Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2826/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, siyahıya bərpa edilmə və mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi, onun həmin siyahıya bərpa edilməsi və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularmdan başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı 26 il 11 ay təqvim ili olmaqla ordu sıralarında xidmət etmişdir. İddiaçı Rusiyanın Saxalin vilayətində və Azərbaycan Respublikasında cəbhə bölgəsində qulluq etdiyindən xidmət ili 53 il 11 ay təşkil edir. İddiaçı 2009-cu ilin 01 sentyabr ayından xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir. İddiaçının 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasma köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı 24.08.2020-ci il tarixli M-255-108 saylı müraciətinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı yanında “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya” tərəfindən baxılmışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya’’ iclasının 27 nömrəli 05.10.2020-cı il tarixli protokoluna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Sərəncam onunla əsaslandırılmışdır ki, İddiaçı ilə keçmiş arvadı X5 və oğlu X10 arasında 04.09.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Sərəncamın surəti 20 oktyabr 2020-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Həmin sərəncam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanladığı M-75 saylı 27 mart 2012-ci il tarixli məktubdan göründüyü kimi, o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 209 saylı, 18.11.2011-cı il tarixli Sərəncamı ilə İİ qrup əlil kimi yaşayış yeri üzrə həmin icra hakimiyyətində güzəştli əsaslarla mənzil növbəsindədir. Qüvvədə olan mənzil qaydalarına əsasən yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan vətəndaşlar mənzillə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən boş mənzil sahəsi ayrıldıqdan sonra növbəlilik əsasında təmin olunurlar. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu məqsədlə mənzil sahəsi ayrılmadığından məsələnin müsbət həlli imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 29 avqust 2016-cı il tarixli 2576 saylı arayışı ilə təsdiq edilir ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 2009-cu il tarixli 0278 saylı əmrindən çıxarışdan göründüyü kimi, həmin əmrə əsasən “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının 21 oktyabr 2011-ci il və 10 noyabr 2011-ci il tarixli ərizələrinə cavab olaraq, Xocasən bələdiyyəsi 15 noyabr 2011-ci il tarixli 1030 saylı cavab məktubu göndərərək, hal-hazırda bələdiyyənin balansında boş torpaq sahəsi olmadığından müraciətin təmin edilməsinin mümkün olmadığı və gələcəkdə bələdiyyələrə ayrılmış ərazilərin hüdudlarında yerləşən torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan və bələdiyyənin balansına verildikdən sonra İddiaçı torpaq sahəsinin ayrılması məsələsinə baxılacağını bildirmişdir. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2017-ci il tarixli 10-13/A-32 saylı arayışı ilə təsdiq edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinat üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 may 2020ci il tarixli **********14 saylı arayışı ilə təsdiq edilir ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə iddiaçının adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə sektorunun 05 sentyabr 2016-cı ıl tarixli 10388 saylı arayışı ilə təsdiq edilir ki, X1 rayonundan gələn Məcburi Köçkündür və Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi R.Allahverdiyev küçəsi 11 ünvanında yerləşən mənzildə məcburi köçkün kimi məskunlaşmışdır. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 İyul 2006-cı il Qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün Bakı şəhəri üzrə hər ay 150 manat məbləğində kompensasiya ödənilir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, ehtiyata buraxılmış və yaşayış sahəsi olmayan hərbi qulluqçudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən onun, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamında istinad olunan xüsusatla, yəni İddiaçı ilə keçmiş arvadı X5 və oğlu X11 arasında 04.09.2020-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən, qanunsuz olaraq zəbt edilmiş 8 sot torpaq sahəsində qeyri-qanuni olaraq inşa edilmiş 2 fərdi yaşayış evinin tərəflər arasında aralarında bölünməsi və yeni inşa edilmiş fərdi yaşayış evinin iddiaçıda qalması barədə tərəflər arasında razılıq əldə olunması, buna görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması, habelə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, sözügedən torpaq sahəsi qanunsuz zəbt olunmaqla, həmin torpaq sahəsində inşa edilmiş ev də qanunsuz tikilidir. Qanunsuz torpaq sahəsinə və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş evə görə iddiaçı yaşayış sahəsi olan hərbi qulluqçu hesab edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, İddiaçı ilə iddiaçılar X5 və X11 arasında 04.09.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Göstərilənlər nəzərə alınaraq Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 115 saylı 08.10.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. Qeyd olunan sərəncam qanuni və əsaslıdır. Sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 209 saylı 18.11.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı olması nəzərə alınaraq, uçot növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 227 saylı 16.07.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18.11.2011-ci il tarixli 209 saylı sərəncamında dəyişiklik edilərək vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit, hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla 18.11.2011-ci ildən mənzil növbəsində hesab edilməsi, vətəndaş İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 09.10.2020-ci il tarixli məktubda qeyd olunur: 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız 24.08.2020-ci il tarixli M-255-108 saylı müraciətinizə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya tərəfindən baxılmışdır. Nəzərinizə çatdırıram ki, müraciətdə qeyd olunmuş məsələ tərəfimizdən araşdırılmış və Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 115 saylı 08.10.2020-ci il tarixli sərəncam qəbul olunmuşdur. Həmin sərəncam məlumat üçün Sizə göndərilir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 115 saylı 08.10.2020-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə vətəndaş İddiaçı Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı 24.08.2020-ci il tarixli M-255-108 saylı müraciətinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya tərəfindən baxılmışdır. Cavabdeh İddiaçı ilə iddiaçılar X5 və X11 arasında 04.09.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Göstərilənlərə əsasən vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən 07.01.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış 05.10.2020-ci il tarixli 14-19/41 saylı məktubun surətindən görünür ki, Sulu-təpə qəsəbəsi R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür. 1-ci ikimərtəbəli köhnə ev X3 və X8 məxsusdur. 2-ci yeni inşa edilmiş təmirli ev isə İddiaçı məxsus olmaqla onun istifadəsindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı 04.09.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən iddiaya məhkəmədə baxılması dövründə tərəflər öz aralarında razılığa gələrək, ünvan 7 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi iddiaçılar X3 və X8, yeni inşa edilmiş yaşayış evi isə cavabdeh İddiaçı verilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 209 saylı 18.11.2011-ci il tarixli sərəncamına əsasən İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, onun hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı olması nəzərə alınaraq, uçot növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 227 saylı 16.07.2013-cü il tarixli sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18.11.2011-ci il tarixli 209 saylı sərəncamında dəyişiklik edilərək iddiaçının yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit, hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla 18.11.2011ci ildən mənzil növbəsində hesab edilməsi, iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 115 saylı 08.10.2020ci il tarixli sərəncamına əsasən İddiaçı ilə X5 və X11 arasında 04.09.2020-ci il tarixdə bağlanmış barışıq sazişi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evinin aralarında bölünməsi, yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki olaraq İddiaçı məxsus olması və onun həmin evdə qeydiyyatsız yaşaması nəzərə alınaraq iddiaçının yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı qeyd olunan ünvanda torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün onun yaşayış sahəsi ilə təmin olunmuş hesab edilmədiyini, bu səbəbdən də onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsini, onun həmin siyahıya bərpa edilməsini və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsini tələb edir. Lakin iş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 884/2020 saylı 04.09.2020-ci il tarixli qərardadı ilə X5 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək, ünvan 7 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi X3 və X8, yeni inşa edilmiş yaşayış evi isə İddiaçı verilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış 05.10.2020-ci il tarixli 14-19/41 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür və 2-ci yeni inşa edilmiş təmirli ev İddiaçı məxsus olmaqla onun istifadəsindədir. Göründüyü kimi, iddiaçının yaşayış sahəsi vardır, bu səbəbdən də o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-70, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2826/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2826/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver