Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2827/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili Bakı şəhəri 1N saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi XN iştirakları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının barəsində qəbul etdiyi 04.0N.N0N0-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması barədə cavabdehin üzərinə öhdəliyin qoyulması, həmçinin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olununacağı tarixədək olan müddətin qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N014-cü ildə imtahan verərək, Azərbaycan Respublikası X13 Hərbi Məktəbinə qəbul olmuşdur və N018-ci ildə ali təhsilini bitirdikdən 1 ay sonra, yəni N3 iyul N018-ci il tarixdə ona AR DİN-nin müvafiq əmrinə əsasən leytenant hərbi rütbəsi verilərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissədə N noyabr N019-cu il tarixədək xidmət aparmış və bu müddət ərzində xidmət zamanı bəzi nöqsanlara görə ona ayrı-ayrı vaxtlarda 4 (dörd) dəfə töhmət verilmiş, daha sonra şərəf məhkəməsinə cəlb olunduqdan sonra sonuncu tərəfindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə nəticəyə gəlinərək, müvafiq vəsatət verilmişdir. Daha sonra onun AR DİN X8 şəhərində yerləşən “N” saylı hərbi hissəsinə göndərilməsi barədə müvafiq əmri verilmiş və o, xidmətini davam etdirmək üçün həmin hərbi hissəyə getmişdir. N noyabr N019-cu il tarixdə AR DİN X8 şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət aparmağa başlamışdır. Həmin dövrdə tərəfindən hər hansı nöqsana yol verilməmişdir. Həmin ərəfələrdə, təxminən yanvar ayının əvvəllərində zabit yoldaşları ilə birgə yaşadıqları kirayə fərdi yaşayış evində, evin soyuq olması nəticəsində kəskin formada xəstələnmişdir (soyuqdəyməsi olmuşdur). Belə ki, o, təxminən N014-cü ilin avqust-sentyabr aylarında (Daxili İşlər Nazirliyinin X13 Hərbi Məktəbində kursant olduğu dövrdə) Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalında “kəskin bronxit " diqanozu ilə stasionar qaydada müalicə almışdır. Xəstə olduğu müddət ərzində isə tabor komandirinə dəfələrlə bu barədə məlumat verərək, müalicə olunması üçün müvafiq qaydada tədbirlər görülərək, onun Hərbi Hospitala yerləşdirilməsinin təmin olunmasını xahiş etsə də, lakin, tabor komandiri tərəfindən qeyd olunanlarla bağlı heç bir tədbir görülməmişdir. Müraciətləri nəticə vermədiyi üçün həmçinin gecələr şiddətli formada (39-40 dərəcədə) bədən hərarəti qalxdığına görə kirayədə birgə yaşadığı zabit yoldaşları tərəfindən ayrı-ayrı vaxtlarda 3 (üç) dəfə Bərdə rayonu X1 və X3 Xidmətinə aparılaraq, orada ambulator qaydada müalicə almışdır. Nəticədə, bu xəstəliyi dövründə xidmətində bəzi kiçik nöqsanları olmuşdur. Valideynləri hərbi hissə komandirinin qəbulunda olmuş və onun stasionr şəkildə müalicəsini davam etdirməli olduğunu bildirmiş, lakin sonuncu tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Təxminən N (iki) gündən sonra onu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalına müayinə üçün göndərmişlər. Hərbi Hospitalın həkimi cəmi 5-10 dəqiqə onunla fərdi söhbət apardıqdan sonra, səhhətində heç bir narahatçılıq olmadığını bildirmişdir. Daha sonra, o, həmin günü gecə qatarla Bərdə şəhərinə geri dönmüş və xəstəliyi ilə əlaqədar (ayaq üstə durmağa taqəti yox idi) Bərdə rayonu, Cəyirii kəndində yerləşən kirayədə qaldığı evə getmişdir. Bir qədər yatdıqdan sonra mobil telefonuna dəfələrlə tabor komandiri tərəfindən zənglər olunmuş və sonuncu tərəfindən bildirilmişdirdi ki, hərbi hissəyə gəlməlidir. Daha sonra onun hərbi hissəyə çağırılması üçün yaşadığı evə mülki bir şəxs göndərilmiş, lakin halı pis olduğu üçün bundan imtina etmişdir. Daha sonra tabor komandiri şəxsən yaşadığı ünvana gələrək, onu hərbi hissəyə aparmışdır. O, həmin vaxt xəstəliyi ilə əlaqədar nə baş verdiyini dərk etmək iqtidarında olmamış, lakin sonradan sağaldıqdan sonra həmin hadisələri düşündükdə xatırlamışdır ki, guya o, tibb xidmət rəisindən özünü yaxşı hiss etmədiyindən, bir neçə gün evdə qalmaq üçün icazə almışdır. Hərbi hissəyə qayıtdıqdan sonra hərbi hissə komandirinin qəbulunda olmuş və sonuncu onunla görüşdükdən və söhbət apardıqdan sonra onun hərbi hissənin tibb məntəqəsinə aparılması barədə müvafiq göstəriş vermiş, təxminən bir neçə gün tibb məntəqəsində müalicə aldıqdan sonra, yenidən xidmətə qayıtmışdır. Təxminən 01-0N fevral N0N0-ci il tarixində (tarixi dəqiq xatırlamır) “səhər yerbəyer mərasimi” zamanı hərbi hissənin şəxsi heyəti sıra meydanında düzülərkən hərbi hissə komandiri tərəfindən müəyyən tapşırıqlar verilmiş, yəni “zabit heyət irəli komandası” verilərkən digər zabitlər lazımi qaydada sıradan çıxmış, lakin o, əmri yerinə yetirmək istədikdə gözlərinin qaraldığını, irəli addım atmağa taqətinin olmadığını görmüş və hərbi hissə komandiri ona görə bütün şəxsi heyəti geriyə qaytarıb, tabor komandirini nə baş verdiyini öyrənmək üçün yanına göndərmişdir. Tabor komandiri gələrək, onu hərbi hissə komandirinin əmrini yerinə yetirmədiyinə görə tənbehləmişdir. Daha sonra, yenidən əmr verilmiş, eyni qaydada o, əmri halsız və taqətsiz olduğuna görə icra edə bilməmişdir. Daha sonra, onu yenidən tibb məntəqəsinə göndərmişlər, lakin, bu hadisələr baş verən vaxtı tibb məntəqəsində ona lazımi tibbi yardımlar göstərilməmiş, sadəcə olaraq qızdırması yoxlanıb, onun sağlam olduğu bildirilmişdir. Yuxarıda qeyd olunanları hərbi hissə komandiri onun xidmətdən yayınmağı kimi qiymətləndirmişdir. 04 fevral N0N0-ci il tarixdə onu şərəf məhkəməsinə dəvət etmişlər, orada baş verənləri dəqiq xatırlamır və həmin günün sonunda hərbi hissənin tərbiyə işləri üzrə müavini ona həmin tarixli əmrə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndi ilə (xidmətö uyğunsuzluğa görə) təxris olunmağı barədə məlumat vermişdir. Hesab edir ki, səhhətində ciddi narahatçılıqlar olduğunu nəzərə alaraq müalicə olunmağı üçün aidiyyəti hospitala göndərilməsi təmin edilməli olduğu halda, cavabdehin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) təxris olunmağı barədə əmr vermişlər. Cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət olunmadan, xidmət uyğunsuzluğa görə təxris olunması barədə qanunsuz əmr verilmiş və və nəticədə ehtiyata buraxılması barədə əmrlə qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin N4.11.N0N0ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən İPM-nin 47-ci maddəsinə uyğun qaydada məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan leytenant İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” barədə iddiası əsassız və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, X10 xx.xx.1997-ci il təvəllüdlü, Daxili İşlər Nazirliyinin X9 Hərbi Məktəbini bitirmişdir. X13 Hərbi Məktəbinin rəisinin 178 nömrəli, 05.08.N014-cü il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v” bəndinə müvafiq olaraq X7 müvəffəqiyyətlə verərək, 04 avqust N014-cü il tarixdən X13 Hərbi Məktəbinə qəbul olmaqla “əsgər” hərbi rütbəsi verilib, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün növ təminat növlərinə daxil edilməklə zabit hazırlayan tədris taborunun 1-ci zabit hazırlayan tədris bölüyünə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının NN.06.N018-ci il tarixli 6N nömrəli əmrilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 7N-ci maddəsinin “q” bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin N nömrəli N3.07.N018-ci il tarixli əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək təminat bölüyündə rabitə taqımının komandiri vəzifəsinə təyin edilmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 09.11.N019-cu il tarixli 165 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 04.0N.N0N0-ci il tarixli NN nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məlum olmuşdur ki, İddiaçı xidmət etdiyi müddət ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda intizam qaydasında cəzalandırılmışdır. Belə ki, 1N.11.N018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”, 01.05.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının yerinə yetrilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil ermədiyinə görə “Töhmət”, N7.07.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”, N1.10.N019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”, 31.01.N0N0-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30.01.N0N0-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə “Şiddətli töhmət” intizam cəzaları ilə cəzalandırılmışdır. Xidmət etdiyi müddətdə heç bir mükafatla təltif edilməmişdir. Yol verdiyi intizam pozuntuları ilə əlaqədar İddiaçı N saylı hərbi hissə komandirinin NN.10.N019-cu il tarixli 551 nömrəli əmrinə əsasən hissənin kiçik zabitlərin şərəf məhkəməsinə cəlb olunmuşdur. Hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində N6.10.N019-cu il tarixli iclasında o, dinlənilmiş, barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunmuşdur. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarı ilə əlaqədar daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılmış, lakin daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı leytenant İddiaçı qəbul edərək, onunla söhbət aparmış, ona öz hərbi intizamında, funksional vəzifə və xidməti vəzifə borclarının icrasında dönüş yaratması üçün tapşırıq vermiş, gələcəkdə bu kimi intizam pozuntularına və nöqsanlara yol verəcəyi halda daha ciddi tədbirlər görəcəyini bildirərək, xidmətini davam etdirmək üçün digər hərbi hissəyə N saylı hərbi hissəyə keçrilməsi barədə 09.11.N019-cu il tarixli 165 nömrəli əmr vermişdir. Verilmiş tapşırıqlardan və ona qarşı atılmış humanist addımdan nəticə çıxartmayan İddiaçı N saylı hərbi hissədə də, hərbi intizamında dönüş yaratmamış, vəzifə borclarına laqeyid münasibət bəsləmişdir. Bununla əlaqədar olaraq o, N saylı hərbi hissənin zabit yığıncağına dəvət olunmuş, yol verdiyi nöqsanlar ona izah olunmuş, xidməti döyüş fəaliyyətində dönüş yaratması ilə əlaqədar ona 1 ay sınaq müddəti verilərək ictimai təsir tədbiri kimi “Yoldaşlıq xəbərdarlığı” elan edilmişdir. İddiaçı yol verdiyi intizam pozuntuları ilə əlaqədar tətbiq olunmuş intizam cəzalarından, ictimai təsir tədbirlərindən, həmçinin daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının onunla apardığı söhbətdən nəticə çıxartmayaraq xidməti döyüş fəaliyyətində və hərbi intizamında dönüş yaratmamış, xidməti vəzifələrinin yerinə yetirilməsinə laqeyd münasibət bəsləmiş, verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşmış, xidmətə davamiyyətində pozuntulara yol vermişdir. Yol verdiyi pozuntulara soyuqdəymə ilə əlaqədar xəstəliyini əsas göstərmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli N8.01.N0N0-ci il tarixli göndərişinə əsasən Z.X4 Hərbi hospitalına psixiatorun müayinəsinə göndərilmişdir. Hərbi hospitalda İddiaçı zəruri müayinələrdən keçmiş, psixi xəstəlik müəyyən olunmamış, qanın ümumi analizi və flüoroqrafiya zamanı ağciyərlər üzərində potologiya aşkar olunmamış, sinuslar sərbəst diaqnozları ilə xidmət yerinə qaytarılmışdır. Hospitaldan geri qayıtdıqdan sonra yaşadığı mənzildə xidmət yerinə təyin olunmuş vaxtda gəlməmiş, tabor komandirinin gördüyü müvafiq tədbirlər nəticəsində hərbi hissəyə gətirilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı xidmətdə yol verdiyi intizam pozuntuları, xidməti vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi nöqsanları xəstəliyi ilə əlaqələndirsə də, onun ixtisaslı tibbi müayinəsi zamanı sağlamlığında və psixi vəziyətində heç bir potologiya aşkar olunmamışdır. Həmçinin, İddiaçı hərbi hissədə keçirilən ümumi yerbəyer mərasimində hərbi hissə komandirinin verdiyi komandaya qeyri-adekvat cavab vermiş, komandanı icra etməmiş, səbəbini hərarətinin olması və huşunun olmaması ilə izah etmiş, hərbi hissə komadirinin tapşırığına əsasən tibb məntəqəsinə yerləşdirilmiş müayinə zamanı qeyd etdikləri təsdiq edilməmişdir. Bundan başqa, İddiaçı tabeliyində olan şəxsi heyətin qarşısında komandirə və zabitə yaraşmayan hərəkətlərə yol vermişdir ki, bunlarda zabit nüfuzunu aşağı salan əməllərdir. İddiaçı yol verdiyi yuxarıda qeyd olunan əməlləri ilə əlaqədar valideynləri hərbi hissəyə dəvət olunmuş, onlarla bu barədə söhbət aparılmışdır. Verilmiş intizam cəzalarından, görülmüş ictimai təsir tədbirlərindən nəticə çıxararaq hərbi intizamında, xidməti döyüş fəaliyyətində, vəzifə borclarının icrasında dönüş yaratmadığına görə İddiaçı hərbi hissə komandirinin 1N0 nömrəli 03.0N.N0N0-ci il tarixli əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir. Hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin 04.0N.N0N0-ci il tarixdə keçirilmiş iclasında İddiaçı şərəf məhkəməsinin üzvlərinə və iştirak edən zabit heyətinə hörmətsizlik göstərərək özbaşına qapını çırparaq zalı tərk etmişdir (Akt № 573, 04.0N.N0N0-ci il). Məhkəmə sədri və üzvlərinin onunla apardığı söhbətdən sonra İddiaçı məhkəmə keçirilən zala geri dönmüş və onun iştirakı ilə məhkəmə işinə davam etmişdir. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 04.0N.N0N0-ci il tarixli qərarı ilə İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 04.0N.N0N0-ci il tarixli NN nömrəli əmrinə əsasən leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə uyğun olaraq N ay əvvəl və digər vaxtlarda onunla söhbətlər aparılmadığını bildirsə də, onunla aparılmış söhbət vərəqindən məlum olur ki, 04.0N.N0N0-ci il tarixdə hərbi hissə komandiri tərəfindən onunla söhbət aparılmış, lakin İddiaçı söhbət vərəqəsində imza etməkdən imtina etmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsində qeyd olunan tələblərin tamamilə əsassız və göstərilən normativ aktların tələblərinə zidd olduğunun nəzərə alınmaqla təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiаçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 3N.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 3N.N-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, İddiaçı barəsində cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş ehtiyata buraxılması barədə əmri məhkəməyə iddia vermək yolu ilə mübahisələndirmiş, qeyd olunan iddia ərizəsi iddiaçının etibarnamə (etibarnamədə iddia ərizələrinin imzalanması və. s səlahiyyətlər nəzərdə tutulmuşdur) üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 1N saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən imzalanmışdır. Mübahisələndirilən əmr Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 09.09.N0N0-ci il tarixli 13-N9/783 №li məktubu ilə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 1N saylı Vəkil Bürosunun vəkili Vəkil göndərilmiş, iddiaçı əvvəlcə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin N(001)-5775/N0N0 №li 0N.10.N0N0-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuş, bundan sonra iddiaçı hazırki iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün 17.11.N0N0-ci il tarixdə poçta təqdim etmiş və iddia ərizəsi N3.11.N0N0-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia əsassızıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki İddiaçı; - xx.xx.1997-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuşdur (Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surəti). - X13 Hərbi Məktəbinin rəisinin 178 nömrəli, 05.08.N014-cü il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v” bəndinə müvafiq olaraq X7 müvəffəqiyyətlə verərək, 04 avqust N014-cü il tarixdən X13 Hərbi Məktəbinə qəbul olmaqla, ona “əsgər” hərbi rütbəsi verilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün növ təminat növlərinə daxil edilməklə zabit hazırlayan tədris taborunun 1-ci zabit hazırlayan tədris bölüyünə təyin edilmişdir (əmrdən çıxarış). - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının NN.06.N018-ci il tarixli 6N nömrəli əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 7N-ci maddəsinin “q” bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə tağımının komandiri vəzifəsinə təyin edilmişdir (əmrdən çıxarış). - N saylı hərbi hissə komandirinin N nömrəli N3.07.N018-ci il tarixli əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək, təminat bölüyündə rabitə tağımının komandiri vəzifəsinə təyin edilmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir(əmrdən çıxarış). - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 09.11.N019-cu il tarixli 165 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsinə təyin edilmişdir (əmrdən çıxarış). - Xidmət etdiyi müddət ərzində yol verdiyi intizam pozuntularına görə aşağıda qeyd olunan vaxtlarda intizam məsuliyyətinə cəlb olunmuşdur (N saylı hərbi hissənin İddiaçı aid Xidməti vərəqədən “B. cəzalar” hissəsindən çıxarış) : - 1N.11.N018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”; - 01.05.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının yerinə yetrilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil ermədiyinə görə “Töhmət”; - N7.07.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”; - N1.10.N019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”; - N saylı hərbi hissə komandirinin N nömrəli N8.01.N0N0-ci il tarixli göndərişinə əsasən Daxili Qoşunların Hərbi hospitalına psixiatr müayinəsinə göndərilmişdir (N8.01.N0N0-ci il tarixli 11 №li göndərişin surəti). - Daxili Qoşunların Hərbi hospitalında zəruri müayinələrdən keçmiş (FDŞ, klinikidiaqnostika laboratoriyanın analizlərə dair nəticələrinin surətləri), flüoroqrafiya zamanı ağciyərlər üzərində potologiya aşkar olunmamışdır (N9.01.N0N0-ci il tarixli Flüoroqrafiyanın). - 31.01.N0N0-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30.01.N0N0-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə “Şiddətli töhmət”. - N saylı hərbi hissə komandirinin NN.10.N019-cu il tarixli 551 nömrəli əmrinə əsasən hissənin kiçik zabitlərin şərəf məhkəməsinə cəlb olunmuşdur. Hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində N6.10.N019-cu il tarixli iclasında o, dinlənilmiş, barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunmuşdur (N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarından çıxarış). - N saylı hərbi hissəyə keçrilməsi barədə 09.11.N019-cu il tarixli 165 nömrəli əmr verilmişdir. - N saylı hərbi hissənin zabit yığıncağına dəvət olunmuş, yol verdiyi nöqsanlar ona izah olunmuş, xidməti döyüş fəaliyyətində dönüş yaratması ilə əlaqədar ona 1 ay sınaq müddəti verilərək, ictimai təsir tədbiri kimi “Yoldaşlıq xəbərdarlığı” elan edilmişdir. - Xidmət etdiyi müddətdə heç bir mükafatla təltif edilməmişdir. - N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində ümumilikdə bir dəfə N8.01.N0N0-ci il tarixdə hərbi-hissənin tibb məntəqəsinə hərarətinin olması ilə bağlı müraciət etmişdir. Yoxlama zamanı heç bir patologiya aşkar olunmamışdır. Bundan əlavə, davranışlarında qeyri-adekvativ hərəkətlər aşkar olunduğuna görə N8.01.N0N0-ci il tarixdə D/z “psixiatrın müayinəsinə” DİN-nin DQ-nın hospitalına göndərilmişdir. DQ-ın hospitalında müayinələrdən keçirilmiş, lakin heç bir psixoloji xəstəlik aşkar olunmadan hərbi hissəyə geri qaytarılmışdır (N saylı hərbi hissənin tibb xidmətinin 30.1N.N0N0-ci il tarixli tibbi arayışı). - N saylı hərbi hissə komandirinin 1N0 №li 03.0N.N0N0-ci il tarixli əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir (Əsas: Ayrı yerləşən əməliyyat taborunun komandirinin 01.0N.N0N0-ci il tarixli 561 №li raportu) (1N0 №li 03.0N.N0N0-ci il tarixli əmrdən çıxarış). N saylı hərbi hissənin Ayrı yerləşən əməliyyat taborunun komandiri tərəfindən İddiaçı ilə 04.1N.N019-cu il (1-ci söhbət) və 04.0N.N0N0-ci il tarixlərində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə uyğun olaraq söhbət aparılmışdır (Söhbət vərəqəsinin surəti). N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 04.0N.N0N0-ci il tarixli qərarı ilə İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir (1NN №li 04.0N.N0N0-ci il tarixli əmrdən çıxarış). Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 04.0N.N0N0-ci il tarixli NN ş/h nömrəli əmrinə əsasən leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 04.0N.N0N0-ci il tarixli NN ş/h nömrəli əmrindən çıxarış). Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156- 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Əsasnamənin 16N-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N, 68, 69, 79 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2827/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2827/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver