Məhkəmə qərarları › İş №2-1(112)-282/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-282/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-282/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X5 və X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X5 və X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər X2, X4, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinin bir otağına M.M. Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı, 20 fevral 2020- ci il tarixli Sərəncamın ləğv edilməsi; Sərəncam əsasında ƏMDK-nın yanında DƏDRX tərəfindən xx/xx/2020-ci il tarixdə X2 verilmiş **********19-05101-093082 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən 11.5 kv.m sahəyə verilmiş Çıxarışın ləğv edilməsi; Cavabdeh X5 tərəfindən bacısı olan X4 11.5 kv.m sahə ilə bağlı xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin ləğv edilməsi; Həmin bağışlanma müqaviləsi əsasında X4 verilmiş xx/xx/2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışın ləğv olunması dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, barəsində mübahisə edilən mənzil 23 aprel 1971-ci il tarixində 103609 saylı orderlə iddiaçının atası X7 verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2-ci evin, sahəsi 77,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzilin icarəçisi hazırki iş üzrə İddiaçı olmuş, mənzildə İddiaçı, onun arvadı Q.C.İsayeva, uşaqları Lamiyə, Xəyalə, Kənan və cavabdeh M.M.Omarova pasport qeydiyyatında olmaqla yaşamış, sonradan sonuncu ailə həyatı quraraq mübahisəli mənzili tərk etmişdir. İddiaçı X5 1998-ci ildə Nizami Rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli mənzilə köçürülməsini və mənzilin bölünərək sahəsi 12.8 və 12.5 kv.m olan 2 otağın ona, sahəsi 14.9, 14,7 və 16,4 kv m olan 3 otağın isə İddiaçı ailəsinə verilməsini xahiş etmişdir. İddiaçı M.M.Omarova iddia tələbini onunla əsaslandırmışdır ki, həmin vaxt cavabdehlər münaqişə, dava salaraq onun mübahisəli mənzildə yaşamasını dözülməz etmiş, buna görə də o, mənzildən getməyə məcbur olmuşdur. Cavabdehlər ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddia verərək M.M.Omarovanın mübahisəli mənzilə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə M.M.Omarovanın iddiası qismən təmin edilərək sonuncunun mübahisəli mənzilə köçürülməsi və mənzilin bölünərək sahəsi 11.5 kv.m olan 1 otağın ona verilməsi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bu qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmiş, Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsini bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün bu iş baxılmamış saxlanılmış, bundan sonra heç bir məhkəmə qərarı qəbul edilməmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdeh M.M.Omarova Bakı şəhəri, İ.Məmmədov küçəsində yerləşən 2 saylı evin, 5 otaqlı, 56 saylı mənzilinin 11.5 kv.m olan 1 otağının Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi əsasında əldə etmişdir. Belə ki, həmin qətnamədə Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2- ***-**** saylı qətnaməsilə Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin, 5 otaqlı, 56 saylı mənzilinin şəxsi maliyyə hesabı bölünərək, yardımçı sahələri ümumi istifadədə saxlanılmaqla, sahəsi 11.5 kv.m olan bir otaq hazırki iş üzrə cavabdeh X1 və 19.7 kv.m, 16.4 kv.m, 12.8 kv.m, 14.9 kv.m olan digər 4 otaq isə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və oğlu) hazırki iş üzrə İddiaçı istifadəsinə verilməklə, həmin yaşayış sahələrinə dair onların adına ayrıca kirayə müqaviləsinin bağlanılması qət edilmiş, bundan 22 il sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-578-1998 saylı məktubla adı çəkilən məhkəmə qətnaməsi kirayə müqaviləsi bağlanması hissəsində icra olunması üçün göndərilmişdir. Bakı şəhəri, İsmayıl Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinə dair Məhmuzər Omarova ərizə ilə Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinə müraciət edərək, qeyd edilən məhkəmə qətnaməsinə müvafiq olaraq öz adına ayrıca kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı məhkəmə qətnaməsinə əsaslanaraq Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11.5 kv.m olan 1 otağına hazırki iş üzrə cavabdeh X1 adına ayrıca kirayə müqaviləsi bağlanılmış və o, həmin yaşayış sahəsinin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdeh X5 qeyri qanuni, saxta yollarla mübahisəli mənzilin 11.5 kv.m olan 1 otağını əldə edərək öz mülkiyyətinə qəbul etmiş, sonradan da həmin mənzili bacısı hazırki iş üzrə cavabdeh X4 bağışlamaqla onun mülkiyyətinə keçirtmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, Bakı şəhəri, İsmayıl Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinin 1 otağına Məhmuzər Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanması haqqında Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-578-1998 saylı qətnaməsi Bakı Şəhər Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.1998-ci il tarixli qərardadı ilə həmin miilki iş tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə cavabdeh X1 adına yəni, 11.5 kv.m olan 1 otağına kirayə müqaviləsinin bağlanılmasına əsas olmuş, Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi mövcud olmamış, yəni həmin qətnamə ləğv edilmiş, lakin bundan neçə illər sonra ləğv edilmiş həmin qətnamə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-578-1998 saylı məktubla ləğv edilmiş məhkəmə qətnaməsi kirayə müqaviləsi bağlanması hissəsində icra olunması üçün göndərilmiş, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin, 56 saylı mənzilini sahəsi 11.5 kv.m olan 1 otağına hazırki iş üzrə cavabdeh X1 adına ayrıca kirayə müqaviləsi bağlanılmış və o həmin yaşayış sahəsinin kirayəçisi hesab olunmuşdur. Göründüyü kimi hazırki iş üzrə cavabdeh X5 mübahisəli mənzilin 11.5 kv.m olan yaşayış sahəsini tam qeyri-qanuni yollarla əldə etməklə, qanunsuz olaraq öz mülkiyyətinə keçirtmişdir. Azərbaycan Resublikamsı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Vəkil Bürosunun sorğusuna göndərilən cavabdan da görünür ki, ümumi sahəsi 11.5 kv.m olan ünvan 1 ünvanı hazırki iş üzrə cavabdeh X3 adına 31 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-67 reyestr nömrəli Bağışlanma müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Təqdim olunmuş sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunat Təsərrüfatı Departamentinin 10/1 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı Bakı Şəhər Nizami Rayon Xalq Məhkəməsinin ləğv edilmiş xx.xx.1998-ci il tarixli 2-578-1998 saylı qətnaməsi əsasında verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunat Təsərrüfatı Departamenti də heç bir araşdırma aparmadan ləğv edilmiş, bundan 22 il sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-578-1998 saylı məktubu ilə icra edilməsi üçün göndərilmiş, lakin mövcud olmayan məhkəmə qətnaməsi əsasında Sərəncam vermişdir. Qeyd olunan bu hallar bir daha ona dəlalət edir ki, hazırki iş üzrə cavabdeh X5 bilərəkdən saxta yollara əl ataraq yəni ləğv edilmiş xx.xx.1998-ci il tarixli məhkəmə qətnaməsini icraya yönəltməklə öz adına mənzil kirayə müqaviləsinin bağlanılmasına nail olmuş, bununla da mübahisəli mənzili öz mülkiyyətinə keçirtmiş, daha sonra isə bacısı hazırki iş üzrə cavabdeh X8ma bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Bildirir ki, İddiaçı şəhid ailəsinin üzvüdür. 1971-ci ildən öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Göründüyü kimi hazırda cavabdehlərdən biri, iddiaçı X6 qanunsuz olaraq əldə etdiyi mübahisəli mənzilin 11.5 kv.m olan hissəsini onun mülkiyyətində olmasını əsas gətirərək hazırki iş üzrə iddiaçı ilə ümumi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 2, 56 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinin bir otağına cavabdeh Məhmuzər Omarovanın adma ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı, 20 fevral 2020-ci il tarixli Sərəncamın ləğv edilməli, sərəncam əsasında ƏMDK-nın yanında DƏDRX tərəfindən xx/xx/2020-ci il tarixdə X2 verilmiş **********19-05101-093082 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən 11.5 kv.m sahəyə verilmiş Çıxarışın ləğv edilməli, X5 tərəfindən bacısı olan X4 11.5 kv.m sahə ilə bağlı xx.xx.2020ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin ləğv edilməli, həmin müqavilə əsasında X4 verilmiş xx/xx/2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı Çıxarış ləğv edilməlidir. Həmçinin hesab edir ki, iş üzrə cavabdehlərin hər birinin əməlində cinayət tərkibi olduğuna görə bu barədə həmin şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1325/2023 nömrəli qərardadı ilə iddiaçının “Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamın ləğv edilməsi” nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1325/2023 nömrəli qərardadı ilə iddiaçının vəsatəti qismən təmin edilərək, cavabdeh X5, X6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iş üzrə prosessual iştirakına xitam verilmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-282/2024 nömrəli qərardadı ilə iş üzrə X5 və X6 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndəsinin iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdırlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 23 aprel 1971-ci il tarixli 103609 saylı orderə əsasən Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, sahəsi 75,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzil 8 nəfər ailə tərkibi olan X7 ayrılmışdır. - İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüftatı Birliyinin 143 saylı İsatismar Sahəsinin 410 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2-ci evin, sahəsi 75,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzilin icarəçisi İddiaçıdur. Həmin mənzildə İddiaçı, onun arvadı Q.C.Omarova, uşaqları X9, X10, X12 və bacısı M.M.Omarova pasport qeydiyyatındadırlar. - İddiaçı X5 1998-ci ildə Nizami Rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli mənzilə köçürülməsini və mənzilin bölünərək sahəsi 12.8 və 12.5 kv.m olan 2 otağın ona, sahəsi 14.9, 14,7 və 16,4 kv m olan 3 otağın isə İddiaçı ailəsinə verilməsini xahiş etmişdir. Cavabdehlər ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddia verərək M.M.Omarovanın mübahisəli mənzilə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdirlər. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə M.M.Omarovanın iddiası qismən təmin edilərək sonuncunun mübahisəli mənzilə köçürülməsi və mənzilin bölünərək sahəsi 11.5 kv.m olan 1 otağın ona verilməsi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. - Bu qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmiş, Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsini bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. - Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün bu iş baxılmamış saxlanılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11,5 kv.metr olan bir otağına X1 adına ayrıca kirayə müqaviləsi bağlanılması və onun həmin yaşayış sahəsinin kirayəçisi hesab olunması qeyd edilmişdir. Sərəncamın qəbul edilməsinə əsas kimi Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsi göstərilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmənin sorğusuna cavab olaraq 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamın təsdiq edilmiş surətini və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq ünvan 2 ünvanına dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578, 1998 saylı qətnaməsi ilə M.M.Ömərovanın ilkin iddiası qismən təmin idilmiş və H.M.Ömərovun və Q.Ç.İsayevanın qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalaraq ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yeni məhkəmə baxışına göndərilməsini xahiş etmişlər. Bakı şəhər məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 01 sentyabr 1998-ci il tarixli, 3K-710/1998 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibində yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci i tarixli, 2- 852/1998 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gədmədikləri üçün mülki iş baxılmamış saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisələndirilən sərəncamın təsdiq edilmiş surəti xx.xx.2023-cü il tarixli məhkəmə iclasında rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11,5 kv.metr olan bir otağına X1 adına ayrıca kirayə müqaviləsi bağlanılmış və o, həmin yaşayış sahəsinin kirayəçisi hesab olunmuşdur. Həmin Sərəncamın qəbul edilməsinə əsas kimi Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsi göstərilmişdir. Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsinin Bakı şəhər məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə ləğv edilmiş, işin hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmiş, habelə Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün bu iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsi ləğv edilsə də, cavabdeh inzibati orqan tərəfindən ləğv edilmiş, yəni mövcud olmayan qərar əsasında hazırda mübahisələndirilən 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncam qəbul edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, müvafiq inzibati akt mövcud olmayan məhkəmə qətnaməsinə əsaslanaraq qəbul edildiyindən həmin Sərəncam maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən Sərəncam qəbul edilərkən Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilin icarəçisi İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən İddiaçı və ya onun nümayəndəsini dinləməkdən imtina etməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmamışdır. Beləliklə, cavabdeh inzibati orqan Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin icarəçisi İddiaçı olmasına və həmin mənzilə dair mülki mübahisənin olmasına baxmayaraq, İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb etməmiş, habelə Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsinin ləğv edilməsinə, yəni belə bir qətnamənin mövcud olmamasına baxmayaraq həmin qətnamə əsasında mübahisələndirilən sərəncamı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qanunvericilikdə maraqlı şəxsin icarədar hesab edilməsi və ya kirayəçi kimi tanınmasının tələb edilməsi üçün kirayəçi ilə birikdə yaşamasından və ya xarici ölkə vətəndaşı olmasından asılı olmayaraq mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılığının tələb edilməsi, həmçinin fəaliyyət qabiliyyətli şəxsin özünün kirayəçi kimi tanınmasını tələb etmək hüququnun olması müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən fəaliyyət qabiliyyətli ailə üzvünün razılığının alınması zəruri bilinməmiş, həmçinin kirayəçi kimi fəaliyyət qabiliyyəti olmayan şəxs barəsində müvafiq inzibati akt qəbul edilmişdir. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbləri gözlənilməməklə yanaşı, həmçinin müvafiq sahəni tənzimləyən maddi hüquq normalarının tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından mübahisələndirilən inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar