Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2817/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri ilə əməliyyat aparanlar siyahısından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin riskli vergi ödəyiciləri ilə əməliyyat aparanlar siyahısından çıxarılması, buna dair məlumatın Dövlət Vergi Xidmətinin elektron-məlumat bazasından silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 tərəflər arasında mübahisə mövcud olmadığı üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 25.02.2020-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 25.02.2020-ci il tarixə (bundan sonra cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Əlavə olaraq bildiririk ki, 2019-cu il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03.06.2020-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 03.06.2020-ci il tarixə (bundan sonra cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Əlavə olaraq bildiririk ki, 2019-cu il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 08.09.2020-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqəsində (tenderdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 08.09.2020-ci il tarixə (bundan sonra cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi üzrə 52398,19 manat borcu var. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Əlavə olaraq bildiririk ki, 2020-ci il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 25.09.2020-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqəsində (tenderdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 25.09.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Əlavə olaraq bildiririk ki, 2020-ci il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03.11.2020-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqəsində (tenderdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 03.11.2020-ci il tarixə (bundan sonra cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi üzrə 118323,36 manat borcu var. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Əlavə olaraq bildiririk ki, 2020-ci il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 24.02.2021-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqəsində (tenderdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 24.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunuz yoxdur. Eyni zamanda bildiririk ki, tərəfinizdən 2020-ci ilin dekabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində uyğunsuzluqlar aşkar edilmişdir. araşdırma davam edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 13.04.2021-ci il tarixli məktubda qeyd olunur: Dövlət satınalma müsabiqəsində (tenderdə) iştirak üçün arayışın verilməsi haqqında müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən 13.04.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunuz yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03.05.2021-ci il tarixli məktubda qeyd olunur: Müəssisənin riskli vergi ödəyiciləri ilə qarşılıqlı şübhəli əməliyyatlar aparan müəssisələrin siyahısından çıxarılması barədə müraciətinizə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, son bir il üzrə riskli vergi ödəyiciləri (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) ilə qarşılıqlı şübhəli əməliyyatların aparıldığı müəyyən edilməmişdir. Həmçinin müəssisənin riskli vergi ödəyicisi (rəhbər və ya təsisçinin riskli vergi ödəyiciləri olan vergi ödəyicilərinin rəhbər və ya təsisçisi olduğu) olduğu müəyyən edilməmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci il ərzində göndərilən məktublarda 2019-cu və 2020-ci il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı şübhəli əməliyyatların aparıldığının müəyyən edilməsi qeyd olunsa da, 2021-ci ilin fevral ayında sonra göndərilən məktublarda həmin qeyd göstərilməmişdir. Cavabdeh tərəfindən göndərilən 03.05.2021-ci il tarixli məktubdan isə görünür ki, iddiaçının riskli vergi ödəyiciləri ilə qarşılıqlı şübhəli əməliyyatlar aparan müəssisələrin siyahısından çıxarılması barədə müraciətinə baxılmışdır və iddiaçının riskli vergi ödəyicisi (rəhbər və ya təsisçinin riskli vergi ödəyiciləri olan vergi ödəyicilərinin rəhbər və ya təsisçisi olduğu) olduğunun müəyyən edilmədiyi qeyd olunmuşdur. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri ilə əməliyyat aparanlar siyahısından çıxarılma” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2817/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2817/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver