Məhkəmə qərarları › İş №2-1(112)-2827/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2827/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2827/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X24, X6, X31, X39, X32, X27 və X28) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X24, X6, X31, X39, X32, X27 və X11 onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı mənzili 2015-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin mənzilin mülkiyyət hüququnu əldə edərkən mənzildə iddiaçı, X24 (qayınatası), X36 (əri), X37 (qızı), X33 (baldızı) qeydiyyatda olmuşlar. Həmin vaxt baldızı X33 mənzildə yaşamadığından və formal qeydiyyatda olduğundan qayınatası Atayev X16 Rayon Məhkəməsinə müraciət edərək X17 Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 58 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçı 09.09.2021-ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə gedərkən AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı alarkən məlum olmuşdur ki, onun mülkiyyətində olan mənzildə 24.08.2015-ci ildən X24, X6, X31, X39, X32, X27 və X28 qeydiyyatdadırlar. 26.08.2015-ci il tarixli 31 nömrəli Sabunçu RİH-nin başçısının Bilgəh qəsəbə üzrə nümayəndəliyinin verdiyi Forma 2 arayışından göründüyü kimi həmin şəxslər mənzildə qeydiyyatda olmamışlar. Lakin üçüncü şəxslər qanunsuz olaraq mənzilə qeydiyyata düşmüşlər. İddiaçı ərizə ilə müraciət edərək X24, X6, X31, X39, X32, X27 və X11 qeydiyyatdan çıxarılmasını xahiş etsə də Sabunçu Rayon Polis İdarəsi 11.09.2021-ci il tarixli imtina məktubu ilə həmin şəxslərin qeydiyyatdan çıxarılmalarının Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində olmadığından İnzibati Məhkəməyə müraciət etməyini məqsədə mücafiq hesab etmişdir. İmtina əsassızdır. Qanunsuz əsaslarla həmin şəxsləri qeydiyyata alan orqan kimi cavabdeh həmin şəxsləri də qeydiyyatdan çıxarmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10964/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə X24, X6, X31, X39, X32, X27 və X28 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 28.10.2021-ci il tarixli, 073-39052- 1221 nömrəli və 12.01.2022-ci il tarixli, 073-1497-1222 nömrəli məktublarında məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, ümumi sahəsi 102.1 kv.m olan 58 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 05.12.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 09.09.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı, X37, X24, X6, X31, X39, X32, X27, X28 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 28.10.2021-ci il tarixli, 018-17134-1221 nömrəli məktubunda bildirilmişdir ki, vət. X24 08.08.2005-ci il tarixdən, X6 16.04.2012-ci il tarixdən, X31 29.10.2005-ci il tarixdən, X39 25.04.2007-ci il tarixdən, X32 18.04.2013-cü il tarixdən, X27 18.04.2013-cü il tarixdən, X28 28.09.2006-cı il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd edilən şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən 28.10.2021-ci il tarixli, 073-39002-1221 nömrəli məktubla üçüncü şəxslərə aid fərdi uçot kartoçkalarının surətləri məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 28.10.2021-ci il tarixli, **********54 nömrəli məktubla təqdim edilmiş ünvan 1 ünvanı ilə bağlı hüquqmüəyyənedici sənədlərin surətlərindən görünür ki: - Lenin X38nin İcraiyyə Komitəsinin 20.11.1987-ci il tarixli, 39/11 nömrəli qərarı ilə X9 Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində 600 kv.m sahədə 2 otaqdan ibarət yaşayış sahəsi 35.7 kv.m, köməkçi sahəsi 66.4 kv.m və qaraj sahəsi 32.4 kv.m olmaqla mülkiyyətçisi olması təsdiq edilmiş, Texniki İnventarlaşdırma Bürosuna evin qeydiyyatının aparılmasına icazə verilmişdir. - 17.11.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X20 Azərbaycan SSRİ rayon şəhər X38 Texniki İnventarlaşdırma Bürosu tərəfindən 02.12.1987-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Məhkəmənin sorğusuna cavab olaraq 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 13.12.2021-ci il tarixli, 2218 nömrəli məktubla təqdim edilmiş notariat işindən görünür ki: - Azərbaycan SSRİ rayon şəhər X38 Texniki İnventarlaşdırma Bürosu tərəfindən 02.12.1987-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evə xüsusi mülkiyyət hüququ 02 nömrəli qeydiyyat kitabında 157-ci səhifədə X9 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 11.11.2015-ci il tarixli, 42 nömrəli arayışında qeyd edilmişdir ki, verilir X12 ona görə ki, o, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evdə yaşayır. Yaşayış sahəsi 3 otaq, 115.3 kv.m-dən ibarətdir. X5 məxsusdur. Vətəndaş Atayev S.B ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir. “A” tikintisində X20 - qeydiyyat tarixi 22.02.1974-cü il, X36 qeydiyyat tarixi 15.08.1986-cı il, İddiaçı - qeydiyyat tarixi 24.08.2015-ci il, X37 - qeydiyyat tarixi 24.08.2015-ci il. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28.01.2022-ci il tarixli, 2/10 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan qadını küçəsi 58 saylı ünvanda hal-hazırda 2 ev mövcuddur. Evin texniki pasportuna əsasən hər iki ev bir həyətyanı torpaqda yerləşir. Qəsəbə nümayəndəliyində olan Forma “A” və “B”-yə əsasən evin sahibi mərhum Atayeva Nazxanımın sahibliyində olub. Onun övladları həmin ev 58 ünvanında anadan olub. Halhazırda həmin evə oğlu X1 edir, oğlu Elşad Aslan oğlu ilə birlikdə yaşayır. X29 1951-ci ildə, X20 1939-cu ildə, X13 1936-cı ildə və onların bacıları da ev 58 ünvanında anadan olmuşlar, övladları ilə birlikdə pasport qeydiyyatına alınmışdırlar. Həyətdə tikilən 2-ci evə 1987-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir və təkrar olaraq 58 ünvanı göstərilmişdir. Problem elə buradan başlamışdır. 2-ci evə başqa ünvan verilməli idi. Evi özəlləşdirilən zaman 2 nömrəli Forma “A” tikilisinə verilmişdir. Əslində isə Azərbaycan qadını 58 saylı evdə qeydiyyatda olanların hamısı Forma 2-də göstərilməli idi. 2-ci özəlləşdirilən ev İddiaçı məxsusdur. 1-ci köhnə qədim ev mərhum Atayeva Nazxanım adına texniki pasportu verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31.01.2022-ci il tarixli, 2/11 nömrəli məktubunda bildirilmişdir ki, 1987-ci il 02 dekabr ayında verilmiş qeydiyyat vəsiqəsi X12 məxsusdur. Atayeva Nazxanımın adına olan texniki pasport isə hal-hazırda evə sahiblik edən X7r və yararsız vəziyyətdə olduğundan surətini verməkdən imtina etmişdir. O qeyd edir ki, özü məhkəmədə hakimə təqdim edəcəkdir. İş materiallarına əlavə edilmiş texniki pasportun surətinə əsasən Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evə dair 1977-ci ildə texniki pasport tərtib edilmişdir. Texniki pasportda bir həyət daxilində “A” və “B” tikililərinin olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evə dair qeydiyyat kitabçasından görünür ki, evin sahibi 1864-cü il təvəllüdlü X8 28.09.1939cu ildə, oğlu 1936-cı il təvəllüdlü X13 24.07.1957-ci ildə, 1939-cu il təvəllüdlü oğlu X20 22.02.1974-cü ildən, qızı 1947-ci il təvəllüdlü X21 01.09.1967-ci ildə, qızı 1949-cu il təvəllüdlü X14 21.10.1968-ci ildən, 1951-ci il təvəllüdlü X29 24.06.1974-cü ildə qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 11.09.2021-ci il tarixli, 073- 32577A nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə qeyd etdiyiniz vətəndaşlar X10, X3, X18, X30, X19, X15 və X2 məxsus olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın əsassız olmaqla təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qeyd edilməlidir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin tələbi əsasında şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etmir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 5 ünvanında 1 həyətyanı torpaqda yerləşən 2 fərdi yaşayış evi mövcuddur. 1977-ci ildə tərtib edilmiş texniki pasporta və evə dair kitabçaya əsasən ünvan 5 ünvanda yerləşən evin sahibi 1864-cü il təvəllüdlü X8 olmuş, sonuncunun övladları 1939-cu il təvəllüdlü oğlu X20 22.02.1974-cü ildə, 1951-ci il təvəllüdlü X29 24.06.1974-cü ildə həmin ünvana qeydiyyata alınmışlar. Sonradan eyni həyətdə tikilmiş 2 otaqdan ibarət yaşayış sahəsi 35.7 kv.m, köməkçi sahəsi 66.4 kv.m və qaraj sahəsi 32.4 kv.m olan fərdi yaşayış evi Azərbaycan SSR rayon şəhər X38 Texniki İnventarlaşdırma Bürosu tərəfindən 02.12.1987-ci il tarixdə X9 adına qeydiyyata alınmış, daha sonra 17.11.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən X20 qeyd edilən ikinci - 2 otaqlı evi İddiaçı bağışlamışdır. Beləliklə, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində eyni ünvan göstəricisinə malik - 58 nömrəsi altında bir həyətdə iki ayrı fərdi yaşayış evləri var. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər onun mərhum qayınatası X9 qardaşı X29 və sonuncunun ailə üzvləridir. Üçüncü şəxs X29 qeyd edilən evlərdən birincisində - 1977-ci ildə tərtib edilmiş texniki pasporta əsasən X4 aid olmuş evdə ailə üzvləri ilə yaşayır və sonuncular həmin ünvanda qeydiyyatdadırlar. Məhkəmə yuxarıda qeyd edilən qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. -1. Üçüncü şəxslər mülkiyyətçinin razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişdirlər. Üçüncü şəxs X29 hələ iddiaçının qayınatası X9 adına ikinci tikiliyə qeydiyyat vəsiqəsi əldə edilmədiyi vaxt həmin ünvanda mövcud olan birinci evə 24.06.1974-cü ildə qeydiyyata alınmışdır. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla eyni həyətdə daha əvvəl tikilmiş 1970-ci illərdən bəri mövcud olan evdə hal-hazıradək faktiki yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmır. Bu halın bariz sübutudur ki, X9 17.11.2015-ci il tarixdə ona məxsus ümumi sahəsi 102.1 kv.m olan 2 otaqlı evi İddiaçı bağışlanması ilə bağlı notariat əməliyyatı aparılarkən Bilgəh qəsəbəsi nümayəndəliyinin 11.11.2015-ci il tarixli, 42 nömrəli Forma-2 arayışı əsas götürülmüşdür. Belə ki, həmin arayışda X12 məxsus ev Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, ev 58 “A” tikintisi kimi qeyd edilmiş, bununla da həmin ünvanda bir evin olmadığı bilavasitə ifadə edilmişdir. Eyni zamanda arayışda sözügedən “A” tikintisi ünvanında hazırkı üçüncü şəxslərin deyil, məhz X20, X36, İddiaçı və X22 adları sadalanmaqla qeydiyyatda olduqları göstərilmişdir. Notariat hərəkətlərini həyata keçirən notarius isə qeyd edilən arayışa istinadən hədiyyə verən və hədiyyə alandan savayı qeydiyyatda olan şəxslərdən X23 evin bağışlanmasına razılığını almaqla kifayətlənmişdir. Başqa sözlə, yaşayış evinə qeydiyyat yaşayış sahəsinə əmlak hüququna əsas vermədiyi kimi, üçüncü şəxslərin ünvan üzrə qeydiyyatda olmaları əmlak hüququna sahib hazırkı iddiaçının ona məxsus yaşayış evinə mülkiyyət hüququnun həyata keçirməsinə də mane olmamışdır. Bu mənada üçüncü şəxslərin 1970-ci illərdən yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmaları əsaslı hesab edilmir. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.9-cu bəndinə görə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. -3.12-ci bəndinə görə bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxs bir neçə girişi olan eyni həyətyanı sahədə yerləşən iki fərqli yaşayış evlərində yaşayırlar, bu halda onlar vahid ünvan üzrə qeydiyyata alınmış hesab olunduqlarından vahid ünvana münasibətdə birinin digərini qeydiyyatdan çıxarmağı haqlı hesab edilə bilməz. Odur ki, bu əsasdan da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxsləri həmin ünvan üzrə qeydiyyatdan çıxarmaqdan imtinası qanunsuz olmamışdır. Yuxarıda adı çəkilən Qaydaların 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normlaraın tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın məhz Bakı şəhəri, ünvan 3 ünvan üzrə qeydiyyata alınması onun əvvəlcədən mövcud olmuş həmin ünvanda qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X24, X6, X31, X39, X32, X27 və X28) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar