Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2825/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Nuriyeva Könül Raci qızı və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Nuriyeva Könül Raci qızı və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nuriyeva Könül Raci qızı, X6 və xx.xx.2003-cü il təvəllüdlü (yetkinlik yaşına çatmayan) X2 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 34/52D ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək Nuriyeva Könül Raci qızı, X6 və X2 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov kiiçəsi, 34/52D ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtina olunmuşdur. O, üçüncü şəxs Nuriyeva Könül Raci qızı ilə 1998-ci ildə ailə qursa da rəsmi nikahları xx xxxxxx 2000-ci il tarixdə Biləsuvar rayon VVAQ şöbəsində 18 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx xxxx 2000-ci il tarixdə X6 və 06 iyün 2003-cü il tarixdə X7 doğulmuşdur. Birgə nikah dövründə olarkən Bakı şəh, Xətai rayonu, K.Kərimov küçəsi, 34/52D ünvanında o, ev tikdirib və həmin ev faktiki onun istifadəsindədir. Həmin ev özbaşına tikilidir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün 2004-cü ildə Biləsuvar Rayon Məhkəməsinə nikahın pozulması iddiası ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2004-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan uşaqlar ananın himayəsinə verilmişdir. Nikah pozulduqdan sonra iddia üzrə üçüncü şəxslər olan Nuriyeva Könül Raci qızı, X6 və X7 iddiaçının xəbəri və razılıq ərizəsi olmadan 2017-ci il tarixdə qeyd edilən ünvanda yerləşən evə qeydiyyata düşmüşlər. Sonuncuların sahibliyində olan evə qeydiyyata düşmələri barədə isə ümumiyyətlə xəbəri olmamışdır və bu onun iradəsindən kənar olmuşdur. İddia üzrə üçüncü şəxslər hələ nikahı pozulan andan yəni ki, 2004-cü ildən etibarən qeyd edilən ünvanda yaşamırlar. Onlar hal-hazırda Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayırlar. Həmçinin onların nikah pozulduqdan sonra sahibi olduğu mənzilə onun icazəsi olmadan qeydiyyata düşmələri onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu qanunsuzluğun aradan qaldırılması üçün Cavabdehnə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. İşin hallarından da göründüyü kimi ev özbaşına tikili olduğundan üçüncü şəxslərin qeydiyyatda düşmək üçün qanunda nəzərdə tutulmuş sənədləri təqdim etməsi qeyri-mümkündür. Belə olan halda üçüncü şəxslər tərəfindən ya saxta sənədlər hesabına, ya da inzibati orqanın əməkdaşlarının qanunsuz hərəkətə yol verməsi hesabına üçüncü şəxslər qanunsuz olaraq qeydiyyata alınmışlar. Bu səbəbdən də onların qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və 3-cü şəxslərə təqdim edilmiş və cavabdehdən və 3-cü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəmənin sərəncamı ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 101-7041-1220 №li məktubunda göstərmişdir ki, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbinə dair müraciətinin həlli İdarə tərəfindən mümkün olmamışdır. 3-cü şəxs Nuriyeva Könül Raci qızı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxs ərizəsini onunla əsaslandırmışdır ki, onlar iddiaçı ilə 1999-cu il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2000-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin evlilikdən onların xx.xx.2000-ci il tarixdə Sahil, xx.xx.2003-cü il tarixdə isə Ləman adlı övladları doğulmuşdur. 2004-cü il tarixdə isə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan bir il sonra, yəni 2005-ci ildə iddiaçı ilə barışaraq rəsmi nikaha girmədən 2018-ci il tarixədək bir yerdə yaşamışlar. 2018-ci ilin yazında o, yenidən İddiaçı tərəfindən evdən qovulmuşdur. Həmin vaxtdan da o, qızı ilə birgə əvvəl Bakı şəhərində kirayədə, daha sonra isə Biləsuvar rayonunun Ağalıkənd kəndində valideyinlərinin yanında yaşayır. Bir neçə ay əvvəl oğlu da atasının davranışları nəticəsində həmin evi tərk edərək, onun yanına qayıtmışdır. 66 saylı MKİS-in verdiyi sənədin surətindən görünür ki, o, həmin evə 2013-cü ildə qeydiyyata düşmüş və övladları həmin evdə yaşayıblar. Belə olan təqdirdə onların həmin evdə qeydiyyatda olmaqları qanunun tələbidir. Onlar nikah dövründə Bakı şəhərinə köçərək orada yaşayıblar. Hər ikisi işləyərək, birgə qazancı hesabına ünvan 4 D saylı ünvanda yerləşən sahəsi 84 kv/m olan fərdi yaşayış evi alıblar. Həmin ev köhnə olduğu üçün evdə təmir-tikinti işləri aparmışlar. Həmin ev özbaşına tikilidir və hazırki vaxtadək ev üzərində heç kim mülkiyyət hüquqlarını qeydiyyata aldırmamışdır. İddiaçı həmin evə nə qədər hüququ vardırsa, onun da bir o qədər həmin evdə hüququ vardır. Həmçinin iddiaçının mülkiyyət hüququ qeydə alınmamış evlə bağlı iddia irəli sürməsi məntiqsizdir. Buna görə də həmin iddia əsassızdır və rədd edilməlidir. İddiaçı belə bir iddia irəli sürməsi üçün hüququ yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə gəlmədikləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə Biləsuvar rayonu, aşağı Cürəli kəndində doğulmuşdur və həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışlardan müəyyən olunur ki, X6, X7 və Nuriyeva Könül Raci qızı Bakı şəhəri, Xətai rayonu K.Kərimov küçəsi, ev 34/52D ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3164/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Nuriyeva Könül Raci qızının cavabdeh İddiaçı qarşı - onun və onunla birgə yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2003-cü il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 34/52 saylı ünvanda yerləşən evdən istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, 2013-cü ildə tərtib edilmiş 66 saylı MKİS tərəfindən verilmiş K.Kərimov küçəsi 34/52D saylı ünvanda yerləşən fərdi yaşayış evinin planı əks edilmiş sənəddən görünür ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1980-ci ildə tikilmiş, hazırda evin sahibi İddiaçıdur, evdə yaşayan şəxslər siyahısında İddiaçı özü, arvadı Nuriyeva Könül Raci qızı, uşaqları X6 və X8 göstərilmişdir. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar sahəsinin 43 saylı xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq verdiyi məktubdan görünür ki, hal-hazırda Kazımağa Kazımov küçəsi 34/52 saylı özütikilidə İddiaçı tək yaşayır. Onun ailə üzvləri onunla birlikdə bu ünvanda yaşasalar da, aralarında yaranan münaqişə ilə əlaqədar həmin vaxtdan göstərilən ünvanda yaşamırlar. Nuriyeva Könül Raci qızı iki övladı ilə K.Kərimov 34/52D ünvanına xx.xx.2017-ci ildə pasport qeydiyyatına düşsələr də bu ev haqqında 66 saylı MKİS-ə heç bir hüquqi sənəd təqdim edilməmişdir. Mübahisəli mənzil dövlət qeydiyyatından keçməmiş fərdi yaşayış evidir, faktiki olaraq 2013-cü ildən cavabdehin (hazırki iş üzrə iddiaçı) sahibliyindədir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri, Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 101-14932-1220 saylı cavab məktubu ilə bildirilmişdir ki, Nuriyevə Könül Raci qızı İddiaçı 2004-cü ildə məhkəmənin qərarı ilə rəsmi olaraq boşanmasına baxmayaraq, şəxsiyyət vəsiqəsini ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar olaraq dəyişməmiş, xx.xx.2017-ci il tarixində Biləsuvar rayon Aşağı Cürəli kənd icra nümayəndəliyindən itmə kimi nigah haqqında şəhadətnaməni təkrar olaraq alaraq, keçmiş həyat yoldaşı İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, K.Kərimov k-si ev 34/52 D ünvanına övladları ilə birlikdə qeydiyyata alınması üçün Xətai RPİ-nin Qeydiyyat məsələləri bölməsinə müraciət etmişdir. Həmin vaxtda nigah haqqında şəhadətnamənin yoxlanılması üçün müvafiq baza polisin səlahiyyətində olmadığından, Nuriyevə Könül Raci qızı təqdim etdiyi sənədlər əsasında azyaşlı övladları ilə birlikdə ərinə (keçmiş ərinə) məxsus evə qeydiyyata alınmışdır. Məhkəmə qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh Məmişova Könül Raci qızına qarşı nikahın posulması təbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ilə Məmişova Könül Raci qızı arasında Biləsuvar rayon VVAQ şöbəsində bağlanmış xx.xx.2000-ci il tarixli 18 saylı nikah qeydinin pozulması, xx.xx.2000-ci il tarixdə doğulmuş X3 atası ilə qalması müəyyən edilmiş, xx.xx.2003-cü il tarixdə doğulmuş X4 anası Məmişova Könül Raci qızı ilə qalması müəyyən edilmiş, xx.xx.2003-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər İddiaçı bütün növ qazancının dörddə bir hissəsinin xx xxxxxxxx 2004-cü il tarixdən başlayaraq saxlanılması üçün Məmişova Könül Raci qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın1MK-5697/04 saylı iş üzrə çıxartdığı xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi qismən ləğv edilərək, x xxxx 2000-ci il tarixdə doğulmuş X3 anası Məmişova Könül Raci qızı ilə qalmasının müəyyən edilməsi, xx.xx.2003-cü il tarixdə doğulmuş X9 və xx xxxx 2000-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər hər iki uşağın saxlanılması üçün İddiaçı 300.000 (üç yüz min) manatın xx xxxxxxxx 2004-cü il tarixdən başlayaraqtutulub Məmişova Könül Raci qızına verilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Biləsuvar rayon Qeydiyyat şöbəsininxx.xx.2020-ci il tarixli 135 saylı məktubu ilə İddiaçı ilə Nuriyeva Könül Raci qızının nikahlarının pozulması haqqında xx.xx.2018-ci il tarixli 32 nömrəli akt qeydinin surəti məhkəməyə göndərilmişdir. X6, X7 və Nuriyeva Könül Raci qızının mübahisəli ünvandan qeydiyyatdan çıxarılmaları barədə iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri, Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 101-24581 saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə istinad edilməklə, qanunda göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsinin müsbət həll oluna biləcəyi qeyd olunmuşdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki. mübahisəli ev iddiaçının sahibliyində və istifadəsindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı Nuriyeva Könül Raci qızı, X6 və X2 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 34/25D ünvanında qeydiyyatda olmaları müəyyən olunsa da, onların həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmasına dair nə cavabdeh orqan, nə də ki üçüncü şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim ounmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, Nuriyeva Könül Raci qızı, X6 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə) mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Nuriyeva Könül Raci qızı, X6 və X2 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 34/52D ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2825/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2825/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver