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi X1 xidmətini davam etdirmək üçün 2-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 №-li əmrində (əsas: §-6, səh- 137, sıra-42, əmrdə adı “Məmmədiyə”, hərbi rütbəsi “sıravi” yazılmışdır, atasının adı yazılmamışdır) həri hissəni özbaşına tərk etdiyinə görə, 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi Məmmədiyə Vəliyevin xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-41, sıra-17, məlumatda adı “Məmmədiyar” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş, Yasamal RHKnın çağırışçısı, xx.xx.1965-ci il təvəllüdlü X2 hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0127 №-li əmrilə yaş hədinə görə, ehtiyata tərxis olunması (komandirin əmrinin nömrəsi və tarixi qeyd olunmamışdır) barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və sentyabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır. Təqdim olunmuş inzibati icraat materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 avqust 2022- ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların penşiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol ustası vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz yol ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2022-ci ildə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan diplom, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək iş stajı ümumi olaraq aşağıdakı dövrlərdən ibarətdir: -xx.xx.1980-xx.xx.1984-cü il tarixədək təhsil dövrü; -xx.xx.1984-xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü; -xx.xx.1987-xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü; -xx.xx.1988-xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü; -xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövr. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1988-xx.xx.2006cı il tarixədək əmək fəaliyyəti dövrünün bir hissəsi xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək hərbi xidmət keçdiyi dövr ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də hərbi xidmət dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır Beləliklə, məhkəmə əmək fəaliyyətinin hərbi xidmətlə üst-üstə düşən hissəsindən yalnız birini -xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrü ayrıca ümumi iş stajına hesablanmasını əsaslı sayır, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti dövrünü əlavə olaraq (təkrarən) ümumi iş stajına daxil etmir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrün ümumi iş stajına hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrün bir hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünə təsadüf edir. Belə ki, məhkəmə sorğusu ilə Müdafiə Nazirliyindən əldə edilmiş hərbi xidmətkeçmə ilə əlaqədar arayışdan görünür ki, iddiaçının xx.xx.1993-xx.xx.1994-cü ilədək (702 saylı hərbi hissə tərkibində iştirak) hərbi xidmət dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrüdür. Qeyd edilməlidir ki, məhkəmə yuxarıda adıçəkilən hərbi xidmət dövründən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 20 gün və xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək olan 01 il 04 ay 06 gün olmaqla 1 qat olaraq ümumi iş stajına hesablanmasını qanuni hesab edir. İddiaçının xx.xx.1993-xx.xx.1994-cü il tarixədək olan döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövrü isə 2 qat ölçüdə, yəni 08 ay 22 gün (04 ay 11 gün x2) olmaqla hesablanmalı olduğu nəticəsinə gəlir. Beləliklə, iddiaçının yuxarıda qeyd edilənlərə əsasən ümumi iş stajı xx.xx.1980xx.xx.1984-cü il tarixədək ali təhsil dövrü 03 il 05 ay 25 gün; xx.xx.1984-xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü 03 il 19 gün; xx.xx.1987xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü 08 ay 01 gün; xx.xx.1988-xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü 05 il 05 ay 13 gün; xx.xx.1993-xx.xx.1993-cü ilədək 20 gün və xx.xx.1994-xx.xx.1995-ci il tarixədək 01 il 04 ay 06 gün hərbi xidmət dövrü; xx.xx.1993xx.xx.1994-cü il tarixədək 2 qat ölçüdə hərbi xidmət dövrü 08 ay 22 gün; xx.xx.1995xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü 10 il 03 ay 18 gün olmaqla, cəmi 25 il 01 ay 04 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Hüququn yarandığı dövr münasibətləri tənzimləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu yol ustası vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində nəzərdə tutulmaması təşkil edir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2.Metropolitenlər bölməsinin 2300200b-23186 bəndi bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) zərərli peşələr kimi göstərilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının müvafiq qaydada təsdiqli surətindən də göründüyü kimi iddiaçı Bakı Metropoliteninin Yol xidmətində yol ustası (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) təyin edilmişdir. "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışda iddiaçının xx.xx.1988-ci il tarixindən Bakı Metropoliteninin Yol xidmətində yol ustası peşəsində, yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək işlədiyi, gecə saatlarına görə yol ustasının əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablandığı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeydlər, eləcə də təqdim olunan peşə təlimatı və iş yerindən arayış əsasında yol ustası vəzifəsinin bilavasitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: Metropolitenlər yarımbölməsinin 23186 kodu altında bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) peşəsinə uyğun olduğu müəyyən olunur. İddiaçının xx.xx.1988-ci il tarixindən xx.xx.1993-cü ilədək və xx.xx.1995-xx.xx.2006-cı il tarixədək xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 15 il 09 ay 01 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar