Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2818/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı oğlunun iştirakı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “xxxx” ASC-nin fəaliyyətinə xitam verilməsi, ona ödənilməli aylıq zərərin ödənilməli məbləğinin təyin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə ödənilməsinin təmin edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin fəaliyyətinə xitam verilməsi, ona ödənilməli aylıq zərərin ödənilmə məbləğinin 1.367 manat təyin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə ödənilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1991-ci ildə “Bakı Azbest-Şifer və X2”nda peşə xəstəliyinə görə İ İ qrup əmək əlili olub. Sonradan müəssisə “xxxx” ASC adlandırılıb. Əlil olana kimi azı 2 nəfərin yerinə işləməyi ilə əlaqədar orta aylıq əmək haqqı (406 sovet rublu) respublika üzrə orta aylıq əmək haqqından (170 sovet rublu) 2,4 dəfə çox olmuşdur. Əlilliklə, əmək qabiliyyətini 80% itirməyi ilə əlaqədar müəssisədə ona 286 sovet rublu aylıq zərərin ödənilmə məbləği təyin olunmuşdu, respublika üzrə maksimum pensiya səviyyəsində 120 sovet rublu pensiya təyin olunmuşdur. Aylıq zərərin ödənilmə məbləği ilə pensiyanın cəmi onun tutulmalarsız orta aylıq əmək haqqına bərabər olmuşdur, respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə çox olmuşdur. Aylıq zərərin ödənilmə məbləği orta aylıq əmək haqqına görə hesablanır. Respublika üzrə orta aylıq əmək haqqı 2020-ci ilin noyabr yanvar ayında 712.30 manata çatdırılmışdır. Onun orta aylıq əmək haqqı respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə çox olduğundan (712.30 x 2.4) = 1709.52 manat olmalıdır. Aylıq zərərin ödənilmə məbləği və pensiyanın cəmi də bu qədər olmalıdır. Aylıq zərərin ödənilmə məbləği əmək qabiliyyətini 80%-ni itirməyi ilə əlaqədar (1709.52 manatın 80%-i) 1367.62 manat olmalıdır. 1992-ci ilin sentyabrın 1-dən 2012-ci ilin sonuna qədər ona ödənilən aylıq zərərin ödənilmə məbləği tədricən artırılaraq 48 manata çatdırılmışdır. 2012-ci ilin dekabrın 31-dən indiyə kimi müəssisədən aylıq zərərin ödənilmə məbləği heç ödənilməmişdir. Əmək Müfəttişliyi müəssisəni iki dəfə cərimələmiş, həmin cərimələri guya dövlət büdcəsinə keçirmiş, onun hüquqlarını isə təmin edilməmişdir. 1992-ci ilin sentyabrın 1-dən indiyə kimi aylıq zərərin ödənilməmiş hissəsi (1367,62 x 344 ay - 48 ay x 248 ay = 444.981 (dörd yüz qırx dörd min doqquz yüz səksən bir) manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Müəssisə özəlləşdirilən zaman 5 sexdən ancaq biri fəaliyyətdə olmuş, həm də natamam gücü ilə, fasilələrlə 2012-ci ilin sonuna kimi işləmişdir. Müəssisə mövcud olmadığından, varisi də ola bilməz. ASC-nin əmlakı, inzibati bina və boş torpaq sahəsi satışa çıxarılmışdır. Aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin olunmasını və ödənilməsinin təmin olunmasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin yazılı mülahizələri (etiraz) məhkəməyə daxil olmamışdır. Ümüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda müxtəlif tələblər irəli sürmüşdür. İnzibati Prosessual Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasları zamanı iddiaçıya bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təklif edilmişdir. Lakin, iddiaçı iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olan iddianın tələblərinə uyğunlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 16-cı bəndinə əsasən 16.1. iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi iləməlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, onun İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən müddət təyin olunmuş, lakin iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olan iddianın tələblərinə uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “xxxx” ASC-nin fəaliyyətinə xitam verilməsi, ona ödənilməli aylıq zərərin ödənilməli məbləğinin təyin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə ödənilməsinin təmin edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2818/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2818/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver