Məhkəmə qərarları › İş №2-1(112)-2823/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2823/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2823/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 X5 İdarəsinin nümayəndəsi və vəkili X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən hal-hazırki dövrədək işləməyi barədə illəri nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə 60 yaşının tamam olması ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə 127 saylı əmrlə Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin Bakı Mebel-yığma kombinatına işə qəbul etmiş və hərbi xidmətə çağırılmağı ilə bağlı xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə əvvəlki iş yerinə bərpa edilmişdir. xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırılmağı ilə bağlı işdən azad edilmiş və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdə işə qəbul edilmiş və xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək ictimai iaşə təmir idarəsində işləmişdir. xx.xx.1986-cı il tarixdə Xaçmaz rayonu “Rusiya” sovxozunda təhlükəsizlik texnikası üzrə mühəndis təyin edilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş və xx.xx.1989-cu il tarixdə Xaçmaz aqrarfirmasında üzüm emalı zavoduna işə qəbul edilmiş və xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-cü il tarixdə 38 saylı Xaçmaz TTSMD 2-ci ddərəcəli fəhlə kimi işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə azad edilmişdir. xx.xx.2006-cı il tarixdə 15 saylı X9 özülünə 4-cü dərəcəli neft-qazma qurğularının motorçusu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından işdən azad edilmişdir.xx.xx.2012-ci il tarixdə “X10” Tresti “Neft Daşları” X13 X6 1887 saylı 2 dəzgahlı qazama qurğusunun DSÖ-nə 4-cü dərəcəli motorçusu peşəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10” trestinin X7 bölümünün 2150 saylı DSÖ-yə 4-cü dərəcəli qazma motorçusu peşəsinə qəbul edilmiş və hal-hazırda da işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peeşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə zərərli sahədə işləməyi ilə bağlı əmək pensiyası təyin edilmsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 X5 İdarəsinə müraciəti nəticəsiz qalmışdır, heç bir tədbir görülməmişdir və şöbə tərəfindən güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması barədə cavab verilmişdir. Cavabdeh xx.xx.1978-ci ildən xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilməsi göstərilmişdir. “X10” Tresti tərəfindən verilmiş SOCAR **********81200601B00015 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışında da onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peeşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən hal-hazıradək olan güzəştli əmək stajının 12 il olması öz əksini tapmışdır. Cavabdeh tərəfin imtinası əsassızdır və heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 X5 İdarəsinin nümayəndəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusı sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 (x xxxx 2017-cı ıl tarıxınədək 57 yaş) yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının “Əmək pensiyyaları haqqında” Qanunun 31.2.1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təqsdiqləndiyi halda bu qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə cavabdehə təqdim etdiyi xx xxx 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1978xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər. İddiaçının qeyd olunan stajı təsdiq edilmədiyindən və buna görə də, ümumi stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərə əmək pensiyası təyin edilə bilməz. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 X5 İdarəsinin nümayəndəsi və vəkili X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZE-0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cü il təvəllüdlüdür, Xaçmaz rayonu Palçıq-Oba kəndində qeydiyyatdadır. Hərbi bilet əvəzi arayışına əsasən 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx xxx 1979cu il tarixdən xx xxxx 1981-ci il tarixədək Sovet Ordusunda Silahlı Qüvvələrdə hərbi xidmət keçmişdir. İşdə olan iddiaçının İT-İ-0292927 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: - BMYK qəbul olan qədər xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinə qədər 94 saylı DTPM-də oxumuşdur. - xx xxxx 1978-ci ildə DSP sexinə quru yonqar bunkerçisi vəzifəsinə qəbul edilmişdir. -xx xxxx 1978-ci ildə Elektrik sexinə elektrokar sürücüsünün şagirdi vəzifəsinə keçirilmişdir. - xx.xx.1978-ci ildə -3-cü dərəcəli elektrokar sürücüsü peşəsi verilmişdir. - xx.xx.1978-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırışla əlaqədar azad edilmişdir. - xx.xx.1979-cü ildə Əvvəlki iş yerinə bərpa edilmişdir. - xx.xx.1979-cü ildə Az.SSR ƏM 36-ci maddəsinə əsasən Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. -xx.xx.1979-xx.xx.1981-cil ildə orduda xidmət etmişdir. -xx.xx.1981-Elektrik sexinə 3-ü dərəcəli elektrokar sürücüsü vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1981-Müəssisənin yenidən təşkili ilə əlaqədar Bakı DSP zavoduna keçirilmişdir. -xx.xx.1981-Bakı DSP zavodu. Elektrik sexinə 3-cü dərəcəli elektrik yükləyici sürücüsü vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1983-3-cü dərəcəli elektrokar sürücüsü vəzifəsinə keçirilmişdir. - xx.xx.1985-Az.Resp. ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - xx.xx.1985-Mebelin təmiri üzrə rəngsaz vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1986-Az.Resp.ƏM 36-cı maddəsi 1-ci bəndinə əsasən (tərəflərin razılaşması) işdən azad edilmişdir. -xx.xx.1986- Xaçmaz rayonu “Russiya” sovxozunun təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. -xx.xx.1989-ştat ixtisara düşdüyü üçün yemçilik briqadasına fəhlə kimi keçirilmişdir. -xx.xx.1989- Şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. -xx.xx.1989-“Xaçmaz” aqrofirmasının üzüm emalı zavodu. Aqrofirmanın nəzdində olann tədarük satış bazasına fəhlə işə kimi qəbul edilmişdir. -xx.xx.1990- Aqrofirmanın “Rusiya” sovxozuna təhlükəsizlik texnikası üzrə mühəndis keçdiyi üçün işdən azad edilmişdir. -xx.xx.1990- Xaçmaz rayonu “Rusiya” sovxozuna təhlükəsizlik texnikası üzrə mühəndis təyin edilmişdir. -xx.xx.1994-Xırmanda məhsuk qurtardığı üçün tutduğu vəzifədən azad edilmişdir. -xx.xx.1997- 38 saylı Xaçmaz TTSMD-də 2 ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. -xx.xx.1998- Azərbaycan Respublikası ƏTM-nin 38-ci maddənin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. -xx.xx.2006-cı ildə 15 saylı X9 Özülünə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorcusu peşəsinə işə qəbul edilmişdir. -xx.xx.2006-cı ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorcusu keçirilmişdir. -xx.xx.2008-ci ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli qazma qurğusunun motorcusu keçirilmişdir. -xx.xx.2012-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69 maddəsinin 3-cü hissəsinə əsasn başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün özü təşəbbüsü ilə işdən azad edilmişdir. -xx.xx.2012-“X10” tresti “Neft Daşları” X13 idarəsində 1887 saylı 2 dəzgahlı DSÖ-nə 4cü dərəcəli qazma qurğusunun motorcusu peşəsinə işə qbul edilmişdir. -xx.xx.2013-2150 saylı dəniz özülünə 4-cü dərəcəli qazma qurğusunun motorcusu peşəsinə keçirilmişdir. -xx.xx.2014- AR ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. -xx.xx.2014-bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş uyğun olaraq “Neft Daşları” İstehsalat bölümü 2150 saylıı DSÖ-yə 4-cü dərəcəli qazma qurğusununun motorcusu peşəsinə qəbul edilmişdir. -xx.xx.2017- “Neft Daşları” istehsalat bölümü 740 saylı DSÖ-yə qazma qurğusunun motorcusu peşəsinə keçirilmişdir. -xx.xx.2017-ci ildən hal-hazıradək işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10” Trestinin SOCAR**********81200601B00015 saylı xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən SOCAR “X10” trestinin müxtəlif idarələrində güzəştli şərtlərə təqaüdə çıxmaq hüququ verən peşələrdə işləmişdir.”Bayıl limanı” X11 İdarəsi üzrə: xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək 15 və 1887 saylı X9 Özülündə neft-qaz qazma qurğularının motorçussu; “Neft Daşları” X13 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək 1887 və 2150 saylı DSÖ-də qazma qurğusunun motorçusu; “X10” trestinin bölümləri üzrə: xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək “Neft Daşları” İstehsalat bölümünün 2150 və 740 saylı DSÖ-lərdə qazma qurğusunun motorçusu; xx.xx.2018-ci ildən hal-hazıradək Logistika bölümü, Vışkaquraşdırma sahəsində vışka quraşdırma peşəsində işləyir. SOCAR “X10” tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli 10.1 qərarına əsasən hal-hazıradək olan güzəştli əmək stajı-13 ildir. Xaçmaz Rayon Dövlət Arxivinin xx xxxxxxx 2019-cu il tarixli, 803 nömrəli arxiv arayışında İddiaçı 1986-1994-cü illər arasında “Rusiya” sovxozunda işləyərək əmək haqqı almasına dair qeydlər əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X12 X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********9 saylı imtina məktubunda qeyd etmişdir ki, xx xxx 1978ci il tarixli İT-İ-0292927 nömrəli əmək kitabçasında xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdlü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxılacağı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, bu imtina əsassızdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Pensiyaları haqqında qanunun 21.1ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Həmin qanunun21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Cavabdeh inzibati orqan iddiaçının ümumi stajının tam olmasını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 1978-xx.xx.2006-cı illərdə işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçası idi. İddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmiş, həmçinin sovxozda işləməyə dair arxiv arayışı təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə olan halda, «Əmək pensiyaları haqqında» Azərğaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbi baxımından iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün onun 25 il ümumi və bu müddətin ən azı 12 il 6 ayını onun xüsusilə zərərli və ağır iş şəraiti olan peşələrdə çalışması tələb olunur. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsində 10.1. a) “qüllə quraşdırıcıları” və “qazma qurğularının motorçuları” peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Məhkəmə qeyd etmək istəyir ki, qazma işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan motorçular insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Həmçinin, Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli iş yerindən arayışda iddiaçının xx.xx.2018-ci ildən hal-hazıradək (xx.xx.2019-cu il) Vışkaquraşdırma sahəsində vışka quraşdıran peşəsində işlədiyi qeyd edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 bölməsində isə qüllə quraşdıranlar qeyd edilmişdir. Məhkəmə də qeyd edir ki, qeyd edilən peşələrin adının yazılışında fərq olsa da, mahiyyətcə söhbət eyni peşədən gedir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12,6 il iş stajına malik olmuşdur. Hərbi illəri (02 il 2 ay 11 gün) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən çox sığorta stajı mövcuddur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin, insan hüquqları üzrə bir sıra beynəlxalqhüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar