Məhkəmə qərarları › İş №2-1(112)-2825/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2825/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2825/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Axundov Əfqan Vahid oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası memar, “Akant Construction” şirkətində işləyir) iştirakı ilə, iddiаçı Axundov Əfqan Vahid oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qаrşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilməklə “maddi və mənəvi zərərin tutulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Axundov Əfqan Vahid oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş 46,13 manat iş dəyərinin, 11,20 manat çap işlərinin, 14,40 manat yol xərclərinin, 2,27 manat poçt rüsumunun, 120 manat mənəvi təzminatın (cəmi 194 manat) ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, 09.04.2020-ci il tarixdə iddiaçıya inzibati xəta haqqında protokol yazılmış, iddiaçı protokol ilə razılaşmadığına görə işə BDYP idarəsində inzibati xəta haqqında işə baxılmış və iddiaçıya qarşı qərar çıxarılmışdır. Bununla əlaqədar iddiaçının Binəqədi rayon məhkəməsinə verdiyi şikayətə əsasən həmin qərar ləğv edilərək işə yenidən baxılması üçün BDYP idarəsinə göndərilmişdir. 09.06.2020-ci il tarixdə BDYP idarəsi tərəfindən cərimə və dəbbə pulu ləğv edilmişdir. Lakin onun iştirakı olmadan və ona xəbərdarlıq göndərilmədən həmin iş üzrə təkrar onun əleyhinə qərar çıxarılmıdşır. İddiaçı yenidən həmin qərardan 10.09.2020-ci il tarixdə Binəqədi rayon məhkəməsinə şikayət vermişdir. Məhkəmə qərarı ləğv edərək yenə BDYP idarəsinə göndərmişdir. Bununla əlaqədar o apellyasiya şikayəti vermis və həmin qərar ləğv edilmişdir. Nəticə etibarı ilə 2 dəfə idarəyə getmiş, 5 məhkəmə iclasının keçirilməsi və cavabdeh olan qarşı tərəfin bu iclasların heç birində iştirak etməməsi işin bu dərəcədə uzanmasına səbəb olmuşdur. İddiaçı qanunsuz inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da apelyasiya məhkəməsinin qərarında öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati cəriməni ləğv etməsinə baxmayaraq cərimə meydançasına aparılmaq məqsədi ilə iddiaçı polis tərəfindən saxlanılmışdır. Cavabdehin qərarları poçt ilə gəlmədiyindən, onları əldə etmək üçün iddiaçı işdən icazə alaraq BDYP idarəsindən götürməli olmuş və bununla əlaqədar 2 saat vaxt itirmişdir və orda növbədə 1 saat gözləmişdir ki, bu da ümumilikdə 6 saat edir. Məhkəməyə gedib gəlmək və ümumilikdə 5 iclasda iştirak etmək üçün də işdən icazə almalı olmuşdur ki, bu da ümumilikdə 10 saat edir. Polis idarəsinə protokoldan şikayət üçün 2 ərizə, məhkəmə üçün isə 4 ərizə yazmışdır. Hər ərizənin yazılmasına, yoxlanılmasına 1,5 saat vaxt sərf etmişdir ki, bu da ümumilikdə 9 saat edir. Yazılmış 6 ərizənin müxtəlif vaxtlarda məhkəməyə və BDYP idarəsinə aparmağına və ümumilikdə 4 saat vaxtı getmişdir. Ümumilikdə 29 saat vaxt sərf etmişdir. Bir ayda 22 iş günü 8 saatdan hesablandıqda 176 saat edir. 176 saat müqabilində aldığı əmək haqqı 280 manat təşkil edirsə, 29 saat itirdiyi vaxt 46,13 manat təşkil edəcəkdir. Bakı şəhərində yerləşən ən ucuz çap yerinin qiymətləri ilə hesablansa A4 format ağ-qara = 15 qəp, A3 format rəngli 60 qəp təşkil edir, A4 ağ-qara formatında olan 4 səhifə təşkil edən məhkəmə ərizəsi və əlavə olunmuş 1 əd.şəxsiyyət vəsiqəsinin surəti, 1 əd. protokolun surəti, 2 əd.qərarın surəti (8 səh 15 qəp = 1,20 manat). A3 rəngli formatında olan 1 ədəd yerin hərəkət sxemi,1 ədəd yolun yuxarıdan görünüşü, 1 ədəd test imtahanlarından nümunələr, 1 ədəd yolun fotoşəkili (4 səh 60 qəp = 2,40 manat) CD disklə videomaterialın göndərilməsi üçün çəkilən xərc (sony 1 əd = 40 qəp) təşkil edir.Nəzərə alınsa ki, ümumilikdə 3,60 manat təşkil edən çap işi hər məhkəmə ərizələrinə əlavə edilmişdir, o zaman bu proseslərin 3 dəfə olmasını nəzərə alaraq bu 11,20 manat təşkil edir. Ərizələrin 4 dəfə məhkəməyə verilməsi, məhkəmələrdə 6 dəfə iştirak və polis idarəsinə getdiyi avtobus yoluna çəkilən maddi xərclər, yaşadığı ünvanına görə 2 gediş və 2 gəliş olaraq 1,20 manatdan hesablansa 14,40 manat yol xərcləri edəcəkdir. Poçt rüsumu 2,27 təşkil etmişdir. Mənəvi halın maddi dəyərə mütənasibliyi göstərilmədiyindən iddiaçı mənəvi təzminatı cərimə olduğu məbləğin 2 misli qədər 120 manat mənəvi təzminat dəyərində qiymətləndirir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 09.04.2020-ci il tarixdə idarə etdiyi “Mersedes-Benz E320” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İ.Orucov və A.Cəlilov küçələrinin kəsişməsində yol ayrıcını keçmə qaydasını pozduğuna görə Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-ın MEB-nin əməkdaşı tərəfindən saxlanılmış,barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qanunvericiliyin normaları onu ehtiva edir ki, əgər mübahisə bilavasitə inzibati xətalarla əlaqədardırsa və buna görə konkret olaraq Məcəllədə sanksiya nəzərdə tutulmuşsa o halda bu növ işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə baxılır. Əməl o zaman inzibati xəta sayılır ki, İXM-nin xüsusi hissəsində inzibati xəta kimi nmüəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirinə məruz qalması ilə ifadə olunur. Hazırki mübahisə İnzibati Xətalar Məcəlləsinin tələblərindən yarandığı üçün iddiaçı müvafiq olaraq ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməlidir. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddia mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunu yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərlənmədir. Göründüyü kimi, məhkəmə iddianın mümkünlüyünə dair şərtləri yoxlamadan onun əsaslılığını yoxlamışdır ki, bu da inzibati prosesual qanunvericiliyinin hüquqi mövqeyinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə, məhkəmə iclаsındа iştirаk еdən iddiаçının izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi rədd еdilməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən dəlil qismində məhkəməyə Apelyasiya Məhkəməsinin 3(103)-1805/2020 nömrəli, 26.10.2020-ci il tarixli qərarını,”İnzibati tənbeh vermə haqqında qərarını, inzibati xəta haqqında protokolun, şəxsiyyət vəsiqəsinin fotosurətlərini,yol hərəkəti qaydaları biliklərinə dair imtahan biletlərindən sual-cavab nümunələrini, fotoşəkilləri təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə Axundov Əfqan Vahid oğlunun inzibati tənbeh olunmasına dair Bakı şəhər X6 İdarəsinin polis kapitanı Arzumanlı Arzuman Xanlar oğlu tərəfindən qəbul edilmiş 20.04.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün cavabdehə göndərilmişdir, 28 avqust 2020-ci il tarixli, TP3906199 nömrəli qərarla iddiaçı AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə 20.04.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsə və inzibati xəta haqqında işə yenidən baxılması üçün cavabdehə göndərilsə də 28.08.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, onun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmış, inzibati xəta hadisəsinin baş verməsini əks etdirən videogörüntüyə onun iştirakı ilə baxış keçirilməmiş, həmin videogörüntü iş materiallarına əlavə edilməmişdir.Göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin polis leytenantı Nağıyev Kənan Əlihüseyn oğlu tərəfindən qəbul edilmiş 28.08.2020-ci il tarixli, TP ******* nömrəli qərar və Bakı şəhəri Binəqədi rayon məhkəməsinn 01 oktyabr 2020-ci il tarixli, 3(001)-2626/2020 saylı qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Axundov Əfqan Vahid oğlunun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Axundov Əfqan Vahid oğlu inzibati məsuliyyətdən azad edilmişdir. İddiaçı həmin inzibati xəta ilə bağlı iş üzrə icraat zamanı maddi və mənəvi zərərə məruz qalması əsası ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində:barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi;4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi;5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması;6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması;7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi;8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda;2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi qanunverici təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən ödənilməli olan ziyanın tərkib hissəsini qanunun 5-ci maddəsində müəyyən etmişdir ki, bu da şəxsin məhrum olduğu əmək haqqından pensiyadan, müavinətdən və başqa gəlirlərdən məhrum olması, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanından, ödənilmiş məhkəmə xərclərindən, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimədən, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərdən, vurulmuş fiziki və mənəvi ziyandan ibarətdir. Lakin inzibati işə baxılan zaman iddiaçının qeyd edilən ziyana məruz qalması təsdiqlənməmişdir.İddiaçı qeyd edilən ziyan növünə məruz qalması barədə və bunu təsdiq edən sübutlar məhkəməyə məlumat verməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə inzibati xətalar haqqında işlər üzrə məsrəflər:55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının mənəvi zərərə səbəb ola bilən mənfi psixoloji reaksiyaya məruz qalması işə baxılan zaman öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi həm maddi, həm də mənəvi zərərin tutulması hissəsində əsassızdır. Azərbaycan Respublikasının İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiаçı Axundov Əfqan Vahid oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş 46,13 manat iş dəyərinin, 11,20 manat çap işlərinin, 14,40 manat yol xərclərinin, 2,27 manat poçt rüsumunun, 120 manat mənəvi təzminat (cəmi 194 manat) ödənilməsinin cavabdehin üzərinə qoyulması haqqında iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,68,69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiаçı Axundov Əfqan Vahid oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş 46,13 manat iş dəyərinin, 11,20 manat çap işlərinin, 14,40 manat yol xərclərinin, 2,27 manat poçt rüsumunun, 120 manat mənəvi təzminat (cəmi 194 manat) ödənilməsinin cavabdehin üzərinə qoyulması haqqında iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar