Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2823/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və 44 saylı Birləşmiş şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyin və pensiya ödənişinin təyin edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413-cü il Qərarı ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasından 44 saylı Birləşmiş şəhər Poliklinikasının çıxarılmasını və sonuncu göndərişə əsasən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və 44 saylı Birləşmiş şəhər Poliklinikası cavabdehlər sırasından çıxarılmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ürəyində anadangəlmə problemlər olmuş və uşaq vaxtından bugünə kimi daima müalicə almaq zərurəti ilə üzləşmişdir. 2004cü ildə keçirilən tibbi müainələrdən sonra “2-ci dərəcəli aktiv revmatizm və revmokordit” diaqnozu ilə 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 05 avqust 2004-cü il tarixli 843030 saylı müainə aktınadan çıxarışa əsasən ona “yüngül fiziki işlərdə az həcmdə işləyə bilər” zəmanəti ilə ilkin olaraq bir il müddətinə 3-cü qrup əllilik təyin edilmişdir. Bir il müddətində səhhətində ağırlaşmalar baş vermiş, bununla əlaqədar 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 08 dekabr 2005-ci il tarixli 049438 saylı müainə aktından çıxarışa əsasən Komissiya tərəfindən ona “əmək qabliyyətsiz” hesab edilərək bir illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti-2006,2007,2008,2009,2010,2011,2012,2013,2014 və 2015-ci illər ərzində ərazi tibbi müalicə müəssisəsindən təqdim edilən diaqnozlar əsasında TSEK tərəfindən ona hər il fasiləsiz olaraq 2-ci qrup əllilik təyin edilmişdir. O, 2012-ci ildə yaşayış yerini dəyişdirmiş və hazırda yaşadığı ünvana köçmüşdür. 2004-cü ildən 2012-ci ilə qədər müddətdə onun xəstəlik diaqnozları Nizami rayonu 26 saylı şəhər poliklinikasının həkimləri tərəfindən tərtib edilirdi, yerdəyişmə ilə əlaqədar 2012-ci ildən sonra isə diaqnozlarını yeni yaşayış yerinin dislokasiyası üzrə xidmət edən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasının həkimləri tərəfindən tərtib edilərək (hazırda həmin tibb müəssisəsi 44 saylı Birləşmiş Şəhər Poliklinikasına çevrilmişdir) TSEK-ə təqdim olunmuşdur.10 il müddətində ardıcıl olaraq TSEK tərəfindən ona 2-ci qrup əlillik təyin edilməsi və belə olan halda 2015ci ildə qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr tarixli 413-saylı Qərarı ilə təsdiq edilən “Əsasnamə”yə əsasən ona fasiləsiz(ömürlük) əlillik barədə qərar qəbul edilməli olduğu halda Tibbi komissiya əksinə onu yenidən həkim müayinələrinə cəlb etməklə Qanunun tələblərini barəsində icra etməmişdir. 2020-ci ildə əlliliyinin təsdiqinə TSEK tərəfindən imtina aldıqdan sonra baş verən müəmmalı hadisələrə aydınlıq gətirilməsi üçün Agentliyin kompüter sistemində əlilliyinin hansı ildən əks etdirilməsini öyrənmək ehtiyaçı ilə üzləşdiyi üçün Agentliyin rəhbərliyinə müraciət edərkən aydın olmuşdur ki, 2004-2014-cü illər ərəfəsində Agentliyin kompüter sistemində onun əllik qrupuna aidiyyəti qeydiyyatdan keçirilməmişdir və bu fakt tərəfindən aşkar edildikdən sonra təkidi ilə TSEK-də xx.xx.20023-cü ildə ondan ərizə alınmışdır ki, keçən illər ərzində barəsində təyin edilmiş 2ci qrup əlillik haqqında informasiya Agentliyin kompüter sisteminə daxil edilsin. xx.xx.2021ci ildə tibb müəssisəsinin göndərişi TSERA-nın komisyyası tərəfindən natamam doldurulması səbəbi gətirilməklə səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Təkrar müraciətləri əsasında 18 aprel 2023-cü il tarixdə və xx.xx.2023-cü ildə də əlilliyin müəyyən edilməsindən imtina edilərək səbəb kimi əlavə müalicəyə ehtiyacım olması səbəbi göstərilmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜD mitral çatmamazlıq İİİ dərəcə.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İştirak etməməsinin səbəbləri ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “ İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜD mitral çatmamazlıq İİİ dərəcə. İ49.3- Mədəciklərin erkən depolyarizasiyası, Ekstrasistolik artmiya (mədəcik trigemeniya). İ50.0- Durğunluq ürək çatışmazlığı, Xr.Ürək çatışmazlığı İİ f/s. EF=48%. İ27.9-Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, pulmonar hipertenziya İİ dər, SPAP 50 mmHg.”qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, qərarından görünür ki, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilməsi, xx.xx.2005xx.xx.2006-cı il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2006- xx.xx.2007-ci il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2008-xx.xx.2008-ci il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”: xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2009-xx.xx.2010-cu il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2011xx.xx.2012-ci il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2012-xx.xx.2013-cü il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2013-xx.xx.2014-cü il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar” əlillik təyinatı barədə məlumatlar Əlillik AS-nə daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 435/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinə zamanı Akademik C.Abdullayev adma X1 göndərilmiş və onun xx.xx.2024-cü il tarixli EXO-kardioqrafıya müayinə nəticəsində qeyd edilmişdir: Sol qulaqcıq genişlənib. Sistolik funksiya pozulub (EF-45%). Diffuz hipokinez. MAÇ-in hipertrofıyası. Mitral qapaqlarının hər iki tayının qalınlaşması və 8 mm prolapsı. Çəpərlər tamdır. PDA izlənmir. Diastolik funksiya relaksativ tipdə pozulub. Ağciyər arteriyasında təzyiq artıb (SPAP-50 mmHg). Perikard boşluğunda az miqdarda maye izlənir. Rəngli Doppler EXO KQ-də İV0 MÇ, 110 TÇ. Mütəxəssislər tərəfindən ona “Qazanılmış ürək qüsuru, mitral çatmamazlıq İV dərəcə (dörd), trikuspid çatmamazlığı İİ (iki) dərəcə, pulmonar hipertenziya- (SPAP-50 mmHg), qruplaşmış mədəcik ekstrasistoliyası, AF-45%, hipertoniya xəstəliyi İİİ dərəcə, xroniki ürək çatmamazlığı İİ (iki) f.s” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından iddiaçının konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli Forma 88-də göndərişində qeyd edilmiş Əsas diaqnoz: “İ05.1-mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜQ mitral çatmamazlıq İİİ dərəcə; Ağırlaşma: İ49.3-mədəciklərin erkən depolyarizasiyası, ekstrasistolik aritmiya (mədəcik trigemeniya). İ50.0-Durğunluq, ürək çatmamazlığı, xr.ürək çatmamazlığı İİ f7s. EF=48%, İ27.9-dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı, pulmonar hipertenziya İİ dərəcə, SPAP 50 mmHg; Yanaşı xəstəliklər: İİl.O-(Durğunluq), ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), arterial hipertoniya. İ67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, serebrovaskulyar xəstəlik, xr.beyin qan dövranı çatmamazlığı., İ67.4-hipertenziv ensefalopatiya, dissirkulyator hipertonik ensefalopatiya. İ07.1-trikuspidal (üçtaylı qapaq) çatmamazlıq(ğı), trikuspidal çatmamazlıq İİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman ona Exo-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən sağlamlıq üçün təhlükəli qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri
Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35-60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz);
2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52
Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz);
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜD mitral çatmamazlıq İİİ dərəcə. İ49.3- Mədəciklərin erkən depolyarizasiyası, Ekstrasistolik artmiya (mədəcik trigemeniya). İ50.0- Durğunluq ürək çatışmazlığı, Xr.Ürək çatışmazlığı İİ f/s. EF=48%. İ27.9-Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, pulmonar hipertenziya İİ dər, SPAP 50 mmHg.”qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 2.3 və 2.9-cu bəndlərində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 435/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinə zamanı Akademik C.Abdullayev adına X1 göndərilmiş və onun xx.xx.2024-cü il tarixli EXO-kardioqrafıya müayinə nəticəsində qeyd edilmişdir: Sol qulaqcıq genişlənib. Sistolik funksiya pozulub (EF-45%). Diffuz hipokinez. MAÇ-in hipertrofıyası. Mitral qapaqlarının hər iki tayının qalınlaşması və 8 mm prolapsı. Çəpərlər tamdır. PDA izlənmir. Diastolik funksiya relaksativ tipdə pozulub. Ağciyər arteriyasında təzyiq artıb (SPAP-50 mmHg). Perikard boşluğunda az miqdarda maye izlənir. Rəngli Doppler EXO KQ-də İV0 MÇ, 110 TÇ. Mütəxəssislər tərəfindən ona “Qazanılmış ürək qüsuru, mitral çatmamazlıq İV dərəcə (dörd), trikuspid çatmamazlığı İİ (iki) dərəcə, pulmonar hipertenziya- (SPAP-50 mmHg), qruplaşmış mədəcik ekstrasistoliyası, AF- 45%, hipertoniya xəstəliyi İİİ dərəcə, xroniki ürək çatmamazlığı İİ (iki) f.s” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından iddiaçının konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli Forma 88-də göndərişində qeyd edilmiş Əsas diaqnoz: “İ05.1-mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜQ mitral çatmamazlıq İİİ dərəcə; Ağırlaşma: İ49.3-mədəciklərin erkən depolyarizasiyası, ekstrasistolik aritmiya (mədəcik trigemeniya). İ50.0-Durğunluq, ürək çatmamazlığı, xr.ürək çatmamazlığı İİ f7s. EF=48%, İ27.9-dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı, pulmonar hipertenziya İİ dərəcə, SPAP 50 mmHg; Yanaşı xəstəliklər: İİl.O- (Durğunluq), ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), arterial hipertoniya. İ67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, serebrovaskulyar xəstəlik, xr.beyin qan dövranı çatmamazlığı., İ67.4-hipertenziv ensefalopatiya, dissirkulyator hipertonik ensefalopatiya. İ07.1-trikuspidal (üçtaylı qapaq) çatmamazlıq(ğı), trikuspidal çatmamazlıq İİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman ona Exo-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən sağlamlıq üçün təhlükəli qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov