Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2825/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən qarajların sökülməsi barədə qanunsuz inzibati aktın dərhal ləğv edilməsi, onun mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən iki digər qarajın mülkiyyətçisidir. İddiaçı hal-hazırda da həmin ünvanda yaşayır. İddiaçı sözügedən ünvanda yerləşən hər iki qaraja vərəsəlik qaydasında sonradan mülkiyyət hüququ əldə edib. Həmin qarajlar iddiaçının ailəsi tərəfindən 1978-1988-ci illərdə alınıb. İddiaçı qeyd edir ki, Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə ərazi üzrə Mənzil İstismar idarəsi ünvan 6 ərazisində həyətdə obyektlərin və qarajların qanunsuz söküntüsünə başlayıb. Ona söküntü ilə bağlı heç bir sənəd təqdim olunmayıb. İddiaçıya yalnız şifahi qaydada bildirilib ki, həmin ərazidə park salınması planlaşdırıldığından ona məxsus Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 21 ünvanında yerləşən qarajların da sökülməsi qərarlaşdırılıb. İddiaçının etirazlarına cavab olaraq qeyd olunub ki, söküntünün Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə həyata keçirilir, iddiaçı da bununla bağlı hara istəsə, şikayət edə bilər. O bildirmişdir ki, sözügedən ünvanda yerləşən qarajlar ona mülkiyyət hüququ ilə məxsusdur və hal-hazırda rəsmi şəkildə ona heç bir məlumat və inzibati qərar təqdim olunmadan, qanunsuz şəkildə qarajlarının söküntüsü həyata keçirilir. Bundan əlavə həmin qarajlarda iddiaçının əşyaları, həmçinin avtomobili var. Qarajın sökülməsi nəticəsində ərizəçinin əşyalarına zərər vurula bilər. Lakin Mənzil İstismar İdarəsi buna məhəl qoymayaraq söküntüyə davam edir. Söküntünü həyata keçirən şəxslər ona məxsus qarajlara müxtəlif bildirişlər vurublar və iddiaçıya mülkiyyəti ilə bağlı hər hansı tədbir görməyə icazə verilmir. İddiaçıya məxsus Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 21 ünvanında yerləşən qarajların heç bir rəsmi əsas olmadan, qanunsuz olaraq sökülməsi onun AR Konstitusiyasının 13-cü, 29-cu maddələrində, həmçinin İnsan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən mülkiyyət hüquqlarına müdaxilə təşkil edib. Bu səbəblə iddiaçının Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 21 ünvanında yerləşən qarajlarının sökülməsi barədə inzibati akt dərhal ləğv edilməli, iddiaçının mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı münasibətdə bildirilmişdir ki, Xətai rayon icra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində yaşadığı ünvan 3 ünvanında yerləşən ona məxsus qarajın sökülməsi barədə inzibati aktın ləğv edilməsi və mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyəti üzərinə qoyulmasını xahiş edir. Məlumat üçün bildiririk ki, Xətai Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə Xətai rayon MKTB-yi tərəfindən rayon ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Abadlıq işiəri çərçivəsində müxtəlif ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının ətrafında sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan, lakin bəzi sakinlər tərəfindən çəpərlənərək qeyri-qanuni zəbt olunmuş ərazilərdə abadlaşdırma işləri həyata keçirilir. Bildiririk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Xudu Məmmədov küçəsində yerləşən 21 nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş bağ sahələrinin və qarajların sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər icra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər icra Hakimiyyətinin yuxanda qeyd olunan sərəncamına əsasən bildiririk ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Bildiririk ki, müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər icra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ 903812 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 300 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 1630 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2022-ci il tarixli, 271 s saylı Sərəncamına əsasən Xətai rayonunda istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının yenidən qurulmaqla müasir tipli qazanxanaya çevirilməsi zərurəti yaranmışdır. Bildiririk ki, qeyd olunan ünvana baxış keçirilən zaman Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 21 nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələrinin və konstruktiv qarajların abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər icra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər icra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən bildiririk ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Bildiririk ki, müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər icra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 271s nömrəli Sərəncamında qeyd olunmuşdur ki:
1. Bakı şəhərinin Xətai rayonunda mövcud istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının müasir tipli qazanxanaya çevrilməsi üçün tikintiquraşdırma işlərinin aparılması, məhəllədaxili istilik xətlərinin və binalarda aşağı paylama istilik sistemlərinin layihələndirilməsi və yenidən qurulması üzrə sifarişçi funksiyaları "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin.
2. Azəraycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, bu Sərəncamın 1-ci hissəsində qeyd olunan mövcud istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının müasir tipli qazanxanaya çevrilməsi ilə bağlı 2022-ci ildən başlayaraq tikintiquraşdırma, məhəllədaxili istilik xətlərinin və binalarda aşağı paylama istilik sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin təşkili və 2023-2024-cü illər payız-qış mövsümü başlanana qədər icrasının başa çatdırılmasının təmin edilməsi üçün zəruri tədbirlər görsün. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 1203/d nömrəli məktubunda bildirilmişdir ki, Xidməti ərazi üzrə 82 saylı MKİS-nin verdiyi məlumata əsasən bildiririk ki, dəfələrlə iddiaçı Səyyarə Heydərovaya sözügedən qarajlara dair müvafiq sənədlərin təqdim olunması bildirilsə də o, sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanı yaxınlığında X3 və X1 adlarına qeydiyyatdan keçmiş qaraj və ona dair tərtib edilmiş texniki pasport aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Dövlət X8 xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-01999/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş Xətai rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1991 -ci il tarixli, 11/9 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Xətai rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 11/9 nömrəli qərarına əsasən 822-ci məhəllə, ev 21, mənzil 6-da yaşamış İ.Arutunyanın yaşayış yerini dəyişdirməsi ilə əlaəqdar olaraq ona məxsus olan qarajın ev 21, mənzil 27-də yaşayan X5 verilməsi qərara alınmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı ünvan 6 ərazisində yerləşən qaraj və obyektlərin, o cümlədən ona məxsus olduğunu iddia etdiyi 2 ədəd qarajın cavabdeh tərəfindən söküntüsünə başlanıldığını iddia edərək, cavabdehin söküntü barədə inzibati aktının ləğvini və ona məxsus qrajlara dəymiş maddi zərərin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi mübahisəli ünvanda qarajların sökülməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edildiyi müəyyən olunmamışdır. Məhkəmə bu halda iddiaçının iddia tələbi üzrə hüquqi marağını nəzərə alaraq cavabdehin qarajın söküntüsü ilə bağlı hərəkətlərini inzibati hərəkət, həmin hərəkətlər nəticəsində dəymiş zərərin ödənilməsini də ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaya uyğun iddia qismində qəbul edir. İddia mahiyyət üzrə əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2022-ci il tarixli, 271 s saylı Sərəncamına əsasən Xətai rayonunda istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının yenidən qurulmaqla müasir tipli qazanxanaya çevirilməsi üçün tikinti quraşdırma işlərinin aparılması üçün tədbirlər görülməsi Azəristiliktəchizat ASC-yə həvalə edilmiş və həmin sərəncamla qarajların sökülməsi, söküntü altına düşəcək obyekt və qarajlarla bağlı kompensasiyanın ödənilməsi ilə bağlı bilavasitə hər hansı müddəa nəzərdə tututulmamışdır. Göründüyü kimi, torpaqların dövlət ehtiyacları üçün alınması əsasları qanunvericiliklə dəqiq müəyyən edilmiş, iddiaçının iddia etdiyi qarajların dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: (...) -3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir; -4.2.9. müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək. - 4.9.4. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək; -4.9.6. tabeliyində olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək; -4.11.4. ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək; -4.11.6. balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək; -4.11.7. məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;(...) yerli icra hakimiyyəti başçılarının vəzifələridir. Qeyd edilən normalara əsasən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh orqan tərəfindən inzibati ərazi hüdudlarında, o cümlədən Xudu Məmmədov küçəsində yerləşən 21 nömrəli binanın ətrafında abadlıq-quruculuq işlərinin aparıldığı müəyyən olunur. Həmin ünvanda abadlıq-quruculuq işlərinin aparılması Əsasnamə ilə yerli icra hakimiyyətinin yuxarıda sadalanan səlahiyyətlərindən irəli gəlməsi ilə yanaşı belə bir təşəbbüsün hazırda yerli icra hakimiyyəti tərəfindən aparıldığını cavabdeh orqan iddiaya etirazında da bildirmişdir. Beləliklə, Xətai Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində çoxmənzilli yaşayış binalarının ətrafında abadlaşdırma işləri çərçivəsində qarajların sökülməsinin həyata keçirildiyi işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının sökülən ərazidə iddia olunan qarajlara dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” varmı? İş üzə iddiaçı sözügedən ünvanda ona məxsus 2 ədəd qarajın olduğunu iddia etsə də həmin ərazidə ona məxsus hansı qarajların, məsələn, qarajların yerləşdiyi ünvan, qarajların ölçüləri, nömrələri və s. kimi onların fərdiləşdirilməsinə imkan verən müvafiq xüsusiyyətlərini qeyd etməmiş, həmin qeyri-yaşayış sahələrinə dair hüquqlarının qeydiyyatını həyata keçirən qurum tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. İddiaçının təqdim etdiyi yalnız 1 qaraja dair Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli sərəncam İ.Arutunyan adlı şəxsə məxsus olmuş qarajın iddiaçının anası X5 verilməsi barədə olsa da (iddiaçının X4 vərəsəsi olması və qarajın miras əmlaka daxil olması ilə bağlı müvafiq vərəsəlik səndədlərinin olduğu da müəyyən olunmur) həmin sərəncamda qarajın nömrəsi, ölçüsü, qarajın daş tikili olduğu qeyd edilməmiş, sərəncamla verilmiş qarajın yerləşmə yerini göstərən cizgi əlavə edilməmişdir. İddiaçı iddia etdiyi ikinci qaraja dair də hüququmüəyyənedici sənəd təqdim etməmişdir. Hazırkı iş üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi fotoşəkildən iddia olunan qarajlardan birinin dəmirdən olduğu (qurğu) müəyyən olunsa da xx.xx.1991-ci il tarixli sərəncamın məhz həmin qaraja aid olması da sübut olunmur. Hətta həmin sərəncam ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilsə belə sərəncamla məhz dəmir qarajın verildiyi müəyyən olunur ki, qeyd edilən qaraj daş tikili olmamış, qeyri-yaşayış sahəsi kimi qarajın ölçü, yerləşmə vəziyyətini əks etdirən və mülki dövriyyənin obyekti kimi qəbul edilməsinə əsas verən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən tərtib edilmiş texniki pasportu təqdim edilməmişdir. Belə olan halda yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin predent hüququna əsasən iddiaçının qeyd edilən qarajlara dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud deyildir. Mübahisəli qarajlara münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaklara münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova