Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2821/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X19 və X17) “qəyyum təyin edilmə” tələbinə dair il üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X19 və X17) “qəyyum təyin edilmə” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra hakimiyyəti tərəfindən X6 X4 və bacısı X9 qəyyum təyin olunması barədə qərar çıxarmasının təmin edilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(001 )-1109/2023 nömrəli Qətnaməsinə əsasən, ünvan 1 ünvanında yaşayan X4 və həmin ünvanda yaşayan bacısı X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişlər. Qətnamə əsasında xx.xx.2023-cü il tarixində ididaçı, X4 və bacısı X9 qəyyum təyin olunması barədə Binəqədi rayon İcra hakimiyyətinə müraciət etmişsir. Binəqədi rayon İcra hakimiyyəti tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli 5-10/2-M-132/2-099/2-t/1 /2023 nömrəli cavab məktubunda onun ana və bacısına qəyyum təyin olunması üçün qardaşları X19 və X13 notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsini bildirilmişdir. Binəqədi rayon İcra hakimiyyətinin cavab məktubu əsasında Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(001)- 5249/2023 mömrəli Qərardadı ilə Binəqədi rayon İcra hakimiyyətinə qarşı qəyyum təyin edilməsi tələbinə dair iddia ərizəsinn icraata qəbulundan imtina edərək aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bildirir ki, X4 və bacısı X15 X5, onun ailəsi və övladları ilə əlaqə saxlamırlar. Son 1 (bir) il ərzində X5 və ailəsi tərəfindən ana və bacısına qarşı kobud davranışlarına görə dəfələrlə Binəqədi polis idarəsinin 6-cı polis bölməsinə şikayətlər olmuşdur. Ona məlumdur ki, X5 və ailəsi X4 və bacısı X1 və onlara qulluq etmək arzusunda deyillər. X5 və ailəsi dəfələrlə anasının evinə gələrək onu təhqir edirlər. Bununla əlaqədar iddiaçı dəfələrlə X5 və ailəsinin hücumlarına məruz qaldığına görə 102 çağrı mərkəzinə müraciətetmişdir. Digər qardaşı X17 isə uzun müddətdir ki, Kazaxstan Respublikasının Aktau şəhərində qeyri-rəsmi ailə quraraq yaşamaqdadır. X3 Azərbaycan Respublikasına qayıtmaq fikiri yoxdur. X4 və bacısı X9 uzun müddətdir iddiaçı baxır və qulluq edir. Ana və bacısı onlara yalnız onun baxmağını və qulluq etməyini istəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.3-cü maddəsinə görə “Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqdan sonra onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə Qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində İcra hakimiyyəti orqanı tərəfindən qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəllənin 34.2-ci maddəsinə görə, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə Qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qanunun göstərişinə baxmayaraq X4 və bacısı X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1109/2023 nömrəli Qətnamə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə baxmayaraq Binəqədi rayon İcra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı onlarla maraqlanmamışdır. Qəyyumluq və himayəçiliyin təyin edilməsinin bütün halları üçün məcburi olan qəyyum və ya himayəçinin namizədliyi üçün tələblər aşağıdakılardır: 1) şəxsin yetkinlik yaşı, yəni. 18 yaşına çatmaq; 2) şəxsin tam mülki fəaliyyət qabiliyyəti; 3) namizədə münasibətdə onun valideynlik hüquqlarından məhrum edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması (verildiyi vaxtdan asılı olmayaraq); 4) qəyyumluq və ya qəyyumluq təyin edilərkən vətəndaşların həyatı və ya sağlamlığı əleyhinə qəsdən cinayət törətməyə görə məhkumluğun olmaması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, “Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır”. İddiaçı X4 və bacısı X9 qəyyum təyin olunmasını istəyir və ailə üzvləri də buna razıdırlar. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə X19 və X17 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Lakin, məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddianın mümkün sayılaraq, işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onula əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun X4 və bacısı X15 üzərində qəyyum təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1109/2023 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanında yaşayan X4 və həmin ünvanda yaşayan bacısı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini, buna baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı tərəfindən onlarla maraqlanmadığını, onun anası və bacısı üzərində qəyyum təyin edilməsinə razılıq verilmədiyini qeyd etmişdir. İlk olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə X4 və bacısı X7 üzərində qəyyum təyin olunmasına sərəncam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 5-10/1-M-132/2-099/2-t/1/2023 saylı ərizə ilə müraciət etmiş və müraciətinə 21 sentyabr 2023-cü il tarixli, 5-10/2-M-132/2-099/2-t/1/2023 saylı məktubla tərəfimizdən cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələ ilə əlaqədar araşdırılma aparılması üçün, iddiaçının anası və bacısı üzərində qəyyum təyin olunmasına etirazın olmaması barədə qardaşları X19 və X14 notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və özünün tərcümeyi-halı Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciəti əsasında yenidən baxıla bilər. Lakin, buna baxmayaraq iddaçı tərəfindən sözügedən sənədlərin heç biri Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. İddiaçının X4 və bacısı X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1109/2023 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab olunmuşdur. Sözügedən qətnamə tərəfimizdən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, qəyyum ailə üzvlərinin arasından seçilən zaman onun razılığından əlavə olaraq digər ailə üzvlərinin hər birinin razılığı alınmalıdır. Qanunvericiliyin tələblərinə əsasən Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət qabiliyyəti olmayan şəxsə münasibətdə ailənin digər üzvlərinin də hüquqlarını nəzərə almalıdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşma çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi qanunvericilikdə hansı şəxslərin digər şəxsin fəaliyyət qabiliyyətli olmaması ilə bağlı məhkəmədə ərizə vermək hüququnun olması konkret olaraq qeyd olunur. Buda o deməkdir ki, yaxın qohumların (valideynlər, uşaqlar, qardaş-bacıların) hər birinin belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 35.3-cü maddəsinə əsasən qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Qanunvericilikdə konkret olaraq hansı şəxslərin qəyyum təyin oluna biləcəyi qeyd olunmur, yalnız həmin şəxslərin konkret hansı kriteriyalara cavab verməli olduğu qeyd olunur (18 yaşının tamam olması və sair). Lakin nəzərə alsaq ki, Mülki Prosessual Məcəllədə şəxsin fəaliyyət qabiliyyətinin olmaması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə biləcək dairəsi konkret qeyd olunduğundan, ən azından həmin şəxslərin qəyyumluğun təyin olunması zamanı razılıqları alınmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin ll.lci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının anası və bacısı üzərində qəyuum təyin olunmasından imtina etməmiş, qanunvericiliyin tələblərinə müvafiq olaraq qardaşları X19 və X14 notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və özünün tərcümeyi-halını ondan tələb etmişdir. Qardaşlarının da anaları X8 və bacıları X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ilə bağlı öncədən müvafiq məhkəməyə müraciət etmə hüququ olduğunu nəzərə alaraq, öz ailə üzvləri üzərində iddiaçının qəyyum təyin edilməsi zamanı da onların razılığının alınması mütləqdir. İddiaçıya Binəqədi Rayon İcra Hakimiyyətinin cavab məktubunda iddiaçının anası və bacısı üzərində qəyyum təyin olunması üçün tələb olunan sənədlərin təqdim olunmasından sonra qanunun tələblərinə uyğun müraciət olunması tövsiyə olunmuş, lakin, o isə buna əməl etməkdənsə hüquqlarının pozulmasını iddia edərək, məhkəməyə müraciət etməyə üstünlük vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının qardaşları X19 və X14 notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və özünün tərcümeyi-halının Rayon İcra Hakimiyyətinə təqdim olunmasının bildirilməsi iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmamışdır. Hesab edirik ki, iddiaçı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1109/2023 saylı qətnaməsinə əsasən xx.xx.1953-cü il təvəllüdlü X8 (FİN: 5E4Z9TB) və xx.xx.1985-ci il təvəllüdlü X15 (FİN: OYPMWVG) fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmişdirlər. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı X4 və bacısı X15 üzərində qəyyum təyin olunmasına köməklik göstərilməsi barədə ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar araşdırma aparılması üçün qardaşları X16 və X13 notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və tərcümeyi halı Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciəti əsasında yenidən baxıla biləcəyi qeyd edilmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunu aldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-5249/2023 saylı qərardada əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qəyyum təyin edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmış və ona müvafiq tələblə aidiyyət üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən X6 X4 və bacısı X9 qəyyum təyin olunması barədə qərar çıxarmasının təmin edilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı halda qəyyumluqla bağlı mübahisələrin mülki məhkəmə icraatı qaydasında baxılması barədə məhkəmə təcrübəsinin formalaşdığı müəyyən olunduğundan hazırkı mübahisə də mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2889/2019 nömrəli xx.xx.2019 tarixli, 2-1(102)-1232/2019 nömrəli xx.xx.2021 tarixli, 2-1(102)- 1635/2021 nömrəli xx.xx.2021 tarixli Qərarları) Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə müvafiq olaraq ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2889/2019 nömrəli xx.xx.2019 tarixli Qərarı) Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən, habelə formalaşmış məhkəmə təcrübəsinə əsasən hazırkı mübahisə mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edildiyindən, iddiaçı müvafiq iddia tələbi ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Göstərilən normaların tələblərindən göründüyü kimi mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İddiaçıya izah olunur ki, hazırki iş üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Odur ki, iddiaçı müvafiq iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev