Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2820/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Reyestr nömrəsi **********75, Qeydiyyat nömrəsi 115065738, xx.xx.2015-ci il tarixli Seriya RX№ ******* saylı ÇİXARİŞ-la onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında, yerləşən evin üzərinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyumuş qoyulmuş qadağanın götürülməsi barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixində ərizə təqdim edərək “ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Reyestr nömrəsi **********75, Qeydiyyat nömrəsi ********* , xx.xx.2015-ci il tarixli Seriya RX № ******* saylı ÇİXARİŞ verilmişdir. Sonradan Bakı şəhəri Nizami rayon Məhkməsinin 2(007)-6862 saylı xx.xx.2016-cı il tarixli İcra sənədinə, X7 16440,34 ABŞ dollar və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2017-ci il tarixində şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanmışdır. Lakin borclu X1 müddətdə ərzində icra sənədində tələbi icra etməmiş və bu barədə heç bir üzrlü səbəb göstərməmişdir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə yalnışlıqla icra məmurunun təqdimatı əsasında onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 3 saylı evin üzərinə həbs qoyulması üçün müraciət edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-429/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadına əsasən təqdimat təmin edilmişdir. Lakin sonradan Nizami İcra Şöbəsi öz səhvini başa düşmüş və ona görə Nizami rayon Məhkəməsinə Təqdimatla müraciət edərək səhvən onun evinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-118/2024 saylı xx.xx.2024-cii ü il tarixli Qərardadı ilə təqdimat təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 429/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ləğv edilmiş və İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 003 ha.torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərarın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Lakin hazırda məlum olmuşdur ki, onun mülkiyyətinin üzərində hansısa sənədlər əsasında qadağa qoymuş və mülkiyyətinin üzərində sərbəst sərəncam verilməsinə imkan verməmişdir. Belə ki, cavabdehə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə xx.xx.2024-cü il tarixli 3-21-3-30/2Q- 062235/2024 — **********37 saylı cavabda bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair qeydin aparılmasına əsas olmuş Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2 (007)1373 /2005 nömrəli Qətnaməsi Bakı Apellyasiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv olunduğundan müraciəti təmin edilməmişdir. Hesab edir ki, Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavabı əsassızdır və onun əmlakım üzərinə qoyulmuş qadağa götürülməlidir. ünvan 3 ünvanında yerləşn ev xüsusi mülkiyyətin barədə Seriya RX № ******* saylı ÇİXARİŞ, xx.xx.2015-ci il tarixli verilmişdir. Ona görə cavabdehin 2005-ci il tarixli Qətnaməyə istinad etməklə onun tələbini təmin etməməsi əsassızdır. Ona görə də mənzilin ünvan 3 ünvanında yerləşən evin üzərinə qoyulmuş qadağanın götürülməsi zərurəti vardır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun tələbinə əsasən Reyestr Xidmətini Daşınmaz Əmlakın üzərinə qadağa qoymaq səlahiyyəti olmadığı halda, lakin onun əmlakı üzərinə qadağa qoymuş və hazırda həmin əmlak üzərində hüquqlarımı həyata keçirə bilmir. Ona görə hesab edir ki, onun evinə və torpaq sahəsinə qoyulmuş qadağa götürülməlidir.
4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair qeydin aparılmasına əsas olmuş Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2- 1373/2005 nömrəli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)- 2059/2015 saylı qərardadı ilə ləğv olunduğundan, müraciətin təmin olunması tərəfindən mümkün olmamışdır.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********, xx.xx.2015-ci il tarixli seriya RX № ******* saylı çıxarışla xüsusi mülkiyyətində ünvan 5 ünvanında yerləşən evin üzərinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyulmuş qadağanın götürülməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı İdarəyə müraciət etmiş və **********37 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair qeydin aparılmasına əsas olmuş Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1373/2005 nömrəli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv olunduğundan, müraciətin təmin olunması tərəfindən mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
6. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli Məhkəmə aktlarının təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı və Nizami Rayon Məhkəməsinin 2-1373-2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin surəti göndərilmişdir: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-1373-2005 nömrəli qətnaməsinə əsasən əsas iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3-də yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsinə X2, sahəsi 600 kv.m olan torpaq sahəsinə X5, sahəsi 300 kv.m olan torpaq sahəsinə X3 və sahəsi 300 kv.m olan torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 2059/2015 nömrəli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1374/2005 saylı iş üzrə xx.xx.2005-ci il tarixli qətnamə ləğv edilmişdir və qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki: “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1374/2005 saylı iş üzrə 16 noyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Yekun qərar qəbul edilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı vəziyyətə mülki icraatın başlanması əsası olan ərizələr baxılmamış saxlandığından işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul edilməsi yolverilməzdir. ”
7. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli qeyd olunan ünvana dair sənədlərin surətlərinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətlərini təqdim edilmişdir: - AN – İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi shaəsi 0,03 ha olan torpaq sahəsi satıcı X8 tərəfindən alıcı İddiaçı mülkiyyətinə verilmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-118/2024 nömrəli qərardadına əsasən təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən torpaq sahəsi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.)
10. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasına üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, alqı-satqı müqaviləsi və qeydiyyat ləğv edilməyib və çıxarış qüvvədədir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, iddiaçının adı qətnamədə qeyd edilməmişdir, o, vicdanlı alıcıdır, torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında alıb.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində kimi iddiaçının sahibliyində və istifadəsində olması, eləcə də mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hər hansı mübahisə yoxdur.
16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin, xx.xx.2005-ci il tarixli 2-1373-2005 nömrəli qətnaməsinə əsasən əsas iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3-də yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsinə X2, sahəsi 600 kv.m olan torpaq sahəsinə X5, sahəsi 300 kv.m olan torpaq sahəsinə X3 və sahəsi 300 kv.m olan torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 2059/2015 nömrəli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1374/2005 saylı iş üzrə xx.xx.2005-ci il tarixli qətnamə ləğv edilmişdir və qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki: “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1374/2005 saylı iş üzrə 16 noyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Yekun qərar qəbul edilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı vəziyyətə mülki icraatın başlanması əsası olan ərizələr baxılmamış saxlandığından işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul edilməsi yolverilməzdir. ” - AN – İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi shaəsi 0,03 ha olan torpaq sahəsi satıcı X8 tərəfindən alıcı İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən torpaq sahəsi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.) - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-118/2024 nömrəli qərardadına əsasən təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır.
17. Məhkəmə qeyd edir ki, faktiki olaraq İddiaçı AN–İ ******* nömrəli, 22 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini hüquqi əsaslarla əldə etmiş və 29 sentyabr 2015-ci il tarixində bu torpaq sahəsinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilən tarixdən etibarən, yəni mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması anından, həmin torpaq sahəsi hüquqi cəhətdən yeni yaranmış daşınmaz əmlak kimi formalaşmışdır. Bu isə onu göstərir ki, daşınmaz əmlakla bağlı hüquqi status tam şəkildə müəyyən olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-2059/2015 nömrəli qərardadına əsasən müəyyən olunur ki, mülki icraatın başlanması əsası olan ərizələr baxılmamış saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ünvan 9 ünvanında yerləşən torpaq sahəsinə dair qüvvədə olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi haqqında və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı heç bir mübahisə irəli sürülməmiş, bu qeydiyyatın etibarsız sayılması ilə bağlı hər hansı hüquqi tədbir görülməmişdir. Bu fakt da onu göstərir ki, iddiaçının mülkiyyət hüquqları həm hüquqi cəhətdən qüvvədədir, həm də dövlət tərəfindən tanınır və müdafiə olunur. 18.Mülki Məcəllədən:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
19. Məhkəmə qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi iş materiallarına əsasən sübut edilmir. Belə ki, yeni daşınmaz əmlak kimi Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən torpaq sahəsi kimi iddiaçıya dair hüquqların qeydə alınması etibarlı əqdə (AN – İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən) və reyestr yazısına əsaslanmış və həmin qeydiyyat ləğv və ya etibarsız hesab edilməmişdir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Məhkəmə qeyd edir ki, nə Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən torpaq sahəsinə dair AN – İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, nə də İddiaçı hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2015-ci il tarixdə aparılmış qeydiyyat ləğv və etibarsız hesab edilməmişdir.
23. Odur ki, Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə dair İddiaçı hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2015-ci il tarixdə aparılmış qeydiyyat və reyestr yazısı mövcuddur, həmin hüquq daşınmaz əmlaka dair xx.xx.2015-ci il tarixli alq-satqı müqaviləsi əsasında əmələ gəlmişdir, məzmunu dəqiqdir, məzmununun qeyri-dəqiqliyinə dair hər hansı şübhə yoxdur, həmin qeydiyyat (alqı-satqı müqaviləsi əsasında əmələ gəlmiş hüquq) ləğv və ya etibarsız hesab edilməmişdir və məhkəmə araşdırması zamanı həmin hüququn üzərində hər hansı məhdudiyyətin olduğu müəyyən edilməmişdir.
24. Məhkəmə eyni zamanda qeyd edir ki, qeyd edilən müddətdə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi maraqlı subyektlər tərəfindən mübahisələndirilməmiş, eləcə də iddiaçının adına mövcud qeydiyyat və reyestr yazısı cavabdeh tərəfindən ləğv edilməmişdir.
25. Belə ki, 2015-ci ildə həmin torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin bağlanmasına imkan vermişdir. Alqı-satqı müqaviləsi bağianan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən əmlaka mülkiyyət hüququ X4 məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — Mülki Məcəllə) 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində döviət reyestrinin açıqlığı prinsipindən irəii gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamSığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqiıyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamhğı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adma qeydiyyata alınmış hər hansı bir hüququ əidə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın döviət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmiaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Müiki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdın imasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin döviət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, döviət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əidə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 20f8-ci il 18 iyul tarixli Qərarı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əidə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti oian mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün hallan nəzərə alınmaqla, bu halların ərizəçiyə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Qərarı, № 18768/05, § 103, 2010-cu il).
26. Məhkəmənin mövqeyi reyestr yazısının tamlığı və əsaslılığı prezumpsiyasına əsaslanır.
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
28. X15 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
29. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsi barədə qərar qəbul edilməlidir. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva